Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
  1   2   3   4   5   6   7   8   9   ...   111


     
 
 
Əyyub  Abasov 
 
 
 
 
 
 
ZƏNGƏZUR 
 
Roman 
 
 
İkinci kitab 
 
 
 
 
 
 
 
 
 


 
2
Birinci fəsil 
 
 Karo, 
Armenakın və onun ailəsinin başına açdığı  fəlakətdən sonra Gorusa 
qayıtmamışdı. Bir tərəfdən, Qrikorun qatilini tapmamışdı, digər tərəfdən də Nvard 
giyəvini gözündən kənar qoymağa razı olmurdu. Qorxurdu ki, Karo uzun müddət 
evdən aralanar, Siranuşdan soyuyar, axırda qızdan tamam əl çəkər. Anadan olsa 
idi, qızını nişan gününün səhəri köçürərdi. Onun bu istəyinin qarşısını hər zaman 
Siranuş alırdı. Toy haqqında söhbət düşəndə, etiraz edir, «mən könülsüz tikəni 
zorla yemək istəmirəm, ana!» deyə ağlayırdı. 
Karo özü də, Siranuşla evlənmək istəmirdi. Çünki, İravanda nişanlısı vardı. 
Ancaq bu barədə heç kəsə bir söz söyləməmişdi. Nişanlısından uzaqda, qürbət 
yerdə yaşadığından, Siranuş kimi lətif bir qızdan istifadə eləmək, nəfsini öldürmək 
fikrində idi. Tiflisdə oxuduğu və xidmət etdiyi zaman o çox qızla gəzmiş, almaq 
adıyla istifadə edib buraxmışdı. 
Təzə xalçalarla döşənmiş təmiz, isti otaqda oturmuş, bayırın qarını, şaxtasını 
hiss etməyən Karo cibindən nişanlısı Arpikin şəklini çıxardıb baxdı. Onu Siranuşla 
müqayisə etdi. Siranuş Karoya Arpikdən daha gözəl göründü. Bir an xəyalı 
dolandı… Öz-özünə danışmağa başladı: «Yox, yox, Arpikdən  əl çəkə bilmərəm. 
Dayısı parlament üzvüdür. Axı, məni Zəngəzurun general-qubernatoru təyin 
etdirən odur. Bacısı  qızına dönüklük eləsəm, tükümü diddirər. Vəzifəmi  əlimdən 
aldırar…». 
Karo  şəkli cibinə qoydu. Stolun siyirtməsindən bir qovluq çıxartdı. Yazı 
makinasında yazılmış bir vərəq kağızı onun içindən götürüb oxumağa başladı. 
Daxili  İşlər Nazirliyindən Zəngəzur general-qubernatoruna göndərilmiş 
məxfi kağızda yazılmışdı: 
«…Saak Mravyan Sisyanın  Əngələvid kəndindəndir. Savadsızdır. Anadan 
olduğu tarixi özü də bilmir. Həkim təqribi olaraq ona 55-56 yaş vermişdir. Bu 
yoxsul kəndli bolşeviklərin təsiri altına düşərək, mülkədarların üzünə  ağ 
olmuşdur… Məcburiyyət və  sıxışdırma nəticəsində günahını boynuna almışdır… 
Saak qorxaqdır. Həbsxana  şəraitinə, fiziki cəzaya dözümsüzdür. Saakı, böyük 
cinayəti olmadığı üçün buraxdıq. Ancaq bu qorxaq adamdan istifadə etmək 
lazımdır…». 
Karo vərəqi o biri üzünə çevirdi… Bu vaxt keşiş içəri girdi. Salam verib 
oturdu. Karo kağızı qovluğa qoydu. Mesropun üzünə dik baxıb soruşdu: 
- Nə vaxt gəldin? İşlər nə haldadır? 
- Bu gün gəlmişəm. Bir neçə  kənd məktəblərini yoxladım. Vəziyyət heç 
yaxşı deyil. Kəndlilər uşaqlarını məktəbə qoymaq istəmirlər. 
- Nə üçün? – Karo başının hərəkətilə saçlarını alnından geri atdı. – Sən ki, 
erməni məktəbləri açdırmaq üçün dəridən çıxırdın. Bəs indi millət niyə  uşağını 
məktəbə qoymur? 
- Çünki biz məktəbləri lazımi  şeylərlə  təchiz edə bilməmişik. Nikolaydan 
qalmış skamyalar, yazı taxtaları  tələf edilmişdir. Dərs kitabları, dəftər, qələm 
tapılmır. Odun, kərmə yoxdur. Ayaqyalın, çılın-çılpaq uşaqlar siniflərdə soyuqdan 
otura bilmirlər. Vəziyyət belədir… 


 
3
- Kəndliləri məcbur etmək lazımdır ki, məktəbləri odunla təmin etsinlər. 
Əgər boyun qaçırsalar, bu qış məktəbləri bağlamalı olacayıq. 
- Hamını hər şeyə məcbur eləmək olmur… 
- İndi nə eləyək? – Karo səsini bir qədər qaldırdı. – Sən də şikayətə başladın, 
işlər düzəldi… Onsuz da kəndlilər mənim zəhləmi tökürlər. Gündə neçəsi şikayətə 
gəlir. Biri deyir, külfətim acından batır, hökumət mənə taxıl versin, biri deyir
camaat duzsuzluqdan korluq çəkir, mal-heyvan qırılır. Daha başa düşmürlər ki, 
Naxçıvanla əlaqəmiz kəsilib, duz gətirə bilmirik. Nə isə, yeri gəldikcə camaatı başa 
salmaq lazımdır ki, hökumət onların qeydinə qalır. Vaxt olacaq ki, hamıya torpaq, 
çörək, paltar verəcək. Demək lazımdır ki, Karo gecə-gündüz millətin dərdini çəkir. 
Başa düşdün, keşiş  ağa?  Əhalini  əldə saxlamaq üçün hər  şeydən istifadə etmək 
lazımdır. Yoxsa, şikayətdən, inilti-sızıltıdan bir şey çıxmaz. 
Məktəblərin vəziyyətini yaxşılaşdırmaq üçün heç bir kömək almayan 
Mesrop, dinməz-söyləməz durub getdi. 
Karo Saak haqqında aldığı kağızın dalını oxumaq istədi. Lakin Baqratın içəri 
girməsi ona mane oldu. 
Baqrat: 
- Karocan, qaynanan səni gözləyir axı! – dedi. – Yaxşı süfrə hazırlayıb. 
Toyuq qızartması, yanında da Qəmərlinin qırmızı gözü. Dur gedək. 
- Hələ yeməyə iştaham yoxdur. Otur. Sənə sözüm var. 
- Necə yoxdur? – Baqrat oturdu. – Gün-günorta olub, səhərdən yediyindir. 
Yemək lazımdır, Karocan, yemək. Hələ ki, Allaha şükür, varımızdır. 
- Düzü, sizə əziyyət verdiyimə xəcalət çəkirəm. Məni əlimi cibimə atmağa 
qoymursunuz. 
- Elə sözləri danışma. Samvel ya sən, bizim üçün birdir. Giyəv də adama 
oğuldur. Dur, dur gedək. 
Karo dillənmədi. 
- Karocan, kefsiz deyilsən ki? 
- Kefsiz deyiləm, fikirliyəm. 
- Başa düşürəm, bu boyda mahalın general-nahankapeti
1
 fikirsiz olmaz. 
Cavan olsan da, hökumət adamısan, millətin dərdini sən çəkirsən… Amma deyirlər 
ki, el üçün ağlayan göz kor qalar. Qərəz, dur gedək. 
- Mənim yanıma indi adam gələcək, sən get, mən bir azdan gələrəm. 
- Çox yubanma, xörək soyuyar. – Baqrat getmək üçün ayağa durdu. 
- Baqrat ağa, bir dəqiqə dayan! – deyə Karo yerindən qalxıb, onunla üzbəüz 
dayandı. 
- Axı, Qrikorun arvadı məni çox narahat edir. Dünən də yanıma gəlmişdi. 
- Niyə? Onun səninlə nə işi var? Həyasızın biridir, üz vermə. 
- Neyləyim, mən qulluq adamıyam. O arvad ərini öldürəni tapmağı məndən 
tələb edir. Deyir, tapmasan İravana şikayət yazacağam. Bəlkə, bu işdə mənə, yəni 
hökumətə  sən də bir kömək eləyə biləsən? Ağlın nə  kəsir, Qrikoru öldürən kim 
olar? 
                                                 
1
 General-nahankapeti - General-qubernator (ermənicə). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə