Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

Gənclərin elmi potensialının inkişaf etdirilməsi ...
85
maraqlansınlar, onlar üçün xüsusi imkanlar yaratsınlar.  İstehsalatın təhsillə  bərabər 
həyata keçirilməsi hər iki sahə üçün faydalı olar. Belə ki, böyük fi rmalar özlərinə lazım 
olan mütəxxəssisi kənarda yox öz ali təhsil müəssisələrimizdə axtarır, tapır və onların 
təhsilinə maddi vəsait ayırır. Lazım gəldikdə onu xaricdə təhsillə təmin edir. Bu for-
malı əməliyyatı aşağıdakı müsbət nəticələri verər:
1. Ölkədə yerli və yüksək səviyyəli mütəxəssislərin sayı artar;
2. Gənclərin elmə marağı artar və işsizlik problemlər ildən-ilə azalar;
İstehsalatın beyni elm ocaqları olmalıdır. Xarici ölkələrin təcrübələrində (Alma-
niya, Yaponiya və s.) bu iş yuxarıda qeyd olunan formada aparılır. Buna görə də bu 
tip ölkələrdə yüksək texnologiya inkişaf edib. Bir çox ölkələrin ali təhsil müəssisələ-
rində istehsalatın müxtəlif sahələrinin problemlərinin həll edilməsi üçün qruplar təş-
kil edilmişdir. Bu qruplara cəlb olunan gənclər təhsil almaqla bərabər istehsalatda 
olan texnologiyaları  mənimsəyir və bu texlogiyaların daha da inkişaf etdirilməsi 
üçün təklifl ər hazırlayır. Nəticədə həm istehsalat inkişaf edir, həm də gənclərin elmi 
səviyyəsi yüksəlir. Bizim ölkədə də bu tip fəaliyyətlər həyata keçirilməlidir. Hər bir 
istehsalat sahəsinin elmi tərəfdaşları olmalıdır. Bu işin həyata keçməsi üçün dövlət 
dəstəyi mütləqdir. Dövlət idarə və təşkilatları bu iş üsuluna məcbur etsə, idarə və 
təşkilatlar da bu tələbə cavab vermək üçün mütləq ixtisaslı və bacarıqlı gəncləri cəlb 
edəcəkdir.
Gənclərin elim fəaliyyəti dövründə onların yüksək ixtisaslaşması üçün ilk növbədə 
onlara fəaliyyət azadlığı verilməlidir. Hər bir gənc özü elmdə yeni bir yol açmalıdır. 
Əgər elm sahəsində fəaliyyət göstərən gənclər yeniliklərə can atmırsa, özünü yetişdir-
mirsə, elmdə inkişafda danışmaqdan mənasızdır. Bu yolda yaşlı nəsil onların yolunu 
bağlamamalı, mühafi zəkar davranmamalı, öz bilik və bacarıqlarının hər bir zərrəsini 
gənc nəsillərə öyrətməlidir. Hər nəsil özünü bu cür hazırlasa, elmi nailiyyətlər nəsil-
lərdən-nəsillərə tam ötürülsə, və hər nəsildə bu nailiyyətlər daha da inkişaf etdisə, illər 
sonra ölkəmizdə yüksək texnologiyalardan istifadə edən ölkələr siyahısına daxil olar. 
Bugün gəncliyimiz çox aktivdir, çalışqandır. Düşünmə qabiliyyətləri ildən-ilə dəyişir. 
Mən əminəm ki, bizim gəncliyimiz öz ixtiraları ilə dünyada tanınan gənclərdən heç də 
geri qalmır. Əksinə bizim düşüncə tərzimiz daha yüksəkdir. Əgər xarici ölkələrin ixtira 
etdiyi texnologiyaların əksiklərini, boşluqlarını bizim gənclərimiz tapa bilirsə, deməli 
bu tip texnologiyaları hazırlamaq imkanımız da var. Elmi təhsili qavrayacaq beynimiz, 
hər işi görə biləcək həvəsimiz var. Bizə sadəcə doğru yolu göstərəcək təcrübəli insan-
lar lazımdır. Universitetlərdə  tələbəri qiymət üçün sıxan, onlarlara sənəd tələb edib 
gəncləri hər hansı elm sahəsindən uzaqlaşdıran insanları qüdrətli dövlətimiz tezliklə 
təhsil sistemindən ləğv etsə, gənclərin yolu açılar.
Elm sahəsində inkişafın  əldə olunması üçün güclü nəzarət mexanizmlərinin də 
hazırlanması vacibdir. Elm sahələrində olan gənclərin tək universitet həyatında de-
yil, universitetlərdən kənar həyatıda nəzarət altına alınmalıdır. Əgər bir gənc ömrünü 


Abbas Abbaszadə
86
elmə, inkişafa həsr edirsə, o maddi problem yaşamamalıdır. Hər bir yerdə dövlətin 
dəstəyini hiss etməlidir.
Nəzarət mexanizmlərindən biri də imtahanların təşkil olunmasıdır. Hal-hazırda uni-
versitetlərdə imtahan sistemi çox zəifdir. Belə ki, imtahanlarda hər tələbəyə 5 sual təq-
dim olunur. Bütün dərs ili boyu hazırlıqlı olan tələbə sualladan birinə cavab vermədiyi 
halda layiq olduğundan aşağı qiymət alır. Əksinə dərs ili boyunca hazırlaşmayan və 
təsadüfən 4 suala cavab verən tələbə də eyni qiyməti alır. Bu cür imtahan metodu çox 
yalnışdır.Doktorantura imtahanlarında da bu kimi hallar yaşanır. Öz sahəsinə uyğun 
yüksək texnologiyalarla işləyən birinin Excel, Word və s. bu kimi sadə proqramlardan 
verilən bəzi sullara cavab verə bilmədiyinə görə imtahandan kəsilməsi doğru deyil. 
İmtahanlar yüksək səviyyədə aparılarsa, bilik və bacarığı aşağı olan tələbələr təhsil 
sistemindən kənarlaşdırılır. Doğrudur bu zaman elm sahəsində olan gənclərin sayı aza-
lacaq, lakin qalan gənclərin tam yüksək təhsilli olduğuna əmin olacağıq. Sərt imtahan 
metodları tətbiq olunarsa və gənclər bu imtahanlardan keçmələrinin zəruri olduqları-
nı başa düşsələr, daha çox çalışacaqlar. Bu metod bir neçə il davam etsə, savadlı və 
bacarıqlı gənclərin sayı ildən-ilə artacaq. Əvvəllər ali təhsilli gənclərin 50%-i bu ada 
həqiqətən layiq olurdusa, bu metoddan sonra bu rəqəm 90-95%-ə çatacaq.
Digər bir nəzarət mexanizmi gənc alimlərin asudə vaxtlarının səmərli keçirilməsinə 
tətbiq olunmalıdır. Belə ki, onlar yeni texnologiyalar ilə tanış edilməli, kurslara cəlb 
olunmalı, öz sahəsində olan digər ixtisaslı kadrlarla birgə elmi işlər hazırlamalı, kitab 
yazmalı və bu kimi özünə və elmə fayda verə biləcək işlərlə təmin edilməlidir. Hal-ha-
zırda xarici təhsil müəssisələrinin yayımladığı nəşrləri ölkəmizə gətirən və istifadəyə 
təqdim edən qurumlar fəalliyyət göstərir. Gənc alimlərin bu formalı qurumlara üzvlü-
yün təmin edilməsi zəruri məsələlərdəndir.
Bir gənc olaraq ümid edirəm ki, çox yaxın zamanda bizim gənclərdə gözəl ixti-
ralar edəcək.  İnanıram ki, bir gün kütləvi informasiya vasitələrindən hər hansı bir 
problemin həllinin Almaniyalı, İsveçrəli və Yaponiyalı alimlər tərəfi ndən deyil, Azər-
baycanlı alimlər tərəfi ndən araşdırıldığını, elm adamlarının dəstəyi ilə Azərbaycanda 
istehsal olunan məhsullar dünya standartlarına cavab verdiyini, yüksək texnologiya-
larla idarəetmə sistemlərinin hazırlanmasında dünya ölkələrinin Azərbaycandan dəstək 
istədiyini eşidəcəyik. Yuxarıda qeyd olunanlar bugün üçün çox da real olmaya bilər. 
Çünki bu texnologiyalarla bizlər arasında məsafələr var. Bu məsafəni qısaltmaq üçün 
körpü yaratmalıyıq və bacaran hər kəs bu körpüyə bir daş qoymalıdır. Bugün biz kör-
püyə möhkəm bir daş qoysaq, bizdən sonra gələn nəsillər ayağını o daşa qoyub daha 
da irəli gedər. Çox işləməliyik, çox oxumalıyıq. Qarşımızda olan heç bir maneə bizləri 
qorxutmamalıdır. Allah (c.c) çalışanın, zəhmət çəkənin hər zaman yanındadır. Çəkilən 
heç bir zəhmət nəticəsiz qalmır. Zəhmət çəkən bəhrəsini də görür, ruzisini də alır.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə