Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   2   3   4   5   6   7   8   9   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
15 
sahiblərinin dilindən belə deyir: “Biz yəqin (ölüm) gələnə 
kimi cəza gününü təkzib etdik.”
1
 Ayələrdən göründüyü 
kimi yaxşılar da, pislər də bu qəti və yəqinlik anında eyni 
fikirləşirlər. 
Ölüm anında insan nə hiss edir? 
Ölüm anında insanın nə hiss edəcəyini heç kəs bilmir. 
Çünki heç kəs bu yolu keçməyib ki, sonradan başqaları ilə 
fikirlərini bölüşsün. 
Görəsən bu həyatla vidalaşmaq bir dişi çəkdirmək kimi 
insanı rahatladan və heç bir narahatçılıqdan  əsər 
qalmayan kamil bir rahatlıq halına gəlib çıxmaqdır? Yoxsa 
dillə deyilməyəcək qədər əzab-əziyyətli bir işgəncə? 
Bəlkə  fərdlərin ruhiyyə,  əxlaq, sifət və  əməllərindən 
asılıdır? Belə ki, bəziləri üçün bir gül qoxumaq qədər 
yüngül və sadə, bəziləri üçünsə böyük bir dağı daşıyacaq 
qədər ağır? Bəlkə  də ölüm anında bizim şüur və 
düşüncəmizə  sığmayan və bu həyatda bizim dərkimizin 
qəbul etmədiyi başqa bir hal var. Elə bir hal ki, əgər ölülər 
bu dünyaya qayıtsalar, hiss etdiklərini şərh edə bilməkdə 
aciz qalarlar. 
Əgər iki əkiz təsəvvür etsək, onlardan biri bu dünyaya 
gələndən sonra yenidən ana bətninə qayıdıb dünyaya 
gələrkən nələr müşahidə etdiyini o birinə danışmaq istəsə, 
bacararmı? Bu, lalın kara öz yuxusunu danışmasına 
bənzəmirmi? 
                                                 
1
 Muddəssir surəsi, ayə 46-47. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
16 
Reallıqlardan qaçmaq aqilanə deyil 
Acı reallıqlarla mübarizə etməyin  ən pis və  uğursuz 
yolu onları  dərk etməkdən qaçmaq və unutmağa 
çalışmaqdır. 
Bu, əlbəttə ağılsızlıqdır ki, bizi heç vaxt unutmayan bir 
reallığı unutmağa çalışaq, yaxud heç vəchlə  dəyişilməsi 
mümkün olmayan bir mətləbin dəyişməsini gözləyək. 
Nə üçün ölüm və ondan sonrakı hadisələr barədə, bu 
həyatla vidalaşandan sonra aqibətimiz və ruhumuz 
haqqında, eləcə  də yüzlərlə başqa məsələlər haqqında 
düşünməyək axı? Bir halda ki, gələcək həyatımızda baş 
verəcək hadisələr arasında  ən realı  və  dəyişməz olanı 
ölümdür. 
Tarixi vərəqlədiyimiz zaman görürük ki, bəşərin  ən 
qüdrətliləri, iskəndərlər, çingizxanlar, napoleonlar, eləcə 
də  ən dahi alimlər,  ən güclü şair və yazıçılar hamılıqla 
ölüm qarşısında diz çöküb təslim olublar. Bu halda ölümü 
unutmağa çalışmağımız, ya ondan qorxmağımız aqilanə 
olarmı? 
İslamın böyük rəhbəri, möminlər ağası  Həzrət  Əli (ə) 
buyurur: “Sizdən qafil olmayan bir şeydən necə qafil olub, 
sizə möhlət verməyən bir şeyə həris ola bilərsiz?”
1
 
Yaxşı olar ki, həyatın sonu ilə  əlaqədar olan 
müəmmalara məntiqli və doğru cavab almaq üçün 
şücaətlə  və  həqiqəti görmək arzusuyla addım ataq, bu 
məsələlərin dəqiq təhqiqinə çalışaq. 
                                                 
1
 Nəhğül-bəlağə, xütbə 188. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
17 
İnsan taleyinin iki müxtəlif mənzərəsi 
Ölüm anı görəsən hər  şeylə vida zamanıdırmı? Həyat 
yolunun sonudurmu? Bu cahandan əbədi və mütləq 
biganəliyin və ayrılığın başlanğıcıdırmı?  İnsan bədəninin 
tərkibi olan maddələrin bölünməsi və  təbiət aləminə 
qayıdışıdır? 
Yoxsa yeni doğum və yaradılış anıdır? Dünya 
bətnindən çıxıb daha geniş  və  əzəmətli digər bir cahana 
getməkdir? Qorxunc bir zindanın parçalanıb aradan 
getməsidir bəlkə? 
Kiçik və dar qəfəsdən azad olmaq, geniş  və ruhpərvər 
bir cahana pəncərə açmaq, bu cahanın maddi çətinliklərin-
dən, qəm-kədərindən, işgəncə  və düşmənçiliklərindən, 
yalan və  ədalətsizliklərindən, zülm və  məzlumiy-
yətlərindən, dar baxış  və fikirlərindən, kin-küdurət və 
müharibələrindən, eləcə də bu məhdud və dərdli cahanda 
baş verən və insanın canına və təbiətinə laqeyd olan bütün 
hadisələrdən uzaq və pak olmaq necədir? Hansı cahan 
daha yaxşıdır? 
Bu iki mənzərənin hansının daha çox həqiqətə, məntiqə 
uyğun olmasına nəzər salmasaq belə (təbii ki, gələn 
bəhslərdə bu barədə söhbət açılacaq), görürük ki, birinci 
cahan qaranlıq, qorxunc və dəhşətli, ikinci isə gözəl, ürəyə 
yatan və rahatlıq bəxş edəndir. 
Ölümün ilk mənzərədəki təsvirində sadəcə bunu 
demək kifayətdir ki, bu həyatın  şərbətini, nə  qədər rifah 
dolu həyat olsa da, insan üçün acı edir. Yaxud bu təsvir 
yetər ki, ölüm insanı bu dəhşətdən qaçmaq üçün hər şeyi 
etməyə və hər şərtə tabe olmağa vadar edir. Bir halda ki, 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
18 
ikinci mənzərədəki ölüm bu həyatın şərbətini ali hədəflər 
və haqq yolunda şəhadətə çatmaqla daha da şirin və 
ləzzətli edir, insana bu həyata xatir hər  şərtə tabe 
olmamağı, onu hər qiymətə satmamağı, azad olmağı, 
iftixarlı ölümdən qorxmamağı tövsiyə edir. 
Demək ölüm həmişə dəhşətli və qorxunc olmur, əksinə 
bəzi hallarda bu həyat ölümdən daha dəhşətli və 
qorxuncdur. 
Ölümdən niyə qorxuruq? 
İki insan tipi təsəvvür edək. Hər ikisi ölümdən qorxur. 
Biri ölümü mütləq fəna və yoxluq bilib qorxur, digəri isə 
əməl dəftərinin qara və qaranlığına görə. 
Bu iki dəstənin xaricində olanlar görəsən pak hədəflər 
uğrunda ölməkdən niyə qorxurlar? Nə itirirlər bu ölümlə? 
“Dirilik suyu” dastanı hər yerdə məşhurdur. Həmçinin 
qədim zamanlardan bəşər “cavanlıq iksiri” axtarışında 
olub, onun adına  əfsanələr və dastanlar bağlayıb, 
ürəklərdə saysız arzu və istəklər cilvələndirib. 
Bütün bunlar bir şeydən xəbər verir; insanın ölümdən 
qorxub həyata davam etmək, yaşayışın sonundan qaçmak 
eşqindən. Bu, eynilə kimya əfsanəsinə görə adi bir misi 
sehirli bir kimyəvi maddə ilə  qızıla çevirmək istəyinə 
bənzəyir ki, insanın yoxsulluqdan qorxmasından və çoxlu 
sərvət toplaması istəyindən xəbər verir. 
“Cavanlıq iksiri” əfsanəsi də qocalığın, nəticədə 
ölümün yaratdığı qorxuya əsaslanır. 
İnsanların çoxu “ölüm” sözündən qorxur, onu eşitmək 
belə istəmirlər. Həmçinin “qəbristan” sözünə nifrət edir
qəbirlərə  bəzək-düzək verməklə onun əsl mahiyyətini 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə