1
“ Mehmanxana və mehmanxana tipli obyektlər üçün
sanitariya pasportunun verilməsi üçün müraciətin və
sənədlərin qəbulu” elektron xidmətinin təlimatı
Bu xidmət vasitəsilə mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya
pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
sehiyye.gov.az
saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin
e-sehiyye.gov.az
rəsmi
saytına və yaxud Elektron hökümət portalına
e-gov.az
daxil ola bilərsiz. Daha sonra Səhiyyə
Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “ Mehmanxana və mehmanxana tipli obyektlər
üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti
seçmək lazımdır.
Açılan səhifədə şəxsiyyət vəsiqənizin seriya nömrəsini və pin kodunu daxil etməlisiz.
(Şəkil 1)
Şəkil 1
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində
sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir.(Şəkil 2)
2
Şəkil 2
Müraciət edənin hüquqi və ya fiziki şəxs olduğunu qeyd etməlisiz. (Şəkil 3)
Şəkil 3
Əgər müraciət edən hüquqi şəxsdirsə o zaman aşağıda göstərilən xanaları daxil etməlisiz:
(şəkil 4)
Müəssisə rəhbərinin adı
Müəssisə rəhbərinin soyadı
Müəssisə rəhbərinin atasının adı
Hüquqi şəxsin adı
Təşkilatı hüquqi forması
3
Hesablaşma-hesabının olduğu bank
Hesablaşma-hesabının nömrəsi
Şəkil 4
Şəxsi məlumatlarda istifadəçi aşağıdakı məlumatları daxil etməlidir: (şəkil 5)
Yaşayış ünvanı
Fəaliyyət ünvanı
Telefon nömrələri
Digər əlaqə vasitələri
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
Şəkil 5
Qeyd:
*
işarəli xanaları daxil etmək mütləqdir.
4
Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir
1.
Ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə,
istifadə və s. əsasları) təsdiq edən sənədin elektron formada surəti
2.
Mehmanxana və mehmanxana tipli obyektlərdə həşəratlara və gəmiricilərə qarşı
dezinfeksiya və deratizasiya tədbirlərinin aparılması üçün müvafiq müəsissə və təşkilat ilə
bağlanmış müqavilənin notarial qaydada təsdiq olunmaqla elektron formada surəti
3.
Məişət tullantılarının daşınması barədə müvafiq müəssisə və ya təşkilatlarla bağlanmış
müqavilənin notarial qaydada təsdiq olunmaqla
elektron formada surəti
Lazimi sənədlərin elektron surətini əlavə etdikdən sonra “Yadda saxla və Təsdiq et”
düyməsini vurmaqla ərizəni göndərə bilərsiz. (Şəkil 6)
Şəkil 6
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən
müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.
5
Azərbaycan Respublikası, Bakı şəhəri,
AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
Tel: (+99412) 596 80 44, (+99412) 431 38 2
www.e-sehiyye.gov.az