Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
35 
Heç eşidən olubmu ki, dəvə balasının anasından  əmdiyi 
süd onun ətinə, qanına çevriləndən sonra yenidən süd 
şəklinə düşüb anasının döşünə qayıtsın? Bu sümük də 
sabah torpağa qarışaraq səhra küləklərinin qarşısında 
dağılıb itəcək, ondan heç bir əsər-əlamət qalmayacaq. 
Hansı  ağıl bunun yenidən gözəl yeniyetmə, qüdrətli 
cavan, ya fərzanə bir qoca olacağına inanar? Buna 
dəlilərdən başqa heç kim inanmaz. 
“Kafirlər dedilər: «Sizə siz parça-parça olub 
dağılandan sonra yenidən yaradılacağınızı  xəbər verən 
bir adam göstərəkmi? Görəsən, o, Allaha qarşı özündən 
yalan uydurur, yoxsa bir dəliliyi var?”
1
 
Gözlə görünməyən Allaha iman məsələsindən sonra 
cahiliyyət dövrünün bir dəstə insanlarına ağır gələn ikinci 
məsələ bu idi. Halbuki öz fitrətlərinin daxilindən məadın 
lətif zümzüməsini duyurdular. Lakin cəhalət fəryadları bu 
zümzümənin səsini itirirdi. 
Onlar bilmirdilər ki, torpağa düşərək gözlərdən itən 
qurumuş bir xurma dənəsi bəlkə  də on dəfələrlə torpağa 
qarışmış, lakin yenə xurma ağacı cücərmiş, qollu-budaqlı 
ağac olmuş, dadlı  və  ləzzətli bar vermiş, sonra yenə 
qarışıb torpaqda itmişdir. 
Yaxud ana dəvənin südü dəfələrlə balasının bədəninin 
bir hissəsi olmuş, ölüb torpağa qarışdiqdan sonra orada 
bitən bitki və  səhra tikanlarının canına hopmuş, yenə bir 
dəvənin qidası olmaqla onun bədənində südə 
çevrilmişdir. 
                                                 
1
 Səbə surəsi, ayə 7-8. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
36 
Bu cahanın varlıqlarının yox olacaqları və yox olan bir 
şeyin də qayıtmasının qeyri-mümkün olması kimi 
cahilanə fikir təkcə o bədəvi  ərəbin zehninə  gəlmir. Ola 
bilər ki, bir filosof da bunu başqa bir tərzdə fikirləşə bilər, 
düşünər ki, əgər məad olacaqsa, onda “yox olmuşların 
qayıtması” lazımdır və bu da qeyri-mümkündür. 
Lakin materialistlərin gözləntilərinin  əksinə olaraq 
təbiət elmlərinin inkişafı  və  təkamülü bəzi sirlərin 
üstündəki pərdələri açdı ki, bunula da məad və ölümdən 
sonrakı yeni həyat barədə olan qaranlıq fikirlərə işıq saçdı. 
Həqiqətən təbiət elmlərinə aid araşdırmaçılar hər gün 
keçmiş sivilizasiyalardan yeni və maraqlı məlumatlar əldə 
edirlər. Ola bilsin ki, bu təhqiqatçılar maddi maraqlarına 
görə  də belə araşdırmalara can atsınlar, amma bunula 
yanaşı onların bu səyinin digər mühüm bir tərəfi də 
vardır, o da keçmiş sivilizasiyaların necəliyini kəşf etmək 
və onların banilərinin məharətini ölçməkdir.  
Təcrübi elmlərin inkişafı  nəticəsində  məlum oldu ki, 
keçmiş alimlərin bir çoxunun beynini işğal etmiş “dünyəvi 
maddələrin mütləq fənası  və yoxluğu” fikri mütləq 
surətdə mövcud deyil.  
Böyük fransız alimi La Vazie sübut etmişdir ki, 
dünyada heç bir maddə yox olub aradan getmir, əksinə 
dünyəvi maddələr daima bir haldan başqa bir hala 
çevrilirlər. 
Əgər bir ağacı yandırıb külünü küləyə versək, ya bir 
qədər benzini heç bir əsər qalmayanadək sona qədər 
yandırsaq, dünyəvi maddələrdə heç bir dəyişiklik baş 
verməz. Sadəcə birinci misalda ağacın yanmış  zərrələri 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
37 
bölünərək yerdə  və havada pərakəndə hala düşmüş, bir 
qismi kül olmuş, bir qismi isə karbon qazına çevrilmişdir. 
Belə ki, əgər onları xüsusi alətlərin köməyi ilə bir yerə 
toplaya bilsək, yenə heç bir zərrədə əskik olmadan əvvəlki 
ağac  şəklini alacaq. İkinci misalda da benzinin yanmsı 
nəticəsində yaranan qazları toplasaq yenidən  əvvəlki 
halına düşə bilər. Məsələ burasındadır ki, biz öz laqeydlik 
və diqqətsizliyimiz üzündən onların yox olduqlarını iddia 
edirik. 
Buna  əsasən insan bədəninin zərrələri də dağılandan 
sonra heç vaxt aradan gedib yox olmaz. Sadəcə  təbiətin 
qoynunda qorunub saxlanılar və istənilən zaman onu 
əvvəlki halına qaytarmaq mümkündür. 
Əlbəttə, burada başqa bir məsələ  də aydın olmalıdır. 
Bəzilərinin iddiasına görə bir insanın bədəninin zərrələri 
digər insanın bədəninin hissəsi olur və bu zaman da 
ölülərin yeni həyata gəlməsi məsələsində  çətinliklər 
yaranacaq. Belə ki, bir hissənin bir neçə ruha aid olması 
müşkülü meydana gəlir. Lakin biz tezliklə görəcəyik ki, 
bu, səhv düşüncədən başqa bir şey deyil. Heç vəchlə belə 
bir müşkül ortaya çıxmayacaq. Hətta bir insanın bədənini 
digər bir insanın tamamilə yediyini fərz etsək belə  məad 
məsələsində heç bir çətinlik yaranmayacaq. 
Hər bir halda La Vazienin hesablamaları bütün yönləri 
ilə doğrudur. Yalnız bir məsələdə onun iddiasına görə 
maddə heç bir şeyə dönməyərək tamamilə aradan gedir. 
O da atomların parçalanması  və partlamasıdır ki, onun 
sözünə görə buradan yalnız enerji hasil olur. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
38 
Bu mövzunu ilk dəfə xanım Kori və həyat yoldaşı Pyer 
Kori radiaktiv cismlər barədə mütalıə edərkən kəşf 
etmişlər. Onlar 1898-ci ildə  təchizatı o qədər də kamil 
olmayan Parisdəki laboratoriyalarında “radium” adlı yeni 
bir element kəşf etdilər. Bu elementin qəribə 
xüsusiyyətlərindən biri də bu idi ki, mütəmadi olaraq 
özündən istilik və  işıq verirdi. Bu da çox maraq cəlb 
etdiyindən təhqiqatlar davam etdirildi və alimlər bu 
nəticəyə  gəldilər ki, radiumun atomları davamlı surətdə 
parçalanma və dağılma prosesindədir. 
Bu cismlər özlərindən istilik və enerji hasil etdikləri 
anda  əslində öz varlıqlarından bir o qədər itirmiş 
olurdular. Bu böyük kəşf La Vazienin “maddənin yox 
olmaması” nəzəriyyəsini islah etdi, o nəzəriyyəni 
yenisiylə  əvəz etməklə “maddə  və enerjinin yox 
olmaması” adlı yeni nəzəriyyə yaratdı. Yəni sübut olundu 
ki, dünyanın maddə  və enerji toplumu sabit olaraq qalır. 
Maddənin maddəyə, enerjinin enerjiyə, eləcə  də 
maddənin enerjiyə  və ya əksinə çevrilişi mümkündür, 
lakin bütün bu çevrilişlərə baxmayaraq dünyada heç bir 
şey fəna və yoxluğa məhkum deyil. 
Ona görə  də cahanda vücudumuzun zərrələrinin 
aradan getməyəcəyindən  əlavə, etdiyimiz hərəkətlər, 
gördüyümüz işlər, danışıqlarımız, rəftarımız, hətta 
düşünən zaman beynimizin maqnetik dalğaları da bu 
böyük  əmanət sandığında qorunub saxlanılır.  Əgər 
əlimizdə yetərincə  təchizatlar olsaydı, keçmiş insanların 
hərəkət və səs dalğalarını, hətta üz cizgilərini belə öyrənə 
bilərdik. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə