Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

Üzvi gübrələrin torpaqda parçalanmasından alınan karbon qazının ...
103
Резюме
Влияние углекислого газа выделенного 
в результате разложения в почве органических удобрений 
на рост и развитие растений
П.Б Заманов
Институт Почвоведения и Агрохимии 
Национальной Академии Наук Азербайджана 
А.А.Алиева
Институт Почвоведения и Агрохимии 
Национальной Академии Наук Азербайджана 
Р.А Пашаев
Институт Почвоведения и Агрохимии 
Национальной Академии Наук Азербайджана 
Как  известно,  углекислый  газ  играет  основную  роль  в  процессе  фото-
синтеза растений и накоплении сухих веществ. Выявлено, что для получе-
ния высоких и стабильных урожаев количество накапливаемого в воздухе и 
почве в естественном виде углекислого газа недостаточно. Поэтому необхо-
димо внедрение органических удобрений, обогащающих почву углекислым 
газом.
Ключевые  слова:  Углекислый  газ,  органические  удобрения,  местные 
отхода, сельскохозяйственные культуры.


P.B.Zamanov, A.Ə.Əliyeva, R.Ə.Paşayev
104
Summary
Effect of carbon dioxide gas getting 
from organic fertilizers shattering on plant 
growth and development
P.B Zamanov
Azerbaijan National Academy of Sciences
Institute of Soil Science and Agrochemistry
A.A.Aliyeva 
Azerbaijan National Academy of Sciences, 
Institute of Soil Science and Agrochemistry
R.A.Pashayev 
Azerbaijan National Academy of Sciences, 
Institute of Soil Science and Agrochemistry 
As is obvious carbon dioxide gas plays a main role in occurring of photosynt-
hesis process and collecting of dry matter in plants. It was determined that carbon 
dioxide gas as a natural from collecting in an air and soil isn’t enough to get high 
and stable product. Therefore it is necessary to apply organic fertilizers which can 
make fertile the soil with carbon dioxide gas.
Key words: Carbon dioxide, organic fertilizers, local waste, agricultural 
plants. 


105
Elm və İnnovativ Texnologiyalar jurnalı
Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: 
Beynəlxalq təcrübə
Mahir Dadaşov
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin 
İşləri üzrə Dövlət Komitəsi
Elektron hökumət – xalqa, vətəndaşlara, işçilərə  və  iş ortaqlarına informasiya 
texnologiyalarından istifadə edərək ictimai xidmətlərin çatdırılması və bundan istifadə 
etmələrini təmin edən sistemdir. Dövlət- bü gündə ölkədaxili və ölkəxaricində yaşayan 
vətəndaşları, hətta başqa ölkə vətəndaşlarını da əhatə edən bir qurumdur. Hal hazırda 
cəmiyyətimiz 2 əsas istiqamətdə yəni, qloballaşma və sürət kimi anlayışların hər keçən 
gündə yeni bir sahəyə  nüfuz etdiyini açıq-aşkar görürük. 
Yaşadığımız dövr “İnformasiya dövrü” adlanır.Bu cür adlandırmağımıza da bizi sövq 
edən “kompüter” və”İnternet” kimi texnoloji faktorların informasiyanın paylanılması 
və dövr etməsində tarixin heç bir dövründə olmadığı  qədər artmasıdır. Texnoloji 
baxımdan inkişaf, yeni bir ictimai quruluşun yaranmasına gətirib çıxarır. İnformasiya 
Cəmiyyəti olaraq adlandırdığımız bu yeni quruluş, informasiyanın əhəmiyyətinin nə 
dərəcədə yüksək olduğu, həyatın hər sahəsində məntiqli və tez-tez istifadə etdiyimiz 
bir cəmiyyəti təsvir edir. 
İnformasiya Cəmiyyəti anlayışı; məlumatın və kommunikasiya texnologiyalarının 
gündəlik həyatda, inkişafa doğru istifadə etmək mənasına gəlir. İnformasiyanın azad 
olduğu cəmiyyətlərdə «informasiya» və «analitik düşüncə» anlayışları daha çox istifadə 
olunur.Bəli artıq dünya kiçilmiş, informasiya həyatın hər sahəsində fundamental 
təyinedici rolunu oynayır. İnkişaf edən texnologiya ilə həyatımızda dəyişən və yaranan 
yeni ehtiyaclara yeni həll yollarını tapa bilirik. Alış-verişi, bank əməliyyatlarını  və 
ünsiyyət ehtiyaclarını internet vasitəsilə reallaşdıran insanlar, dövlət xidmətlərini də eyni 
yol ilə alma niyyətlərini artıq tələb şəklində meydana gətirmişlər. İnternet rahatlığının 
dövlət xidmətlərində də istifadə olunması artıq zamanın əsas tələbi halına gəlmişdir.
E-hökumət, ilk anlamda hər nə qədər ictimai xidmətlərin elektron mühitə daşınması 
fəaliyyətinin bir nəticəsi olaraq görünsə  də,  əslində daha dərin mövzudur. Dövlətin 
elektronlaşmasında, informasiya və kommunikasiya texnologiyaları əsas vasitə rolunu 
oynayır. Əsas hədəf isə, informasiya emalinin tutumunu artırmaq, sürətlə qərar verə 
bilən və ehtiyacları cavablayan bir dövlət quruluşunun yaradılmasıdır. Elektron hökumət 


Mahir Dadaşov
106
anlayışının mahiyyətində əsas güc müştəri birliyində, yəni xalqda olmasıdır. Bu birlik, 
informasiya texnologiya istifadəçilərinə yaratdığı rahatlıq sayəsində istədikləri an, 
istədiklər nöqtədən dövlət tərəfi ndən təşkil olunan məlumatdan yararlanaraq elektron 
xidmətlərdən istifadə edə biləcəklər. Elektron hökumət anlayışı təkcə vətəndaş-dövlət 
münasibəti quran sadə bir veb-saytından çox irəlidə olub, siyasi –sosial, vətəndaş-
dövlət əlaqəsini quran sadə bir web saytdan ibarət deyil, bu əlaqənin qurulmasında 
siyasi və ictimai gücə malik olan böyük bir inqilab edərək, tam anlamında onlayn şəkilə 
çevirir. E-hökumətin yaranması ilə, informasiya və kommunikasiya texnologiyalarının 
istifadə edilməsi ilə dövlət hakimiyyəti informasiya cəmiyyətinin tələblərinə cavab 
verə biləcək, vətəndaş və fəaliyyət göstərən təşkilatlar ilə elektron mühitdə əlaqə qura 
biləcək və bu sahədə  məhsuldarlıq,  şəffafl ığı  təmin edəcək.Cəmiyyətimizin inkişaf 
etdiyi, iqtisadi çətinliklərin aradan qalxdığı informasiya texnologiyalardan istifadənin 
sürətlə artdığı bir zamanda Azərbaycanda da digər inkişaf etmiş ölkələr kimi, hədəf 
olaraq ən çox «e» xidmətlərinin genişlənməsinə yönəldilmişdir. E –hökuməti meydana 
gətirən amillər isə e-şirkət, e-təşkilatlar, e-vətəndaşlardan ibarətdir. 
Son onilliyə nəzər salsaq, dünya ölkələrinin elektron hökumət ilə bağlı təşəb büs-
lərini həyata keçirilməsində əldə olunan uğurları sayəsində, elektron hökumət dünya 
fenomeni halına gəlmişdir. Hər bir dövlət elektron hökumətin inkişaf siyasətini 
həyata keçirmək üçün öz strategiyasını işləyib hazırlamışdır. Buna baxmayaraq, bu işi 
tamamlanmış iş hesab etmək olmaz.Çünki elektron hökumət hələ də inkişaf etməkdədir 
və informasiya texnologiyaları inkişaf etdikcə- e-hökumət strategiyaları, modelleri də 
tez-tez yenilənir. 
Elektron hökumət sisteminin ən önəmli faydası bürokratik prosedurları azaldaraq, 
vətəndaşa lazım olan məlumatlara  ən qısa müddətdə maneəsiz çatdırmasıdır.Qisa 
desək, elektron hökumət sayəsində, dövlətdə mövcud olan informasiyanın tələbə 
uyğun olaraq, ən yüksək səviyyədə dəyərləndirilməsidir.( məsələn : yol tıxaclarının, 
İnternet vasitəsilə izlənilməsi) Ancaq bu məqamda dövlətin ictimai xidmətlərinı 
elektron mühitə daşınmasıyla birlikdə  vətəndaşın da bu elektron mühitə çatması 
vacibdir. Buna görə kompüter və internetdən istifadənin genişlənməsi xalq arasında 
elektron hökumətdən istifadə imkanlarını daha da artıracaq.
E-hökumətin hədəfl əri
İnternet texnologiyalarının ictimai xidmətlərin tətbiqi üçün istifadə edilməyə 
başlaması ilə birlikdə, dövlət üçün bu günə qədər uzaq olan “səmərəlilik” anlayışını da 
eyni zamanda işlək hala salır.İnformasiyanın kompüter mühitində qiymətləndirilməsi 
səmərəliliyin artmasına, səmərəliliyin artması isə  qənaəti inkişaf etdirir.Bu sistem 
sayəsində illərdir ki həyata keçməyən “dövlət şəbəkəsinə sürətlə çatdırılma” prosesi 
inkişaf edəcək və daha anlaşıqlı  şəkildə desək, dövlət vətəndaşa “bir tıq” qədər 
yaxın olacaq.Sonrakı inkişaf mərhələlərində bu sistem dövlət xidmətlərindən istifadə 
etməkdən başqa elektron “səs vermə” və elektron vergitutma xidmətlərini də tətbiq 
edəcək. 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə