Cahangir Cahangirli
68
Summary
Features and the directions of multiculturalism
in Azerbaijan
Jahangir Jahangirli
The Academy of Public Administration under
the President of the Republic of Azerbaijan
In the scientifi c article is considered features of multiculturalism in Azerbaijan.
At fi rst it is noted that multiculturalism is an important condition of dynamic
development of any society. Multiculturalism at the present stage is estimated as
the main quality of the personality and society. In the submitted article it is noted
that multiculturalism refl ects not only cultural,
but also social and economic
problems. At the present stage multiculturalism solves generally social and
economic problems of society. Stable development of any society depends on
multiculturalism policy on the basis of which there is a rich conceptual basis.
In article it is noted that multiculturalism in Azerbaijan is the important
direction of the general state policy. Is proved that the foundation of policy of
multiculturalism has been laid by the national leader Heydar Aliyev. Today
multiculturalism in Azerbaijan is considered as a way of life. The Azerbaijan
Republic represents own model of multiculturalism. In article the directions of
policy of multiculturalism in the Azerbaijan Republic are al so analyzed.
Keywords: Multiculturalism, Azerbaijan, culture, state policy, society.
69
Elm və İnnovativ Texnologiyalar jurnalı
Azərbaycan Respublikasının
Multikulturalizm siyasəti
Xanım Paşayeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Dövlətlərin çoxluq təşkil etdiyi müasir zamanda xalqlararası mədəniyyət əlaqələri
də inkişaf etməkdədir. Bu gün mövcud olan əlaqələr (elektron əlaqələr) xalqlara məx-
sus olan mədəniyyətin qarşılıqlı olaraq, mübadiləsini sürətlə şərtləndirməkdədir. Digər
tərəfdən, bir dövlət daxilində çoxlu sayda mədəniyyət nümunələrini özündə daşıyan
subyektlər (xalqların nümayəndələri) mövcuddur. Mədəniyyət nümunələrinin obrazla-
rı həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələr ilə, əyani şəkildə, həm də vasitəli
qaydada vizual şəkildə transfer etməkdədir.
Ölkəmizdə müxtəlif etnik və dini qurumların nümayəndələri yaşasalar da, Azərbay-
can dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrindəndir. Humani-
tar məsələ bu gün özündə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı
münasibətlərini ehtiva etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe
sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq
mərkəzinə
çevrilib. Bugün dünyada Azərbaycan adı çəkiləndə yada tolerant bir ölkənin düşməsi
heç şübhəsiz bu ölkədə aparılan Multikulturalizm siyasətinin nəticəsidir. Təbii ki bu
istiqamətdə həyata keçirilən dövlət proqramlarının rolu əvəzsizdir. Belə ki, ilk öncə
ölkədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkədə bu sahəyə
nəzarət edəcək vahid qurumun yaradılması baxımından dövlət dəstəyinin baris nü-
munəsidir.Eyni zamanda ölkədə keçirilən beynəlxalq humanitar forumlar, həmçinin
beynəlxalq yay və qış məktəblərinin keçirilməsi həm də ölkəyə olan marağın
müsbət
mənada artmasına səbəb olur. Belə ki ölkəmizdə keçirilən humanitar forumlar, bey-
nəlxalq idman yarışları ölkəyə yeni turistlərin həmçinin bunun nəticəsi olaraq müxtəlif
mədəniyyətlərin cəlb olunmasına kömək edir. Eyni zamanda beynəlxalq humanitar fo-
rumlarda dünyadakı problemlərlə mübarizə üçün müxtəlif mədəniyyətlərin nümayən-
dələrinin əməkdaşlığı da Azərbaycanı dialoq və sülh üçün unikal geosiyasi mühit kimi
tanıdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinə uyğun olaraq to-
lerantlığın və mədəni, dini, linqvistik müxtəlifl iyin qorunmasını təmin etmək,
habelə
Xanım Paşayeva
70
Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikul-
tural modelləri tədqiq və təşviq etmək məqsədilə Prezident İlham Əliyev tərəfi ndən
yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan
multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra
mühüm işlərin icrasını yerinə yetirir ki, bunlar da ölkədə aparılan multikulturalizm
siyasətinin göstəricisidir. Belə ki, hazırda dünyanın 15 aparıcı ali təhsil müəssisəsin-
də, eləcə də 40-dan artıq Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi”
fənni tədris olunur və bu ildən İsveç, Misir, İsrail və Litva universitetlərində də bu
fənnin tədrisinə başlanılacaq. Azərbaycanın müxtəlif bölgələrində “Multikulturalizm
Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” devizi altında beynəlxalq mul-
tikulutralizm yay və qış məktəbləri BBMM-in “Azərbaycan
multikulturalizmi fənni-
nin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata
keçirilir. Tədris layihəsi çərçivəsində hazırda dünyanın, həmçinin ölkəmizin qabaqcıl
ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil
edilən qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri
multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görüb şahid olmalarına
imkan yaratmaqdır. Sayca dördüncüsü reallaşan beynəlxalq multikulturalizm yay və
qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevgi-
nin təzahürüdür ki, III Beynəlxalq multikulturalizm məktəbində “Azərbaycanın Gənc
Dostları” Beynəlxalq Klubu yaradıldı və hazırda 200-dən çox üzvlə fəaliyyət göstərir.
Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkə-
mizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilinin və
mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək etməyi nəzərdə tutur.
Birliyin in-
ternet saytı (www.youngfriends.az) da beynəlxalq gənclər auditoriyasının diqqətini
cəlb etməkdədir
.
Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstək-
ləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Dövlət müşaviri,
akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, indi dünyada Azərbaycanın həqiqət-
lərini ölkəmizin dostları müdafi ə edirlər. Buna nümunə olaraq
Beynəlxalq multikul-
turalizm qış məktəbinin iştirakçısı, bu yaxınlarda
Birliyə üzv olmuş, Portuqaliyanın
Lusofona Universitetinin tələbəsi Joao Mestrenin ölkəmiz haqqında təəssüratlarını
göstərə bilərik. Joao Qış məktəbi haqqında öz fi kirlərini bölüşərkən bildirmişdir ki,
“
Azərbaycan həm də turizm baxımından cəlbedici bir ölkədir. Filmimdə bununla
bağlı nüanslar da öz əksini tapacaq. Bundan Azərbaycanın multikultural mühiti,
burada çoxsaylı konfessiyaların dostcasına bir arada yaşaması məni çox təsirlən-
dirdi. Məhz buna görə də Azərbaycandakı konfessiya rəhbərlərinin, səfər etdiyi-
miz yerlərdə ləzgi, yəhudi, udi etnik icma nümayəndələrinin fi kirlərini də almı-
şam. Qış məktəbində iştirak edən İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan,
Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan,
Misir, Rumıniya, Polşa və İordaniyadan olan iştirakçıların da Azərbaycanla bağlı
fi kirləri, Azərbaycanın multikultralizm modeli ilə bağlı təəssüratlarını çəkməyi