Jurnal 02. indd


Maqsad Gojamanov, Gunay Hasanli



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   2   3   4   5   6   7   8   9   ...   44

6
Maqsad Gojamanov, Gunay Hasanli
The hydrological mapping and methods in Azerbaijan . . . . . . . . . . . . . . . . . . . .  89
P.B.Zamanov, A.Ə.Əliyeva, R.Ə.Paşayev
Üzvi gübrələrin torpaqda parçalanmasından alınan karbon qazının bitkilərin 
böyüməsinə və inkişafına təsiri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .99
Mahir Dadaşov
Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: 
Beynəlxalq  təcrübə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .105
Elmi Müsahibə
Müsahibə götürən: Xəyalə Məmmədova, Andrzej Klimczuk 
Dünya şöhrətli alim, Professor Christine Sleeter: 
“ Çox sevinirəm ki, Azərbaycanın multikulturalizm sahəsində 
çox yaxşı təcrübəsi var...”  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .131
Dahi alimləri tanıyaq
Nəsirəddin Tusi  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .136


7
Elm və İnnovativ Texnologiyalar jurnalı
Müasir dünya fəlsəfəsi kontekstində 
Azərbaycan fəlsəfəsinin əsas prioritetləri haqqında
İlham Məmmədzadə
Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə İnstitutu
Müasir Azərbaycan fəlsəfəsinin əsas prioritetləri üzərində dayanmazdan əvvəl qeyd 
etmək istərdik ki, müasir Qərb fəlsəfəsində əsas bir istiqamət, məktəb deyil, istiqamət 
və cərəyanların plüralizmi üstünlük təşkil edir. Fəqət bəzi məsələlər vardır ki, onlara 
olan maraq fi losofl arda  müzakirə etmək, iştibahları bildirmək, öz nəticələrini  əsas-
landırmaq və sübuta yetirmək arzusu doğurur: birincisi, fəlsəfi  həqiqət nədir, o, elmi 
həqiqətlərdən fərqlənirmi və elm üçün zəruriliyi nədən ibarətdir; ikincisi, siyasət, bey-
nəlxalq münasibətlər əxlaqi (əxlaq qaydalarına uyğun) ola bilərmi və əxlaqda, dəyər-
lər sistemində və s. siyasətdən nə dərəcədə istifadə etmək olar; üçüncüsü, fəlsəfə tarixi 
ciddi, sübutedici, inandırıcı ola bilərmi? Bu suallarla, hər halda, milli və universal 
fəlsəfə arasında qarşılıqlı münasibətlər məsələsi bağlıdır.
Amerika analitik, Avropa kontinental və Rusiya fəlsəfələrinin mülahizələri və də-
lilləri arasında fərqləri qeyd edək. Amerika analitik fəlsəfəsi, ilk növbədə, yuxarıda 
göstərilən məsələlərin məntiqi-linqvistik təhlilidir. Məntiq, dilin fəlsəfəsi həqiqətitap-
ma vasitəsidir. Avropa fəlsəfəsi üçün postmodernizmin nə olduğunun qavranılması və 
ya dərk olunması, habelə multikulturalizm, mədəniyyətlərin dialoqu, kommunikasiya-
lar problemlərinin təhlili aktualdır. Burada elmilik çox vaxt multidissiplinar (çoxfənli) 
araşdırmaların köməyi ilə əldə olunur. Beləliklə, fəlsəfə ictimai elmlər üçün müxtəlif 
elmi bilikləri birləşdirməyə qadir elmə çevrilir. Rusiya fəlsəfəsi  analitik və Avropa 
fəlsəfəsinin elementlərini birləşdirməyə çalışır. Ən azı, vurğulanır ki, dilin fəlsəfəsi ilə 
yanaşı, şüur, mədəniyyət və təcrübə fəlsəfəsi inkişaf etdirilməlidir. Məsələn, analitik 
fəlsəfə fəlsəfə tarixi ilə maraqlanmır, Rusiya fəlsəfəsi isə həm universal Qərb fəlsəfə-
sinə, həm də müxtəlif dünya xalqlarının fəlsəfəsinə ciddi diqqət yetirir. Son vaxtlar 
Rusiya fəlsəfəsində elm fəlsəfəsi məsələlərinə, həqiqət problemlərinə də fi kir verilir. 
Onu da qeyd edək ki, Amerika fi losofl arı arasında Avropa yönümlü ciddi fi losofl ara 
rast gəlmək olar (T.Rokmor).
Bu qeydlər bizə müasir fəlsəfəmizin əsas prioritetlərini ifadə etməyə imkan ve-
rir. Fikrimizcə, birincisi, bu yalnız fəlsəfəyə, fəlsəfə tarixinə deyil, həm də bütöv-
lükdə ictimai elmlərə inandırıcılıq, sübutedicilik verəcək multidissiplinar (çoxfən-


İlham Məmmədzadə
8
li) tədqiqatlardır. Bundan başqa, həmin tədqiqatlar bu elmləri fəlsəfənin özündə 
sübutedici və əsaslandırılmış edərək onları birləşdirmək imkanı yaradır. İkincisi, 
milli tarix fəlsəfəsinin inkişafına və onun fəlsəfə tarixi ilə əlaqələrinin dərkinə xü-
susi əhəmiyyət vermək lazımdır. Üçüncüsü, azərbaycançılıq ideologiyası, mənəvi 
və vətəndaşlıq tərbiyəsi, maarifçilik fəlsəfəsi və s. sahəsində tədqiqatlara diqqət 
artırılmalıdır.
Fənlərarası tədqiqatlar haqqında
Fənlərarası  tədqiqatlar son illər elmdə aktuallıq kəsb etmişdir. «Kəşfl ər elmlərin 
qovuşuğunda baş verir» ifadəsi adiləşmişdir. Hətta demək olar ki, onlar üstünlük təş-
kil edən istiqamət (trend) kimi məcburi, vacib yanaşma statusu qazanmışdır. Fəqət 
bu hələ o demək deyildir ki, bu cür araşdırmalar ciddi fəlsəfi  tədqiqat obyekti olub. 
Təbii ki, onlar praktik mənada daha çox fundamental elmlərdə istifadə edilir. Faktiki 
olaraq, yeni fənlər, yeri həmhüdud, bir-birinə çox yaxın tədqiqat obyektləri meydana 
çıxmışdır. Bu xüsusda qeyd edək ki, fənlərarası qarşılıqlı əlaqələrin elmi tədqiqi onla-
rın fəlsəfi  dərkindən fərqlənir.
Bizim fi krimizcə, müxtəlif sahələrə aid və əvvəlki bölgü, o cümlədən ictimai elm-
lərin bölgüsü çərçivəsində təhlili mümkün olmayan informasiyadan getdikcə daha çox 
istifadə etmək lazım gəlir. Bundan başqa, fəlsəfə, sosiologiya, biologiya və görünür ki, 
bütün fundamental elmlər arasında münasibətlərin mənalandırılması zərurəti hiss olu-
nur. Beləliklə, fənlərarası problemlərin dərki fəlsəfəsi, onların keyfi yyəti və dərinliyi, 
bir tərəfdən, müəyyən anlayış, məna, obrazlar, məntiq və kommunikasiyalarla təmin 
olunmalıdır. Digər tərəfdən, elmin özünün də onlara tələbatı vardır. Elə həmin fi zika, 
biologiya, kimya daha çox metafi zikanın, fəlsəfənin onlara lazım olduğu həmsərhəd 
sahələrlə (məsələn, həyat və ölüm) qarşılaşır.
Fəlsəfə fənlərarası tədqiqatlardan çox şey qazana bilər. Lakin bunun üçün o özünü, 
keçmişini (fəlsəfə tarixini) yenidən, yeni dövrün ruhunda dərk etməlidir ki, indinin 
(məsələn, cəmiyyətin konsolidasiyası) və gələcəyin (proqnozlaşdırma) təmayüllərini 
əvvəlcədən görə bilsin. Aydındır ki, fənlərarası tədqiqatların spesifi k xüsusiyyətlərinin 
fəlsəfi  dərkinə bu problemin fəlsəfədə təşəkkülü tarixinə müraciətdən başlamaq, daha 
sonra isə onun hazırkı vəziyyətinin bəzi cəhətlərini, tədqiqat prioritetlərini nəzərdən 
keçirmək səmərəli olardı.
Fikrimizcə, fəlsəfə tarixinə müraciət dissiplinar və  fənlərarası qarşılıqlı  təsir və 
əlaqələrin inkişafı arasında bağlılıqları görməyə imkan verəcəkdir.
Bu gün artıq aydındır ki, fənlərarası araşdırmalar zəruridir, lakin fənlərarası  tə-
dqiqatların fəlsəfi   təhlilinin  əhəmiyyətini anlamaq, onların  əhəmiyyətinin ayrı-ay-
rı fənlərin inkişafını inkar etmədiyini, əksinə, nəzərdə tutduğunu görmək və mütləq 
(hökmən) əsaslandırmaq lazımdır. Bir tərəfdən, fənlərarası tədqiqatlarla əlaqədar olan 
qeyri-klassik yanaşmaların, digər tərəfdən, fənn bölgüsünü ehtiva edən klassik elmin 
bir-birilə bağlı olduğu meydana çıxır. Lakin onların fundamental və ictimai elmlər-


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə