Jurnal 02. indd

Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   36   37   38   39   40   41   42   43   44

Scientifi c interview
134
8. What do you consider to be one of your greatest achievements? Why?
At the moment, what is getting used the most in the U.S. is my review of the academic 
and social impact on students of ethnic studies. Ethnic studies relates to multicultural 
education. Several years ago the teachers’ union asked me to review the research beca-
use they wanted to know whether to support ethnic studies programs or not. I did so, 
and found that almost all of the research reported positive impacts on students, some of 
it academic impact, others of it social impacts. That review is being used quite a bit to 
get schools boards in schools districts throughout California, as well as in other places 
like Portland Oregon, and Albuquerque New Mexico, to adopt ethnic studies. I think 
the fact that the report is helping to change policy and practices perhaps makes it one 
of my greatest achievements.
9.Describe your ideal academic work environment (i.e. in what type of academic 
environmentwould you like to work?).
I’m not sure retired from my university a few years ago because I could not continue to 
keep up with all the work that was demanded while also keeping up with the writing I 
enjoy doing. I came to California State University Monterey Bay because the students 
were very diverse, and from working class backgrounds. I enjoy working with students 
who are not from the elite social sector. But the universities that serve them tend to 
have heavy workloads for faculty, and eventually the workload got to me. Ideally, the-
re would have been fi nancial support at the university level for slightly less teaching 
and thesis advising, and more support for faculty decision-making.
10.What motivates you to do your best?
I like to be able to use my own creativity and ideas.If I enjoy the work and believe in 
the value of what I’m going, that motivates me.
11.As everybody knows, multiculturalism has failed in a number of countries 
around the world, Azerbaijan Republic has declared it as a state policy. This po-
licy is successfully implemented in our country and the achievements in this fi eld 
are also recognized on the global level. In addition, some states intend to learn 
and use the Azerbaijani experience in multiculturalism.Azerbaijan President Il-
ham Aliyev declared 2016 a “Year of multiculturalism” in Azerbaijan to mainta-
in, further develop and popularize the traditions of multiculturalism. President 
of the Republic of Azerbaijan Ilham Aliyev has declared 2017 the Year of Islamic 
Solidarity in the country .Islamic solidarity is a natural extension of the multi-
cultural environment in Azerbaijan.Do you have further views and suggestions 
about this issue?
Actually I take issue with the statement that “multiculturalism has failed.” What that 
usually means is that culturally diverse people were admitted into a country, or school, 
or whatever, and then expected to just blend in. Not a whole lot was done to allow the 

” I’m glad Azerbaijan is having a better multicultural experience”
135
country, or the school, to become different than it was, different in a way that refl ects 
and supports the diverse people who are now there. So when “newcomers” experience 
marginalization and react to being marginalized, members of the dominant society 
become upset and believe it’s a failure. Just having diverse people in the same country 
doesn’t actually make it a multicultural society. I’m glad Azerbaijan is having a better 
multicultural experience.
 
Interviewer:
Dr. Khayala Mammadova
Head, International  Multicultural Network
And 
A ndrzej  Klimczuk 
IMN Country Representative in Poland

136

137
Elm və İnnovativ Texnologiyalar jurnalı
DAHİ ALİMLƏRİ TANIYAQ
NƏSİRƏDDİN TUSİ
Nəsirəddin Tusi – (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəm-
məd ibn Həsən Tusi) – fi losof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və 
hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. 
Xacə Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus 
şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, ata-
sının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi 
olduğuna görə xalq ona Nəsirəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində 
anadan olduğuna görə qəbul etmişdir. 
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən 
Həmədan şəhərindəndir. Nəsirəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən 
almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra 

138
böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəd-
diməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: «Mən hələ uşaq ikən atam məni öz 
dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keç-
mədi ki, müəllimim səfərə  çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra 
şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu 
da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.» 
Şərqin bir sıra  şəhərlərini gəzib-dolaşan Tusi Nişapur  şəhərində dövrün bir sıra 
görkəmli alimlərlə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub 
onlardan dərs almışdır.
Aldığı hərtərəfl i və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhur-
laşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm onu 
sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-
ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olu-
nan məşhur «Əxlaqi-Nasiri» əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəl-
mir və Tusi həbs olunaraq «Ələmut» qalasına aparılır. O, burada sürgün həyatı keçirir. 
Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən 
bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi 
əsər yaza bilir. Alim 1242-ci ildə tamamladığı məşhur «Şərhül-İşarət» əsərinin sonun-
da yazır : “Mən bunların çoxunu ən ağır bir şəraitdə yazmışam. Daha doğrusu, mən 
bunları elə bir dövrdə yazıb tərtib etmişəm ki, bunların hər bir hissəsi mənə böyük 
əzab-əziyyət və məşəqqətlər bahasına başa gəlmişdir. Həmin yerdə isə həmişə cəhən-
nəm odu alovlanmış və yuxarıdan qaynar su tökülmüşdür. Elə bir vaxt olmamışdır ki, 
mənim gözlərim yaşla, ürəyim kədərlə dolmasın və elə bir saat olmamışdır ki, mənim 
məşəqqətlərim artmasın və elə bir dəqiqə olmamışdır ki, mənə yeni həyəcan gətir-
məsin. Bəli, fars şairlərindən biri düz demişdir: “Öz ətrafıma nə qədər baxıramsa da, 
fəlakəti üzük formasında görürəm və mən isə o üzüyün ortasında yerləşən qiymətli 
cövhərəm”. Mənim həyatımda elə bir vaxt olmamışdır ki, o, taleyin dəhşətlərinə, ümi-
dsizliyinə və kədərinə məruz qalmasın. Mənim əbədi zövqümün hakimi qayğı, onun 
əsgəri isə həyəcan olmuşdur. Ey Allah! Məni bədbəxtlik qoşununun tapdağından və 
əzab-əziyyət yuvasından xilas et.”
1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır. Onun 
qoşunları fətholunmaz sayılan Ələmut qalasını da tutur, Nəsirəddin və digər alim məh-
busları azad edirlər. Nəsirəddin Hülakü xanın  şəxsi məsləhətçisi təyin olunur. Tusi 
rəsədxana haqqında çoxdan fi kirləşirmiş. Bağdad da alınan kimi Nəsirəddin rəsədxa-
nanın tikilməsi barədə xandan icazə istədi.
Məşhur Marağa rəsədxanasının tikilmək məsələsi müzakirə olunarkən Hülaku-xan 
görkəmli riyaziyyatçı və astronom Nəsirəddin Tusidən soruşur ki, bu qədər xərc nəyə 
gərəkdir, tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi 
hökmdarı şəhər yaxınlığında gəzməyə dəvət edir və əmr edir ki, dağın başından bir mis 
Dahi alimləri tanıyaq – Nəsirəddin Tusi

139
qazan yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi 
eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışmışlar. Tusi isə Hülaku-xana 
demişdi:
— Hamısını qorxudan bu hadisənin səbəbi bizə bəllidir və biz sakit oturmuşduq. 
Elə də yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Tanınmış tarixçi 
Hacı Xəlifə özünün «Dünya haqqında kitab»ında baş verən hadisələri belə təsvir edir: 
«Xacə Nəsirəddin Mağaradakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün 
lazım gələn məsarifi  Hülaküyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: 
«Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?» 
Nəsir cavabında söylədi: «İzn verin, bir nəfər həmin dağa qalxıb oradan boş bir tası 
yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin.» Belə də edirlər. Tas qayalara 
dəyə-dəyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusu vahiməyə düşür. Nəsirəddin 
bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəd-
din xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə 
əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş 
verən hadisələrin (mahiyyətini öncədən bilsək, yer üzərində həmişə belə rahatlıq hökm 
sürər.” Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə 
razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxana-
da çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib 
Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. 
Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın 
inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada, sonra isə latın dilinə tər-
cümədə çap olunan «Evklid», «Başlanğıcın təsviri» əsəri Tusi ideyalarının Avropada 
yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dör-
dtərəfl i  haqqında risalə»də Avropada triqonometriyanın inkişafında  əhəmiyyətli rol 
oynamış  əsər kimi də  məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqono-
metriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə 
çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən 
kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimi tarixə, mine-
ralogiyaya, fi zikaya, tibbə, iqtisada, coğrafi yaya, musiqiyə və təbii ki, astronomiyaya 
dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında «Bağdadın tarixi», «İşığın 
əks olunması və sınması haqda risalə», «Evklid optikası», «Göy qurşağının öyrənil-
məsinə dair risalə», Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət ma-
liyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin 
adı çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara 
Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, 
İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında 
rast gəlməl mümkündür.
Dahi alimləri tanıyaq – Nəsirəddin Tusi

140
Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir.
Nəsirəddin Tusi yazmışdır: «Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçər yax-
şılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.»
Nəsirəddin Tusi (1201-1274) əxlaqı sərvət hesab edərək, onun fi tri olmadığını qeyd 
edirdi. O, deyirdi: «Əgər xasiyyət fi tri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tər-
biyəsi və cavanların əxlaqının safl aşdırılması, möhkəmləndirilməsi və adət şəklinə sa-
lınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.»
Dahi alimləri tanıyaq – Nəsirəddin Tusi

Müəllif üçün qaydalar
1. Məqalənin adı, müəllif(lər)i, müəllif(lər)in elmi dərəcəsi, vəzifələri, 
ad və soyadları, çalışdıqları qurum və elektron poçt (e-posta) ünvanları, iş 
və mobil telefon nömrələri göstərilməlidir.
2. Məqalədə açar söz (Azərbaycan, İngilis və Rus dillərində, 5-6 sözdən 
ibarət olmalıdır), xülasə (Azərbaycan, İngilis və Rus dillərində), giriş, me-
tod, müzakirə, nəticə, mənbələr, əlavələr, şəkil və cədvəllər daxil olmaqla 
7-8 səhifədən az olmamalıdır. Elektron ünvanı: ejsr@gmail.com;
3. Məqalənin xülasəsi 100-150 sözarası olmalı, tədqiqatın məqsədini, 
əhəmiyyətini və elmi dövriyyədəki yerini, istifadə edilən və ya formalaşdı-
rılan metodları, hansı suallara cavab verildiyini və tətbiq dairəsini göstər-
məli, giriş və nəticə hissəsi kimi yazılmamalıdır.
4. Məqalənin xülasəsi məqalənin məzmumuna uyğun olmalıdır. Xülasə 
elmi və qramatik baxımdan ciddi redaktə olunmalıdır.
5. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uy-
ğun olaraq işin elmi yeniliyi, tətbiqi  əhəmiyyəti, iqtisadi səmərəsi və. s 
aydın şəkildə qeyd olunmalıdır.
6. Məqalə A4 formatında, 1, 5 (bir tam onda beş) intervalla, Times New 
Roman 14 şriftilə yazılmalı, kənarlarından (soldan 30 mm, sağdan 15 mm, 
yuxardan 25 mm və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.
7. Məqalə Azərbaycan, Türk, İngilis və Rus dillərində qəbul ediləcək-
dir.
8. Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda 
verilən  ədəbiyyat siyahısı  əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədə-
biyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, [1] 
və ya [1, s. 119] kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir 
yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəl-
ki nömrə ilə göstərilməlidir.Ədəbiyyat siyahısı MLA  (Modern Language 
Association) formatında yığılmalıdır. 

9. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafi ya-
larına və s. istinadlara üstünlük verilməlidir.
10. Məqalələr orijinal olmalı və əvvəllər başqa milli və ya beynəlxalq 
jurnallara və konfranslara təqdim edilməməlidir.
11. Məqalələr rəyçilərin gizli rəyindən sonra sahə redaktoru və ya re-
daksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfi ndən çapa tövsiyə və 
ya təqdim ediləcəkdir.
12. Məqalənin qəbulu və rədd edilməsi redaksiya heyətinin müzakirə-
sindən sonra elan ediləcəkdir.

QEYD
____________________________________________________________________ 

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə