Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   2   3   4   5   6   7   8   9   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
11 
Təəccüblüdür, bir çox universitet səviyyəli, ya digər 
səviyyələrə aid olan kitablara rast gəlinir ki, heç nə artırıb-
əskiltmədən ehtiva etdiyi mətləbləri daha sadə  və 
oxunaqlı halda yazmaq olar, nəticədə  həm təhqiq işi ilə 
məşğul olan tələbələr daha az vaxt sərf etməklə 
istədiklərini  əldə edər, həm də kitab bütün səviyyələrdə 
olan oxucular üçün faydalı olar. 
Başqa bir tərəfdən bütün yazarları asan dildə yaza 
bilməməklə ittiham edə bilmərik. Buna görə  də sadəcə 
deyə bilərik ki, ola bilər bəziləri bunu etmək istəmirlər, 
çünki onların fikrincə  qəliz ifadələrin azlığı kitabın elmi 
dəyərini itirir. Onlar belə düşünürlər ki, mətləblərin təbii 
nizamını pozub, cümlə  və ifadələrin yerini dəyişməklə, 
yad və  işlək olmayan sözlərdən istifadə etməklə kitabı 
daha elmi səviyyəli göstərmək olar. Təəssüf ki, bu məsələ 
bizim cəmiyyətin dərdlərindən biri olaraq qalır. 
3. Tarixdə qalmaq istəyi 
Tarixdə qeyd olunmaq üçün demək istədiyim başqa bir 
məsələ  də var. Bir gün dostlarımdan biri mənə dedi: 
Allahı tanımaq barədə  ərəb dilindən fars dilinə bir kitab 
tərcümə edirdim. Kitabın bəzi mətləblərinin mənə tanış 
gəldiyini hiss etdim. Araşdırdıqdan sonra gördüm ki, 
qeyd olunan bəhslərin çoxu eynilə sizin yazdığınız 
“Aləmin Yaradanı” kitabındandır. Məlum oldu ki, kitabın 
möhtərəm müəllifi həmin mətləbləri mənbə qeyd etmədən 
“Aləmin Yaradanı” kitabından götürüb ərəb dilində yazıb 
və  nəşr edib. İndi də  mən onu yenidən  ərəb dilindən 
tərcümə edirəm. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
12 
Mən dedim: Bu kitabın nəşri elmə xidmət olaraq Allahı 
tanımaq yolunda atılan bir addım olduğuna görə  mənim 
tərəfimdən heç bir maneəsi yoxdur. Lakin tam tərsi olaraq 
mənim bu mətləbləri mənbə qeyd olunmadan onun 
kitabından götürdüyüm zənn edilməklə ittiham edilmək 
ehtimalı olduğuna görə kitabın müqəddiməsində həqiqəti 
yaz. 
Sonralar gördüm ki, təkcə  həmin  ərəb yazar deyil, bir 
çoxları ya eynilə, ya da ifadələri dəyişdirməklə bir çox 
mətləbləri mənbə qeyd etmədən öz kitablarında 
yazmışlar. 
Əslində bu mövzu mühüm deyil, lakin məgər yaxşı 
olmazmı ki, başqalarının dediyin götürmək yerinə bu 
yazarlar öz düşüncələrini işə salıb yeni mətləblər barədə 
işləməklə hər kəs öz düşüncəsi qədər açılmayan mətləbləri 
açsınlar və başqalarının qələm işlədə bilmədiyi məsələləri 
araşdırmaqla elmə xidmət etsinlər?! 
Hər yazarın başqalarının fikirlərindən istifadə edə 
bilməsini inkar etmirəm. Amma əgər yeni fikir irəli 
sürülmürsə, həqiqət budur ki, digərlərinin fikirləri mənbə 
qeyd olunmaqla yazılmalıdır. 
Allah bizim hamımıza onun pak ayinində xidmət 
etməkdə daha çox güc versin. Bu məqalənin sonunda bir 
daha təkrar edirəm ki, əgər bu kitabın məsələlərinin 
təkmilində  nəzər sahiblərinin deyə biləcəyi bir məsələ 
olsa, onu müəllifə göndərmələrini xahiş edirik. 
 
Nasir Məkarim Şirazi. 
 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
13 
ÖLÜM HƏYATIN SONUDUR
YOXSA YENİ HƏYATIN 
BAŞLANMASI? 
İnsanlar adətən “indiki” zamanda həyat sürür, təkcə bu 
gün sahib olduqlarına şad olurlar. Başqa sözlə desək, “bir 
günlük sərçə” həyatına razı olub yaşayırlar. 
“Keçmiş” zamanda yaşayanlar da az deyil. Bu dəstəyə 
aid olanlar keçmişin  şirin və ya acı hadisələrinin qalığı 
olan “qurumuş  cəsədləri” unutqanlıq torpaqlarının 
altından çıxararaq onları  bəyan etməyə çalışırlar.  Əslinə 
onların ömürləri “keçmişlərin qəbirlərini açmaqla” keçir. 
Həmişə ya keçmişin acı hadisələrinə göz yaşı tökür, ya da 
keçmişlərin sevincli anları ilə sevincə qərq olurlar. 
Bu arada “gələcək” zamanda düşünən və yaşayanların 
sayı çox azdır. “Öz özündən qaçmaqla” gələcək zamanda 
baş verəcək hadisələr barədə düşünməkdən çəkinənlər 
görəsən niyə belə edirlər? Görəsən  əksər insanlar yalnız 
hiss etdikləri ilə yaşadıqları üçün gələcək zamanın 
hisslərdən uzaq olduğunu düşünərəkmi bundan qaçırlar? 
Yoxsa gələcəyin üstünü örtən və onu naməlum edən 
qaranlıq pərdələr onu qorxunc edir? Ona yaxın durmaq 
vahiməli görünür yoxsa? Bəlkə “gələcək” adlandırdığımız 
bu dövr qocalıqla, köhnəliklə və nəhayət ölüm və yoxluqla 
yanaşı anıldığına görə insanlar bütün imkanları ilə ondan 
qaçırlar? 
Lakin istənilən halda bu vəhşətlərə  və qaç-qovlara 
baxmayaraq bizim işimiz gələcək zamanladır, bizim 
taleyimizin gizli qaldığı zamanla. Keçmiş artıq keçib. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
14 
İndiki zaman da gözümüzü yumub açınca keçmişin bir 
parçası olur. Ortada sadəcə biz qalırıq və gələcək, uzun və 
sirdolu bir gələcək. Çağırmasaq da bizə doğru gəlir. Belə 
olan halda niyə onu başa düşməyək, niyə bu barədə 
düşünməyək? 
Ölüm çox da qorxulu deyil 
Dünya əhli bir çox fikirlərdə, düşüncə və məzhəblərdə 
bir-biri ilə ixtilaf məqamında olsalar da, hardan 
başlamaqlarından asılı olmayaraq bir nöqtədə  gəlib 
eyniləşirlər. O da ölüm və bu həyatın sonudur. 
Həyatın başlanğıc nöqtəsi fəqirlik, ya sərvət, cəhalət, ya 
elm, kamil xoşbəxtlik, ya əksinə  bədbəxtlik olsa da, ölüm 
vaxtı birdən-birə  qəribə bir tərzdə hamı bir səthdə 
eyniləşirlər. Başqa heç kəsin heç vaxt qura bilmədiyi 
müsavat və bərabərçilik kamil surətdə bərqərar olur. 
Buna görə də ömürlərin uzun, ya qısa olmasında söhbət 
etmək olur, amma ölüm barədə bu bəhsin və söhbətin yeri 
yoxdur. Hətta dirilik suyunu da qaranlıqlar aləmindən 
tapib gətirsək və sonuna qədər içsək də  əbədi həyat 
mümkün deyil. Çünki ömrün uzunluq və miqdarı 
əbədiyyət məfhumu ilə bir yerə sığmır. 
Bunun nəticəsidir ki, təfəkkür tərzində olan fərqlərə 
baxmayaraq bütün bəşəriyyət ölümün qəti olmasında eyni 
fikirdədirlər. Bəlkə də elə buna görədir ki, Qurani-Kərimin 
iki ayəsində ölümə “yəqin” deyilir, bu həqiqətə  işarə 
edilir. Həmin iki ayədən birində deyilir: “Yəqin (ölüm) 
gələnə kimi rəbbinə ibadət et.”
1
 Digər ayə pis əməl 
                                                 
1
 Hicr surəsi, ayə 99. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə