Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
39 
Bilirik ki, bu iş kiçik miqyasda artıq həyata keçib. 
Alimlər iki min il bundan əvvəl o zamanın kuzə 
düzəldənlərinin səsini həmin kuzələrin səs dalğaları ilə 
hamının eşidəcəyi dərəcədə canlandıra bilmişlər.
1
 
Bunların hər biri məadın elmi sübutu yolunda atılmış 
mühüm addımlardan deyilmi? Əgər o bədəvi  ərəb indi 
sağ olsaydı və ali təhsil alsaydı, yenə də sümüyü əlinə alıb 
məadın qeyri-mümkünlüyünü sübut etmək üçün 
Peyğəmbərin (s) yanına gedərdi?  
Məşhur kimyaçı Adolf Buhler deyir: “Bəşərin kəşf 
etdiyi hər qanun onu bir addım Allaha yaxınlaşdırır. Kəşf 
edilən hər qanun insanı məada və ölümdən sonrakı həyata 
da bir addım daha yaxın edir.” 
 
Sizi əbəs yerə yaratdığımızı və hüzurumuza 
qaytarılmayacağınızı güman edirdiniz?
2
 
Məad bu həyata anlam verir 
İnsan həyatının formalaşması üçün məada iman 
gətirməyin böyük təsirləri vardır.  Əgər insan ölümdən 
sonra həyatın olmayacağını düşünsə, o zaman onun bu 
həyatı da puç və bihudə olacaq. 
İri daşların üstünə tökülərək ağacların arasından 
qıvrılaraq axan suyun səsi ruhumu oxşayır, daxilimi 
rahatladırdı. Bu anlar mənimçün çox dəyərli idi.  
Dəfələrlə çeşmələr başında böyüklərin Hafizin bu şerini 
oxuduqlarını görmüşdüm: 
                                                 
1
 “Qət edilmiş yol” kitabı 
2
 Muminun surəsi, ayə 115. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
40 
 
Çeşmə üstündə durub ömrünə bax, çay tək axır. 
Bu cahandan bu bəşarət yetər əhvalımıza. 
 
Şerin mənaları mülayim nəsim kimi qəlbimdən keçdi, 
qulağımda cingildədi. Bir də zümzümə etdim. Hiss etdim 
ki, ruhum yüngülləşir. Sanki ağır bir yükü çiyinlərimdən 
yerə qoyub rahat nəfəs alırdım. Başımın üstündə uçuşan 
quşlar kimi qanad açıb hər şeydən xəbərsiz pərvaz etmək 
istəyirdim. 
Birdən bir fikir gözümün önündə canlandı: Ömrün 
keçməsinin suyun axmasına bənzədilməsi sadə olsa da 
həyatın durmadan getməsinə gözəl misaldır. Lakin 
düşündüm ki, ömrün keçməsi bizə hansı  bəşarət və 
müjdəni verə bilər ki, təkcə onunla kifayətlənib cahanın 
ötəri olduğuna qane olaq? 
Fərz edirəm ki, mən də bu suyun milyonlarla 
damlalarından biriyəm. Yaradılış qanununa tabe olaraq o 
çeşmədən coşub daş  və  ağacların arası ilə axıb gedirəm. 
Bəs sonunda hara gedirəm? Sözsüz ki, sonsuza qədər belə 
getməyəcək. Gələcəyin naməlum olması məni çox narahat 
edir. Çirkin heyvanlarla dolu olan üfunətli bataqlığa 
doğru gedirəmmi? Bu, nə  bəşarətdir? Yoxsa yandırıcı 
səhranın ortasında buxara dönəcəyəm? Bu da fəxr etməli 
məqam deyil. Bəlkə heç bir hədəf olmadan təzədən 
sərçeşmə aldığım böyük sulara, dənizə qovuşacağam? O 
zaman mənim həyatım təkrar və  mənasız olacaq. Ömrün 
keçməsi  əgər sonunda bunlarla nəticələnərsə, necə  ağır 
dərd olar. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
41 
Ya da bir ağacın kökünün yanında torpağa süzülüb 
ağacın köklərindən budaqlarına doğru qalxaraq onun 
zərif və lətafətli damarlarından keçib çiçəklərinə dönərəm, 
sonra meyvəyə çevrilib bir müddət yetişib kamilliyə 
doğru səy edərəm, yetişdikdən sonra budaqdan asılılığımı 
üzüb yerə doğru enərəm və ağacın kölgəsində elmi, ədəbi, 
əxlaqi, fəlsəfi bir əsər yazmaqda olan bir mütəfəkkir 
alimin  ətəyinə düşərəm. Mənim lətafət və  təravətim bu 
alimin diqqətini cəlbə edər, tezliklə onun bədəninin bir 
parçası olaram. Onun damarlarında davamlı olaraq 
çalışaram. Onun damarlarıyla beyninə  qədər nüfuz edib 
yaradıcılıq düşüncələrinin dalğalarıyla ədəbi və fəlsəfi bir 
kəlama, ya elmi bir kəşfə dönərəm. Nəticədə əbədi bir əsər 
surətində o alimin qələmindən kitab səhifəsinə  həkk 
olaram,  əbədiyyət rəngi alıb kitabxanalarda həmişəlik 
olaraq hamının faydalanacağı bir mənbəyə çevrilərəm. 
Əgər belə olsa, bu keçib getmələr mənə  fərəh gətirər. 
Çünki dəyərsiz bir su damlası kamil bir vücudda surət 
dəyişib  əbədi bir əsərə çevrilir. Bundan böyük nə müjdə 
və iftixar olar?! 
Amma  əgər mənim aqibətim üfunətli bataqlıqlarda 
məhv olmaq, ya buxarlanıb  hava  olmaq,  ya  da  hədəf və 
məqsədsiz olaraq yenidən dənizlərə qovuşmaq olsa, bu 
aqibət çox qorxulu və  dərdli olacaq. Ölümü həyatın son 
nöqtəsi bilənlərin aqibəti ilə bu su damlasının aqibətinin 
fərqi varmı? Onların həyat və ölümünün doğru anlamı 
qalırmı? 
Məgər ölümdən sonra insan təkamülünün davamına, 
məada, daha üstün və əzəmətli bir cahana addım atmağa 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
42 
inanmaq insan həyatına forma və  hədəf vermirmi? Buna 
görə görürük ki, həyatın puçluğu kosmos əsrinin insanını 
şiddətlə incidən mühüm məsələlərdəndir. Ekzistensializm 
kimi məktəblərin (əgər buna məktəb deyə biləriksə) 
yaranması bu narahatçılıqların sübutudur.  
Sənaye ölkələrinin durumuna obyektiv nəzər salan fikir 
sahibləri etiraf edirlər ki, həmin ölkələrin camaatı işsizlik, 
xəstəlik, təhsil problemləri və qocalıqla mübarizə apararaq 
böyük iş yerləri mədəniyyət, sağlamlıq, sığorta və s. 
mərkəzlər yaratmış, camaatın doğumdan ölümə kimi 
bütün həyatları, hətta övladlarının durumu təmin olunsa 
da, hələ ki, həyatın puçluğundan nalə çəkir və özlərini bu 
həyatda hədəfsiz və ölçüsüz hiss edirlər. Bəlkə də Qərbin 
bir çox qəribə  əyləncə  və s. həyat baxışları  həmin boşluq 
və  hədəfsizlik fikrindən qaçmağa görə yaradılır. Bu 
həqiqəti öz fəlsəfi baxışına  əsasən ekzistensializm 
məktəbində belə oxuyuruq: “Varlıqlar arasında vücud 
məfhumunu dərk edən, varlığından agah olan təkcə 
insandır. Varlıq məfhumu insan üçün qaçılmaz olduğu 
kimi yoxluq da onunla yanaşı insanın zehnində yaranır. 
Biz özümüzün və ya başqa bir şeyin varlığını hiss 
etdiyimiz kimi yoxluğumuz və ya o şeyin yoxluğu da 
nəzərimizdə canlanır.  İnsan təkcə öz varlığından agah 
deyil, həm də yoxluğunu açıq-aydın hiss edir. İztirab və 
nigarançılıq həmin varlıq və yoxluq məfhumundan 
agahlığının nəticəsidir. Sarter demişkən, biz nə üçün 
yaradılmışıq, varlığımızın dəlili nədir? (Buna cavab tapa 
bilmirik.) 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə