Naxçivanin erkən tunc döVRÜ MƏDƏNİYYƏTİNİn məNŞƏYİ VƏ xronologiyasi zeynəb quliyeva



Yüklə 33,66 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü33,66 Kb.
#18419


«Xəbərlər» - İctimai və humanitar elmlər seriyası.-2009.-№1.-S.124-128.

NAXÇIVANIN ERKƏN TUNC DÖVRÜ MƏDƏNİYYƏTİNİN 

MƏNŞƏYİ VƏ XRONOLOGİYASI

ZEYNƏB QULİYEVA

AMEA Naxçıvan Bölməsi

Qədim və zəngin mədəniyyətə malik olan Naxçıvan diyarı tarixin bütün inkişaf  dövrlərindən keçmişdir. Daş

dövründən başlayaraq müasir dövrə qədər bütün tarixi mərhələləri əks etdirən arxeoloji materiallar içərisində Erkən

Tunc dövrünə aid olanlar mühüm yer tutur. Elmi ədəbiyyatda Kür-Araz mədəniyyəti kimi tanınan Naxçıvanın Erkən

Tunc dövrünü abidələri çoxtəbəqəli  yaşayış yerləri ilə fərqlənir. Bölgədəki I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, I

Maxta Kültəpəsi, Ərəbyengicə, Xələc yaşayış yerləri, Dizə, Qarabulaq, Plovdağ və Xornu nekropolları əsas tədqiqat

obyekti olmuşdur. Bəzi abidələrdə Erkən Tunc dövrü yaşayış yerlərinin Eneoilit məskənləri üzərində salınması bu

iki  mədəniyyətin  bir-biri  ilə  bağlılığını  göstərir.  I  Kültəpə,  II  Kültəpə,  Sədərək,  Xələc  və  Ovçulartəpəsi  kimi

abidələrin timsalında bu əlaqəni aydın görmək olar. Erkən Tunc dövrünün mənşəyinin özündən əvvəlki yerli Eneolit

mədəniyyəti əsasında formalaşması arxitektura qalıqları, keramika məmulatı, metallurgiya, əhalinin məşğuliyyəti və

məişəti, o cümlədən inanclarında əks olunmuşdur.

I  Kültəpənin  Erkən  Tunc  dövrünün  ilk  mərhələsinə  aid  edilən  dairəvi  evləri  quruluşununa  görə  Eneolit

evlərini  xatırladır.  Abidənin  stratiqrafiyası Erkən  Tunc  dövrünə  aid  yaşayış məskəninin  Eneolit  təbəqəsi  üzərində

salındığını göstərir (1, s. 80-81; 8, s. 45-125). Alt qatlardakı evlər dairəsi planlı, üst qatlarda isə dairəvi formalı və

dördbucaqlı artırmalı qurul  malik  olub,  çaydaşı,  çiy  kərpic  və  möhrədən  hörülmüşdür.  Bu  tip  evlər  Erkən  Tunc

dövrü  təbəqəsindən  də  aşkar  olunmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  düzbucaqlı  tikintilər  Eneolit  dövrünün  son

mərhələsində  meydana  çıxmış  və  Erkən  Tunc  dövründə  də  istifadə  edilmişdir.  Bu  Erkən  Tunc  mədəniyyətinin

Eneolit  mədəniyyətindən  qaynaqlandığının  sübut  edən  dəlillərdən  biridir.  Eneolit  mədəniyyətinin  arxitekturası ilə

Kür-Araz  mədəniyyətinin  arxitekturası arasındakı  bənzərlik  Azərbaycanın  bir  sıra  abidələrində  Azərbaycanda,  o

cümlədən Ovçulartəpəsi, Babadərviş, Mingəçevir və digər abidələrdə rastlanır (5, s. 112-113).

II Kültəpənin alt təbəqəsindən Erkən Tunc dövrünə aid dairəvi evlər və dördkünc artırmalı dairəvi evlər aşkar

edilmişdir. Eyni quruluşlu, daş təməl üzərində çiy kərpicdən hörülmüş tikinti qalıqları 1988-89-cu illərdə V. Əliyev

və  S. Aşurov  tərəfindən  Maxta  Kültəpəsində  də  qeydə  alınmışdır  (7,  s. 38-40).  Bu  evlər,  şübhəsiz  ki,  Eneolit

arxitekturasından bəhrələnmişdir. Bu baxımdan Ovçulartəpəsi yaşayış yeri daha diqqətəlayiqdir. Bu yaşayış yerində

2006-2008-ci  illərdə  V. Baxşəliyev,  C. Marro  və  S. Aşurov  tərəfindən  aparılan  qazıntıların  stratiqrafik  dəlilləri

Eneolit dövrünə aid 3 tikinti qatının olduğunu üzə çıxarmışdır (6, s. 111-112). Evlər yarımqazma, yerüstü və dairəvi

formalıdır.  Birinci  kvadratda  aşkar  olunan  evlər  dairəvi  və  dördkünc  formalıdır.  Altıncı kvadratda  isə  Kür-Araz

mədəniyyətinə aid dairəvi binanın qalığı aşkar olunmuşdur.

Erkən Tunc dövrünün birinci mərhələsinin keramika məmulatında Eneolit dövrü üçün xarakterik olan kobud

formada hazırlanmış və qeyri-bərabər bişirilmiş  qablara rast gəlinir. I Kültəpənin Erkən Tunc  dövrünə  aid  olan  II

təbəqəsindən tapılan keramika qum qarışığı olan gildən hazırlanmış və qeyri-bərabər bişirilmişdir. Bu cür qablara I

Kültəpənin  Eneolit  təbəqəsində  də  təsadüf  olunur.  II  Kültəpənin  alt  laylarında  və  Ovçulartəpəsində  Kür-Araz

mədəniyyətinə qabların tərkibində saman qarışığına rastlanır.

Eneolit qabları çəhrayı, bəzən də boz və qara rəngdə bişirilmişdir. Erkən Tunc dövrü keramikası buna bənzər

olsa da bir qədər təkmilləşdirilmişdir.  İlk vaxtlar üçün keyfiyyətli bişirilmiş  və yaxşı anqollanmış çəhrayı, boz  və

qara rəngli qablar, ikinci mərhələ üçün çəhrayı astarlı boz və qara rəngli yaxşı cilalanmış qablar, üçüncü mərhələ

üçün yüksək səviyyədə bişirilmiş nazik divarlı, xarici səthinə qara boya çəkilərək cilalanmış qablar xarakterikdir (3,

s. 43-71). Eneolit dövründə kobud hazırlanmış və səliqəsiz naxışlanmış qablar Erkən Tunc dövründə daha səliqəli

üsulla istehsal edilmiş, ağzının kənarı relsşəkilli və yaxud xaricə doğru kvadratşəkilli çıxıntılarla təmin edilmişdir.

Son  dövr  üçün  qabların  ağzı ilə  gövdəsinin  yuxarı hissəsini  birləşdirən  ilgəkşəkilli  qulplar  xarakterik  olmuşdur.

Araşdırmalar bu qulpların Eneolit qulplarından törədiyini deməyə əsas verir.

Eneolit  mədəniyyətindən  Kür-Araz  mədəniyyətinə  keçid  özünü  Ovçulartəpəsi  yaşayış  yerində  daha  aydın

göstərir  (2,  s.  31;  6,  s.  115-116).  Ovçulartəpəsinin  Erkən  Tunc  dövrü  keramikası  samanqarışığı  olan  gildən

hazırlanması, daraqvari naxışlarına görə Eneolit keramikasını xatırlatsada keyfiyyətinə və formasına görə fərqlidir.

Ovçulartəpəsi  Erkən  Tunc  dövrünün  mənşəyini  dərindən  öyrənmək,  Naxçıvanın  Mesopotamiya  və  Şərqi

Anadolu ilə əlaqələrini araşdırmaq baxımından mühüm tədqiqat obyekti hesab olunur. I Maxta Kültəpəsindən aşkar

edilən keramika nümunələri əsasən çəhrayı və boz rəngdə bişirilmiş gil qab sınıqlarından, ocaq qurğularından ibarət

olub,  Erkən  Tunc  dövrü  tayfalarının  dulusçuluqda  əldə  etdiyi  nailiyyətlərinin  ən  yaxşı  göstəricilərindən  hesab

edilir. Bu dövrün ilk mərhələsinə aid materiallar Eneolit materialları ilə analogiya yaradır, sonrakı inkişaf səviyyəsi

Eneolit mədəniyyətinin uzunmüddətli  tərəqqisi sayəsində yaradılmışdır.  Erkən Tunc dövrünə aid bikonus  formalı,

yuvarlaq,  silindirik  boğazlı  çölmək,  banka,  küpə  tipli  qablar  formaca  Cənubi  Qafqazın  və  qədim  Şərqin  Eneolit

keramikasına bənzəyir. Belə qabların ilk nümunələri I Kültəpə, II Kültəpə, OvçulartəpəsiGöytəpə və Yanıqtəpənin

Eneolit təbəqəsində aşkar olunmuşdur (2, s. 43-64; 8, s. 45-125). Konusvari gövdələr, vazatipli və bankatipli qablar




quruluşuna görə Eneolit keramikası ilə sıx bağlıdır.

Bu  əlaqə  özünü  metallurgiyanın  inkişafında  da  göstərir.  Naxçıvan  dünyanın  ilk  qədim  metalişləmə

ocaqlarından  biri  kimi  tanınmışdır  (9,  s. 30-43).  Metal  emalı  ilə  bağlı  kürələr  e.ə  IV  minilliyin  ortalarında

dağ-mədən  işinin  və  metallurgiyanın  bir-birindən  ayrıldığını göstərir.  II  Kültəpənin  ilk  Tunc  dövrü  təbəqəsindən

aşkar  olunan  metaləritmə  kürəsinin  

və  

metalişləmə  emalatxanasının  qalıqları  bu  sahənin  ayrıca  peşə  sahəsinə

çevrildiyini  göstərir.  I Kültəpədən  e.ə.VI-V  minilliklərə  aid  mis  əmək  alətləri  və  bəzək  əşyalarının  bəzisinin  süni

arsen qarışığından hazırlanması, hələ Eneolit dövründə tunc metallurgiyasının əsasının qoyulduğunu göstərir. Erkən

Tunc  dövründə  metalın  təkrar  emalı  üçün  kürələr  meydana  çıxır.  I  Kültəpədən  tapılan  tunc  baltalar  və  nizə

ucluqları,  metal  əmək  alətləri,  II  Kültəpədən  aşkar  olunan  bıçaq,  xəncər  və  nizə  ucluqları  Naxçıvanda

metallurgiyanın  yerli  zəmində  inkişaf  etməsi  ilə  yanaşı,  Cənubi  Qafqaz  və  Şərq  ölkələri  ilə  qarşılıqlı  əlaqədə

olduğunu  göstərir.  Beləliklə,  əsası  Eneolit  dövründə  qoyulan  Naxçıvanın  metallurgiyası  Erkən  Tunc  dövründə

qonşu ölkələri hazır metal məmulatı ilə təmin edən istehsal mərkəzlərindən biri hesab olunur. Ovçulartəpəsində 8-ci

kvadratdan tapılan Eneolit dövrünə aid mis filizinin qalıqları, metal iynələrin parçaları Naxçıvanda metalişləmənin

əsasının Eneolitdə qoyulmasını, Tunc dövründə isə əsas məşğuliyyət sahələrindən birinə çevrildiyini təsdiq edir (6,

s. 112).

Erkən  Tunc  dövrü  mədəniyyətinin  xronologiyası  ilə  bağlı  müxtəlif  fikirlər  olmuşdur.  Bir  vaxtlar  bu

mədəniyyətin  e.ə.  III  minilliyi  əhatə  etdiyini  irəli  sürən  tədqiqatçıların  (B.A. Kuftin,  B.B. Piotrovski,

O.H. Həbubullayev)  fikirlərindən  fərqli  olaraq  R.M. Munçayev  I  Kültəpə,  Babadərviş,  Şulaveri,  Amiranisqora  və

digər  yaşayış  yerlərin  strategiyasına  əsaslanaraq  Erkən  Tunc  dövrü  mədəniyyətini  e.ə.  IV-III  minilliklərə  aid

edilmişdir.  Q.S İsmayılov  da  bu  fikri  eynilə  təsdiq  edir.  V. Baxşəliyev  arxeoloji  materiallara  əsaslanaraq  gil

məmulatlarının  hər  üç  inkişaf  mərhələsini  təhlil  edərək  Erkən  Tunc  dövrünün  ilk  mərhələsini  e.ə.  IV  minilliyin

ortaları və  III  minilliyin  ortalarına  aid  etmiş  və  Erkən  Tunc  dövrünün  e.ə.  IV  minilliyin  əvvəlindən  başlandığını

qeyd etmişdir (5, s. 115). Naxçıvanda Erkən Tunc dövrü mədəniyyətinin ilk mərhələsi I Kültəpə və II Kültəpənin alt

qatlarının  materialları  ilə  səciyyələnirdi.  Lakin  Ovçulartəpəsi  və  Ərəbnungicə  yaşayış  yerlərinin  tədqiqi  yeni

materiallar  üzə  çıxarmış  və  Naxçıvanda  Erkən  Tunc  mədəniyyətinin  Eneolitdən  qaynaqlandığını  deməyə  imkan

vermişdir. Qeyd etmək lazımdır ki, Erkən Tunc dövrünün erkən formalaşdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuş,

buradan  Cənubi  Qafqaz,  Şərqi  Anadolu  və  Azərbaycanın  digər  rayonlarına  yayılmışdır.  Bu  dövrdə  Naxçıvanda

məskənləşən qədim tayfalar Azərbaycan xalqının etnogenezinin formalaşmasında da mühüm rol oynamışdır. Erkən

Tunc  dövrü  mədəniyyətinin  vətəni  Naxçıvandır  (4,  s.  28).  Çünki  bu  dövrün  ən  tipik,  zəngin  və  çox  təbəqəli

abidələri  olan  I  Kültəpə  və  II  Kültəpə,  I  Maxta  Kültəpəsi,  Ovçulartəpəsi,  Daşarx  və  başqaları Naxçıvanda  aşkar

edilmişdir. Bu dövrün mənşəyinin Eneolit dövrü ilə bağlılığını Naxçıvandaki I Kültəpə, II Kültəpə, Şərurda I Maxta

Kültəpəsi,  Ovçulartəpəsi,  Ərəbyengicə,  Xələc  yaşayış  yerlərində  aparılmış  tədqiqatlar  sübut  edir.  Erkən  Tunc

dövrünün  arxitekturası Eneolit  memarlığının  davamı olaraq  dairəvi  və  dördkünc  planda  möhrə  və  çiy  kərpicdən

hörülmüşdür.  Evlərin  interyeri,  ocaq  yerləri,  təsərrüfat  quyuları,  sütunlar,  döşəmənin  gillə  suvanması Eneolitdən

Erkən  Tunc  dövrünə  keçidin  xarakterik  xüsusiyyətlərindəndir.  Lakin  yeni  dövrdə  bəzi  dəyişikliklər  nəzərə  çarpır,

birhissəli  ocaqlar,  ikihissəli  ocaqlarla  əvəz  edilir,  keramika  sahəsində  samanqarışığı,  qum  qarışığı  ilə  əvəz  edilir

qulplar yarımşarşəkilli forma alır. Qablar daha yaxşı bişirilməsi, keyfiyyətli hazırlanması ilə fərqlənir, daraqşəkilli

naxışların  yerində  zərif  həndəsi  ornamentlərə  malik  cilalanmış  qablar  meydana  çıxır.  Erkən  Tunc  dövrü  tayfaları

metallurgiya  sahəsində  döymə,  tökmə  üsulları  ilə  qəliblərdə  müxtəlif  tipli  əmək  alətləri,  bəzək  əşyaları,  silahlar

hazırlamaqla  Eneolit  dövründəki  sələflərini  xeyli  geridə  qoyurlar.  Əkinçi-maldar  tayfalar,  sənətkarlar  Eneolit

dövründə əldə etdikləri nəaliyyətləri təkminləşdirərək Erkən Tunc mədəniyyətini yaratmışdılar.

ƏDƏBİYYAT

1. Абибуллаев O.A.

 Энеолит и бронза на территории Нахичеванской 

ACCP. Баку: Элм, 1982, 316 c

2. Aşurov S.H. Naxçıvanda arxeoloji tədqiqatlar. Bakı: Nafta-Press, 2003, 120 s.

3. Aşurov S.H. Naxçıvanın İlk Tunc dövrü keramikası. Bakı: Nafta-Press, 2002, 158 s.

4. Bahşaliyev V.B. Nahçıvan arkeolojisi // Archaeology of Nahchivan. İstanbul, 1997, 128 s.

5. Baxşəliyev V.B. Azərbaycan arxeologiyası. Bakı: Elm, 2007, 240 s.

6.  Baxşəliyev  V.B.,  Catherine  M.,  Aşurov  S.H.  Ovçulartəpəsi  yaşayış  yerində  arxeoloji  qazıntılar/  AMEA

Naxçıvan Bölməsinin Xəbərləri, 2008, № 1, s. 111-116.

7. Əliyev V., Aşurov S. Maxta Tunc dövrü abidələri. Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son

nəticələrinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 1992, s. 38-40.

8. Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minillikdə. Bakı: Elm, 2003, 339 s.

9.

 



Бахшялиев В.Б. Металлургия и металлообработка на территории Нахи чевани. Баку: Элм, 2005, 120

с.

Yüklə 33,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə