Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

Azərbaycan Respublikasının Multikulturalizm siyasəti
71
də unutmamışam. Bütün bunlar hamısı  sənədli  fi lmimdə ekranlaşdırılır. Film 
üzərində işlər yekunlaşmaq üzrədir, artıq montaj prosesindədir, subtitrlər yığılır. 
Filmi bir sıra beynəlxalq festivallara yollamağı  planlaşdırmışam. Azərbaycan 
multikulturalizminə həsr olunmuş sənədli fi lmimlə bu ölkənin ali dəyərlərini bey-
nəlxalq ictimaiyyətə yüksək səviyyədə təqdim etməyi düşünürəm”.
Təbii ki ölkəmizdə aparılan multikulturalizm siyasəti təkcə sadaladıqlarımızla ye-
kunlaşmır. Belə ki ölkədə müxtəlif etnik azlıqlara, hər bir dinə olan dövlət qayğısı da 
bu siyasətin əsas göstəricilərindəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə 
iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Regionda ilk 
yəhudi muzeyinin inşası da planlaşdırılır. Qafqazda yalnız Azərbaycanda “İvrit dilinin 
tədris mərkəzi” adlı tədris ocağı tikilib. Bu, onu göstərir ki, multikulturalizm Azər-
baycanda sözdə deyil, əməldədir. Həmçinin Bakının mərkəzində Erməni kilsəsinin də 
açılması ölkədə olan tolerant mühitin nümunəsidir. Bununla yanaşı Qafqazda ən bö-
yük məscid olan Heydər məscidinin də məhz Bakı şəhərində açılması ölkədəki dini 
rəngarəngliyin göstəricisidir.
Məhz 2017-ci ilin də İslam Həmrəyliyi ili elan edilməsi Multikulturalizm ilinin da-
vamıdır. Lakin unutmamalıyıq ki, İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan 
həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında 
həmrəyliyin də harmoniyası deməkdir.Məhz bu proses də yalnız multikultural düşün-
cəyə malik olan cəmiyyətdə mövcud ola bilər və inkişaf etdirilə bilər.
Beləliklə buradan belə bir nəticəyə gəlmək olar ki, bu gün ölkəmizdə sağlam tarixi 
köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da 
inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Dövlət başçısının Azərbaycanda mul-
tikulturalizmə münasibət barədə dediyi kimi: “Multikulturalizm Azərbaycanda dövlət 
siyasətidir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir.” Bu mənəvi 
sərvətimizi qoruyaq, dünyada tanıdaq və gələcək nəsillərə ötürək.


Xanım Paşayeva
72
Ədəbiyyat:
Mehdiyev R., 2009.Azərbaycan 2003-2008: Zaman haqqında Düşünərkən. Səh. 240.
Tayyar A. 2007.İran, İrak, ABD ve Petrol. Səh. 607.
Tayyar A. 2010. Uluslararası İlişkiler ve Dış Politika. Səh. 589
Zbiqnev B. 2009. İkinci Şans: Üç Prezident və Amerika Fövqəldövlətinin Böhranı.Səh. 263
Pənahov S. 2012. Messianizm.Səh.248
Quliyev H. 2010. Arxetipik Azərilər: Mentalitetin Simaları.Səh.344.
Стариков Н. 2012. Хаос и Революция-Оружие доллара. Стр. 336.
Сахарова В. 2011. Мультикультурализм и политика интеграции иммигрантов:Срав-
нительный анализ опыта ведущих стран Запада. Стр. 447


Azərbaycan Respublikasının Multikulturalizm siyasəti
73
Резюме
Политика мультикультурализма 
Азербайджанской Республики
Ханым Пашаева
Академия Государственного Управления 
при Президенте Азербайджанской Республики
Хотя в Азербайджане проживают представители различных этнических 
и  религиозных  общин,наша  страна  является  одной  из  немногих  стран  в 
мире,  где не происходят гуманитарные катастрофы. Гуманитарные вопро-
сы сегодня, включают в себя в заимо отношения культур, цивилизаций, ре-
лигий.  В  связи  с  тем,  что  наша  страна  исторически  выставляла  наиболее 
позитивную позицию в этой области,  сегодня Азербайджан стал центром 
гуманитарного сотрудничества в мире. Сегодня в мире упоминание Азер-
байджана  как  толерантной  страны,  без  сомнения  результат  проводимой  в 
нащей стране политики мультикультурализма.
Ключевые  слова:  Мультикультурализм,  Азербайджан,  культура, 
государственная политика, гуманитарные катастрофы.


Xanım Paşayeva
74
Summary
Multiculturalism Policy 
of Azerbaijan Republic
Khanim Pashayeva
The Academy of Public Administration under the
President of the Republic of Azerbaijan
Azerbaijan is one of the rare countries in the world where humanitarian 
cataclysms are not happening, although there are representatives of various 
ethnic and religious organizations . The humanitarian issue today involves the 
mutual relations of cultures, civilizations, and confessions. Today, Azerbaijan has 
become a center of humanitarian cooperation in the world, as it has historically 
been exhibiting the most positive position in this area. Today’s world-renowned 
or tolerant country is undoubtedly the result of multiculturalism policy in 
Azerbaijan.
Key words: Multiculturalism, Azerbaijan, culture, government policy, 
humanitarian catastrophe


75
Elm və İnnovativ Texnologiyalar jurnalı
Demoqrafi ya problemləri 
qlobal aspektdə
Rövşən Hacıyev
Azərbaycan Milli Elmlər Akademiyası, 
Fəlsəfə İnstitutu
Müasir dövrün qlobal prosesləri içərisində demoqrafi k problem özünəməxsus yer 
tutur. Bəzi tanınmış mütəxəssislər bu problemi hətta müasir dövrün əsas qlobal prob-
lemi kimi qəbul edirlər (5, s.207). Belə bir mövqenin nə dərəcədə doğru olduğunu ve-
rifi kasiyaya məruz qoymadan qeyd edək ki, demoqrafi k problem şübhəsiz ki, öz aktu-
allığı ilə müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin daim diqqət mərkəzində 
saxlanılmaqdadır. Son dövrlərdə bu problemin həllinə həmçinin dəqiq elmlərin bəzi 
nümayəndələrinin də maraq göstərməsi diqqəti çəkir. Onların demoqrafi k problemin 
çözümü ilə bağlı fi kirləri və əhali sayının artım dinamikasının müəyyən edilməsinə 
istiqamətlənmiş yanaşmaları orijinallığı ilə seçilir. Yuxarıdakı fi kirlərdən irəli gələrək 
adı çəkilən məqalədə bir sıra tanınmış mütəxəssislərin demoqrafi k problemin bəzi as-
pektlərinə dair baxışlarının təhlilinə cəhd ediləcəkdir.
Məlumdur ki, demoqrafi k problemi, konkret desək, əhali artımı məsələsini ictimai 
inkişafın ciddi problemi kimi ilk dəfə ortaya qoyan və onu əsaslandıran (XVIII əs-
rin sonlarında) ingilis keşişi T.R.Maltus olmuşdur. Onun məlum nəzəriyyəsinə görə, 
əhalinin çoxalması həndəsi silsilə ilə, onun qida ilə təmin olunması imkanları ədədi 
silsilə ilə artdığı üçün gələcəkdə ortaya çıxacaq qlobal təhlükələrin qarşısını mühari-
bə və digər antihumanist vasitələrlə almaq olar (8, s.254). Lakin Maltusun qаldırdığı 
bu problem öz humanist və eyni zamanda qlobal əhəmiyyətini yalnız XX əsrin ikinci 
yarısında, xüsusən məşhur “Roma Klubu”nda səsləndirilmiş çıxışlarda tapmışdır. Bu 
məsələyə ictimai elmlərin nümayəndələri ilə yanaşı bir sıra təbiətşünas alimlər də 
böyük maraq göstərmişlər. Son dövrlərdə bu məsələyə davamlı şəkildə və sinergetik 
prizmadan yanaşan tanınmış təbiətşünas alimlərdən S.P.Kurdyumovun, Q.Q.Malinet-
skinin və xüsusən də S.P.Kapitsanın tədqiqatlarını qeyd etmək olar. Adları  çəkilən 
müəllifl ərin birgə nəşr etdirdikləri kitabda (5, s.206-277) demoqrafi k problemin bir 
sıra aspektləri və xüsusən də əhali artımının inkişaf dinamikasını səciyyələndirən ri-
yazi düsturlar çıxarılmış və bu əsasda bəşəriyyətin sayının keçmişdəki, indiki və gələ-
cəkdəki göstəricilərinin  əldə olunmasına cəhd edilmişdir. Həmin kollektiv monoq-
rafi yada əldə edilən mühüm nəticələr kimi müasir bəşəriyyətin vahid sistem halında 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə