Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

 
45 
faiz ödənilmişdir. 
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Bəhreyndə 
nəqliyyatın başlıca sahəsi gəmiçilikdir. Manamada beynəlxalq 
miqyasda dəniz gəmiçiliyi ilə məşğul olan ondan artıq xarici şirkətin 
şöbələri vardır. Beynəlxalq standartlara cavab verən liman Salman 
şəhərindədir. Digərləri isə Manama və Sitra şəhərlərindədir. Sitra 
limanından  əsasən neft və qaz məhsulları ixrac edilir. Bütün 
limanlarda yenidənqurma işləri aparılır. Belə ki, gəmilərin  ərzaq və 
su təhcizatı üçün anbarlar tikilir, tranzit gəmilər üçün körpülər 
genişləndirilir, yükləmə-boşaltma mexanizmləri təkmilləşdirilir. 
Bütün bunların  İran körfəzi ölkələrinin iqtisadiyyatının sürətli 
inkişafı sayəsində Bəhreyn limanlarının yük dövriyyəsi ildən-ilə artır. 
Bəhreyndə dəmir yolu yoxdur. Avtomobil yollarının uzunluğu 
3200 km-ə  bərabərdir. Bunun 2430 km-i bərk örtüklü yollardır. 
Ölkədə 3 təyyarə meydanı  fəaliyyət göstərir. Beynəlxalq dərəcəli 
təyyarə meydanı Mühərrək adasında yerləşir. 
Bəhreyn həm xarici, həm də daxili rabitə vasitələri (İran kör-
fəzində ən güclü radiostansiya, yerin süni peykindən istifadə etməklə 
teleks və telefon əlaqələri stansiyası) ilə yaxşı təchiz olunmuşdur. 
Xarici ticarət. Bəhreyni adətən «İran körfəzinin ticarət evi» 
adlandırırlar. Ticarət mərkəzi kimi o, çox-çox əvvəllərdən  şöhrət 
qazanmışdır. Məhdud təbii ehtiyatlara malik olan, lakin əlverişli 
coğrafi mövqedə yerləşən kiçik ölkə üçün ticarət iqtisadiyyatın 
həmişə mühüm tərkib hissəsi olmuşdur.  Əsrlər boyunca bu kiçik 
arxipelaq ticarət məntəqəsi kimi, burada yaşayan  əhali isə tacir
dənizçi və mirvari ovçusu kimi tanınmışdır. Mirvari ovu tənəzzülə 
uğrasa da ticarət  əvvəlki kimi ölkə iqtisadiyyatında böyük rolunu 
saxlamaqda davam edir. İqtisadçıların fikrincə müasir dövrdə 
Bəhreynin regional ticarət mərkəzi kimi «çiçəklənməsinin» başlıca 
amili İran körfəzində ağır sənayenin inkişafı ilə də əlaqədardır. Məhz 
elə bu amil Bəhreynin geri ixrac (reeksport) məhsulları mərkəzi kimi 
rolunu gücləndirir. 
Geri ixrac əməliyyatından ölkə xeyli miqdarda gəlir əldə edir. 
Geri ixracatda parça, paltar, ev əşyaları,  ərzaq məhsulları, oduncaq, 
dəzgah, metal avadanlıqları, sement və s. məhsullar üstünlük təşkil 
edir. Digər ölkələrdən alınan bu məhsullar Küveyt, Qətər, Səudiyyə 
Ərəbistanı  və  İrana satılır. Bəhreyn idxal etdiyi məhsullarının 40 
faizini ixrac edir. 
 
46
Bəhreyn neft, neft məhsulları, alüminium, plastik kütlə  və s. 
ixrac edir. Başlıca olaraq sənaye və  kənd təsərrüfatı avadanlıqları, 
nəqliyyat vasitələri,  ərzaq məhsulları, sənaye malları  və tikinti 
materialları idxal edilir. Ticarət etdiyi ölkələr Yaponiya, ABŞ, Böyük 
Britaniya, Almaniya, Hindistan, Səudiyyə  Ərəbistanı, Avstraliya 
İttifaqı və başqalarıdır. 
Maliyyə sistemi. 1975-ci ildən sonra Bəhreyn beynəlxalq bank 
mərkəzinə çevrildi və 2000-ci ilədək ölkədə 80-dən artıq xarici bank 
filialı açıldı.  Ərəb ölkələrinin ticarət banklarının  əksəriyyətinin 
Bəhreyndə şöbələri fəaliyyət göstərir. Ölkənin milli gəlirinin təqribən 
20 faizi müxtəlif maliyyə  əməliyyatlarından  əldə edilən gəlirin 
payına düşür.  İran körfəzində son illərdə baş vermiş böhranlarla 
əlaqədar digər  Ərəb  əmirlikləri kimi Bəhreyn də müəyyən mənada 
zərər çəkmişdir. Ölkənin maliyyə bank sisteminə  və  sənayesinə 
xüsusilə böyük ziyan dəymişdir. Bu zərərin bir hissəsinin neftdən 
gələn gəlirin hesabına ödənilməsinə baxmayaraq maliyyə  vəsaitinin 
çatışmaması ilə  əlaqədar Bəhreyn ölkənin iqtisadi inkişafı üzrə 
nəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsini müvəqqəti 
dayandırmağa məcbur olmuşdur. 
Ölkənin pul vahidi Bəhreyn dinarıdır. Təsbit edilmiş kursa 
görə 0,38 dinar 1 ABŞ dollarına bərabərdir (2005). 1975-ci ildən eti-
barən Bəhreyndə offşor bank əməliyyatlarının keçirilməsinə icazə 
verilmişdir. Hazırda ölkədə onlarca offşor bank fəaliyyət göstərir. 
 
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ
*
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
Coğrafi mövqeyi. Birləşmiş Ərəb  Əmirlikləri (BƏƏ) Ərəbis-
tan yarımadasının  şərq hissəsində,  İran və Oman körfəzləri 
sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı 
Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rub-
əl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. 
Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin 
uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru 
ölkənin ərazisi 100-150 km məsafədə uzanır. 
                                      
*
 Ərəbcə adı «əl-İmarat əl-Arabiyyə əl-Muttəhidə»dir. 


 
47 
Birləşmiş  Ərəb  Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, 
Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə 
daxildir.  İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin 
ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir
*

Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), 
ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi). 
Əmirliklərin qonşu dövlətlərlə  ərazi mübahisələri mövcuddur. 
1974-cü ilin avqustunda ərazi və  sərhəd məsələləri üzrə  BƏƏ  və 
Səudiyyə Ərəbistanı arasında bağlanan müqaviləyə əsasən Abu-Dabi 
əmirliyinin  şimal-qərbində yerləşən  ərazinin bir hissəsi Səudiyyə 
Ərəbistanına verilmişdir. Eni 50 km-dən 80 km-ə  qədər olan bu 
«dəhliz» Səudiyyə  Ərəbistanın daxili hissəsini  İran körfəzi ilə 
birləşdirir. Bu «dəhliz» hesabına Səudiyyə Ərəbistanın Qətər yarıma-
dasının  şərqindən  İran körfəzinə  çıxış  əldə edə bilmişdir. Lakin 
«dəhliz»-in daxil olduğu məhəlli və şelf suları əvvəllər olduğu kimi 
yenə də BƏƏ-nin tam tabeliyindədir. 
1999-cu ildə Oman Sultanlığı ilə sərhədlərin dəqiqləşdirilməsi 
barədə danışıqlara başlanılmışdır. İran körfəzində yerləşən Abu Musa 
Böyük Tombe– Bozorq adalarının BƏƏ-nə  və ya İrana məxsus ol-
ması barədə mübahisələr davam etməkdədir, baxmayaraq ki, rəsmi 
Tehran 2000-ci ildə əlveşli strateji mövqedə yerləşən bu adaların ona 
məxsus olması barədə bəyanat vermişdir. 
 BƏƏ-nin coğrafi və geosiyasi mövqeyinin əlverişliliyi onun 
Yaxın Şərq regionu neftinin daşındığı əsas yolların yaxınlığında, İran 
və Oman körfəzləri sahilində yerləşməsi ilə müəyyən edilir. Xüsusilə 
İran körfəzini Hind okeanı ilə birləşdirən ensiz Hörmüz boğazına 
çıxışın iqtisadi və strateji əhəmiyyəti böyükdür. Ölkənin  ən iri li-
manları Abu-Dabi, Rəşid, Cəbəl-Əli, Şərca, Rəs-əl-Heymə, Füceyrə, 
İran və Oman körfəzləri sahillərində yerləşir. 
Səth quruluşu və faydalı qazıntıları.  Əmirliklərin  ərazisi  İran 
körfəzinin cənub sahili boyunca Qətər yarımadasından Müsəndam 
yarımadasınadək 700 km məsafədə uzanır. Sahillərinin kəskin 
parçalanması  nəticəsində bir sıra qumlu dillər  əmələ  gəlmişdir. Təbii-
coğrafi xüsusiyyətlərinə görə ölkədə 4 təbii bölgə ayrılır:  İran körfəzi 
                                      
*
 Bəzi mənbələrdə ölkənin ərazisi 83,6 min kv. km, digərlərində isə 78 
min kv. km göstərilir. 
 
48
sahili; Materik yaylası; Oman körfəzi sahili; Dağlıq ərazi. 
İran körfəzi sahili təbii bölgəsi ensiz, hamar düzənlikdir. 
Düzənliyin dəniz səviyyəsindən orta hündürlüyü 30-50 metrdir. İran 
körfəzi sahili bölgəsinin qərbindəki  şoranlıqlar qumlu-çınqıllı 
sahələrlə növbələşir. Bölgənin  şərq hissəsi qərbinə nisbətən dərə-
təpəlidir. 
Materik yaylası  təbii bölgəsi  İran körfəzi sahili təbii 
bölgəsindən cənubda yerləşir. Yaylanın dəniz səviyyəsindən orta 
hündürlüyü 100-150 metrdir. Əmirliklərin  ərazisinin 2/3 hissəsini 
əhatə edən materik yaylasının  şimalını  əd-Dəfra təbii sətti tutur. 
Yayladakı  şoranlıqlar daşlı  və qumlu səhralarla  əvəz olunur. 
Səhralarda hərəkət edən qumlar Əmirliklərin  əksəriyyəti üçün təbii 
«bəla» sayılır. Şərqə və cənuba doğru qum təpələri daha geniş sahədə 
yayılmışdır. Nisbətən məhsuldar torpaqları ilə  fərqlənən  əl-Batin 
düzənliyinin cənubunda Səudiyyə  Ərəbistanı, Oman və  Yəmən 
dövlətlərinin ərazisinə qədər uzanan qum təpələri qərbdə Rub-əl-Xali 
səhrası ilə qovuşur. Yaylada vahələr çoxdur. Abu-Dabi əmirliyində 
yerləşən əl-Ayn və Liva ölkənin ən böyük vahələridir. Təqribən 100 
km məsafədə uzanan əl-Ayn vahəsini İran körfəzindən qumlu tirələr 
ayırır. Əvvəllər bu sahəni keçmək üçün dəvələrdən istifadə edilirdi və 
bu yol yorucu sayılırdı.  İndi isə vahəyə sürətli avtomobil magistralı 
çəkilmişdir. 
 Vahə yaxınlığında yerləşən yaşayış  məskənləri dağlardakı 
bulaq sularından istifadə edirlər. Vahənin indiki sakinlərinin  əc-
dadları orijinal yeraltı kanalllar sistemi tikmişlər. Daşla hörülmüş 
kanallar su mənbələrindən vahəyə  qədər 30 km uzanır. Su öz təbii 
axarı ilə  gəlir. Vahənin özündə kanalın dərinliyi 10-15 metrə çatır. 
Əvvəllər yeraltı  çənlərə  yığılan suyu adi quyularda olduğu kimi 
çıxarırdılar.  İndi suyu nasoslar vasitəsilə  səthə qaldırırlar. Vahənin 
özü də yeraltı sularla zəngindir. 
 Abu-Dabi əmirliyinin paytaxtından təqribən 150 km cənub və 
cənub-şərqdə yerləşən Liva vahəsi əslində zəncirvarı halda düzülmüş 
30 kiçik vahələrdən ibarətdir. Bu vahələr səhranın qum təpəlikləri 
arasında qövs şəklində  təqribən 60-80 km məsafədə uzanır. 
Vahələrdəki yeraltı sular səthə çox yaxın yerləşmişdir. Torpaqların 
yüksək dərəcədə  şoranlaşdığı bu vahələrdə  Şərqi  Ərəbistanın  ən iri 
ağacı sayılan xurma palmaları yaxşı böyüyür. Hündür gövdəsi və 
lələkli çətiri olan palma səhralarda az-az görünən yaşıl vahələrə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə