Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

Rövşən Hacıyev
78
üçün isə yalnız neolit dövründən başlayaraq, yəni 9 min illik bir müddəti nəzərə alıb 
əhali sayının artım dinamikasını böyük xətalara yol vermədən müəyyən etmək olar. Öz 
riyazi hesablamalarında məhz belə bir doğru yanaşmadan irəli gələn tanınmış alim isə 
adını yuxarıda qeyd etdiyimiz Vişnevskiy olmuşdur.
Əhali artımı ilə bağlı Vişnevskinin yanaşması doğru olaraq yalnız homo sapiensin 
yaşadığı müddəti nəzərdə tutur və  bəşəriyyətin inkişafındakı yaxın 40 min illik bir 
dövrü əhatə edir. Öz fundamental monoqrafi yasında Vişnevskiy bir sıra mühüm anla-
yışları elmi dövriyyəyə daxil edir ki, onlardan demoqrafi k sistem anlayışı mühüm əhə-
miyyət kəsb edir. Vişynevskiy haqlı olaraq demoqrafi k sistemi cəmiyyətin alt sistemi 
kimi qəbul edir və onun digər alt sistemləri ilə (iqtisadi, sosial və b.) qarşılıqlı əlaqələ-
rini hərtərəfl i şəkildə  nəzərdən keçirir (2, s.8-9). Vişnevskiy göstərir ki demoqrafi k 
sistem dedikdə yalnız insanların cəmi deyil, həm də onlar arasındakı qarşılıqlı müna-
sibətlər nəzərdə tutulur. Daha sonra tanınmış alim “demokrafi k homeostaz”, “demoq-
rafi k məhdudiyyət” və digər mühüm anlayışları tədqiqat prosesinə cəlb edərək, əhali 
artımının tarixi tiplərini müəyyənləşdirməyə nail olur. Vişnevskiy göstərir ki, əhali 
artımının tarixən üç əsas tipini ayırd etmək mümkündür. Onlardan birincisini arxe-
tip, ikincisini ənənəvi və üçüncüsünü rasional və ya müasir adlandıran müəllif ardıcıl 
şəkildə hər üç tipin fərqləndirici xüsusiyyətlərini açmağa müvəffəq olur. Vişnevskiy 
göstərməyə çalışır ki, bir tipdən digərinə keçid zamanı əhali artımı sıçrayışla baş verir. 
Bu cür keçidi Vişnevskiy öz sələfl ərinin müəyyənləşdirdiyi kimi demoqrafi k inqilab 
kimi dəyərləndirir. Demoqrafi k inqilabın baş verməsindən bir müddət sonra əhali artı-
mında müəyyən qədər stabilişmə meylləri özünü büruzə verir. Vişnevskiy onu da qeyd 
edir ki, əhali artımının kəskin xarakter alması müxtəlif regionlarda fərqli zamanlarda 
mümkün olmuşdur.
Demoqrafi k inqilaba həsr edilmiş xüsusi monoqrafi yasında Vişnevskiy bildirir 
ki, birinci demoqrafi k inqilab neolit dövründə baş vermişdir (1, s.29) və insanların 
mənimsəmə təsərrüfatından qidanın istehsal edilməsi təsərrüfatına keçidi prosesi ilə 
bağlı olmuşdur (2, s.55). Vişnevskiy göstərir ki, arxetip mərhələsində insanların ya-
şadığı ərazinin sahəsinə görə sıxlığı çox aşağı olmuşdur, yəni hər yüz kv. kilometrə 
təqribən 3-4 nəfər adam düşmüşdür. İbtidai icmaların əhali sayı müəyyən dərəcədə 
xarici mühütün təsirindən asılı olsa da (müxtəlif səbəblərdən uşaq ölümünün yüksək 
faizlə ölçülməsi), əsas etribarilə sosial amillər vasitəsilə nizamlanmışdır (müxtəlif ta-
bular, nigah əlaqələrinin nizamlanması, uşaqların öldürülməsi və s.) (2, s.53). Yalnız 
birinci demoqrafi k inqilabdan sonra, yəni əkinçiliyin aparıcı təsərrüfat sahəsi olması 
nəticəsində dünya əhalisinin sayı bir neçə dəfə artmışdır. Vişnevskiy hesab edir ki, 
əhali artımının baş verməsi həm də ailə institutunun cəmiyyət həyatında bərqərar ol-
ması hadisəsi ilə bağlı olmuşdur (2, s.57-58). Əhali artımının ənənəvi tipinin bərqərar 
olduğu dövrlərdə (bu mərhələ quldarlıq və feodalizm cəmiyyətləri ilə  əlaqədardır) 
aqrar təsərrüfat hökm sürmüşdür. Nəhayət, kapitalist istehsal üsulunun meydana çıx-
ması ilə ikinci demoqrafi k inqilabın baş verməsi mümkün olmuşdur (2, s.61). Vişnev-
skiy bildirir ki, ənənəvi tipin dağılması yalnız o halda mümkün ola bilərdi ki, insanlar 


Demoqrafi ya problemləri qlobal aspektdə
79
torpağa təhkimçilik sistemindən azad olsunlar. Bu şəraitin yaranması isə kapitalist 
istehsal münasibətlərinin cəmiyyətdə  bərqərar olması ilə reallaşmışdır. Vişnevskiy 
göstərir ki, əgər birinci demoqrafi k inqilabın baş verməsi ilk növbədə əhalinin orta 
ölüm yaşının artması ilə bağlı olmuşdursa, ikinci demoqrafi k inqilabın təzahür etməsi 
isə daha çox uşaq ölümü hallarının xeyli aşağı düşməsi səbəbi ilə şərtlənmişdir (1, 
s.192-193).
Yuxarıdakı fi kirləri nəzərə alıb bir daha belə qənaətə gəlmək olar ki, Kapitsanın 
əhalinin artım dinamikasını əks etdirən riyazi modelləri yalnız mənsub olduğumuz 
bəşəriyyətin tarixi inkişafına  şamil edildiyi təqdirdə daha adekvat cavabların  əldə 
edilməsinə imkan verir. Digər tərəfdən, əvvəldə qeyd edildiyi kimi, Kapitsanın təd-
qiqatında olduqca dəyərli ideyalar da vardır ki, onlardan biri də tarixi prosesin ge-
dişində sinxron hadisələrin qeydə alınması məsələsi ilə bağlıdır (5, s.277). Qeyd et-
mək yerinə düşər ki, tərəfi mizdən irəli sürülən bəşəriyyətin intellektual inkişafının 
yaş dövrləşdirilməsi hipotezasının mühüm məqamlarını  əks etdirən tədqiqat işində 
də tarixi prosesdə məhz sinxronluq prinsipinin özünü büruzə verməsi xüsusi olaraq 
göstərilmişdir (10).


Rövşən Hacıyev
80
Ədəbiyyat:
Вишневский А.Г. Демографическая революция, М., «Статистика», 1976, 240 с.
Вишневский А.Г. Воспроизводство населения и общество: История, современность, 
взгляд в будущее, М., «Финансы и Статистика», 1982, 287 с.
История  первобытного  общества.  Эпоха  первобытной  родовой  общины  (под  ред. 
академика Ю.В.Бромлея), М., Наука», 1986, 574 с.
Кабо В.П. Первобытная доземледельческая община, М., «Наука», 1986, 304 с.
Капица С.П., Курдюмов С.П., Малинецкий Г.Г. Синергетика и прогнозы будущего, 
М., «Эдиториал УРСС», 2001, 288 с.
Мезолит СССР. М., «Наука», 1989, 352 с.
Монгайт А.Л. Археология Западной Европы, М., «Наука», 1973, 356 с.
Философский словарь, М., «Политиздат», 1986, 590 с.
Хантингтон С. Столкновение цивилизаций, М., «Аст», 2006, 571с.
Hacıyev R.S. İntellektual inkişafın yaş dövrləşdirilməsinə dair //Dirçəliş - XXI əsr jurnalı 
(noyabr), Bakı, 2005, s.164-170.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə