Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   2   3   4   5   6   7   8   9   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 

ÖLÜMDƏN SONRAKI ALƏM 
BARƏDƏ NƏ BİLİRİK? 
1. Kitabın bəhs edəcəyi məsələlərə baxış 
Məad, eləcə  də ruhların və  bədənlərin hesab məsələsi, 
həmçinin ölümdən sonrakı aləm mövzusunda əhəmiyyət 
dərəcəsini nəzərə alaraq, təəssüflər olsun ki, çox az 
yazılmışdır. Yazılanlar məhdud saydan o tərəfə keçmir. 
Bir halda ki, hər bir insan ölümdən sonra nə olacağını, 
həyatın daha geniş anlamda necə davam edəcəyini 
bilməyə çox möhtacdır. Görəsən ölümdən sonrakı aləmin 
də  şəraiti bu dünyadakı kimidir, yoxsa bu dünyanın 
necəliyi barədə ana bətnində olan körpənin təsəvvür 
imkansızlığı kimi biz də axirət aləmi barəsində heç bir 
təsəvvürə malik deyilik? 
Bu surətdə bu yöndə olan səyimiz bizi bir yerə 
çatdırarmı? Görəsən həqiqətən bizim yaxşı  və pis 
əməllərimiz o aləmdə bizimlə birlikdə olacaq və bizə 
sevinc, ya işgəncə verəcək? Görəsən heç bir nəfərin də 
ordan qayıtmadığı halda oranın  əhvalından xəbər tuta 
bilərik? 
Ölüm əzab-əziyyətlidirmi? Görəsən ölüm zamanı insan 
hansı hissləri keçirir? Bədəndən çıxdıqdan sonra ruh yenə 
qalırmı? 
Ruh nədir? Onu elmi-fəlsəfi yolla necə tanıyıb onunla 
əlaqə yaratmaq olar?  
Daima dəyişikliklərə  məruz qalan, bəzən hissələrə 
ayrılıb bir neçə başqa bədənlərin hissəsinə çevrilən bu 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 

bədənimizin yenidən qayıtmasında (cismani məadda) heç 
bir problem yaranmır?  
Məada inam insanın ruhunda və cismində  tərbiyəvi, 
ictimai, fikri və əxlaqi təsir qoya bilərmi? 
Hər bir halda ölümdən sonrakı  həyatın məsələlərini 
elmi üsullar və bu kimi əsaslarla isbat etmək olarmı? 
Bu və buna bənzər onlarla sual bu kitabın bəhs edəcəyi 
məsələlərdəndir. 
Bu kitabda olan mövzular artıq uzun illər təhqiq və 
mütaliə olunsa da, deyildiyi kimi bu barədə az bəhs 
olunduğu üçün burada çatışmamazlıq və nöqsanların 
olması mümkündür. Buna görə  də  nəzər və fikir 
sahiblərindən öz rəy, təhlil və islahatyönlü düşüncələrini 
müəllifə göndərmələri rica olunur. Hədsiz təşəkkürlə 
yanaşı bu rəylərdən istifadə olunacağına əmin ola bilərlər. 
Lakin bəzi bəhslərin yeni olduğunu nəzərə alaraq 
möhtərəm oxuculardan kitabı tam oxumamış hər hansı bir 
mövzunu mühakimə etməmələrini xahiş etməyi lazım 
bilirəm. 
Bunu da diqqətə çatdırmaq lazımdır ki, düşüncələrində 
“həyat” anlayışı yalnız “çörək və su” olan və insani 
məktəblərinin  ən ali şüarı “hamıya çörək və su!” nidası 
olan kəslər üçün bu kitabın mövzusu həyat mühitindən 
kənar məsələlər kimi cilvələnə bilər. Lakin hətta belə bir 
dar düşüncəyə malik olanlar da görəcəklər ki, ölümdən 
sonrakı  həyata iman müxtəlif cəhətlərdən həmin maddi 
həyatın rifah və asayişinin təmin olunmasında necə dərin 
təsir qoyur. Həqiqətdə  məada iman olmadan insan nə 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 

ictimai  ədalətin icrasına, nə  də insani, mənəvi və  əxlaqi 
təkamülün mərhələlərində seyr etməyə qadir ola bilər.  
Daha iki məsələni bu müqəddimədə qeyd etməyi lazım 
bilirəm: 
2. Yazarın böyük günahı 
Allaha həmd olsun ki, İslam  əqaidi mövzusunda olan 
bəhslər səthi formada yazılan “Aləmin Yaradanı” 
kitabından başlayıb bu kitabla başa çatır.  Şübhəsiz ki, 
hamının başa düşə biləcəyi yeni tərzdə məzhəbi əqidələrin 
çatdırılması bəzi dəyişikliklərə yol açır. 
Bilmirəm bunu özünü tərifləmək kimi başa 
düşəcəksiniz, yoxsa bir həqiqətin bəyanı, ya bir hədəfə 
çatmaq kimi, hər halda bunu deməyə  məcburuq ki, 
İslamın mühüm əqidəvi məsələlərini ehtiva edən və 
aşağıda adları  çəkiləcək dörd kitabda yer alan bu silsilə 
bəhslər bizim mühitdə, xüsusilə  təhsil görmüş  gənc 
nəsildə çox dərin təsir qoyub. Həmin kitablar bunlardır: 1. 
“Aləmin yaradanı” (tovhid əsasları  və maddi məktəblərə 
cavab mövzusunda), 2. “Allahı necə taniyaq?” (İlahi 
sifətlər və cəbr-ixtiyar mövzusunda), 3. “Böyük rəhbərlər” 
(peyğəmbərlərin rəhbərliyinin lüzumu, vəhy və bu kımi 
mövzular), 4. “Quran və sonuncu peyğəmbər” (Quranın 
ecazı və İslam Peyğəmbəri (s) barəsində). 
Bu kitabların çoxlu sayda və ardıcıl çap olunması 
dediklərimizə aşkar sübutdur. Bundan başqa həm ölkədə, 
həm də xaricdə  bəzi universitetlərdə, elmi-dini yığıncaq-
larda bu kitabların dərslik kimi istifadə olunması da buna 
daha bir dəlildir.  


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
10 
Onlardan bəzisi  ərəb, bəzisi urdu dilinə  tərcümə 
olunmuşdur. Hal-hazırda ingilis dilinə  tərcümələr də 
davam edir. Bu müvəffəqiyyətin əsası əslində dörd cəhətə 
rəayət olunmasıdır: Çətin terminlərdən istifadə etməmək, 
bəhsin doğruluğu, təəssübkeşlikdən uzaq durmaq və 
yeniliklər. 
Lakin bəzilərinin fikrincə bu silsilədə olan kitabların 
dəyərini azaldacaq böyük bir eybi vardır. Təəccüb 
etməyin. Onların nəzərində  çətin terminlərdən istifadə 
etməmək, qaranlıq mənalı cümlələr qurmamaq, çətin 
mövzuları ümumkütlənin başa düşəcəyi şəkildə demək bu 
kitabların səviyyəsini “aşağı” salır. 
Mən bu “eyib” və “günah”-ı etiraf edirəm. Bilirəm ki, 
əgər çətin və dolaşıq ifadə və terminlərdən istifadə etmək 
məqsədilə  qələmimi işə salsaydım, bu bəhslər bəzilərinin 
nəzərində daha elmi səviyyəli görünərdi. Lakin bunu bilə-
bilə etmədim. Elə bilirəm ki, bir yazarın bacarığı da elə 
bundadır. 
Cəsarətlə demək olar ki, bu silsilənin hər bəhsini əksər 
adi oxucuların başa düşməyəcəyi formada qəlizləşdirmək 
olardı. Həmin oxucular sadəcə deyəcəkdilər ki, bu bəhs 
çox elmidir, bizim düşüncəmizdən yükcək səthə aiddir. 
Lakin hamının istifadə etməklə xeyir əldə edə biləcəyi 
həqiqətlərin dərkini həqiqəti olmayan xəyali bir stereotipə 
fəda etmək olarmı? Asan dildə yaza biləcək bir kəsin 
vicdanı bunu etməyə yol verirmi? 
Hər halda mən bu “günaha” adət etmişəm və Allah 
eləməmiş, bir gün bu adəti tərk etmək istəsəm belə, 
bacarmaram. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə