Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

 
49 
xüsusi mənzərə verir.  
 Demək olmaz ki, BƏƏ-nin təbii mənzərəsi yekrəngdir, 
cansıxıcıdır. İndi səhraya «hücumlar» edilir, burada yeni-yeni sənaye 
müəssisələri, kənd təsərrüfatı fermaları, yaşayış  qəsəbələri salınır. 
Səhralarda uzanan neft buruqlarını, betondan tikilmiş boz rəngli 
müəssisələri, tez-tez tünd yaşıl rəngə bürünmüş vahələr əvəz edir. Bu 
vahələr səhraya sərilmiş yaşıl xalçaya bənzəyir və  ətrafa gözəllik 
verir. 
 Oman körfəzi sahili təbii bölgəsi (bu bəzən əş-Şemaliyə vadisi 
də adlanır)  şimalda və  cənubda  Əmirliklər ilə Oman arasındakı 
sərhəd boyunca yerləşir.  Şərqdə  zəif parçalanmış sahil xətti, qərbdə 
isə Oman dağ sistemindən ayrılan qollarla həmsərhəddir.  Əş-
Şemaliyə vadisinin uzunluğu 75-80, eni isə 10-15 km-dir. Füceyrə 
rayonunda vadinin eni 25 km-ə çatır. 
 Dağlıq təbii bölgəsi Oman körfəzi sahili boyunca uzanan dağ 
sisteminin bir hissəsini  əhatə edir. Bu bölgənin  ən hündür yeri əl-
Əhdar dağlarındadır (məsələn,  Şam dağında hünd. 3353 m). Əl-
Əhdar dağları ilə Müsəndam yarımadasındakı bölgədə  Qərbi Həcər 
(hünd. 1643 m) və Ruus-əl-Cəbəl (hünd. 2194 m) dağları yerləşir. 
Qərbi Həcər dağları Füceyrəni digər  Əmirliklərdən ayırır. Dağ 
dərələri və dağətəyi sahələrdə  aşınma nəticəsində illər boyu yığılan 
aşınma materialları  məhsuldar torpaq örtüyünün yaranmasına səbəb 
olmuşdur. 
 Birləşmiş  Ərəb  Əmirliklərində qiymətli faydalı qazıntılar – 
neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, 
boksit, maqnezit, asbest və s. aşkar edilmişdir. Neft və  təbii qaz 
yataqları daha tez mənimsənilmiş, digərləri isə  hələ  də  tədqiq 
edilməkdədir. Məsələn, dağlıq bölgədə yerləşmiş  Rəs-əl-Heymə 
əmirliyinin faydalı qazıntılarla zəngin olması məlumdur. 
Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik olan 
neft və  təbii qazdır.  Əmirliklərin  ərazisində  və ona məxsus  şelf 
zonasında  İran körfəzi neft-qaz hövzəsinə aid iki areal (Qətər-
Hörmüz və Murban) yerləşir. Qətər – Hörmüz arealında Umm – 
Şeyf,  Əl-İdd-Əş-Şarqi, Murban arealında isə Bu – Qəza, Abu Cidu
Murban ən böyük neft-qaz yataqlarıdır. Murban, Bu – Qəza və Adu 
Cidu yataqlarının hər birinin neft ehtiyatı  təqribən 500 mln. tondur. 
Ölkə üzrə neft ehtiyatı isə 12,95 mlrd. tondur. Bu göstəriciyə görə 
Yaxın və Orta Şərq regionunda 5-ci yeri (Səudiyyə Ərəbistanı, İran, 
 
50
İraq, Küveyt) tutur. Təbii qaz ehtiyatı isə 6,0 trln. kub metrdən 
çoxdur (2005). 
İqlimi və hidroqrafiyası.  Əmirliklərin  ərazisində iqlim 
xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və  Şərq zonası 
ayrılır.  İran körfəzi bölgəsinə aid edilən Qərb zonasında qış möv-
sümündə (dekabr-fevral) gündəlik temperatur müsbət 20-35 dərəcəyə 
çatan mülayim isti, yayda isə (iyul-avqust) temperatur tərəddüdü 38-
50 dərəcə olan çox isti hava hakim olur. Bu zonada çox nadir 
hallarda temperatur müsbət 5-10 dərəcəyədək aşağı düşür. Qərb 
zonasında həm qışda, həm də yayda gecə  və gündüz temperatur 
tərəddüdü nisbətən kəskin olur. Yayda gecə temperatur 20, qışda isə 
15 dərəcəyədək aşağı düşür. Sahildə rütubət yüksək olduğundan (85 
– 95 faiz) nəfəs almaq belə çətinləşir. 
Oman körfəzi bölgəsinə aid edilən Şərq zonası tropik qurşaqda 
yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olur. 
Ona görə  də bu zona quraqlığı  və yayda tozlu hava axınının 
üstünlüyü ilə seçilir. Şərq zonasında iqlimin formalaşmasına Oman 
körfəzi ilə birlikdə Ərəbistan dənizindən gələn yay və qış mussonları 
da böyük təsir göstərir. Qış mussonlarının təsiri ilə Oman körfəzinin 
sahil bölgələrində temperatur 20, dağlıq rayonlarında isə 10 
dərəcəyədək aşağı düşür. Əl-Batin ovalığı, Qərbi Həcər və Ruus-əl-
Cəbəl dağlarının  ətəkləri yay mussonlarının təsirinə  məruz 
qaldığından iyul ayında sahildə və dağ dərələrində temperatur 25-26 
dərəcə  təşkil edir. ölkənin qərbinə il ərzində 100 mm (daxili 
səhralarda 70-80 mm) yağıntı düşür. Burada yerləşmiş  Rəss-əl-
Heymə  ən çox yağıntı alan əmirlikdir (200-300 mm). Ölkənin 
şərqində yağıntıların miqdarı Qərbə nisbətən çoxdur (il ərzində 200-
250 mm). 
Birləşmiş  Ərəb  Əmirliklərində çay, göl və digər yerüstü su 
mənbələri yoxdur. Yeraltı sular yeganə  həyat mənbəyidir. Hələ 
qədim zamanlarda burada yaşayan tayfalar quyu qazıb yeraltı 
sulardan istifadə  vərdişlərinə yiyələnmişlər. Quyular ətrafında 
vahələr yaranmışdır. Bunlardan ən böyükləri Liva və Büreym 
vahələridir. Vahələrdə yaşayış  məntəqələri salınmış, sonralar bu 
məntəqələr böyüyərək  şəhərlərə çevrilmişdir. Abu-Dabi, Dubay, 
Şərca vahələrdə yaranan şəhərlərdir. 
Qətərdə olduğu kimi yeraltı sular ölkənin bəzi yerlərində o 
qədər çoxdur ki, qumlar və daşlar arasında bataqlaşmış sahələr əmələ 


 
51 
gətirmişlər. Ölkədə yeraltı suların olmasına baxmayaraq su problemi 
çox kəskindir. Suya olan tələbatı ödəmək üçün dəniz suyunu 
təmizləyən qurğular tikilir. 
Torpaq və bitki örtüyü. BƏƏ səhraları daşlı-çınqıllı, daşlı-qum-
lu səth örtüyünə malikdir. Sahildə bataqlaşmış və lilli sahələr, şoranlıqlar 
(səbhlər) üstünlük təşkil edir. Dağ  dərələrində,  Əş-Şemaliyə vadisində 
məhsuldar dağ-qırmızı torpaqlar, Rəss-əl-Heymə  əmirliyi və  əl-Büreym 
rayonunda qırmızı-qonur torpaqlar yayılmışdır. 
BƏƏ quru səhra və yarımsəha, çılpaq qayalı dağlar, vahələr və 
nisbətən məhsuldar dağ vadiləri olan ölkədir.  Ərazisində  təbii meşə 
massivi yoxdur. Bəzi yerlər kol bitkilərindən də məhrumdur. İran və 
nisbətən Oman körfəzi sahillərində kserofit səhra çöl bitki örtüyü
sahildən materikin daxilinə doğru uzaqlaşdıqca səhranın yarımkol 
bitkiləri, dağların ətəkləri və vadilərdə subtropik bitkilər yayılmışdır. 
Vahələr və vadilərdə xurma və meyvə  ağacları bitir. Ölkənin  İran 
körfəzi sahillərindən 10 km-lə aralı yerləşən  əraziləri  şoranlaşmış 
qumlarla örtülmüşdür. Yeraltı sular səthə çox yaxın yerləşdiyindən 
tezliklə buxarlanan nadir yağışlardan sonra, günəşin qızmar  şüaları 
altında geniş sahələr qar kimi ağ duz ilə örtülür. 
Yerli torpaq örtüyü ilə tanış olan xarici mütəxəssislər, əkin və 
biçin üçün bu torpaqların yararsız olduğunu sübut etməyə çalışırdılar. 
Lakin ölkənin hakim dairələri inanırlar ki, əmirliklərin gələcək nəsli 
bağ-bağçaya bürünmüş bir ölkədə yaşayacaqlar. Artıq indinin özündə 
BƏƏ-də 80 mln.dan artıq ağac  əkilmişdir. BƏƏ ilə oxşar iqlimə 
malik olan Avstraliya, Cənubi Amerika və  Cənub  Şərqi Asiya 
bölgələrindən gətirilən bitkilərin yetişdirilməsi üçün ölkədə bir neçə 
meşə  təsərrüfatı sahələri yaradılmışdır. BƏƏ-də  təbiətə qayğı ilə 
yanaşırlar. Onu qorumaq məqsədilə  Əmirliklərdə qoruq və 
yasaqlıqlar yaradılmışdır. 
Əmirliklərin heyvanat aləmi həddən artıq kasıbdır. Burada 
ceyran, dovşan, sürünənlərdən isə  kərtənkələ  və ilanların müxtəlif 
növləri yayılmışdır.  İran körfəzin sahilində quşlar çoxdur. Oman 
körfəzi müxtəlif növ balıqla zəngindir. 
  
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Müasir BƏƏ-nin  ərazisi çox qədimdən məskunlaşmışdır. 
 
52
Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa 
tikililərin qalıqları, vahələrin  əkinçiliklə  məşğul olan əhalisinin 
yüksək mədəniyyətə malik olduqlarını sübut edir. 
XVI  əsrin başlanğıcında  İran körfəzi sahilində yerləşən 
ölkələrin tarixində  əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin 
sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır. 
1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi 
donanması bu yerləri zəbt edərək  İran körfəzinin  Ərəbistan 
sahillərində Portuqaliya ağalığını  bərqərar etdi. Lakin Osmanlı 
imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI 
əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan 
İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və 
Niderland meydana çıxır. 
İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla 
istifadə edən  İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış  və 
1623-cü ildə sonradan özlərinin  İran körfəzində başlıca dayaq 
məntəqəsi olan Hörmüzü tuta bilmişdir.  İngiltərə  və Portuqaliya 
arasında gedən rəqabət 100 ildən artıq davam etmiş  və  İngiltərənin 
qələbəsi ilə bitmişdir. Bu dövrdə İngiltərə İran körfəzində Niderlandı 
da sıxışdırıb aradan çıxara bilmişdir. 
 XVIII  əsrin axırları  və XIX əsrin  əvvəllərində Osmanlı 
imperiyasının zəifləməsi ilə  əlaqədar  İngiltərənin  İran körfəzi 
bölgəsini zəbt etmək cəhdləri daha da güclənir. Yerli tayfalar 
İngiltərəyə  kəskin müqavimət göstərirdilər. Regionun dənizçi və 
təcrübəli döyüşçülər olan sakinləri dəniz ticarəti üzərindəki 
mübarizəsiz heç kəsə vermək fikrində olmadığından daima ingilis 
gəmilərinə hücum edirdilər. Beləliklə, İngiltərə «dəniz quldurlarına» 
qarşı mübarizə etmək bəhanəsi ilə  əslində müstəmləkəçiliyə qarşı 
çıxan yerli əhalinin müqavimətini qıra bilmiş  və  İran körfəzi 
bölgəsinin ticarət yolları üzərində  nəzarəti öz əlinə ala bilmişdir. 
XVIII-XIX əsrlərdə Avropa müstəmləkəçiləri İran körfəzi bölgəsində 
ərəb tayfalarının ciddi müqaviməti ilə qarşılaşdıqlarından buranı 
«Quldur sahili» adlandırmışlar. 1853-cü ildə  İngiltərə hökuməti bu 
xoşagəlməz adı «Müqaviləli sahil» adı ilə  əvəz etmişdir. Bir qədər 
sonra isə onu «Müqaviləli Oman» adlandırmışlar. 
İran körfəzi perspektivli neftli bölgələrinə  nəzarət uğrunda 
mübarizənin kəskinləşdiyi ötən  əsrin 30-cu illərində, London 
protektorata daha çox fikir verməyə başlayır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə