Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

 
33 
əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı 
ildə sarayda xüsusi komitə yaratmış və beş ildən sonra Bəhreyn əmiri 
ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə 
Səudiyyə  Ərəbistanı – Danimarka müştərək  şirkəti tərəfindən 
hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən 
bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə 
Ərəbistanı  məliki Fəhdin adı ilə bağlıdır. Ona görə  də  Səudiyyə 
Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd 
yolu»da adlandırırlar. 
Yolun tən ortasında süni ada salınmışdır. Burada hər iki 
dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər 
inzibati binalar, məscidlər, restoranlar yerləşir. Sürətli liftlər 
arzusunda olan hər kəsi, 65 metr hündürlüyü olan süni yaradılmış 
təpəyə qaldırır. Oradan həm Səudiyyə  Ərəbistanının, həm də 
Bəhreynin yaraşıqlı sahillərini seyr etmək olar. 
Körpü hər iki dövlət tərəfindən istifadə edilir. Hündürlüyü 
dəniz səviyyəsindən 5 metrdən 15 metrə qədər olan körpüdən hər ay 
orta hesabla 10 minlərlə avtomobil keçir. Avtomobillərin hər iki 
istiqamətə  hərəkəti üçün iki yol ayrılmışdır. Yüngül avtomobillər 
üçün keçid haqqı 6, avtobuslar üçün 15 ABŞ dollardır. Yük 
avtomobillərinin sahibləri isə daşınan 1 ton yükə 1 dollar gömrük 
haqqı verməlidir. Yeri gəlmişkən deyək ki, daşınan yüklərin həcmi 
45 tondan artıq olmamalıdır. Beləliklə,  ərəb dövlətləri arasında 
yeganə ada dövləti olan Bəhreyn süni yolla materikə birləşdirilmiş və 
yarımadaya çevrilmişdir. 
Bəhreyn ilə Qətər əmirliyi arasında (bu iki dövləti eni 33,5 km 
olan körfəz ayırır) uzun müddətdir ki, ərazi və  sərhəd münaqişələri 
davam edir. Havar və onun yaxınlığındakı bir qrup adalar, həm də 
məhəlli suların bölünməsi məsələsi bu dövlətlərin münaqişəsinə 
səbəb olmuşdur. 
Məsələ ondadır ki, Böyük Britaniya hökuməti bu regiona 
nəzarət etdiyi vaxtlarda Bəhreynə nisbətən Qətərə daha yaxın 
yerləşmiş Havar adasını  rəsmi London ilə daha yaxşı münasibətləri 
olan Bəhreynə vermək barədə qərar çıxarır. 1994-cü ilin noyabrında 
Havar adasını qaytarmaq məqsədilə  Qətər hökuməti Beynəlxalq 
Məhkəməyə müraciət edir. Lakin bu məsələ indiyə  qədər həll 
olunmadığından dövlətlər arasında gərginlik yaradır. 
Səth quruluşu və faydalı qazıntıları. Bəhreyn arxipelaqda 
 
34
yeganə adadır ki, geoloji quruluşu qonşu  Ərəbistan yarımadasının 
sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə  mərcan 
mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatə 
olunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı 
böyük ustalığa malik olmalıdır ki, vaxtında və  xətasız bu maneələri 
dəf edə bilsin. 
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir 
növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez 
qayalar və qarma-qarışıq  şəkildə üst-üstə  yığılmış daşlarla  əvəz 
olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı 
təpəlikdir. Adanın  ən hündür yeri isə onun şimalındadır (135 m.). 
Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir. 
Bəhreyn adasının  əlverişli sahillərində bir neçə  dəniz limanı 
salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında, 
digərləri isə Mühərrək adası ilə ensiz torpaq örtüyü ilə birləşən  ər-
Rümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən 
müasir okean gəmiləri daxil ola bilər. Xatırladaq ki, hələ  qədim 
dövrlərdə  də  əcnəbi yelkənli gəmilər məhz bu yerlərdə lövbər 
salardılar. Rəvayətə görə «Min bir gecə» nağıllarının qəhrəmanı 
məşhur dənizçi Sindbad da Bəhreyn adasında yaşamışdır.  İtaliyalı 
tacir və  səyyah Marko Polo, məşhur  ərəb tədqiqatçısı  və 
coğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar. 
Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə  gəlimlisi 
təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları 
həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə 
müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı  cəmi 14 mln. 
tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı 
az olduğundan sənaye  əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı 
arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir. 
İqlimi və hidroqrafiyası.  Ərəbistan yarımadasının digər 
ölkələri kimi Bəhreyn də  şimal yarımkürəsinin subtropik səhra böl-
gəsində yerləşir. Buna görə  də  Bəhreyn təbiəti quraq və isti iqlimə 
malik olub flora və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının 
olmaması ilə səciyyələnir. 
Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti 
və quraq keçən yay (iyul – avqust aylarının orta temperaturu 37
0
S), 
nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin 
dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa 


 
35 
əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz 
temperaturu arasında fərq 4
0
-dən artıq olmur. Yayda havanın 
rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər 
olur. Yağışlar əsasən dekabr – may aylarında, İran körfəzi üzərindən 
nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir. 
Yağıntı  qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara 
ildə 100 -110 mm yağıntı düşür. 
İl  ərzində  əsən  şimal-qərb küləkləri (ərəblər bunu «şemal» 
küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində 
kiçik gəmilərin hərəkətinə  çətinlik törədir. Bu küləklər  Ərəbistan 
səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur. 
Qonşu  ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı 
bürüyür. Toz dumanının arxasında, hətta Günəş  də tutqun görünür. 
Tozlu isti hava adama şiddətli hərarət gətirir. 
Bəhreyn arxipelaqında yerüstü su mənbəyi olmasa da adalar, 
xüsusilə  Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə 
zəngindir. Keçmişdə burada yaşayan  əhali quyu qazımaq və 
«kuanats» adlandırılan yeraltı kanallar vasitəsilə qrunt sularını 
istədikləri yerə gətirib çıxara bilirdilər. Bəhreyn adasında tarixi abidə 
kimi qorunan kuanatslar (yeraltı kanal) eramızın IV yüzilliyinə aid 
edilir. Son vaxtlar neft-qaz, metallurgiya və digər sənaye sahələrinin 
inkişafı ilə  əlaqədar ölkədə «su qıtlığı» baş verir. Qrunt sularının 
ehtiyatı isə azalır. 
Torpaq və bitki örtüyü. Bəhreyndə tropik səhra landşaftı 
mövcuddur. Adalarda zəif humuslu torpaqlar yayılmışdır. Rütubətin 
çatışmaması  və olduqca isti iqlim burada zəngin bitki örtüyünün 
inkişafına imkan vermir. Bəhreynin başlıca bitki örtüyü quraq iqlimə 
və  şoranlaşmış torpağa dözümlü alçaq boylu kollar və cod otlarla 
təmsil olunur. Nisbətən geniş yayılmış bitkilər dəvətikanı  və 
yovşandır. Adalarda quşlar, gəmiricilər və sürünənlər üstünlük təşkil 
edir. Sahil sularında müxtəlif balıq növləri, dəniz tısbağası, xərçəng 
molyuskası çoxdur. Bəhreyndə əl – Əreyn adlanan milli təbiət qoruğu 
yaradılmışdır. 
  
 
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi 
 
Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk 
 
36
məlumat eramızdan  əvvəl III minilliyə aiddir. Bu ərazi müxtəlif 
dövrlərdə Dilmun, Sasanilər,  Ərəb xilafəti və  Ğərmətilər dövlətləri 
tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir.  İlk 
ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn  ərazisində 
sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə 
başlanılmışdır. Arxioloqların muzeylərə verdikləri tapıntılar 
Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən  şəhərlərin 
mənzərəsini təsvir etməyə imkan verir. 
Bəlkə buna görə  də  qədim  şumerlər onu «əbədi cənnətə» 
bənzədərək Dilmun adlandırmışlar.  Şumerlərin bizim günlərə  qədər 
qalmış yazılarında, Dilmun, iri ticarət və  mədəniyyət mərkəzi kimi 
xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər 
yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir. 
Tarixi tədqiqatlar göstərir ki, şumerlər, finikiyalılar və aşşurlar daim 
bu adalarda görünmüşlər. Finikiyalılar ticarət məntəqəsi kimi 
adalardan daha çox istifadə etmişlər. Buraya Aralıq dənizi 
regionundan bitki yağı, taxıl,  şərab, silah və parça gətirirdilər.  Əks 
istiqamətdə isə Yaxın  Şərq ölkələrinin qiymətli ədviyyatı, dəri, xəz, 
xalça, Çin çörəyi və şəkər qamışı yola salınardı. Bir vaxtlar Bəhreyn 
həm də qızıl ticarəti üzrə tranzit məntəqə rolunu oynayırdı. Sonradan 
qızıl və qiymətli daş-qaş alveri başqa  əmirliklərin  əlinə keçmiş, 
Bəhreyn isə təbii mirvari istehsalçısı kimi dünyada məşhur olmuşdur. 
İslam dininin 638-ci ildə  qəbul edilməsinə baxmayaraq 
Bəhreyndə ilk məscid 740-cı ildə tikilmişdir. Bu məscid tarixi abidə 
kimi indiyə qədər qorunub saxlanılır. 
Özünün çoxəsrlik tarixində Bəhreyn, ya vahid dövlət olmuş, ya 
da kiçik şəhər – dövlətlərə parçalanmışdır. Bəhreyn tarixinin ən 
maraqlı səhifələrinə burada Ğərmətilər dövlətinin yaranması dövrünü 
aid etmək olar. İsmaililər məshəbinə etiqad edən Ğərmətilər özlərini 
İslam dinini yayan və  «ədalət uğrunda çıxış edən» mübariz kimi 
qələmə verərək döyüşkən ordular yaratmışlar.  Ğərmətilər müharibə 
etməklə yanaşı, həm də  kənd təsərrüfatı  və ticarətlə  də  məşğul 
olurdular. Bu dövrdə Bəhreyn çiçəklənirdi. Lakin sonralar Ğərmətilər 
dövləti tənəzzülə  uğramış  və artıq XI əsrdə bir dövlət kimi yoxa 
çıxmışdır. 
1515-ci ildə İran körfəzində peyda olmuş portuqallar Bəhreyn 
üzərində öz bayraqlarını qaldırmışlar. Portuqallar bu regionda çox 
qalmamışlar. Daha təcrübəli müstəmləkəçi dövlət olan İngiltərə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə