Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

Rövşən Hacıyev
76
öyrənilməsi işinin sinergetik yanaşma prizmasından nəzərdən keçirilməsi və  əhali 
sayının artımının xarici deyil, məhz daxili amillərdən asılı olması ideyasının əsaslan-
dırılması və bu zəmində demoqrafi k imperativ prinsipinin irəli sürülməsi məsələlərini 
göstərmək olar. Qeyd edək ki, sosiomədəni proseslərin daxili amildən irəli gələrək 
izah olunması səyləri bəşəriyyətin intellektual inkişafı ilə bağlı tərəfi mizdən irəli sü-
rülən elmi hipotezanın məğzinə də müvafi qdir (10). İndi isə adlarını qeyd etdiyimiz 
müəllifl ərə müraciət edək: “Tərəfi mizdən irəli sürülən model paradoksal şəkildə bü-
tün tarix boyu inkişaf prosesinin xarici amillərdən asılı olmamasını göstərir, yəni 
əhali artımının sistemin daxili xüsusiyyətləri ilə müəyyən edilməsinə dəlalət edir”(5, 
s.278).
Monoqrafi yada diqqəti ilk növbədə  çəkən mühüm məqamlardan biri demoqrafi k 
inkişaf problemini sistem yanaşma prizmasından dərk etmək cəhdləri ilə bağlıdır. Bu 
istiqamətdə fundamental tədqiqatları ilə çıxış edən ilk mütəxəssislərdən biri tanınmış 
iqtisadçı-alim A.Q.Vişnevskiy olmusdur (2). Vişnevskinin sistemli-tarixi yanaşmasın-
dan (2, s.3) irəli gələn S.P.Kapitsa bəşəriyyətin artım dinamikasını riyazi düsturlar 
vasitəsilə mərhələli şəkildə təhlil etməyə çalışmış və bu istiqamətdə konkret göstəri-
cilərin əldə edilməsinə səy göstərmişdir. Lakin bu dəyərli tədqiqat işində, zənnimizcə, 
bəzi məqamlar lazımı dərəcədə nəzərə alınmamışdır.
Məsələ burasındadır ki, sistem anlayışını  bəşəriyyətə  şamil edərkən Kapitsa-
nın özünün də qeyd etdiyi kimi, sistemi təşkil edən elementlər arasındakı qarşılıqlı 
əlaqələri zəruri şəkildə nəzərə almaq lazımdır. Bu münasibətlə Kapitsa haqlı olaraq 
aşağıdakıları bildirir: “Hamının vahid halda birləşməsini təmin edən nəqliyyat və ti-
carət əlaqələri ilə, miqrasiya və informasiya axını ilə şərtlənən müasir dövrümüzün 
məhz qarşılıqlı əlaqə və qarşılıqlı asılılıqda olması təkzibedilməz şəkildə belə deməyə 
əsas verir ki, hazırkı dünya qlobal bir sistemdir”(5, s.214-215). Fikirlərini davam et-
dirən görkəmli alim daha sonra sistem anlayışının nədənsə qədim dövrlərə şamil edil-
məsini məqbul saymışdır. Halbuki, özünün də qeyd etdiyi kimi, daş dövründə ibtidai 
icmalar bir-birindən təcrid edilmiş halda yaşamışlar. Bu faktı təsdiq edən çoxlu sayda 
konkret arxeoloji materiallar vardır (3, s.206). Həmin arxeoloji materiallardan məlum 
olur ki, neolit inqilabına qədər ibtidai icmalar arasındakı əlaqələr təsadüfi  və epizodik 
səciyyə daşımışdır. Belə olan halda daş dövründəki insanların vahid sistem halında 
öyrənilməsi nə dərəcədə doğrudur? Axı o dövrdə sistemin elementləri arasında qar-
şılıqlı təsir və əlaqə yox dərəcəsində olmuşdur. Nəinki neolit, hətta ilk sivilizasiyalar 
dövründə belə, yəni yazılı tarixin başlanğıc dövründə mövcud lokal sosiomədəni su-
persistemlər arasındakı əlaqələr təsadüfi  xarakter daşımış (məs. Çin və Yaxın Şərq) 
və bəzi hallarda heç baş tutmamışdır (Avroasiya və Mezoamerika sivilizasiyaları). Bu 
barədə görkəmli politoloq S.Hantinqtonun məlum əsərində konkret şəkildə məlumat 
verilmişdir (9, s.59-62).
Zənnimizcə, Kapitsanın nəzərdən qaçırdığı daha bir mühüm məqam “bəşəriyyət” 
anlayışının məzmunu ilə bağlıdır. Bəşəriyyət dedikdə, vahid bioloji növ, yəni Homo 


Demoqrafi ya problemləri qlobal aspektdə
77
sapiens və ya neoantropdan ibarət insanlar toplusu nəzərdə tutulur. Bu barədə Kapitsa 
özü də konkret və doğru bilgilər verir (5, s.215). Sonrakı mühakimələrində Kapitsa 
bəşəriyyətin artım dinamikasını əks etdirən riyazi düsturların çıxarılmasına cəhd göstə-
rir, lakin, bununla kifayətlənmir. O, daha sonra həmin düsturlardan istifadə edərək, ant-
ropogenezin bütün mərhələlərində yaşamış insankimilərin, yəni hominidlərin də əhali 
sayını müəyyən etməyə çalışır. Bu isə, zənnimizcə, metodik baxımdan doğru yanaşma 
hesab edilə bilməz. Məsələ burasındadır ki, neoantropun erkən inkişaf dövrlərinə xas 
həyat tərzini canlandırmaq üçün, o cümlədən ibtidai icmaların sayını müəyyən etmək 
üçün arxeoloji materiallarla yanaşı etnoqrafi k tədqiqatlardan da geniş şəkildə istifadə 
edilir. Lakin, o da məlumdur ki, neoantropdan başqa hominidlər nəslindən olan digər 
bioloji növlərin nümayəndələri artıq çoxdandır yer üzündə yaşamırlar. Onların son nü-
mayəndələri (məs., neandertallar) artıq 30 min il bundan əvvəl tarix səhnəsindən yox 
olmuşlar. Belə olan təqdirdə, nəinki Homo habilislərin, hətta neandertalların da sayını 
adekvat şəkildə üzə çıxarmaq imkan xaricindədir. Neandertalların icmalarında yaşamış 
əhali sayının orta göstəricisi yalnız məhdud miqdarda aşkara çıxarılmış arxeoloji ma-
teriallar əsasında müəyyən edilir. Bu zaman neandertalların yaşadıqları mağaralardakı 
və ya müxtəlif düşərgələrdəki orta əhali sayı təqribi şəkildə hesablanır (daha çox isə 
homo sapiensin təşkil olunduğu icmalardakı əhali sayına müvafi q olaraq). Biz isə bilirik 
ki, riyazi düsturlar yalnız dəqiq rəqəmlər olduğu təqdirdə adekvat nəticə verir və ilkin 
məlumatlardakı cüzi xəta hesablama sayəsində yanlış nəticələrin əldə edilməsinə yol 
açır. Bu yanlışlığın ortaya çıxması Kapitsanın əldə etdiyi nəticələrdə də özünü büruzə 
verir. Bu da təsadüfi  deyil, çünki, Kapitsa tez-tez antropogenez ilə bəşəriyyət anlayışla-
rını eyniləşdirir. Bu xəta beş saylı cədvəlin adında da özünü aydın şəkildə büruzə verir. 
Cədvəlin adında bu sözləri oxuyuruq: “bəşəriyyətin inkişafı loqarifmik miqyasda” (5, 
s.244). Halbuki bu cədvəldə ifadə edilən əhali sayının inkişaf dinamikası bəşəriyyəti 
deyil, antropogenez prosesini nəzərdə tutur. Yəqin bu səbəbdəndir ki, cədvəldə göstə-
rilən məlumatlar həqiqəti olduğu kimi əks etdirə bilmir, çünki bəşəriyyətin artım dina-
mikasını əks etdirən riyazi düsturlar metodik baxımdan yanlış olaraq antropogenezin 
digər mərhələlərinə də şamil edilir. Məsələn, 5 saylı cədvəldə göstərilir ki, mezolit döv-
rü 29 min il bundan əvvəl başlamışdır və 20 min il davam etmişdir. Halbuki arxeologiya 
sahəsinə dair sanballı mənbələrdən məlum olduğu kimi, mezolit dövrü 12 min il bun-
dan əvvəl başlamışdır (7, s.172) və müxtəlif regionlardan asılı olaraq fərqli zamanlarda 
başa çatmışdır. O cümlədən neolit dövrünün başlanğıc tarixi düzgün müəyyən edilsə 
də (9 min il bundan öncə), onun davam etməsi müddəti 7 min ilə bərabər tutulmuşdur 
ki, bu da arxeoloji materiallara uyğun gəlmir. Belə ki, neolit dövrünün davam etməsi 
müddəti müxtəlif regionlarda təqribən üç-dörd min ilə bərabər bir dövrü əhatə etmişdir. 
Eynilə, mezolit həyat tərzi müxtəlif regionlarda fərqli zamanlarda təzahür etsə də, onun 
davam etməsi müddəti həmin bölgələrin hər birində 3-4 min ildən artıq olmamışdır (4, 
s.255; 6, s.106, s.132, 154). Bir sözlə, Kapitsanın istifadə etdiyi riyazi düsturlar yalnız 
homo sapiensin və ya neoantropun əhali sayına, yəni bəşəriyyətin artım dinamikasının 
mərhələli şəkildə müəyyən edilməsinə adekvat şəkildə şamil oluna bilər. Bu isə faktiki 
olaraq yaxın 40 min illik bir dövrü əhatə edir. Riyazi düsturların daha dəqiq işləməsi 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə