“Təfəkkür” jurnalının Baş redaktoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevə Hörmətli Müşfiq müəllim!



Yüklə 212,68 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü212,68 Kb.
#53046

background image
“Təfəkkür” jurnalının Baş redaktoru, iqtisad elmləri doktoru, 

professor Müşfiq Atakişiyevə 

 

Hörmətli Müşfiq müəllim!

 Məqaləmin dərc olunduğu jurnalı alıb oxuduqdan 

sonra,  jurnala  olan  marağım  məni  jurnalın  əvvəlki  saylarını  da  oxumağa  sövq  etdi. 

Hörmətli professor, bu cür jurnal nəşr etdirdiyinizə görə sizə təşəkkür edirəm. 

Qloballaşan  dünyanın  bir  parçası  olan  Azərbaycanda  biliklər  cəmiyyətinin 

qurulması  və  inkişaf  etdirilməsi  zərurəti  innovativ  təfəkkürlü  elmi  müəsissələr 

qarşısında tamamilə yeni tələblər irəli sürür. Bununla  əlaqədar, göstərilən təşəbbüslər, 

əlbəttə  həmin  elm  ocaqlarının  tanınması,  elmi  cəmiyyətə  inteqrasiyası  baxımından 

məqsədmüvafiq  hesab  olunur.  Bu  istiqamətdə    Elm  və  Təhsil  Mərkəzi  “Təfəkkür” 

Universitetinin ərsəyə gətirdiyi “Təfəkkür” elmi xəbərlər jurnalının təsis olunması elmi 

cəmiyyətin  formalaşdırılması  tələbilə  üst-üstə  düşür.  Artıq  3  nömrəsi  işıq  üzü  görən 

jurnal yerli və xarici elm adamlarının diqqətini cəlb edə bilmişdir.  

Heç  təsadüfi  deyildir  ki,  Azərbaycanın  tanınmış  ictimai-siyası  xadimləri  ilə 

bərabər, fundamental tədqiqatlar aparan alimlərimiz də bu  elmi nəşrlə əməkaşlıq edir. 

Jurnalın  sonuncu  sayında  Ukrayna  Milli  Elmlər  Akademiyasının  prezidenti  Boris 

Patonun  məqaləsinin  nəşr  edilməsi  elmi  nəşrə  olan  beynəlxalq  münasibətin 

təzahüründən xəbər verir. Elmin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrini 

özündə əks etdirən bu yeni təsisat həm modern dizaynı və həm də orijinallığı ilə diqqəti 

cəlb  edir.  “Təfəkkür”  Universitetinə  və  eləcə  də  jurnalın  redaksiya  heyətinə  ən  xoş 

arzularla.. 



Adil Əliyev 

 AMEA Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri

geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi  

 

  

Yüklə 212,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə