Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə41/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   33   34   35   36   37   38   39   40   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
165 
qurtardıqdan sonra möminlərin) məskunlaşma yeri olan 
axirət Cənnəti onun yanındadır.
1
 
İslam Peyğəmbərinin (s) meracından danışan bu ayə 
Cənnətin indi də mövcud olduğunu göstərir. 
2. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir.
2
 
Quranın iki ayəsində işlənən bu ifadə Cəhənnəmin hal-
hazırda kafirləri  əhatə etdiyini bildirir. “Cəhənnəm” 
kəlməsi adətən məaddan sonrakı cəhənnəmə şamil edilir. 
3. “Müttəqilər üçün hazır olan cənnət” 
“Kafirlər üçün hazır olan cəhənnəm” 
Bu barədə ayələr çoxdur.
3
 
Bəzi Quran ayələrində  cənnətin böyüklüyünün yer və 
göylər qədər olduğu bildirilir: 
“Rəbbinizin məğfirətinə  və genişliyi göylərlə yer üzü 
qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.”
4
 
Başqa bir ayədə oxuyuruq: 
“Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi (eni) 
yerlə göyün genişliyi qədər olan, Allaha və Onun 
peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış 
Cənnətə nail olmaq üçün (yaxşı  əməllər etməkdə) bir-
birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə 
əta etdiyi lütfdür (mərhəmətdir).”
5
 
(Məlumdur ki, bu iki ayədəki “ərz” (en) sözü həndəsi 
enlik mənasında deyil, genişlik mənasındadır.) 
                                                 
1
 Nəcm surəsi, 13-15. 
2
 Tövbə surəsi, 49. Ənkəbut surəsi, 54. 
3
 Ali-İmran surəsi, 131, 133. Bəqərə surəsi, 24. 
4
 Ali-İmran surəsi, 133. 
5
 Hədid surəsi, 21. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
166 
İndi belə bir sual meydana çıxır: bir tərəfdən Quran 
ayələrinin zahiri bildirir ki, cənnət və  cəhənnəm indi 
mövcuddur, digər tərəfdən onun yer və göylər 
genişliyində olduğu deyilir. Bəs bu böyük ərazi hardadır? 
Bundan  əlavə,  əgər cənnət bu qədər genişdirsə, o zaman 
cəhənnəm üçün yer qalmır. 
Buradan belə bir fikir yaranır ki, bəlkə bu ikisi yerin 
altındadır? Biz bu gün yerin bətnini tanımırıq. O gün bu 
ayənin dediyi kimi hər  şey aşkar olacaq: “Həqiqətən sən 
bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət 
pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. 
Odur ki, bu gün gözün iti görür.”
1
  Hər kəs öz istedadı 
ölçüsündə öz payını alır və öz yerini tapır. 
Ola bilər bu söz bəzilərinin zehninə uzaq gəlsin. Lakin 
bir misalla bu uzaqlığı aradan aparmaq istəyirik. Bilirik ki, 
biz  bu dünyanın bütün səs dalğalarını eşitmirik. Başqa bir 
tərəfdən bunu da bilirik ki, dünyanın radio dalğaları gecə-
gündüz bütün dünyaya radio siqnalları ötürürlər və bu 
siqnalları  qəbuledici olmadan eşitmək mümkün deyil. 
İndi iki belə ötürücü fərz edin. Birində  həzin səslə insanı 
valeh edən, rahatlıq bəxş edən Quran oxunur. Digərində 
isə insana əziyyət verən eybəcər səslər çıxır. Bu iki səsin 
hər ikisi dünyanın dalğıları arasında cərəyan edir və  hər 
yeri  əhatə edir. Lakin adi qaydada biz bu səslərdən heç 
birini eşitmirik. Belə olan surətdə əgər biz yalnız bir dalğa 
qəbul edən bir qəbulediciyə sahib olsaq və bu bir dalğa da 
həmin Quran səsi olsa, həmişə rahatlıq içində olarıq və bu 
                                                 
1
 Qaf surəsi, 22. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
167 
səsdən mənəvi ləzzət alarıq. Amma vay halımıza,  əgər o 
biri səsi qəbul etsək və buna məcbur olsaq, görün 
günümüz necə əziyyət və narahatçılıqla keçər.  
İndi diqqət edək. Mümkün deyilmi ki, bu cahanın elə 
bir nöqtəsində olsun ki, bizim onu hiss etməyə imkanımız 
olmasın? Məgər “cəhənnəm kafirləri əhatə etmişdir” ayəsi 
bu dediklərimizə  tətbiq olunmurmu? Cənnətin yerin və 
göylərin genişliyi qədər olduğunu deyən ayələr bu məna 
ilə daha da anlaşıqlı olmazmı? 
“Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv 
olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə 
düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının 
(bütün ölülərin hesab və  cəza üçün) hər  şeyə qalib tək 
Allahın hüzurunda zahir olacağı gündə!..”
1
 ayəsinin 
mənası bu yer və göyün bir gün dağılacağına və  məadın 
bərpa olacağına dəlil deyilmi? 
Düzdür bu məsələni həzm etmək, digər məad 
məsələləri kimi çətindir, lakin yuxarıda deyilən müqəd-
dimələrə əsasən buna ehtimal vermək mümkündür. Bunu 
da demək lazımdır ki, bundan başqa da ehtimallar vardır, 
amma mətləbin uzanmaması üçün onları qeyd etmirik. 
Qiyamətin əlamət və nişanələri 
Quran surələrindən çoxu Məkkədə nazil olmuşdur. 
Məkkə surələrinin məad barəsində çoxlu xatırlamaları 
vardır ki, onlardan bir qismi də  məadın  əlamət və 
nişanələridir. 
                                                 
1
 İbrahim surəsi, 48. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
168 
Dərdsiz, məsuliyyətdən xəbərsiz, yaradılış  hədəfindən 
uzaq, azğın halda həyatını sürdürən insan bu yuxudan 
ayılmaq üçün ciddi xəbərdarlıq olunmalı olduğu halda 
onu gələcəkdə  nə gözləməsini xəbər verməkdən daha 
yaxşı bir vasitrə tapmaq olmaz. Məadın  əlamət və 
nişanələri barədə nazil olmuş bir çox ayələrdə bildirilir ki, 
Qiyamət sakit və sadə formada deyil, əksinə bütün 
dünyanı sarsıdacaq böyük bir çaxnaşma yaradacaq, 
kainatın nizamını pozacaq bir tərzdə baş verəcək. 
Əlbəttə, ağlımız da bunu deyir: Yeni bir nizam və həyat 
üçün yeni bir dünya lazımdır ki, bu da böyük bir çevriliş 
olmadan mümkün deyil. 
İndi bu barədə nazil olan bəzi ayələrə baxaq: 
1. Böyük zəlzələ 
“Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən 
qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş 
verəcək) zəlzələsi çox böyük bir şeydir. Onu gördüyünüz 
gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın 
körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın 
öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) 
insanları  sərxoş görərsən, amma onlar sərxoş deyildirlər
lakin Allahın əzabı şiddətlidir.”
1
 
Sözsüz ki, bu zəlzələ Qiyamətin astanasında baş 
verəcək, nəinki həmin gün. Çünki həmin nə hamilə qadın 
olacaq, nə  də süd verən. Hər bir halda bu zəlzələ bütün 
dünyanı  əhatə edəcək böyük bir hadisə olacaq. Bundan 
sonra dağılmış viranələr üstündə yeni dünya yaranacaq. 
                                                 
1
 Həcc surəsi, 1-2. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
169 
2. Günəşin və Ayın tutulması 
“Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz 
olması üçün onun ətrafına bir şey bükülər), 
ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, 
dağlar hərəkətə gətiriləcəyi (parça – parça olub dağıla-
cağı) zaman, 
(O dövrdə  ən dəyərli mal-dövlət hesab edilən) boğaz 
(on aylıq hamilə) dəvələr başlı – başına buraxılıb sahibsiz 
qalacağı zaman, 
bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm 
yerlərindən çıxacaqları) zaman, 
dənizlərin dolacağı və qaynayacağı zaman, 
(Bərzəx) ruhlar(ı  Məhşərdəki yeni bədənlərlə, yaxşılar 
yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz 
zövcələrinə) qovuşacağı zaman, 
diri ikən torpağa gömülmüş  hər bir adam (cahiliyyət 
dövründə diri-diri basdırılmış  qızlar, tarix boyunca diri-
diri basdırılmış insanlar və günahsız ikən zindanda 
ölənlər) barəsində soruşulacağı zaman «Hansı günaha 
görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı 
günaha görə öldürüldülər?»- deyə soruşular), 
əməl dəftərləri (Haqq-taala tərəfindən məhşər  əhli 
arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun 
öz qarşısında) açılacağı zaman, 
göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü 
zaman, 
Cəhənnəm alovlandırılıb şölələndiyi zaman, 
Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
170 
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) 
nə hazır etdiyini biləcəkdir.”
1
 
Həqiqətdə bu ümumi inqilab bütün insanları, 
heyvanları, dağları, dənizləri, yer və göyləri əhatə edəcək 
və hamı bu böyük hadisədə iştirak edəcək. 
Diqqət edin, yuxarıdakı ayələrdə Qiyamətin müqəddi-
mə  və  əlamətlərinə, həmçinin bu hadisənin özünün 
xüsusiyyətlərinə işarə edilmiş və çox maraqlı şəkildə ifadə 
edilmişdir. 
3. Hər şeyin dağılacağı gün 
“(Qulaqları  və ürəkləri) döyəcləyən (və Allah 
düşmənlərini əzən o dəhşətli) hadisə. Nədir o döyəcləyən 
və  əzən (dəhşətli) hadisə?! Və  sən nə bilirsən ki, o 
döyəcləyən (dəhşətli) hadisə  nədir? (O hadisə Qiyamətin 
qopmasıdır). O gün insanlar kəpənək kimi (ətrafa) 
səpələnər. Dağlar didilmiş  rəngarəng yun kimi havada 
parça-parça olacaqdır.”
2
 
Həqiqətən o günün zəlzələsi, titrəyişi və  zərbəsi elə 
şiddətli olacaq ki, hər  şeyi vurub dağıdacaq və  nəticədə 
Qiyamət bərpa olacaq. 
Bu ayələrdə  sərgərdan qalmış insanların halı  təsəvvür 
olunur. İlk zərbədən elə həyəcanlanacaqlar ki, özlərini bir-
birinin ardınca  şamın oduna vuran və yanıb məhv olan 
pərvanələr kimi bir-birinə dəyəcəklər. 
Bəziləri məşhur fikrin əksinə olaraq (bu, pərvanənin 
eşq üzündən özünü şamın oduna vurması fikridir) belə 
                                                 
1
 Təkvir surəsi, 1-14. 
2
 Qariə surəsi, 1-5. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
171 
düşünür ki, pərvanə heç də  eşq yolunda özünü şama 
qurban vermir, əksinə o, unutqanlığının qurbanı olur. 
Çünki onun hafizəsi o qədər zəifdir ki, şama 
yaxınlaşdıqda onun hərarətini hiss edib geri çəkilsə də, bir 
an sonra yenidən özünü ona yaxınlaşdırır və bu işi o 
qədər təkrarlayır ki, nəticədə unutqanlığının qurbanı olub 
şamın odunda yanıb külə dönür. 
Yuxarıdakı ayələrdə insanların pərvanələrə  bənzədil-
məsi ola bildin ki, hadisənin əzəmətini göstərirş belə ki, bu 
hadisə insanın ağlını başdan alır, hafizəsini tamamilə itirir. 
Bu deyilənlər Qiyamətin əlamətləri idi ki, hər biri ayrı-
ayrılıqda o aləmin yaşadığımız bu dünya ilə fövqəladə 
fərqli olduğunu bildirir. 
Bu bəhslə  də ölümdən sonrakı  həyat və  məad barədə 
olan söhbətimizi başa vururuq. Düzdür bu barədə  hələ 
deyilməmiş çox məsələlər vardır ki, ixtisara görə onları 
qeyd etmədik. Həmçinin bu dünya ilə o aləm arasındakı 
bərzəx aləmi barəsində kifayət qədər bəhs olunmalı 
məsələlər vardır ki, onlar üçün əlavə kitab yazılmalıdır. 
 
İlahi, bizə belə bir həyat üçün özümüzü düzəltməyə güc ver! 
İlahi, bizə öz yanında əbədi həyata layiq olmaq nəsib et! 
İlahi, Sənin pak dininə və bəndələrinə xidmət etməkdə, ömür 
səhifələrimizi Sənin razılığın olan istiqamətlərdə  sərf etməkdə 
kömək ol və sonda Sənin yolunda şəhid olmağı  və  Sənin 
rəhmətinə qovuşmağı bizə qismət et! 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
172 
 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
173 
MÜNDƏRİCAT 
Müqəddimə....................................................................... 5 
Məbdə və məada inam ........................................................ 5 
Ölümdən sonrakıaləm barədə nə bilirik?.......................... 7 
1. Kitabın bəhs edəcəyi məsələlərə baxış.......................... 7 
2. Yazarın böyük günahı ..................................................... 9 
3. Tarixdə qalmaq istəyi .................................................... 11 
Ölüm həyatın sonudur, yoxsa yeni həyatın başlanğici? 13 
Ölüm çox da qorxulu deyil............................................... 14 
Ölüm anında insan nə hiss edir? ..................................... 15 
Reallıqlardan qaçmaq aqilanə deyil ................................ 16 
İnsan taleyinin iki müxtəlif mənzərəsi............................ 17 
Ölümdən niyə qorxuruq? ................................................. 18 
Bu qorxunun mənbəyi nədir?........................................... 20 
Ölümdən qorxmanın başqa bir səbəbi............................ 23 
Fitrətin dərinliklərində məada inamin kökləri............... 24 
İnhiraflar.............................................................................. 29 
Fitrətdən dönüş və azğınlıq.............................................. 30 
Təəssüf doğuran məzhəkəli xurafatlar ........................... 32 
O aləmə açılan qapılar....................................................... 34 
Məad bu həyata anlam verir ............................................ 39 
Tərbiyəyə təsir edən bir amil............................................ 44 
Məad sizin daxilinizdədir ................................................. 50 
Müəmmalara cavab ........................................................... 55 
Bir cücənin nəzərində olan aləm.................................. 55 
Yaşadığımız bu aləmin mənzərəsi ondan sonra 
gələcək aləmin müqabilində belə olacağını nə bilmək 
olar?.................................................................................. 58 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
174 
Səmavi kitablarda məad ...................................................... 60 
Səmavi kitab əvəzinə tarixi kitab..................................... 61 
Məad İncildə ....................................................................... 64 
Quran və ölümdən sonrakı aləm ..................................... 66 
İlk hidayət ....................................................................... 66 
Birinci yol: İlkin yaradılışı xatırlatmaq ....................... 67 
Məadı dəfələrlə görmüşük ............................................... 69 
İkinci yol .......................................................................... 69 
Mühüm bir irada cavab..................................................... 73 
Məad və enerjilərin dönüşü................................................ 75 
Üçüncü yol ...................................................................... 75 
Odun istiliyi günəşdəndir................................................. 77 
Enerjilərin dönüşü.............................................................. 79 
İki maraqlı məqam............................................................. 81 
Məad niyə mümkün olmasın?............................................ 83 
Dördüncü yol.................................................................. 83 
Ufsus şəhərinin yatmışları ................................................ 87 
Beşinci yol ....................................................................... 87 
Əfsanə, yoxsa həqiqət? ...................................................... 91 
Qış yuxusu .......................................................................... 92 
Mürtazların (yoqaların) dəfni .......................................... 93 
Ana bətnində ...................................................................... 94 
Altincı yol ........................................................................ 94 
Fİtrətdə məad ......................................................................... 96 
1. Fitrət – yolun ilk bələdçisi............................................. 96 
2.Əbədilik eşqi .................................................................... 97 
3. Keçmiş qövmlərin arasında məad ............................... 98 
4. Kiçik və böyük məad ..................................................... 99 
Məadın əqli dəlilləri........................................................... 102 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
175 
Birinci dəlil. Ümumi ədalət göstərişi............................. 102 
Xüsusi məhkəmələr ..................................................... 103 
Varlıq aləminin ədalət qanunu .................................. 104 
İnsan istisnadırmı?....................................................... 105 
İkinci dəlil. Yaradılış fəlsəfəsi......................................... 105 
Üçüncü dəlil. Ölüm sondursa, yaradılış mənasızdır .. 107 
Dördüncü dəlil. Ruhun qalması .................................... 109 
Ruhun müstəqilliyi ...................................................... 111 
Ruhun müstəqilliyinin dəlilləri.................................. 113 
Kənar aləmdən agahlıq ............................................... 113 
Şəxsiyyətin vəhdəti ...................................................... 114 
Quranda ruhun qalması.............................................. 115 
Cismani və ruhani məad.................................................... 117 
Birinci nəzəriyyə: Ruhani məad..................................... 117 
İkinci nəzəriyyə: İki yönlü məad ................................... 118 
Üçüncü nəzəriyyə: Ruhani və yarı cismani məad....... 118 
Dördüncü nəzəriyyə: Yalnız cismani məad ................. 118 
Məadın keyfiyyəti barədə İslamın məntiqi .................. 119 
Ağıl tərəzisində cismani məad....................................... 121 
Bu iradların hər biri ayrı-ayrılıqda araşdırılmalıdır. .. 123 
1. Yeyən-yeyilən barədə olan irad ............................. 123 
Araşdırma və cavab ................................................. 124 
Daha aydın yol ......................................................... 126 
Sual............................................................................. 131 
Cavab ......................................................................... 131 
2. Yerdəki maddələrin azlığı ...................................... 132 
3. Məad hansı bədənlə baş verəcək?.......................... 134 
Cavab ......................................................................... 134 
4. Qiyamət harada olacaq?.......................................... 135 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
176 
Cavab ......................................................................... 136 
Böyük hesab gününün şahidləri...................................... 137 
a) Məadın şahidləri .......................................................... 138 
Şəhadətin keyfiyyəti .................................................... 140 
b) Hesab və kitab.............................................................. 141 
c) Əməllərin çəkilməsi..................................................... 142 
Mükafat və cəza................................................................... 145 
Əməllərin təcəssümü.......................................................... 148 
Əməllərin təcəssümü mümkündürmü? ....................... 150 
Cənnət və cəhənnəm........................................................... 153 
Əbədilik məsələsi ............................................................. 155 
Mühüm bir sual................................................................ 157 
Qaneedici olmayan cavablar .......................................... 157 
İradın həlli ......................................................................... 158 
Behişt və Cəhənnəm haradadır? .................................... 162 
Qiyamətin əlamət və nişanələri ..................................... 167 
1. Böyük zəlzələ............................................................ 168 
2. Günəşin və Ayın tutulması......................................... 169 
3. Hər şeyin dağılacağı gün ............................................ 170 
Mündəricat ........................................................................... 173 
 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə