Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

Azərbaycanda multikulturalizmin xüsusiyyətləri və istiqamətləri
63
nail olmuşdur. Azərbaycan Respublikasının multikulturalizm siyasətinin həyata ke-
çirilməsində nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, ölkəmizdə bu 
məsələyə xüsusi həssaslıqla yanaşıldığını dəqiq sübut edir. Azərbaycan Respublika-
sı milli azlıqlarının hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq təşəbbüslərə 
və sənədlərə ciddi diqqət yetirir. Belə ki, ölkəmiz 2009-cu ilin noyabr ayının 26-
da “Mədəni özünüifadə formalarının müxtəlifl iyinin qorunması və təşviqinə dair” 
UNESCO Konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikası bu istiqamətdə 
müxtəlif beynəlxalq sənədlərə  və  təşəbbüslərə qoşulmaqla yanaşı, fərqli mədəni 
dəyərlərin qorunması məsələləri ilə bağlı təşəbbüslərlə çıxış edir, ardıcıl fəaliyyət 
göstərir. Azərbaycan Respublikasında multikulturalizm siyasətinin uğurlu olmasını 
şərtləndirən başlıca məqam ondan ibarətdir ki, bu sahə birbaşa dövlət başçısının nə-
zarətində və himayəsindədir. 2011-ci ildən etibarən Prezident İlham Əliyevin təşəb-
büsü ilə Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmaqdadır. Ölkə Prezidenti 
bütün nitqlərində multikulturalizmin alternativinin olmadığını və onun inkişafın ən 
vacib  şərtlərindən biri olduğunu  əsaslandırır. Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyev Cənablarının həyata keçirdiyi müdrik ardıcıl siyasət nəticəsin-
də ölkəmiz bütövlükdə dünyada multikulturalizm meyllərinin güclənməsinə ciddi 
töhfə verməkdədir. Belə ki, 2008-ci ildə İƏT-ə(İslam Əməkdaşlıq Təşkilatına) üzv 
ölkələrin mədəniyyət nazirlərinin AŞ ölkələrinin mədəniyyət nazirlərinin toplan-
tısında iştirakını  məhz rəsmi Bakı  təmin etmişdir. Mədəniyyətlərarası dialoqun 
inkişafında mühüm hadisə olan bu təşəbbüs gələcək addımlar üçün yaxşı  zəmin 
yaratmış oldu və bununla Azərbaycan respublikası dünya multikulturalizm meyllə-
rinin genişləndirilməsi və gücləndirilməsi ilə bağlı üzərinə mühüm öhtəlik götür-
düyünü nümayiş etdirdi. 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə AŞ ölkələrinin 
mədəniyyət nazirlərinin İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında 
iştirak etmələri dünya multikulturalizmin yeni inkişaf tendensiyalarının formalaş-
dığını sübut etdi.[10] Təbii ki, artıq qeyd etdiyimiz kimi, bu Azərbaycan dövlətinin 
mühüm töhfəsi idi. Azərbaycanda Humanitar Forumların keçirilməsi artıq bir ənənə 
halını almışdır. Bakıda 2011-ci ilin 10-11oktyabr tarixlərində keçirilən “XXI Əsr: 
ümid və çağırışları” adlı forum çərçivəsində  mədəniyyətlərarası dialoqun vacib-
liyinin qeyd olunması ilə yanaşı, Azərbaycanın bu istiqamətdəki töhfələri yüksək 
qiymətləndirilmişdir.[17] 2012-ci ilin oktyabr ayının 4-5-də keçirilmiş ikinci Bakı 
Beynəlxalq Humanitar Forumu dünya mədəniyyətlərinin yaxınlaşması baxımından 
ciddi əhəmiyyət kəsb etmişdir. Forumda xüsusi vurğulanmışdır ki, Azərbaycanda 
müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı mövcud olması üçün bütün zə-
ruri imkanlar mövcuddur.[18] 2013-cü il 31 oktyabr-1 noyabr tarixlərində  təşkil 
olunmuş üçün Bakı Beynəlxalq Humanitar Forumunda 800-ə yaxın qonaq iştirak 
etmişdir. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
Cənabları Azərbaycanın multikulturalizm ideyalarının əsas təbliğatçısına çevrildi-
yini əsaslandırmışdır. Ölkə Prezidenti demişdir: “Bu gün Azərbaycanda çoxmillətli, 
çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyəri-
mizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin 


Cahangir Cahangirli
64
nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Bütün dinlərin abidələri-
nin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu 
gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyə-
tinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab 
edirəm ki, bizim böyük nailiyyətimizdir”.[3, 7] 
Multikulturalizmin Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətini təşkil et-
diyini sübut edən məqamlardan biri də 2014-cü ilin fevral ayının 28-də Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyevin sərancamı ilə multikulturalizm və dini 
məsələlər üzrə dövlət müşaviri xidmətinin yaradılmasıdır. Bu xidmətin yaradılmasında 
başlıca məqsəd multikultural ideyaların genişləndirilməsinə, bu sahədə mövcud olan 
boşluqların aradan qaldırılmasından, ümumiyyətlə, multikulturalizm siyasətinin vahid 
strategiya üzrə həyata keçirilməsinə nail olmaqdan ibarət idi. Bunun ardınca, 2014-cü 
ilin mart ayının 15-də ölkə Prezidenti İlham  Əliyev Bakı Beynəlxalq Multikultura-
lizm Mərkəzinin yaradılması haqqında sərancam vermişdir. Bu, ondan xəbər verirdi 
ki, ölkədə etnomədəni müxtəlifl iyin qorunması və inkişaf etdirilməsi, Azərbaycanın 
multikulturalizm mərkəzi kimi dünyaya tanıdılması mühüm vəzifə kimi müəyyənləş-
dirilmişdir. Azərbaycanda belə bir beynəlxalq mərkəzin təsis edilməsi böyük rezonans 
doğurmuşdur. 
2016-cı ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmə-
si haqqında sərancam imzalamışdır. Prezidentin imzaladığı sərancamda qeyd olunur: 
“Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 
2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin 
Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir”.[11] 2016-cı 
il, aprelin 25-27 tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Fo-
rumu baş tutdu. Bu miqyasında və əhəmiyyətinə görə Bakıda əvvəllər təşkil olunmuş 
tədbirlərdən fərqlənirdi. Belə ki, Forumda 147 ölkədən 4000-dən artıq nümayəndə 
iştirak etdi.[19] Tədbirdə əsas müzakirə olunan məsələlərdən biri məhz multikultura-
lizmin Azərbaycan modeli oldu. Bu, ondan xəbər verir ki, Azərbaycan multikulturaliz-
min inkişaf etdirilməsi ilə bağlı mühüm vəzifələrin öhtəsindən gələ bilmişdir. Bu gün 
multikulturalizmin Azərbaycan modeli bu sahədə bir etalon kimi qəbul olunmaqdadır. 
Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsü dünya ölkələri və xalqları arasın-
da mədəni-humanitar-siyasi-iqtisadi əməkdaşlığın yeni keyfi yyət mərhələsinə qədəm 
qoydmasını şərtləndirmişdir. Dünya ictimaiyyəti artıq Azərbaycan Respublikasını mə-
dəniyyətlərarası dialoqların etibarlı təmin olunduğu yer kimi nəzərdən keçirir. [5] 
Nəticə
Müasir mərhələdə multikulturalizm cəmiyyətlərin siyasi, sosial, iqtisadi inkişafının 
mühüm şərti rolunda çıxış etməkdədir. Multikulturalizm ideyaların genişləndirilməsi, 
təbliğ olunması, bu istiqamətdə konseptual əsaslara söykənən siyasətin həyata keçiril-
məsi müasir dünya dövlətlərinin başlıca öhtəliklərindən, vəzifələrindən biridir. Müasir 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə