Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   2   3   4   5   6   7   8   9   10   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
27 
qəribə  və maraqlı cümlələr vardır. Belə ki, ölü onları 
tanrının hüzurunda deməli və pak olmalıdır. Məktubda 
yazılırdı: 
Ey ali məqam, ey ədalət və düzlük tərəfdarı olan tanrı, 
sən böyüksən. Mən insanlar qarşısında dəyişməmişəm, 
dul qadınları incitməmişəm, məhkəmədə yalan demə-
mışəm, hiyləyə əl atmamışam, fəhləni gücü çatmadığı işə 
məcbur etməmişəm, vəzifəmi yerinə yetirərkən süstlük 
etməmişəm, tənbəl olmamışam, müqəddəslərə hörmət-
sizlik etməmişəm, bir qula ağasının yanında töhmət vur-
mamışam, birinin çörəyini kəsməmişəm, birini ağlar qoy-
mamışam, adam öldürməmişəm, ölülərin azuqələrini 
oğurlamamışam, heç kəsin yerini qəsb etməmişəm, südə-
mərin ağzından südünü almamışam, bir arxın suyunun 
qarşısını tutmamışam. Mən pakam, pak! 
Ey qazilər! Bu gün hesab günüdür. Bu mərhuma 
özünüzə tərəf yol verin. Ona günah tozu qonmayıb, yalan 
danışmayıb. Pisliyin nə olduğunu bilmir. Həyatında, 
dolanışığında insaf həddini keçməyib.  İşləri camaatın və 
tanrıların (mələklərin) razılığına səbəb olub. O, tanrı 
yolunda acları doyurmuş, ölülərə qida vermişdir. Ağızı 
pakdır, hər iki əli də pak!” 
Müəllif bunları qeyd etdikdən sonra yazır: “Bu cüm-
lələrdən rahatlıqla başa düşmək olur ki, Misir camaatı bö-
yük günahları, yaxşı  işləri, bəyənilmiş  əməlləri çox yaxşı 
tanıyırdılar.”
1
 
                                                 
1
 Şərq millətləri tarixi, cild 1, səhifə 47-48. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
28 
Qəti  şəkildə demək olar ki, onların bu “həyat prin-
sıpi”ndən məqsədləri bizim bu gün tətbiq etdiklərimiz 
deyil. Çünki o zamanın insanlarının bu yolları  kəşf 
etmələri uzaq görünür. Hər bir halda tarix bizə deyir ki, 
Misir sivilizasiyası ilə eyni zamanda, ya ondan sonra 
yaranmış  kəldanilər, aşurilər, yunanlar, iranlılar kimi 
müxtəlif sivilizasiyalarda da ölümdən sonrakı  həyata 
etiqad bəsləmək xüsusi bir mövqeyə malikdir. Bunu 
nəzərə alaraq dünyanın böyük dini məzhəblərində  də bu 
əqidənin olması açıq-aydın görünür ki, bundan artıq şərh 
etməyə lüzum yoxdur. Yeri gəldikcə onlardan bəzi 
nümunələri qeyd edəcəyik. 
Burada sizin diqqətinizi “Ruhud-dinil-islami” əsərinin 
müəllifi, məşhur islam aliminin 1975-ci ildə “The Riders 
Digest” jurnalında N. Vincent Billdən nəql etdiyi maraqlı 
bir sitata yönəltmək istəyirik. O, deyir: “Həqiqət budur ki, 
ölümdən sonra başqa bir aləmə meyillilik hissi bu 
məsələnin  ən möhkəm dəlillərindən biridir. Çünki Allah 
insanı bir həqiqətlə tanış etmək istəyərkən onun 
toxumunu insanın qərizə  və fitrətində  əkir. Başqa bir 
aləmdə  əbədi həyata  əqidə  bəsləmək bütün insanların 
daxilində olan kiçik sayılmayacaq dərəcədə ümumi bir 
hissdir. Sözsüz ki, bu sürətlə istiqamət aldığımız tərəf 
vücudumuzun daxilində olan bir kök və əsasdan yaranan 
əksul-əməl və  nəticədir. Biz bu cür həqiqətlərə maddi 
dəlilər əsasında iman gətirmirik, əksinə bu, daxili dərk və 
ilham yolu ilədir.  İlham həmişə  həqiqətləri dərk etmək 
üçün ayrı-ayrılıqda mühüm bir amil hesab olunur. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
29 
Berguson deyir: Alimlər sübuta ehtiyacı  olan  elmi  bir 
həqiqətə yetişdikləri zaman ani surətdə ilham gəlməsi ilə 
həmin həqiqəti dərk edirlər.”
1
 
Ölümdən sonrakı həyata əqidə bəsləmək də həmin fitri 
ilhamlardandır. 
İnhiraflar (azğınlıqlar) 
Ölümdən sonrakı həyatın müəmmalarını kəşf etməkdə 
fitri ilhamlar insanın köməyinə çatsa da, düzgün kontrol 
olunmadıqda qəribə xurafatlara yol açır. Məsələn, 
Afrikada, Meksikada kahinlər gözəl qızları padşahların 
ölmüş cəsədləri ilə birlikdə diri-diri basdırırdılar. 
Təxminən altı min il bundan əvvəl dünya bu günlə 
mqayisədə çox fərqli idi. O zamanlar indiki kimi filiz 
alətlər yox idi, insanlar daş, taxta, heyvanların sümük və 
dərilərindən istifadə etməklə özlərinə  həyat qururdular. 
Bu halda yaşamaq sözsüz ki, çətindir. Lakin buna 
baxmayaraq dünya bu günkündən daha sakit idi. Nə 
böyük maşınların səs-küyü, nə bombaların partlayışı, nə 
də  təyyarələrin uğultusu eşidilirdi. Həyat ölüm kimi 
sonsuz dərəcədə sadə və bəzəksiz idi. Həqiqətdə bilmirik 
ki, o zamanın insanı ölüm və  həyat barədə  nə hisslər 
keçirirdi.  Əgər yazmağı bacarsaydı, bu günkü nəsilləri 
üçün keçirdiyi hissləri yazıb qoyardı. Amma təəssüf ki, o 
zaman hələ yazı ixtira olunmamışdı  və  nəticədə bu, baş 
vermədi. Bu, baş verməsə  də o zamanın insanlarının 
həyatını bizim üçün kəşf edən dəyərli xəzinələr bu 
günümüzə  gəlib çatdı. Ötən bəhsdə dediyimiz kimi bu 
                                                 
1
 Ruhud-dinil-İslami, səhifə 116. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
30 
əsərlər, xüsusilə ölülər üçün hazırlanan qəbirlərin 
vəziyyəti məada  əqidələrinin olmasından irəli gəlirdi. 
Ölünün yanına qoyulan alətlər bunu açıq göstərirdi. Onlar 
bunu etməklə belə güman edirdilər ki, ölmüş insan 
diriləndən sonra həmin alətlərdən istifadə edə biləcəklər. 
Yazı  və filizin kəşf olunduğu sonrakı dövrlərdə isə 
insanın məada inamının olmasında heç bir şübhə yoxdur. 
Bu, bütün millətlərin tarixində sabit bir həqiqətdir.  
Deyildiyi kimi bütün bunlar bu əqidənin insanın fitrəti 
və varlığı ilə vəhdətindən xəbər verir. 
Fitrətdən dönüş və azğınlıq 
Fitri ilhamlar müstəqil bir meyl olmaqla insanı cisminin 
və ruhunun ehtiyac duyduğu müxtəlif məsələlərin ardınca 
getməyə vadar edir. Əgər bu fitri ilhamlar olmasaydı  və 
hər  şeyi biz öz ağıl və  təcrübəmizlə  kəşf etməli olsaydıq, 
bu iş bizim üçün çox çətin olardı. Bu iki dəzgahın (fitri 
ilhamlar və  əqli-təcrübi kəşflərin) harmoniyası insanın 
sivilizasiya və  təkamül yolunda bu qədər sürətlə 
irəliləməsinə səbəb olmuşdur.  
Lakin unutmaq olmaz ki, bu fitri ilhamlardan düzgün 
nəticə almaq insanın zehni bacarığına və  təfəkkür tərzinə 
bağlıdır. Yəni  əgər bəziləri elm və  təfəkkür baxımından 
zəif və gücsüz olsalar, onların fitri ilhamları  tənəzzülə 
uğramış  və naqis, bəzən də darmadağın olaraq özünü 
göstərəcək. 
Başqa sözlə desək, fitri ilhamlar elm suyu ilə 
suvarılmalıdır ki, diri və dəyərli məhsula malik olsun. Əks 
təqdirdə xurafat və mövhumatlarla dolu olacaq. Hətta 
bəzən  əks nəticə verməsi də mümkündür. Buna aydın 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə