Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

Demoqrafi ya problemləri qlobal aspektdə
81
Резюме
Демографические Проблемы 
в Глобальных Аспектах
Ровшан Гаджиев
Институт  Философии 
Национальной Академии Наук Азербайджана
В  статье  рассматриваются  некоторые  вопросы  глобальной  демографи-
ческой  проблемы.  В  частности,  исследуются  такие  важные  вопросы  как 
проблема  демографических  революций,  понятие  исторического  типа  вос-
производства населения, а также новая теория по изучению динамики де-
мографического развития, в которой применяется синергетический подход. 
В этой связи в статье рассматриваются оригинальные воззрения таких из-
вестных ученых как С.П.Капица, А.Г.Вишневский и других по изучаемой 
проблеме. В то же время в статье уделяется внимание критическому разбо-
ру некоторых идей, выдвигаемых со стороны известного русского ученого 
С.П.Капицы.
Ключевые слова: Глобальные демографические проблемы, народонасе-
ление, развитие, динамика, глобальные аспекты


Rövşən Hacıyev
82
Summary
The Demographic Problems 
in Global Aspects
Rovshan Haciyev
Azerbaijan National Academy of Sciences, 
Institute of Philosophy
Some points of global demographic problems are considered in the article. In 
particular, there have been investigated such serious matters as the problems of 
demographic revolutions, the meaning of historical type of population’s reprodu-
ction and a new theory for studying the dynamics of demographic development 
to which synergetic approach is applied. In this connection, some original points 
of view of such well-known scientists as A.G.Vishnevskij, S.P.Capitsa and others 
are considered. At the same time, there is paid attention to the critical analysis of 
some ideas put forward by S.P.Capitsa. 
Key words: Global demographic problems, population, development, dyna-
mic, global aspects 


83
Elm və İnnovativ Texnologiyalar jurnalı
Gənclərin elmi potensialının 
inkişaf etdirilməsi və gənc alimlərin 
elmi fəaliyyətinin stimullaşdırılması
Abbas Abbaszadə 
“AZƏRSU” Açıq Səhmdar Cəmiyyəti
 
“Gəncliyin dəyərini qocalmazdan əvvəl bilin”
Məhəmməd peyğəmbər (s.a.s)
Gənclərin təhsil həyatına başlaması və bu yolda qarşılaşdıqları problemlər.
Təhsil həyatına başlayan insanlar müyyən bir elmi dərəcəyə çatmaq üçün müxtəlif 
mərhələlərdən keçir. Orta məktəbin yuxarı sinifl ərindən başlayaraq ixtisas seçimləri 
edən gənclərin çox az faizi istədiyi ixtisasa qəbul olur. Bəzən valideyn istəyi, bəzən 
seçdiyi ixtisasın çətinliyi, bəzəndə ixtisası bitirdikdən sonra iş tapmaq qorxusu gənc-
ləri öz fi kirlərindən daşındırır. Bu cür təsirlər gənclərin düşüncə azalıqlarının olma-
masından və dünya görüşlərinin aşağı səviyyəli olmalarından irəli gəlir. “Universitetə 
qəbul olmağı” həyati bir məsələ kimi qəbul edən gənclər təhsili diplom almaq, diplom 
almağı isə işə qəbul olmaq kimi təsəvvür edirlər. Bu cür hallar ölkəmizdə təəssüfl ər 
olsun ki, çoxdur. Böyük şəhərlərdə yaşayan gənclərin əksəriyyəti başqalarının həyat 
tərzinə baxaraq onlar kimi yaxşı yaşamaq istəyirlər. Bunun çarəsini də ya ali məktəbi 
bitirib hər hansı bir yerdə yüksək maaşla çalışmaqda, ya da qonşu ölkələrdə bizneslə 
məşğul olmaqda görürlər. Bütün bu yuxarıda göstərilən hallar elm üçün, ölkənin in-
kişafı üçün mənfi  hallardır. Yuxarıda gösərilən hallar əminliklə deməyə əsas verir ki, 
gənclərin təhsilə bu cür yanaşmalarının  əsas səbəblərindən biri maddi məsələlərdir. 
Deməli gənc elə bir elm sahəsi seçməlidir ki, gələcəkdə özünün və ailəsinin ehtiyacla-
rını maddi cəhətdən qarşılaya bilsin. Bu cür düşünən gənc təhsilə və ölkənin inkişafı-
na heç bir fayda verə bilməz. Hal-hazırda ölkəmizdə iri şəhərlərdə yaşayan gənclərin 
ali məktəblərə daxil olma nəticəsi qəsəbə və kəndlərdə yaşayan gənclərin nəticəsin-
dən daha yüksəkdir. Kəndlərin birində öz yaşıdımla 8 il bundan qabaq etdiyim bir 
söhbəti heç unutmuram. Eyni ildə universitetə hazırlaşdığımız bir gəncə sual verdim 
ki, “Hansı ixtisas üzrə qəbul olmaq istəyirsən?”. Cavabında mənə “Fərqi yoxdur təki 
universitet olsun dedi”. “Bəs qəbul olmasan?” - deyə təkrar sual verdim və o cava-


Abbas Abbaszadə
84
bında - “Eybi yoxdu əsgərliyə gedərəm, gələndən sonra birinin yanında işləyərəm, 
evlənərəm”. Həmyaşıdımın fi krini tam öyrənmək üçün sonuncu bir sual verdim - “Bəs 
sonra?”. Cavabında “Sonrası yoxdur, bu qədər” – dedi. Çox təəssüfl əndim. Dünya 
ölkələrinin yeni texnologiyalar ixtira edib irəli getdiyi bir dövrdə mənim ölkəmdə bu 
cür düşünən gəncin olduğunu görmək çox təəssüfl əndirici haldır. Təhsilə, inkişafa bu 
cür soyuqqanlı yanaşan gənclər çoxdur. Gənclərin bu cür düşüncə tərzində olmalarının 
əsas səbəblərindən birincisi orta məktəblərdə düzgün maarifl əndirmə işlərinin aparıl-
mamasıdır. Təbii ki, bunu bütün məktəblərə şamil etmirəm. Orta məktəblər mövzu-
suna toxunmağımda əsas məqsəd elmin təməlinin burdan atılmağa başlanmasındadır. 
Savadlı və intellektual müəllim heyətinə malik olan məktəblərin tələbələri gələcəkdə 
elm sahəsində  həm yüksək nəticələr göstərirlər, həm də ölkənin gələcək inkişafına 
xidmət edirlər. Sinifl ər təşkil edilərkən orada uşaqların sayının çox olmağına ehtiyac 
yoxdur. Bu məsələnin həlli mənə görə aşağıdakı kimi həll ola bilər:
1. Sinifl ər çox olur, sinifdəki şagirdlərin sayı isə az (max 10).
2. Bu zaman bilik səviyyəsi arasında fərq olan tələbələr ayrı-ayrı qruplarda toplaşır.
3. Bilik səviyyəsi yüksək olan tələbələr xüsusi qaydada hazırlanır, digər tələbələr 
isə onlara çatmaq uğrunda mübarizə aparır və sağlam rəqabət yaranır.
4. Bu üsulla müəllimlərin dərs saatları artır və bilavasitə maaşları artır. Dərsləri 
daha yüksək keyfi yyətlə keçməyə çalışırlar.
Orta məktəblərdə  dərslər bu formada təşkil olunarsa, təhsilin keyfi yyəti artar və 
repitirorlara ehtiyac ildən-ilə azalar. Yüksək keyfi yyətli dərs yüksək keyfi yyətli gənc 
nəsil və inkişaf edən ölkə deməkdir.
Ali təhsil müəssisələrində gənclərin aldıqları təhsil və onların sonrakı iş fəaliy-
yətində aldıqları təhsilin faydası.
Universitet həyatında gənclərin elmi fəaliyyətləri dar çərçivədə irəliləyir. Qocaman 
müəllimlərin tərtib etdiyi kriteriyarlar çərçivəsində  tələbələr universitetə  gəlir, dərs 
prosesində iştirak edir, dəftər tutub yazı yazır, orta məktəb şagirdi kimi dərs danışır 
və s. Bütün bu kimi hallar Dövlətimizin təhsil haqqında qəbul etdiyi qanunların gec 
işləməsinə səbəb olur. Belə ki, illər öncə təhsildə baloniya sistemi tətbiq olunduğu hal-
da, tələbələrə yenə köhnə sistemdəki kimi dərsə gəlmədiklərinə görə “qayıb” yazılır, 
mühazirə yazmağa məcbur edilir. Bütün dərs vəsaitlərinin elektronlaşdığı bir dövr-
də universitetlərdə mühazirələr köhnə üsullarla aparılırsa, burda böyük bir problemin 
olduğu aşkara çıxır. Gənclərin elm sahəsində irəli getməsi üçün onlar mütləq yeni 
texnologiyalarla, bütün sahələri əhatə edəcək elmi ədəbiyyatlarla təmin olunmalıdır. 
Xarici  ədəbiyyatların doğma dilimizə  tərcümə edilməsi bu sahədə edilə biləcək  ən 
səmərəli işlərdən olar. Gənc tələbələrin elmi inkişafı üçün onların fərdi işlər həyata 
keçirməlidirlər. İstehsalatla birbaşa əlaqəli fəaliyyət göstərməlidirlər.Çox yaxşı olar ki, 
ölkəmizdə  fəaliyyət göstərən böyük şirkətlər universitetlərdəki tələbələrlə yaxından 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə