Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə1/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
  1   2   3   4   5   6   7   8   9   ...   41


 
 
MƏAD 
ölümdən sonrakı həyat 
 
 
 
 
 
 
 
Ayətullahil-uzma  
Məkarim Şirazi 
 
 
 
 
 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 

 
 
 
 
 
 
 
 
Məad  
ölümdən sonrakı həyat 
 
Müəllif: 
Ayətullah Əl-Uzma Məkarim Şirazi 
 
Tərcümə edən / Əli Nur 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi 
DK 596/Q saylı 12 oktyabr 2010-cu il tarixli məktubu ilə kitabın çap 
olunmasına və idxalına razılıq verilmişdir. 
 
 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BİSMİLLAHİR RƏHMANİR RƏHİM 
 
 
 
 
 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 

 
Müqəddimə 
 
 
Məbdə və məada inam 
Bu iki əsas  İslamın  ən mühüm rüknlərindəndir. Çünki bunlar olmadan 
heç bir əxlaqi və əməli proqram həyata keçmir və heç bir insan haqq, ədalət və 
təqva yolunu gedə bilmir. 
Məbdə  məsələsinə etiqad bəsləmək – özünü daima Allahın hüzurunda 
bilməkdir. Elə bir Allah ki, bütün niyyət və  əməllərdən, kiçik və böyüyün-
dən, aşkar və gizlisindən agahdır. O, xətakarların nəzər bucaqlarını görür, 
münacat edənlərin səsini eşidir. O, qəlbimizdə olan, ya düşüncələrimizdə 
dolanan hər  şeyi bilir. “Allah gözlərin xəyanətini (xain gözləri) və 
ürəklərin gizlətdiyini biləndir!”
1
 
O, bizə özümüzdən daha yaxındır, şah damarı-mızdan da yaxındır. “Biz 
ona şah damarından da yaxınıq!”
2
 
Heç bir maneə bizi ondan gizlətmir, heç bir za-man və  məkanda bizdən 
uzaq deyil. “Siz harada ol-sanız, O sizinlədir.”
3
 
Məada etiqad bəsləmək – yəni dünya məhkə-mələrinə  əsla bənzəməyən 
böyük bir hesab gününə iman gətirməkdir. Bizim bütün əməllərimiz orada 
hazır olar. “Onlar (dünyada) etdikləri bütün əməl-lərin (öz 
qarşılarında) hazır durduğunu görəcək-lər.”
4
 
Əməllərin ən kiçiyinin də, ən böyüyünün də qeydi vardır. “O Bizim heç 
bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır”
5
 
Biz özümüz öz əməl dəftərimizi oxumalı  və özümüz özümüzə hakim və 
qazi olmalıyıq. “Oxu, kitabını  (əməl dəftərini). Bu gün sən haqq-hesab 
çəkməyə özün-özünə kifayətsən!”
1
 
                                                 
1
 Ğafir surəsi, 19. 
2
 Qaf surəsi, 16. 
3
 Hədid surəsi, 4. 
4
 Kəhf surəsi, 49. 
5
 Kəhf surəsi, 49.  


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 

Özümüz özümüzə  şahidik, bədənimizin hər bir üzvü də bu məhkəmədə 
şahid olub əleyhimizə  şahidlik edərlər.  “Qulaqları, gözləri və  dəriləri 
etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”
2
 
Nə inkar etməyə yer var, nə geri qayıdıb əskik-ləri düzəltməyə imkan. Nə 
İlahi cəzanı çəkməyə dözüm var, nə də qaçmağa yol. 
Yaxşılar və paklar, salehlər və müqərrəblər Allah yanında gözlərin heç 
görmədiyi, qulaqların eşitmədiyi, heç bir insanın qəlbindən belə keçməyən 
nemətlərdən bəhrələnərlər. Bir halda ki, zalımlar, fəsad və pis əməllərin 
sahibləri canlarının içindən sərçeşmə alan alovlar əhatəsində yanar və əriyib 
gedərlər.  “O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-
yaxar.”
3
 
Bəli, əgər bu iki əsas məsələyə, canımızın dərinliklərində müxtəsər şəkildə 
olsa belə, imanı-mız olsa, bizim tərbiyələnməyimiz və hidayətimiz üçün 
kifayət edər. Əgər məbdə və məada iman olmasa, heç bir qanun insanı islah 
edə bilməyəcək. 
Bu kitab müasir dil ilə, mövzuları kamil surətdə sübüt olunan və bütün 
təbəqələrin anlaya biləcəyi tərzdə, bütün irad və suallara cavab verəcək halda 
yuxarıda qeyd olunan iki əsas məsələdən ikincisi – məad barəsindədir. 
Məad gününün gəlişinə qədər ona etiqad bəsləməklə özümüzü düzəltmək 
və islahımız yolunda təsirli addım atmaq ümidi ilə... 
 
 
Nasir Məkarim Şirazi. 
2008. 
 
                                                                                                         
1
 İsra surəsi, 14. 
2
 Fussilət surəsi, 20. 
3
 Huməzə surəsi, 6. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə