Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   2   3   4   5   6   7   8   9   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
19 
unutdurmağa çalışırlar. Hətta insanları 
təhlükəli 
yerlərdən uzaqlaşdırmaq üçün (və ya təhlükəli olmasa 
belə, bir şeyə insanların yaxınlaşmasını istəmədikdə) onun 
üstünə belə bir lövhə vururlar: “Toxunma, öldürər!” Bu 
lövhədə adətən insanın kəllə sümüyü və “X” şəklində iki 
bazu sümüyünün təsviri də olur. 
İnsanın ölüm qorxusu müxtəlif dünya ədəbiyyatında 
da geniş yayılıb, “əcəl seli”, “ölüm pəncəsi” və bu kimi 
onlarla ifadələr hamının iztirab və narahatçılığının 
nişanəsidir. 
Harunər-Rəşidin məşhur yuxu əhvalatı var. O, yuxuda 
görür ki, bütün dişləri tökülüb. 
Yuxu yozanlardan biri deyir: Bu yuxunun mənası 
budur ki, sənin bütün adamların sənin gözünün qarşında 
öləcək. 
O biri isə deyir: Xəlifənin ömrü bütün tabeçilərindən 
daha uzun olacaq. 
Burada Harunun qərarı yuxarıda dediyimiz həqiqəti bir 
daha təsdiq edir. Belə ki, ikinci yuxu yozana yüz dinar 
verir, birinciyə isə yüz taziyanə vurdurur. Əslində  hər 
ikisi yuxunu eyni mənaya yozmuşdular. Lakin xəlifənin 
adamlarına nisbət verilən “ölüm” ifadəsi bu sözü deyənin 
yüz taziyanə ilə  cəzalanmasına səbəb oldu, onların 
ölümünü “xəlifənin ömrü daha uzun olacaq“ ifadəsilə 
çatdıran isə yüz dinar qazandı. 
Bu həqiqəti təsdiqləyən zərbul-məsəllər, atalar sözləri 
də çoxdur. Məsələn “torpağı sanı yaşayasan” sözü 
məşhurdur. Yaxud birini ölmüş bir kəsə  bənzətmək 
istəyəndə deyərlər: “Səndən uzaq, filankəs də beləydi...” 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
20 
Həmçinin insanlar qəti  şəkildə xurafat və  əsassız olsa 
belə, ölümdən uzaqlaşdıran və ömrü uzadan hər  şeyə 
böyük inam göstərir, “daim”, “əbədi” ifadələriylə 
bəzənmiş dualar edib deyirlər: “Ömrün uzun olsun”, 
“kölgən  əskilməsin”, “mülkün əbədi olsun”, “yüz il bu il 
kimi olsun” və s. Göründüyü kimi bunların hər biri həmin 
həqiqətin təsdiqinə xidmət edir. 
Əlbəttə, bəzi insanların ölümdən qorxmadığını da inkar 
etmək olmaz. Hətta bəziləri ölümə cəsarətlə qucaq açır və 
ona tərəf tələsirlər. Amma belə  fərdlərin sayı azdır. Bu 
iddianı edənlərin içində bunu həqiqətən icra edə biləcək 
kəslər ondan da azdır. 
Bu qorxunun mənbəyi nədir? 
Ümumiyyətlə insan yoxluqdan qorxur. Məsələn, 
yoxsulluqdan qorxur, çünki sərvətin yoxluğudur. 
Xəstəlikdən qorxur, çünki sağlamlığın yoxluğudur. 
Qaranlıqdan qorxur, çünki işığın yoxluğudur. Kimsəsiz 
səhradan, kimsəsiz evdən qorxur, çünki kimsə yoxdur. 
Hətta ölüdən qorxur, çünki ruhu yoxdur, bir halda ki 
həmin ölü sağlığında onun üçün qorxulu deyildi. 
Deməli insanın ölümdən qorxması onun nəzərində 
ölümün “mütləq fəna” olmasından irəli gəlir.  Əgər insan 
zəlzələdən, ildırımdan, yırtıcı heyvandan qorxursa, bu 
onun yoxluq və fəna ehtimalının yaranmasına görədir. 
Əlbəttə, fəlsəfi nəzərə görə belə bir ruhiyyə yersiz və 
əsassız deyil. Çünki insan varlıqdır. Varlıq da varlıqla 
mütənasıb və  aşinadır. Yoxluqla isə heç vəchlə 
mütənasibliyi yoxdur. Təbii ki, ondan qaçmalıdır. Niyə də 
qaçmasın? 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
21 
Lakin burada bir məqam qalır. Bütün bu deyilənlər 
düzdür,  əgər ölüm yoxluq və  fəna mənasına təfsir 
edilərsə. Həqiqətən də belə  təfsir olunarsa, bundan 
dəhşətli və qorxulu nə ola bilər? O zaman ölüm haqqında 
deyilən qorxunc ifadələrə və deyimlərə də bəraət verərik. 
Əgər  əksinə, ölümü bir körpənin anadan olduğu kimi 
ikinci mərhələli bir təvəllüd bilsək və bu çətin keçiddən 
keçməklə bu cahandan daha böyük, əzəmətli, aramlıq 
gətirən və  nəhayət bu dünyada təsəvvür belə edə 
bilmədiyimiz nemətlərlə dolu başqa bir cahana addım 
atmaq kimi anlasaq və  əqidə  bəsləsək, xülasə olaraq əgər 
ölümü bu həyatdan daha kamil və ali bilsək, bu surətdə 
nifrət bəslənilməli və qorxunc olmayacaq. Əslində bu 
dünya onun yanında ölüm kimi, o cahan isə ürək açan və 
sevilməli bir həyat kimi görünəcək. Çünki ölüm əgər 
insandan cismini alırsa, ona ruhlar aləminin sonsuz 
asimanında təsəvvür həddindən yüksək olan lətafət və 
gözəlliklə, hər cür qəm-qüssə, münaqişədən uzaq bir 
səmada uçmaq üçün qanad verir.  
Bu təfəkkür tərzinə malik olan bir şair də öz şerində 
hikmət sahibi olan bir alimə belə deyir: 
 
Ey həkim, öl bu həyatdan qurtar
Ölməyin qurtuluşundur aşkar. 
 
Can quşun ülvi səfərlər edərək, 
Arzu-istək tələsindən can apar. 
 
O cahana səfərindən qorxma, 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
22 
Bu cahandır ki, necə qorxusu var. 
 
Həmçinin başqa bir şair fəxr və sevinclə öyünərək 
deyir: 
Hicabi-çöhreyi-canım olub qubari-tənim, 
Xoş ol zamana ki, ol pərdədən çıxım, ələnim. 
 
Deyil rəva bu qəfəs küncü ruhuma əsla, 
Çıxım uçum o cahana, odur mənim çəmənim. 
 
Başqa biri deyir: 
Mələkutun quşuyam, aləmi-xakın neyiyəm, 
Neçə günlük qəfəs olmuş mənə burda bədənim. 
 
Gəzirəm bir günü pərvaz eləyim, dost qapısın 
Pərü balım havasıyla döyüm, olsun vətənim. 
 
Başqa bir şair isə ölümü özünə  tərəf çağıraraq ona 
meydan oxuyur: 
Cürəti varsa, de gəlsin ölümə, 
Onu ağuşa alım mən təng-təng. 
 
Cavidan bir həyat allam ondan, 
O da zillət ala məndən rəng-rəng. 
 
Elə bu məqamda mətləb tamam dəyişir, başqa bir şəkil 
alır və əvvəlki surətindən əsər-əlamət qalmır. Aydındır ki, 
ölümü bu cür qəbul edən hər kəs onu mənasız və əsassız 
hesab etmir, yaxud intihar yolu ilə    o  aləmə giriş kimi 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə