Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
  1   2   3   4   5   6   7   8   9   ...   46
documents-5-file en (1)



1. Sosial statistika sahəsində müasir seçmə metodlarına əsaslanmaqla
 
müəssisə və əhali müayinələrində seçmə məcmunun
 
əlaqələndirilməsinə və rotasiyaya dair
 

Müqəddimə
 
 
Məlum olduğu kimi, ancaq iqtisadi artım inkişafı tam təmin edə bilmir. Ekoloji və 
sosial inkişaf ölkənin rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli dərəcədə təsir 
göstərdiyi üçün bir çox ölkələrdə sosial yönümlü bazar iqtisadiyyatına üstünlük verilir

Təbii ehtiyatların mühafizəsi və bərpası, əhalinin həyat səviyyəsinin yüksəlməsi inkişafın 
prioritet istiqamətlərindən biri hesab edilir. Belə inkişaf davamlı olur, ətraf mühit 
qorunur, əhalinin sağlamlığı, yüksək həyat şəraiti təmin edilir, təbii və ins
an 
ehtiyatlarından səmərəli istifadə edilir, işsizlik və yoxsulluq səviyyəsi aradan qaldırılır. 
Qeyd edilməlidir ki, sosial problemlərin həlli öz növbəsində ekoloji və iqtisadi
problemlərin həllindən asılıdır. 
Bazar iqtisadiyyatı şəraitində sosial
-iqtisa
di proseslərin tənzimlənməsi üçün
mühüm vəzifələrdən biri də dövlət qurumları və ictimaiyyəti doğru
-
düzgün məlumatlarla 
təmin etməkdir. Azərbaycan Respublikasında Rəsmi statistikanın təkmilləşdirilməsinə 
dair Dövlət proqramlarına uyğun olaraq sosial statistikanın təkmilləşdirilməsi üçün 
aşağıdakı metodoloji işlər yerinə yetirilmişdir:
-
ev təsərrüfatlarının fərdi məlumatlarının aqreqasiyası metodologiyası və imitasiya 
modelləşdirilməsinin iqtisadi
-
riyazi metodları əsasında əhalinin gəlirlərinin 
bölüşdürülməsi modelinin təkmilləşdirilməsi;
-
əhalinin müxtəlif sosial
-
iqtisadi qrupları üzrə gəlir və xərclərinin differensasiya 
balanslarının qurulması metodologiyası;
-
demoqrafik göstəricilərin proqnozlaşdırılması metodologiyası;
-miqrasiya
nın öyrənilməsi və proqnozlaşdırılması metodologiyası;
-
ev təsərrüfatı büdcələrinin tədqiqatı üçün seçmə məcmunun yaradılması 
metodologiyası;
-
yaşayış səviyyəsi tədqiqatının aparılması metodları;
-
ev təsərrüfatlarının ərazi üzrə seçilməsi metodologiyası;
-
əhalinin ərzaq (qida məhsulları) istehlakı və strukturu məlumatlarının hazırlanması 
metodikası;
-
əhalinin gəlir və xərclərinin hesablanması metodologiyası;
-
yoxsulluğun ölçülməsi üzrə qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq 
ölkədə yoxsulluğun səviyyəsini xarakterizə edən sosial göstəricilər sisteminın 
hazırlanması;
-
əhalinin qida məhsulları istehlakının səviyyəsi və qidalanmanın keyfiyyəti üzrə 
məlumat bazasının yaradılması metodologiyası;
-
sosial sferanın inkişafı məsələləri üzrə ev təsərrüfatlarının seçmə müayinəsinin 
keçirilməsi metodologiyasının təkmilləşdirilməsi;
-
ölkədə iqtisadi və insan inkişafının səviyyəsini əks etdirən iqtisadi
-riyazi 
metodların hazırlanması;
-
əhalinin gəlirlərinin səviyyəsi üzrə sosial
-
iqtisadi diferensasiya göstəriciləri və 
gəlirlərin bölüşdürülməsi metodunun təkmilləşdirilməsi.
Yuxarıda göstərilən işlərin davamı olaraq “Sosial statistika sahəsində müasir seçmə 


metodlarına əsaslamaqla, müəssisə və əhali müayinələrində seçmə məcmunun 
əlaqələndirilməsi və rotasiya metodologiyasının işlənib hazırlanması” Dövlət 
proqramında 2009
-
cu ildə yerinə yetirilməsi nəzərdə tutulan işlər sırasında öz əksini 
tapmışdır. 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə