Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
59 
Əlbəttə,  əgər biz ölümdən sonrakı  həyatı  nəzərə 
almasaq, bu “nə üçün”-lərin cavabını tapa bilməyəcəyik. 
Amma olduğumuz bu həyatı uzun təkamül yolunun bir 
hissəsi kimi qəbul etsək və araşdırsaq, məsələ tamam 
dəyişir. Həmin iradların bir çoxu bəşərin indiki zamanını 
gələcəklə əlaqələndirməklə öz-özünə həll olur. 
Diqqət edirsinizsə, biz “bir çox iradlar” deyirik. Bu, ona 
görədir ki, bu həyatda yaranan dərd və narahatçılıqların 
bir qismi öz işlərimizi bilməmək, ictimai fəsadların 
nizama salınmaması, istismarçılıq, tənbəllik, süstlük, 
səhlənkarlıq kimi amillərdən yaranır. Bu 
çatışmamazlıqların səbəblərini fərdi və ictimai 
fəaliyyətlərin necəliyində axtarmalı və həll etməliyik. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
60 
 
SƏMAVİ KİTABLARDA MƏAD 
Yəhudilər maddiyyat düşkünü olduqlarına və  sərvət 
bütünə  səcdə etdiklərinə görə  məad dəlillərini məhv 
etməklə öz işlərinə rahat vicdanla davam etməyə 
çalışdılar. 
Xristianlar isə  Məsihin vasitəsilə nicat tapmaq və 
keşişlərin onları  əfv etməsi məsələsini irəli çəkməklə 
məada inamın tərbiyəvi təsirlərini aradan apardılar. 
İki məsələyə diqqət yönəltmək, iki müəmmaya cavab 
tapmaq bütün peyğəmbərlərin və dünya 
mütəfəkkirlərinin proqramlarının bir hissəsi olub: 
yaradılışın  əvvəli və sonu. Başqa sözlə “məbdə” və 
“məad”. 
Təbiidir ki, bu ikisini anlamadan həyatın mənasını 
anlamaq mümkün deyil. Həmçinin həqiqi dünyaşünaslıq 
da bu iki anlayışı dərk etmədən mümkünsüzdür. 
Həqiqi mənada olan tərbiyə də (təşrifatlar, qonaq qəbul 
etmələr, süfrə mədəniyyəti, insanlarla ünsiyyət tərzi və bu 
kimi cəhətlərlə yetərli olmayan, insanın həm də can və 
həyatının dərinliklərinə nüfuz edən hər cəhətli tərbiyə) bu 
iki məsələnin həlli ilə tamamlanır. Yəni, insana hakim olan 
davamlı  nəzarət hissinə,  əməlləri sayəsində  cəza və 
mükafata, təkamül və süquta diqqət və s. 
Buna görə də elə bir səmavi kitab və elə bir peyğəmbər 
olmayıb ki, öz dəvətini bu iki mövzu əsasında 
möhkəmlətməsin. Lakin keçmiş peyğəmbərlərin səmavi 
kitablarına ya bilərəkdən, ya da nadanlıq ucbatından 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
61 
uzanan təhrif  əlləri məad məsələsini bəzi cəhətlərdən alt-
üst etmişdir. Hər halda bu kitablardan məadla  əlaqədar 
icmalı surətdə araşdırma aparmaq lazımdır ki, bir çox 
cəhətlərdən maraqlı və faydalı görünür. 
Səmavi kitab əvəzinə tarixi kitab 
Bilməyimiz yaxşıdır ki, bu gün yəhudi və xristianların 
əlində olan kitablar onların öz nəzərlərinə görə  səmavi 
yox, sadəcə müqəddəs kitablardır. Ona görə  də onlara 
“səmavi kitablar” demirlər. Elə bir yəhudi, ya xristina 
tapmaq olmaz ki, bu kitabların Həzrət Musa (ə), ya Həzrət 
İsaya nazil olmuş  həmin kitablar olduğunu iddia etsin. 
Onların hamısı etiraf edirlər ki, bu kitablar bu iki 
peyğəmbərdən sonra şagirdləri və ardıcılları  tərəfindən 
yazılmışdır. Bu kitablarda səmavi vəhylərlə yanaşı Musa 
(ə) və  İsanın (ə) bioqrafiyası, hətta onlardan sonra baş 
verən hadisələr də açıq surətdə yer almışdır. 
Əhdi-ətiq (yəhudilərin müqəddəs kitabları) 39 kitabdan 
ibarətdir ki, onun ilk beşi Tövratın beş sifri adlanır. 
Məsələn, beşinci sifrin “Təsniyə”, ya “Musanın 
musənnası” adlanan sonuncu fəslində oxuyuruq: “Allahın 
bəndəsi Musa Allahın sözünə müvafiq olaraq vəfat etdi və 
onu Movab dərəsində dəfn etdilər...” Bu sözlər də kitabın 
Musadan (ə) sonra yazıldığına bir sübutdur. 
Bu silsilədən olan 17 kitab “Tarixçilərin məktubları” adı 
ilə  məşhurdur. Adından da göründüyü kimi burada bəzi 
padşahların haqqında tarix yazılmışdır. Qalan 17 kitab isə 
Bəni-İsrail peyğəmbərlərin məktublarıdır ki, onların 
əhvalatı, dedikləri qisa kəlamlar, öyüdlər, münacatlar və s. 
yer alır. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
62 
Əhdi-cədid isə (xristianların müqəddəs kitabları) 27 
kitabdan ibarətdir. Onlardan dördü  Məsihin (ə) 
şagirdləri, ya şagirdlərinin  şagirdləri tərəfindən yazılmış 
incillərdir. 22 kitab məsihiyyətin dahi sayılan  şəxslərinin 
müxtəlif məntəqələrə göndərdikləri məktublardır. Qalan 
bir kitab isə “Yuhənnanın mükaşifələri” adlanır ki, onun 
mükaşifələri həmin kitabda şərh olunur. 
Hər bir halda Əhdi-ətiqlə  Əhdi-cədid arasında açıq-
aydın görünən bir fərq gözə  dəyir. O da budur ki
yənudilərin kitablarında dünyadan çox danışıldığı halda 
məaddan az söhbət açılır.  Əhdi-cədiddə isə daha çox 
məaddan, ölümdən sonrakı  həyatdan, ordakı  cəza və 
mükafatdan danışılır. “Müqəddəs kitabın qamusu” 
kitabının müəllifi Mr Haks bu barədə belə deyir ki, 
yəhudilərin ölümdən sonrakı  həyat barədə olan 
məsələlərin bir qismində fikirləri naməlumdur. 
Yəhudilərin xüsusi vəziyyətlərini nəzərə alaraq belə 
qənaətə  gəlmək olar ki, (onlar dünya əhli içində qeyd-
şərtsiz olaraq maddipərəst, özünü bəyənən və mal-dövlət 
hərisləri kimi tanınır, hətta onlar barədə deyirlər ki, 
onların tanrıları da puldur) peyğəmbərlərin kəlamlarını 
təhrif edərkən maddi həyat barədə olan hissələri saxlamış, 
məaddan söz gedən hissələri isə çıxarıb atmışlar. 
Qurani-Kərimdə  də  İslam Peyğəmbərinin (s) müasiri 
olmuş  yəhudilərin maddiyyata fövqəladə  həris olduqları 
barədə ayələr vardır: 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə