Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
31 
misal da çəkmək olar: Cinsi qərizələr nəslin qorunması 
üçün olan fitri və  təbii bir ilham növüdür. Bu hiss insanı 
nəslin artımı üçün toparlayır. Amma əgər alçaq 
düşüncələrlə qarışarsa, nəslin kəsilməsinə  səbəb olan 
əxlaqsızlıqla nəticələnəcək və  məqsədin tam əksi baş 
verəcək. 
Digər bir tərəfdən bütün dünya millətləri cinsi hərc-
mərcliyin onların nəsli üçün təhlükə yaratmaması  və 
ictimai nizamın pozulmaması 
məqsədilə cinsi 
münasibətləri tənzimləyən evlənmə  və ailə qanunları 
tətbiq edirlər. Lakin bu qanunlar nadanlıqla və 
uzaqgörənlik olmadan qarışıq və  ağır  şərtlərlə  cəmiyyətə 
təqdim olunursa, o zaman insanların evlənməsinə mane 
olacaq və ya əxlaqsızlığa şərait yaradacaq ki, bunların hər 
ikisi nəsli qorumaq məsələsinə ziyan vurur. Deməli, cinsi 
qərizələri səhv yöndə kontrol etmək nəslin qorunmasında 
əks nəticə verəcək. 
Ruhi ehtiyaclarda və ona aid olan ilhamlarda da məsələ 
eynilə belədir. Məsələn, biri fitri ilhama uyğun olaraq 
varlıq aləminin yaradanını axtarır. Lakin bəzən nadanlıq 
onu təşbih (bənzətmə) və qiyas (müqayisə) cəngəlliyinə 
düçar edir. Çünki dayaz düşüncəlilərin həmişəki adəti hər 
şeyi özünün mehvəri bilmək və hər şeyi özü ilə müqayisə 
etmək və ya bənzətməkdən ibarətdir. 
Bu bənzətmə  və müqayisənin ardlndan iş o yerə çatır 
ki, həqiqi tanrıdan başqa hər  şeyə ibadət edirlər. Məşhur 
tarixçi V. Dorantın dediyi kimi də demək olar: “Misir 
böcəyindən tutmuş Hindistan filinə kimi bütün 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
32 
heyvanlara yer üzünün hansısa bir guşəsində  nə vaxtsa 
tanrı ünvanı ilə pərəstiş olunub.”
1
 
Daha təəccüblüsü budur ki, yaponların özlərinin etiraf 
etdiklərinə  əsasən, orada vaxtılə müqəddəs hesab olunan 
qadın və kişi cinsiyyət orqanları  şəklində kiçikli-böyüklü 
bütlər var imiş. 
Ölümdən sonrakı  həyata aqilanə surətdə baxmağa  şə-
rait yaradan fitri ilhamın insanın köməyinə tələsdiyi məad 
və cəza günü məsələsində də bu müşküllər meydana çıx-
mışdır. Çünki bu ilhamın dayaz düşüncəli insanların əyri-
dolay təfəkkürlərindən keçməsi azğınlıqlara və inhiraflara 
səbəb olmuş və bu məsələdə olan etiqadı alt-üst etmişdir. 
Elə o bənzətmə  və müqayisələr bəşərin məad məsələ-
sində inanılmaz və  qəribə xurafatlara düçar olmasına sə-
bəb olmuşdur. O aləmin hər cəhətdən bu dünya ilə eyni 
olduğunu güman etdiklərinə görə  qədim insanlar burada 
ehtiyac duyulan bütün alət və  ləvazimatları ölü ilə bir-
likdə qəbrə göndərirdilər. 
Təəssüf doğuran məzhəkəli xurafatlar 
Tarix boyu bu xurafi təfəkkür tərzləri bəzən təəssüf 
doğuran və  bəzən gülməli olan adətlər yaratmışdır. 
Məsələn, Konqo əhli arasında belə bir adət vardı: Qəbilə 
başçıları ölən zaman on iki qızı diri-diri onun ölüsüylə 
birlikdə  dəfn edirdilər ki, onun oradakı  qəm-qüssəsini 
aparsınlar. 
Yaxud bəzi meksikalılar qəbilə başçısı ilə birlikdə təlxək 
dəfn edirdilər ki, onu orada əyləndirsin. 
                                                 
1
 V. Dorantın tarixi, cild 1, səhifə 93. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
33 
Bəzən böyükləri ilə birlikdə bir kahini diri-diri dəfn 
edirdilər ki, o aləmdə onun ruhani müşaviri olsun. 
Bəzi qövmlər ölülərin libaslarını onunla dəfn etməyərək 
bir ağacdan (asılqan  əvəzi) asardılar ki, ölülər həyata 
qayıtdıqda çılpaq qalmaqdan narahat olmamaq üçün 
onları geyinsinlər. 
Qədim misirlilərin ölüləri mumyalaması da ruh 
qayıtdıqdan sonra həmin bədəndən istifadə edəcəyi 
fəlsəfəsindən yaranırdı. 
Ölüləri mumyalamaq bədəni çürüməkdən qorumağa 
görə idi. Belə ki, ölünün bədənini xüsusi kimyəvi 
vasitələrlə qurudur, sonra onu yüz metrlərlə uzunluğu 
olan kətan parçaya bükürdülər. Onu xüsusi tabuta qoyub 
dəfn edirdilər. Bəzən bir tabutu digər daha böyük tabuta 
qoymaqla bir neçə qatdan ibarət tabutlar silsiləsi yaradır 
və ən üstdəki tabutun üstündə maraqlı şəkillər və naxışlar 
çəkirdilər. Bir cəsədi mumyalamaq bəzən yetmiş gün 
çəkirdi. 
Mumyalamaq adəti misirlilərə  məxsus deyildi, lakin 
onlar bu işdə daha mahir idilər. Bu gün də bir çox dünya 
muzeylərində misirlilərin mumyaladıqları insan bədənləri 
mövcuddur. Uzun zaman keçməsinə baxmayaraq həmin 
cəsədlər olduğu kimi qalmaqdadır. 
Misir  əhli məqbərənin divarlarını ölmüş  şəxsin gün-
dəlik həyatını  dəqiq təsvir edən rəsmlərlə  bəzəyərdilər. 
Məsələn, şəkillərdə onun işçiləri çörək bişirir, şərab süzür, 
heyvan kəsir, çaydan balıq tutur, süd sağırlar və s.
1
 
                                                 
1
 Şərq millətləri tarixi, cild 1, səhifə 46. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
34 
Sanki bu təsvirləri yaratmaqla keçmiş xatirələri 
canlandırmaq və ölülərin ruhunu şad etmək istəyirdilər. 
Bunlar göstərir ki, bu əqidədə olan insanlar o aləmə 
köçməyi bir yerdən başqa bir yerə  səfər etmək kimi 
anlayır və ona uyğun hazırlıqlar görürdülər. 
Həqiqət budur ki, bu cür addım atmaq eynilə buna 
bənzəyir: Bu dünyaya gəlmək lüzumunu bilən ana 
bətnindəki bir uşaq bu dünyaya gələndən sonra aclıq 
ehtiyacını dərk edərək özü ilə ana bətnindən bir qədər qan 
gətirir ki, burada onunla qidalansın. Bu təfəkkür tərzi 
doğrudurmu? 
Hər halda bu xurafat və azğınlıqlar fitri ilhamın 
nadanlıqla qarışmasından meydana gəlir. Eyni halda 
bütün bunların daxilində bir həqiqət gizlənir. O da budur 
ki, xurafatlarla şəklini dəyişsə belə, bəşər daxili ilhamın 
gücüylə məada inanır. 
O aləmə açılan qapılar 
Necə oldu ki, yeni elmi araşdırmalar ölümdən 
sonrakı  həyat yolunda qarşıya çıxan və dayaz 
düşüncəlilərin nəzərində qeyri-mümkün sayılan bir çox 
çətinlikləri aradan qaldıraraq o aləmin qapılarını açdı? 
Bir  ərəb yırtıcıların caynağında can vermiş, ya Hicaz 
səhrasının susuzluğundan ölmüş insana aid bir sümük 
tapmışdı. Sümüyü tapan kimi sevnib qışqırırdı: “Bu 
sümüklə Muhəmmədə (s) sübut edəcəyəm ki, onun 
ölülərin dirilməsi barədə dedikləri mümkün deyil.” 
O, yəqin öz-özlüyündə belə fikirləşirdi: Yetişib 
çürüyüb, sonra qurumuş hala düşən bir meyvənin 
sonradan yenə dönüb təravətli olduğunu kim görüb axı? 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə