Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   2   3   4   5   6   7   8   9   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
23 
qəbul etmir, əksinə pak hədəflər yolunda qəhrəmanlıq və 
fədakarlıqla dolu bir hadisəni qarşılayır, bir neçə günlük 
ömrə görə zillət və bədbəxtçiliyə boyun əyməkdən insanı 
azad edən ölümə tərəf üz tutur. 
Ölümdən qorxmanın başqa bir səbəbi 
Ölümdən qorxan başqa bir dəstə  də var. Onlar ölümü 
mütləq yoxluq və  fəna kimi təfsir etdiklərinə görə 
qorxmurlar, ondan sonrakı  həyatı da inkar etmirlər. Bu 
dəstənin qorxusu əməl dəftərlərinin qara və qaranlıq 
olduğuna görədir. Sanki etdiklərinə görə ölümdən sonra 
çəkəcəkləri dözülməz işgəncələri,  əzablı  cəzaları burdan 
görür və ya ən azı buna ehtimal verirlər. 
Bu dəstənin də ölümdən qorxmağa haqqı vardır. Bunlar 
zindanın barmaqlıqları arasından çıxıb dar ağacına tərəf 
aparılan məhbusa bənzəyirlər.  Əlbəttə, zindandan azad 
olmaq yaxşıdır, amma dar ağacına tərəf yox. Bu dəstənin 
azadlığı da bədən, ya dünya zindanından dar ağacına 
tərəfdir, amma edam üçün yox, ondan qat-qat əzablı olan 
işgəncələri qəbul etmək üçün. 
Ölümü fəna və yoxluq bilməyənlər,  əməl dəftərləri də 
qara olmayanlar isə niyə ölümdən qorxmalıdırlar? Pak 
hədəflər uğrunda ölməkdən niyə çəkinməlidirlər? 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
24 
 
FİTRƏTİN DƏRİNLİKLƏRİNDƏ 
MƏADA İNAMIN KÖKLƏRİ 
Fitri ilhamlar bizə deyir ki, ölüm həyatın sonu deyil. Bu 
ilhamlar təkcə bizə aid deyil, bütün qövmlər, hətta ilk 
insanlar belə, indiki tapıntı  və araşdırmalara görə, qəribə 
bir tərzdə ona iman bağlamışlar. 
Deyirlər ki, səmanın  ənginliklərində  kəhkəşanların 
içindən radio dalğalarına bənzər naməlum dalğalar yayılır 
və güclü qəbuledicilərə ciddi təsir edir.  Heç kəs bu 
dalğaların haradan sərçeşmə aldığını  və  nədən xəbər 
verdiyini bilmir. Günəş sistemindən kənar, Yer əhlindən 
daha mütərəqqi sivilizasiyalar varmı? Onlardırmı bu 
dalğalar vasitəsilə  xəbər ötürürlər? Yoxsa bunların başqa 
mənşəyi var? Bilmirik. 
Daha da təəccüblü budur ki, vücudumuzun 
dərinliklərindən, canımızın içindən də daimi olaraq 
mənşəyini bilmədiyimiz sirli xəbərlər bizə çatır. Çarəsiz 
qalıb ona “fitrət” adını qoyuruq. Təkcə bunu bilirik ki
bizə müxtəlif ilhamlar olunur. Həmin ilhamlar iki 
yolayricında həmişə bizə  əsas yolu göstərir. Təkcə bunu 
bilirik ki, bu ilhamlar sirli şəkildə bizim daxilimizdən 
coşur.  
Məsələn, yanımızda, ya dünyanın bir yerində  qəflətən 
bir hadisə baş verir. Daxilimizdə olan həmin sirli qüvvə o 
zaman bizi informasiya almağa sövq edir. Bu hadisənin 
bizimlə nə əlaqəsi olduğunu bilmədən, bu istəyin haradan 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
25 
yarandığını düşünmədən enerjimizi sərf edib bir xəbər 
öyrənməyə çalışırıq və nəticə almadan sakit olmuruq. 
Bu hal həyatımızın ilk anlarından ömrümüzün sonuna 
kimi bizimlə var. Görürük ki, bu hissin adını “aramaq 
hissi” qoyub fitrətin bir hissəsi olduğunu deyirlər. 
Buna bənzər fitri ilham və  qərizələr çoxdur. Lakin heç 
kim bunlar barədə söylədiklərimizdən daha çox məlumat 
verə bilmir. Eyni zamanda onların mövcud olmasında, 
bizim təkvini hidayətimizdə hansı rola malik olmasında 
da heç bir şübhə yoxdur. 
Ölümdən sonrakı  həyata iman gətirmək də  həmin fitri 
ilhamlardandır. Buna tarixi sübutlarımız da vardır. 
Bəşərin tarix boyu, ilk insanların dövründə  də ölümdən 
sonrakı  həyata iman gətirmələri barədə çoxlu sübutlar 
əldə olunub. Qədim insanların qəbir düzəltmə  tərzləri, 
ölülərlə  qəbrə  bəzi  əşyaların qoyulması  və s. (bu barədə 
geniş məlumat veriləcək) insanın ölümdən sonrakı həyata 
inanmasının fitri məsələ olduğunu qəbul etməsini 
göstərir. Çünki bütün tarix boyu, hətta indiyə kimi bu 
məsələ öz hökmünü saxlamışsa, bunun fitri bir məsələ 
kimi qəbul olunmamasına inanmaq olmur. Bəşərdən  əsla 
ayrılmayan bu cür köklü məsələlərin mütləq fitri bir əsası 
vardır, buna görə də həmişəyaşar hesab olunurlar. 
Məşhur sosioloq Samuel King deyir: “Qazıntılar 
nəticəsində  məlum olub ki, bəşərin sələflərinin bəzi 
inancları olub. Onlar ölülərini xüsusi bir tərzdə torpağa 
tapşırır,  əmək alətlərini qəbirdə yanlarına qoyurlar. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
26 
Bununla da başqa bir aləmin varlığına olan əqidələrini 
isbat etmiş olurlar.”
1
 
Bilirik ki, neandertal insanlar on min illər bundan əvvəl 
yaşamışlar. O zaman nə yazı vardı, nə  də tarixi qeydlər. 
Əlbəttə, ölümdən sonrakı  həyatda bu dünyada istifadə 
olan alətlər heç bir şeyə  gərək deyil. Məqsəd budur ki, 
onların bu işi məada olan inamlarına sübutdur. 
Nisbətən sonrakı dövrlər. İlk xətt nümunələri meydana 
gəlir. Bu dövrdə insan öz başına gələnləri yazıb bir tarix 
kimi saxlamaq qüdrətində olur. Burada hər  şeydən öncə 
Misir  əhli yada düşür. Məşhur tarixçi Albemarl deyir: 
“Əlimizdə olan dünya millətlərinin tarixləri arasında  ən 
qədim olan Misir tarixidir. Çünki burada beş min il 
bundan qabaq baş vermiş hadisələr görünməkdədir.”
2
 
Misirlilərin qədim tarixi göstərir ki, camaatın ölümdən 
sonrakı  həyata möhkəm  əqidələri olmuş, başqa millətlər 
kimi xurafatlarla dolu olmasına baxmayaraq, bu yöndə 
çoxlu adət-ənənələr yaşatmışlar. 
Adı  çəkilən tarixçinin bu məqamda qeyd olunması 
faydalı olan bəzi sözləri vardır. 
O yazır: “Misir camaatının  əqidəsi bu idi ki, ölünün 
ruhu qəbirdən çıxıb böyük tanrıları Azirisin hüzuruna 
gedir. Onu tanrının qarşısına gətirdikdə  qəlbini həqiqət 
mizanında ölçürlər. Ruhu hesabdan pak çıxanları bərəkəti 
təsəvvür həddindən uca olan bağlara apararlar. 
Onlar o dünyaya getmək və yol göstərmək üçün 
ölünün yanına məktub qoyardılar. Bu məktubda çox 
                                                 
1
 S. Kingin sosiologiyası, cild 1, səhifə 291. 
2
 Şərq millətləri tarixi, cild 1, səhifə 15. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə