2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
1
BEYN
ƏLXALQ DİNİ ETİQAD AZADLIĞI HAQQINDA HESABAT
AZ
ƏRBAYCAN 2012-Cİ İL
Qısa icmal
Dini etiqad azadlığı konstitusiya ilə müəyyən edilir, lakin buna baxmayaraq təcrübədə
dig
ər qanun və qaydalar, xüsusilə bəzi dini azlıqların nümayəndələrinə münasibətdə dini
etiqad azadlığını məhdudlaşdırmışdır. Əksər dini qruplar hökumət tərəfindən kiçik və
yaxud heç bir müdaxil
ə ilə üzləşməmişlər. Bütün dini təşkilatların dövlət orqanlarında
qeydiyyatdan keçm
əsi tələbi qeydiyyatdan keçməmiş, xüsusilə hökumət tərəfindən “qeyri-
ənənəvi” hesab olunan qrupların cərimələnməyə, məhkəmə qərarı əsasında məcburi
qaydada bağlanılmağa və polisin təqibinə məruz qalmaqda müdafiəsiz olmalarına səbəb
olmuşdur. Hökumət eyni zamanda bəzi dini ədəbiyyatın idxalına qoyulmuş məhdudiyyəti
davam etdirmişdir. İl ərzində dini etiqad azadlığına hörmət olunmasına hökumət tərəfindən
göst
ərilən münasibətdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Dini m
ənsubiyyət, dini etiqad və ayinlərin yerinə yetirilməsi zəminində cəmiyyətdə
zorakılıq və yaxud ayrı-seçkilik halları barədə məlumatlar verilmişdir.
ABŞ Səfirliyinin rəsmiləri dini etiqad azadlığını hökumət, qeyri-hökumət təşkilatları
(QHT-l
ər) və din xadimləri ilə müzakirə etmiş və dini təşkilatlara qarşı irəli sürülən ağır
qeydiyyat t
ələblərini xüsusi vurğulamışlar. Səfirlik eyni zamanda Dini Qurumlarla İş üzrə
Dövl
ət Komitəsinin (DQİDK) sədrinin və İslam alimlərindən və mütəxəssislərdən ibarət
olan bir qrupun Birl
əşmiş Ştatlara səfərini maliyyələşdirmişdir.
Bölm
ə I. Dini demoqrafiya
Dövl
ət Statistika Komitəsinin hesablamalarına əsasən ölkə əhalisinin sayı 2012-ci ildə 9.3
milyon t
əşkil etmişdir. DQİDK-in 2011-ci ildə verdiyi məlumatlara əsasən ölkə əhalisinin
96 faizini Müs
əlmanlar təşkil edir, yerdə qalan əhali əsasən Rus Ortodoks, erməni Apostol
Kils
əsinin, digər Xristian qruplarının üzvlərindən, Yəhudilərdən və ateistlərdən ibarətdir.
Müs
əlman əhalinin təxminən 65 faizi şiə və 35 faizi sünnidir.
Xristianlar
əsasən Bakı şəhərində və digər şəhərlərdə yaşayırlar. Təxminən 20,000 yəhudi
Bakı şəhərində yaşayır və onlar ölkənin digər yerlərində kiçik icmalarda məskunlaşmışlar.
Dig
ər kiçik dini qruplara Lüteran, Roma Katolikləri, Baptistlər, Molokanlar, Yeddinci Gün
Adventistl
əri və Bəhailər daxildir.
1991-ci ild
ə müstəqillik qazandıqdan sonra hökumətin xarici və yaxud “qeyri-ənənəvi”
hesab etdiyi bir sıra dini qruplar, o cümlədən Sələfi Müsəlmanlar, Əllincilər və digər
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
2
AZ
ƏRBAYCAN
Yevangelik Xristianlar, Yehova
Şahidləri və Krişnaitlər fəaliyyət göstərmişlər. Bakıda
çoxlu sayda xarici rezident Xristian icmaları vardır.
Bölm
ə II. Hökumətin dini etiqad azadlığına olan hörmətinin vəziyyəti
Hüquqi/siyasi ç
ərçivə
Konstitusiya dini etiqad azadlığını müəyyən etsə də, bəzi qanunlar və qaydalar, xüsusilə
b
əzi dini azlıqların üzvlərinə münasibətdə dini etiqad azadlığını məhdudlaşdırır.
Konstitusiyaya
əsasən hər bir şəxsin öz dini mənsubiyyətini və inamını (o cümlədən
ateizm) seçm
ək və dəyişmək, öz seçiminə əsasən dini qruplara qoşulmaq və ya yaratmaq
v
ə dinə etiqad etmək hüququ vardır.
Dini etiqad azadlığı haqqında qanun hökumətin hər hansı fərd və ya qrupun dini
f
əaliyyətinə müdaxilə etməsini qadağan edir, lakin bununla bərabər müəyyən istisnalar da
mövcuddur. Dini t
əşkilatların buraxılması, o cümlədən təşkilatın yaradıldığı vaxt bəyan
etdiyi m
əqsədlərin əksinə fəaliyyət göstərməsi, irqi, milli, dini və yaxud sosial
düşmənçiliyə səbəb olma, eləcə də insan ləyaqətini alçaldan və yaxud humanizm
prinsipl
ərinə zidd olan etiqadın təbliği kimi hallar qanunla tənzimlənir. Dini təşkilatın
f
əaliyyətinə xitam verilməsinə əsas verən digər hallara dünyəvi təhsilə mane olma, hər
hansı dini təşkilatın üzvlərinin və digər fərdlərin öz əmlaklarını təşkilata güzəştə getməyə
t
əhrik etmə daxildir.
Qanuna
əsasən heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə və ya nümayiş
etdirm
əyə məcbur edilə bilməz.
Bir sıra qanunlar, o cümlədən dini təşkilatların və dini yönümlü fərdi qrupların dövlət
orqanlarında qeydiyyatdan keçmək tələbi hökumətə dini qrupları tənzimləməyə imkan
verir. Qeydiyyatdan keçm
ə hər hansı dini təşkilata bank hesabı açmağa, əmlak icarəyə
götürm
əyə və ümumilikdə hüquqi təşkilat kimi fəaliyyət göstərməyə imkan verir.
DQİDK-in qeydiyyat üzərində geniş səlahiyyətləri vardır və hər hansı dini qrupun
f
əaliyyətinin dayandırılması məqsədilə məhkəmələrə müraciət edə bilər. Müsəlman qruplar
DQİDK tərəfindən qeydiyyatdan keçməzdən öncə Qafqaz Müsəlmanları İdarəsi (QMİ)
t
ərəfindən təsdiq olunmalıdırlar. QMİ qeydiyyatdan keçmiş İslam təşkilatlarına nəzarət
edir, o cüml
ədən İslam ibadətinə rəhbərlik edən din xadimlərini təyin edir, vaxtaşırı
moiz
ələr keçirir və Məkkə şəhərinə keçirilən həcc ziyarətini təşkil edir.
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
3
AZ
ƏRBAYCAN
Qanuna
əsasən əgər hər hansı dini icmanın fəaliyyəti, məqsədləri və yaxud mövcudluğu
konstitusiya v
ə digər qanunların tələblərinə zidd olarsa bu zaman dövlət orqanları həmin
icmanın qeydiyyat müraciətini rədd edə bilərlər. Qeydiyyatla bağlı müraciətə rədd cavabı
alan dini qruplara m
əhkəməyə şikayət etməyə icazə verilir. Əgər hər hansı icma dini birlik
kimi tanınmırsa, onun nizamnaməsi və digər təsis sənədləri qanuna ziddirsə və yaxud
t
əqdim etdiyi informasiya saxtadırsa bu halda onun qeydiyyatla bağlı müraciəti rədd edilir.
Qanuni satış və paylama məqsədi daşıyan bütün dini ədəbiyyat DQİDK tərəfindən
yoxlanılır və icazə verilir. DQİDK tərəfindən təsdiq olunmamış dini ədəbiyyatın qeyri-
qanuni istehsalı, paylanması və ya idxalına görə qanunla birinci pozuntu halında 5000-dən
7000 manata (6,329 -
8,860 ABŞ dolları) qədər cərimə və yaxud iki ilə qədər həbs və
növb
əti təkrarlanan pozuntu hallarına görə isə 7000-dən 9000 manata (8,860 - 11,392 ABŞ
dolları) qədər cərimə və yaxud iki ildən beş ilə qədər həbs cəzası nəzərdə tutulur.
Əcnəbilərin missioner fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan edilir, lakin
v
ətəndaşların bu fəaliyyətlə məşğul olmalarına qadağa qoyulmur.
İslam dini ayinləri və
m
ərasimləri yalnız öz təhsillərini ölkədə almış vətəndaşlar və yaxud hökumətin təsdiq
etdiyi xaricd
ə təhsil proqramlarında iştirak etmiş şəxslər tərəfindən həyata keçirilə bilər.
Dig
ər dini qruplara üzv olan xaricilər hökumət tərəfindən qeydiyyatdan keçdikdən sonra
dini ayinl
əri və mərasimləri keçirə bilərlər.
Öz
əl və dövlət ibtidai və orta təhsil məktəblərində dini tədris planı yoxdur. Tələbələr ali
t
əhsil müəssisələrində dini təhsillərini davam etdirə bilərlər və QMİ xaricdə bəzi dini
t
əlimlərdə iştirakı maliyyələşdirir. Dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramı
ç
ərçivəsində xaricdə dini təhsil almaq istəyənlər DQİDK-dən və yaxud Təhsil
Nazirliyind
ən icazə almalı və yaxud qeydiyyatdan keçməlidirlər, digər hallarda xaricdə
dini t
əhsil almaq üçün dövlət orqanlarından ilkin icazə almaq tələb olunmur.
Qanuna
əsasən siyasi partiyalar dini fəaliyyətlə məşğul ola bilməzlər. Din xadimləri eyni
vaxtda dövl
ət qulluğunda vəzifə tuta və dini rəhbərlik fəaliyyəti ilə məşğul ola bilməzlər.
Dini ibad
ət yerlərindən siyasi məqsədlər üçün istifadə etmək olmaz.
H
ərbi xidmət şəxsin dini inancına zidd olduğu halda konstitusiya ilə alternativ xidmətə
icaz
ə verilməsinə baxmayaraq, alternativ xidmətə icazə verən qanunvericilik yoxdur və
dinc dövrd
ə hərbi xidmət keçməkdən imtina etməyə görə cinayət məcəlləsi ilə cəza
n
əzərdə tutulur.
Qanun dini etiqadına görə şəxslərin hədələnməsini və yaxud təhqir olunmasını qadağan
edir.
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
4
AZ
ƏRBAYCAN
Baş örtüyünə əksər ictimai yerlərdə icazə verilir, lakin rəsmi məqsədlər üçün fotoşəkillərin
ç
əkilməsi zamanı buna yol verilmir. Təhsil nazirinin verdiyi göstərişə əsasən ibtidai və orta
m
əktəblərdə qızların hicab və yaxud baş örtüyü geyinməsi qadağan edilsə də, bu geniş
formada t
ətbiq olunmur.
Hökum
ət aşağıdakı dini bayramları milli bayram kimi qeyd edir: Qurban Bayramı və
Ramazan Bayramı.
Hökum
ətin fəaliyyəti
Dini etiqad azadlığının pozulması, o cümlədən dini məhbuslar və saxlanılanlar haqqında
m
əlumat verilməmişdir. Hökumət “qeyri-ənənəvi” hesab etdiyi dini qrupların üzvlərinə, o
cüml
ədən Yehova Şahidləri və qeydiyyatdan keçməmiş Müsəlman dini təşkilatlarına qarşı
m
əhdudiyyətlər tətbiq etmişdir. İnsan Haqları üzrə Avropa Məhkəməsinə (İHAM) edilmiş
13 müraci
ətdən əlavə Yehova Şahidləri təkrar qeydiyyatdan keçmə, sərbəst toplaşmaq
azadlığı və dini ədəbiyyata qoyulan senzura ilə əlaqədar İHAM-nə dörd şikayət müraciəti
etmişdir. Bu müraciətlərin məqbul olub-olmadığı barədə ilin sonuna qədər İHAM
t
ərəfindən hər hansı qərar qəbul edilməmişdir. Qeydiyyatdan keçməmiş qruplar, o
cüml
ədən İslam ilahiyyatçısı Səyid Nursinin əsərlərini oxuyanlar və bəzi Xristianlar
hökum
ətin keçirdiyi reydlərə daha çox məruz qalmışlar. May ayında polis Gəncə şəhərində
Yeddinci Gün Adventistl
ərinin Kilsəsinə reyd etmişdir.
İnsan haqları üzrə yerli müdafiəçilər etiqadlarına görə məcburi hərbi xidmətdən imtina
ed
ənlərə alternativ xidmət formasını təklif etmədiyinə görə hökuməti tənqid etməyə davam
etmişlər. Orduda xidmətdən imtina etdiyinə görə Yehova Şahidlərinin üzvü Fəxrəddin
Mirz
əyevə qarşı 25 sentyabr tarixdə Gəncə şəhər məhkəməsi tərəfindən bir il müddətinə
azadlıqdan məhrum etmə cəzası verilmişdir.
Müxt
əlif İslam fəaliyyətlərinə, o cümlədən dini proqramların televiziya vasitəsilə yayımı
v
ə metro stansiyalarında dini ədəbiyyatın satışına olan nəzarət davam etdirilmişdir. Bakı
şəhərində dini mövzuda əsərlərin nəşri sahəsində fəaliyyət göstərən “Parlayan Günəş” adlı
n
əşriyyatın fəaliyyəti iyunun 1-də polis tərəfindən dayandırılmışdır və lisenziyası olmayan
çap şirkətini qeyri-qanuni işlətdiklərinə və vergidən yayındığına görə üç nəfər işçi həbs
edil
mişdir. Üç nəfər işçinin hər birinə beş gün saxlanma cəzası verilmiş və bundan sonra
azad edil
mişlər.
Missioner f
əaliyyəti ilə məşğul olduğuna görə üç nəfər Baptist iyunun 23-də Xaçmaz
rayonunda polis t
ərəfindən saxlanılmış və cinayət məsuliyyətinə cəlb olunmaqla
h
ədələnmişlər.
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
5
AZ
ƏRBAYCAN
1991-ci ild
ən bu vaxta qədər hökumət dini qruplardan beş halda təkrar qeydiyyatdan
keçm
əyi tələb etmişdir və ən son təkrar qeydiyyat 2009-cu ildə başlanmışdır. Təkrar
qeydiyyat prosesi hökum
ətin arzuolunmaz hesab etdiyi dini qruplara qarşı təsir vasitəsi
kimi xidm
ət göstərmişdir. Hökumət tərəfindən nəzarətə daha çox məruz qalan qruplar bir
qayda olaraq qeyri-
ənənəvi – Müsəlman və qeyri-Müsəlman - dini qruplar olmuşlar. Rəsmi
qeydiyyatdan keçm
ədən fəaliyyət göstərən bu cür qeyri-ənənəvi qruplar hökumətin
t
əqiblərinə, o cümlədən inzibati qaydada cərimələnməyə və onların bağlanmasını tələb
ed
ən məhkəmə qərarlarına məruz qalmağa davam etmişlər. Nəticədə bu cür qrupların
f
əaliyyət göstərməsi çətin və yaxud bəzi hallarda qeyri-mümkün olmuşdur.
Əksər dini icmalar hökumətin qeydiyyatla bağlı müraciətlərə gec cavab verdiyindən və
b
əzilərinə qeyri-müəyyən əsaslarla rədd cavabı verməsindən şikayət etmişlər. Əvvəlki
qeydiyyat statusundan asılı olmayaraq təkrar qeydiyyatdan keçmək tələbinə il ərzində altı
dini qrup cavab vermi
şdir. Bununla da qeydiyyat tələbinin ilk dəfə irəli sürüldüyü vaxtdan
b
əri qeydiyyatdan keçmiş cəmi qrupların sayı 801 olmuşdur və bunlardan 34-ü qeyri-
Müs
əlman qruplarıdır. Hökumət rəsmilərinin verdikləri məlumata əsasən qeydiyyat
t
ələlərinə əlavələrin 2009-cu ildə qüvvəyə minməsindən sonra qeydiyyatdan keçmiş 576
t
əşkilatdan 555-i Müsəlman və 21-i qeyri-Müsəlman təşkilatı, o cümlədən 12 Xristian, altı
Y
əhudi, iki Bəhai və bir Krişna qrupu olmuşdur. Təsdiq olunmuş müraciətlərdən 372-si
t
əkrar qeydiyyat və 204-ü ilk dəfə qeydiyyatdan keçmə ilə bağlı olmuşdur. DQİDK
t
ərəfindən verilmiş məlumata əsasən 2009-cu ildən bu vaxta qədər komitə 193 Müsəlman
t
əşkilatının ərizələrinə qeydiyyat tələblərinə cavab vermək üçün əlavə düzəlişlərin
olunması məqsədilə QMİ-nə geri qaytarmışdır. İlin sonunda 25 dini təşkilatın qeydiyyat
müraci
ətləri DQİDK tərəfindən baxılma mərhələsində olmuşdur.
Bir sıra Müsəlman və qeyri-Müsəlman qruplarının verdikləri məlumata əsasən DQİDK
onların təkrar qeydiyyat müraciətlərini rədd etmiş və yaxud bu barədə qərar qəbul
etm
əmişdir. Qeydiyyat müraciətinə qəbul olunduğu tarixdən sonrakı 30 gün ərzində
baxılması tələb olunsa da, bir sıra dini təşkilatlar qeyri-şəffaf qeydiyyat prosedurlarının
prosesi uzatdığını bəyan etmişlər. Dini qrupların qeyri-hökumət təşkilatı kimi Ədliyyə
Nazirliyind
ə qeydiyyatdan keçməsindən sonra onların əvvəl mövcud olan hüquqi
qeydiyyatının qanuni qüvvəsi barədə çaşqınlıq olmuşdur. Məsələn, 25 aprel tarixdə Bakı
şəhər İnzibati İqtisad Məhkəməsi hökm çıxararaq DQİDK-in təkrar qeydiyyat tələblərinə
əməl etməkdən imtina etdiyinə əsaslanaraq “Həyatverici Lütf” dini icmasının Ədliyyə
Nazirliyind
ən aldığı əvvəlki qeydiyyatını ləğv etmişdir.
İl ərzində qeydiyyatla bağlı müraciətləri rədd edilmiş və yaxud qeyri-müəyyən olan dini
qruplara b
əzi İslam dini qrupları, Yehova Şahidləri, Baptistlər, Yeddinci Günün
Adventistl
əri və Bakı Beynəlxalq Qardaşlığı daxil olmuşdur.
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
6
AZ
ƏRBAYCAN
Bir QHT t
ərəfindən verilmiş məlumata əsasən yerli dövlət orqanları 12 may tarixdə Gəncə
şəhərində Yeddindi Günün Adventistlərinin görüşünü dağıtmış və qeyri-qanuni hesab
olunan
toplantıda iştirak etdiyinə görə bir nəfər üzvünü cərimələmişdir. DQİDK
toplantının dağıdılmasından xəbəri olmadığını bildirmiş və qrupun qeydiyyatdan keçdiyini
qeyd etmişdir.
Hökum
ətin verdiyi məlumata əsasən ilin birinci yarısında dini materialların idxalı ilə bağlı
DQİDK-nə 333 müraciət daxil olmuşdur və bunlardan 40 müraciət rədd edilmişdir. Bir
neç
ə Müsəlman və Xristian qruplar, o cümlədən Yehova Şahidləri senzura və dini
ədəbiyyatın idxalına icazə almaq üçün tələb olunan prosesin uzun və ağır olmasından
şikayət etmişlər. İlin birinci yarısında 74 dini sənədin nəşr olunması barədə DQİDK-nə
müraci
ətlər daxil olmuşdur və bunlardan üçü rədd edilmişdir.
Hökum
ətin ibtidai və orta təhsil məktəblərində qızların hicab və yaxud baş örtüyü
geyinm
əsini qadağan edən qərarının icra olunması istiqamətində hökumət tərəfindən hər
hansı hüquqi addım atılmamışdır və ölkə ərazisində fəaliyyət göstərən məktəb
direktorlarının əksəriyyəti bu göstərişə əməl etməmişdir.
B
əzi yerlərdə azan səsləndirilməsinin qadağan edildiyi barədə məlumatlar verilmişdir.
29 may tarixd
ə Ali Məhkəmənin qəbul etdiyi qərara əsasən yevangel qrupunun “Mədh
Kils
əsi” dini qrup kimi qeydiyyatdan keçə bilər və bununla da icmanın DQİDK ilə əmlak
v
ə qeydiyyatla bağlı uzun müddət davam edən mübahisəsinə son qoyulmuşdur.
2010-cu ild
ə dövlət orqanları tərəfindən bağlanılmış bir sıra məscidlərin bağlı qalması
davam etmişdir. Bunlardan bəziləri təmirə ehtiyacı olduğu əsas gətirilərək və yaxud
t
əhlükəsizlik səbəbindən, məsələn Bakı şəhərindəki Şəhidlər Məscidi, yerli icra
hakimiyy
ətləri tərəfindən bağlanılmışdır. Gəncə şəhərindəki sünni Cümə Məscidi
qeydiyyat t
ələblərinə əməl etmədiyinə görə dövlət orqanları tərəfindən bağlanmışdır.
Bakının Suraxanı rayonunun dövlət orqanları Yeni Günəşli qəsəbəsində şiə icmasına
m
əxsus olan “Fatimeyi-Zəhra” Məscidinin inşasının qarşısını almağa davam etmişlər və
icmanın qeydiyyat müraciəti baxılma mərhələsində olmuşdur.
İslam dinində olan Məhərrəm ayı ərəfəsində QMİ 14 noyabr tarixdə ictimaiyyətə müraciət
ed
ərək radikal əməllərin yayılmasının qarşısını almaq üçün dini ayinlərin qeyri-rəsmi
yığıncaqlarda deyil, məscidlərdə həyata keçirilməsinə çağırmışdır.
İl ərzində dövlət orqanları tərəfindən yeddi məsciddə təmir işləri aparılmış və fəaliyyəti
b
ərpa edilmişdir. Prezident Əliyev 10 sentyabr tarixdə Qəbələdə yenidən qurulmuş
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
7
m
ərkəzi məscidin açılışında iştirak etmişdir.
AZ
ƏRBAYCAN
Roma Papa
sı II İohan Pavelin Bakıya səfərinin 10-cu ildönümünü qeyd etmək məqsədilə
Kardinal Fernando Filoni 10 iyun tarixd
ə Bakıya səfər etmiş və burada hökumət
r
əsmilərinin və müxtəlif dini qrupların iştirak etdiyi mərasimdə moizə oxumuşdur.
Bakı şəhərində fəaliyyət göstərən Sinaqoq qismən Prezident Əliyevin ayırdığı xüsusi qrant
hesabına maliyyələşdirilmiş Sovet dövründən sonra özünün ilk yeni bükülmüş Tövrat
kitabını qəbul etmişdir. Parlamentin üzvü Yebeda Abramov da daxil olmaqla 500-dən çox
icma üzvü imzalama m
ərasimində iştirak etmişlər.
DQİDK-in rəsmiləri qeydiyyat zamanı üzləşdikləri çətinlikləri, ədəbiyyatın idxalına olan
mane
ələri müzakirə etmək, eləcə də gələcək əməkdaşlıq və dialoq barədə fikir mübadiləsi
aparmaq m
əqsədilə oktyabr ayında Yehova Şahidlərinin yerli və beynəlxalq nümayəndələri
il
ə görüşmüşlər. Bununla belə Yehova Şahidlərinin nümayəndələrinin görüşdən məmnun
qalmadıqları barədə məlumat verilmişdir.
DQİDK və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu dekabr
ayında Bakı şəhərində “Dövlət və Din: Dəyişən Dünyada Tolerantlığın Gücləndirilməsi”
adlı ilk beynəlxalq Bakı forumunu keçirtmişdir. 10 ölkədən olan 30-dan çox nümayəndə, o
cüml
ədən Türkiyə, Misir, Küveyt və Rusiya Federasiyasının Dağıstan Respublikasından
olan yüks
ək vəzifəli dövlət rəsmiləri tədbirdə iştirak etmişdir.
Hökum
ət Dağlıq Qarabağ bölgəsi üzərində nəzarət etməmişdir. Dini qruplar və QHT-lər, o
cüml
ədən Yehova Şahidləri və “Forum 18” təşkilatı Dağlıq Qarabağda bəzi
m
əhdudiyyətlər və zorakılıq halları ilə üzləşdiklərini bildirmişlər.
Bölm
ə III. Cəmiyyətdə dini etiqad azadlığına hörmətin vəziyyəti
Dini m
ənsubiyyət, etiqad və yaxud dini fəaliyyət zəminində cəmiyyətdə zorakılıq və ayrı-
seçkilik hallarının baş verməsi barədə məlumatlar verilmişdir.
X
əzər Universitetinin professoru Ağalar Məmmədov İslamda ekstremizmi tənqid edən
m
əktubu yazdıqdan sonra fiziki zorakılıq hədələri ilə üzləşdiyi üçün aprel ayında sığınacaq
almaq m
əqsədilə İsveçə müraciət etmişdir.
T
əhsil Nazirliyinin dövlət məktəblərində və universitetlərdə qadınların hicab geyinməsinə
qeyri-r
əsmi qadağa qoymasına 5 oktyabr tarixdə 200-dən çox insan etiraz etmişdir.
Nümayişçilər icazəsiz etiraz aksiyasını zor tətbiq etməklə dağıtmağa cəhd göstərən polisə
2012-ci il üzr
ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat
Birl
əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
8
AZ
ƏRBAYCAN
qarşı müqavimət göstərmişlər. İyirmi nəfər polis əməkdaşının xəsarət aldığı barədə
m
əlumat verilmişdir və polis tərəfindən 65 nəfər saxlanılmış, onlardan 32 nəfəri polisə
müqavim
ət göstərməkdə və ictimai asayişi pozmaqda ittiham olunmuşdur.
İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi tərəfindən avqust və sentyabr aylarında keçirilmiş
ictimai r
əy sorğusunun nəticələrinə əsasən respondentlərin 18 faizi siyasi İslamı yaymağa
çalışanların həbsinin ədalətli olduğunu və bu şəxslərin ümumiyyətlə “dünyəvi cəmiyyətə
t
əhlükəli” olduqlarını hesab etmişlər.
Hökum
ətin Strateji Araşdırmalar Mərkəzi tərəfindən may-iyun aylarında keçirilmiş
sorğunun nəticələrinə əsasən respondentlərin 40.5 faizi Yəhudilərə qarşı müsbət münasibət
b
əslədiyini və yaxud hörmət etdiyini, 46.8 faizi Yəhudilərə qarşı bitərəf olduğunu, 8.7 faizi
Y
əhudilərə etibar etmədiyini və 4 faizi Yəhudiləri düşmən hesab etdiyini bildirmişdir.
Bölm
ə IV. ABŞ Hökumətinin siyasəti
Bir sıra hallarda ABŞ Səfirliyinin rəsmiləri hökumət nümayəndələrinə “qeyri-ənənəvi” dini
qruplar t
ərəfindən dini qeydiyyat prosesində müəyyən edilmiş problemlərə diqqət
yetirm
əyi məsləhət görmüşlər. Səfirliyin əməkdaşları eyni zamanda qeydiyyat problemləri,
dini
ədəbiyyatın idxalına olan maneələr və məscidlərin bağlanması ilə əlaqədar olan xüsusi
halları hökumət rəsmiləri, dini qrupların rəhbərləri və qeyri-hökumət təşkilatlarının
nümay
əndələri ilə müzakirə etmişlər.
S
əfirliyin əməkdaşları iyul ayında Bakının Yəhudi icmasına ianə edilmiş yeni Tövratın
t
əntənəli təqdimat mərasimində və Papa II İohan Pavelin Bakıya səfərinin onuncu
ildönümün
ə həsr olunmuş tədbirdə iştirak etmişlər.
S
əfirlik avqust ayında hökumət rəsmiləri, müxtəlif dini qrupların rəhbərləri və QHT
nümay
əndələri üçün iftar süfrəsi vermiş və burada dini etiqad azadlığı və dözümlülük
müzakir
ə olunmuşdur.
Sentyabr ayında Səfirlik, peşəkar fəaliyyəti İslam və dini azadlıqla əlaqədar olan beş
tanınmış şəxsin Birləşmiş Ştatlara səfərini maliyyələşdirmişdir. Bu proqram çərçivəsində
iştirakçılar çox-dinli dözümlülük, kilsə və dövlətin bir-birindən ayrılması, eləcə də dini
etiqad azadlığının gücləndirilməsi ilə yaxından tanış olmuşlar. DQİDK-in Sədrinin oxşar
proqramda i
ştirakı Səfirlik tərəfindən dekabr ayında maliyyələşdirilmişdir.
Dostları ilə paylaş: |