Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

   Şosse velosipedi idmanı üzrə 
yarışlar 2015-ci il iyunun 18-də 
başlayacaq və iyunun 21-də başa 
çatacaq. Bu yarışlarda 146 kişi və 
75 qadın velosipedçi iştirak edəcək. 
Həm qadınlar, həm də kişilər arasında 
şosse velosipedi yarışları start 
və finiş xətti 
Azadlıq Meydanında
 
olmaqla Bakının mərkəzi hissəsini 
əhatə edən dairəvi yolda keçiriləcək. 
Fərdi zamana qarşı velosiped 
yarışları isə triatlon yarışlarını da 
qəbul edəcək 
Bilgəh Çimərliyində
 
keçiriləcək.
   Şosse velosipedi idmanı yarışında 
idmançılarıın hərəkət etdikləri əsas 
qrup “peloton” adlanır. Əsas qrupdan 
irəli çıxmış velosipedçilər dəstəsinə 
isə “uzaqlaşma” deyilir. Əgər bu 
liderlər dəstəsindən qabaqda tək 
bir velosipedçi finiş xəttinə doğru 
irəliləyirsə, bu “qaçış” adlanır.
Şosse velosipedi idmanı yarışlarında 
velosipedçilər heç vaxt özləri ilə 
təmir alətləri daşımırlar, onlar özləri 
ilə yalnız yemək və ya su götürmək 
iqtidarındadırlar. Texniki yardım 
işləri velosipedçilərin arxasınca 
gələn komanda və ya neytral xidmət 
avtomobilləri tərəfindən yerinə 
yetirilir. Qida məhsulları komandaların 
xidmət avtomobilləri tərəfindən və 
ya marşrut boyunca qurulmuş iaşə 
xidməti zonalarında təmin edilir.
Avto
Stop
73


Avto
Stop
74


   Velosiped yarışlarının  növlərindən biri 
də dağ velosipedidir. Dağ velosipedi idmanı 
Bakı 2015 Avropa Oyunlarının proqramında 
təmsil ediləcək velosiped idman növüdür. 
BMX velosiped idmanı növündə Rio 2016 
Yay Olimpiya Oyunları üçün reytinq xalları 
qazanmaq mümkün olacaq.
   Velosipedçilər örtüklü yollardan nahamar 
relyeflərə keçdikcə, velosipedlərinə enli 
təkərlər vurmağa, cəld sürət dəyişdiriciləri 
və yeni asma komponentləri quraşdırmağa 
başlayırlar. Dağ velosipedi idmanı yarışları 
ilk dəfə 
1996-ci
 ildə Atlanta Olimpiya 
Oyunlarında təqdim edilib və o vaxtdan da 
oyunlar proqramının populyar növünə çevrilib.
   Bakı 
2015
 Avropa Oyunlarında həm kişilər, 
həm də qadınlar arasında medal dəstləri 
uğrunda yarışlar 13 iyun 
2015-ci
 il tarixində 
46 kişi və 31 qadın velosipedçinin iştirakı 
ilə Dağ Velosipedi Parkındakı çətin trekdə 
keçiriləcək. Final dövrəsində finiş xəttini 
birinci keçən velosipedçi qələbə qazanacaq. 
Dağ Velosipedi Parkı Bakı Atıcılıq Mərkəzinin 
cənubundakı təpələrdə yerləşir. Bu, 
Azərbaycanda indiyə qədər bu məqsəd üçün 
tikilmiş birinci Dağ Velosipedi treki olacaq. 
İdman obyekti 500 tamaşaçı üçün nəzərdə 
tutulmuşdur.
   Dağ velosipedi idmanı üzrə yarışlarda 
idmançılar istənilən vaxt dayanaraq mexaniki 
problemlərini həll edə bilərlər. 
   Uzun illər dağ velosipedində standart 26 
düymlük diametrli təkərlər istifadə edilmişdir. 
Hazırda isə bu standart dəyişmiş və dağ 
velosipedi idmançıları 27,5 və ya 29 düymlük 
təkərlərdən istifadə edirlər.Ən yüksək dağ 
velosipedi yarışı “Yak hücumu” adlanır və 
Himalay dağlarının ən mürəkkəb hissəsi olan 
Nepalda keçirilir. Yak hücumu 11 mərhələdən 
ibarətdir, yolun ümumi uzunluğu isə 400 
kilometrdir. Dağ velosipedi idmanı bütün hava 
şəraitlərində keçirilən idman növüdür.
Avto
Stop
75
        Müəllif:
Aynur Hüseyinzadə


TRAKTORDAN
 SUPERKARA
İtaliyanın nəhəng avtomobil 
konserni “Lamborghini”  avtomobil 
aləmində superkarları ilə məşhurdur. 
Qərargahı İtaliyanın Bolonya 
şəhərinin yaxınlığındakı Sant Aqata–
Bolonyeze ərazisində yerləşən 
şikrətin əsası 1963-cü ildə Ferruçço 
Lamborgini tərəfindən qoyulub. Və o, 
qurduğu bu konsernə 9 il  rəhbərlik 
edib. 
   Hər şey belə başladı … XX  əsrin 
60-cı illərində uğurlu iş adamı hesab 
olunan Ferruçço Lamborgini bir neçə 
şirkətə rəhbərlik edirdi. Maşınlara 
xüsusi həvəsi olan şirkət rəhbərinin  
bir neçə bahalı avtomobili vardı. 
Özəl avtoparkında «Mercedes» 
300SL, bir neçə «Maserati» 3500 
GT,  «Jaguar» E-type, «Ferrari» 250 
GT avtomobilləri göz qamaşdırırdı. 
Maraqlıdır, superkarlara sahib 
olan Lamborgini adı çəkilən 
avtomobillərin hər birində müəyyən 
səhvlər tapırdı. 
Bioqraflar yazırlar ki, həmin 
vaxtlarda şirkətin yaranma 
səbəblərindən biri də Lamborgininin 
Enso Ferrari ilə mübahisəsi olub. 
Əslində, Ferruççonun oğlu da 
sonralar bundan bəhs etmişdi. Onun 
sözlərinə görə, bir gün Ferruçço Enso 
Ferrarinin fabrikinə gələrək ona 
“Ferrari” avtomobilində olan səhvdən 
danışmaq istəyib. Enso isə Ferruçoya 
bildirib ki, “getsin traktorları ilə 
məşğul olsun, super idman karları 
onluq deyil..”
Avto
Stop
76


TRAKTORDAN
 SUPERKARA
   Lamborgini fabrikə qayıdıb «Ferrari» 
250 GT avtomobilinin hissələri ilə tanış 
olduqdan sonra, onların “Lamborghini” 
traktorlarının hissələri ilə uyğun 
gəldiyini anlayır. Demək iddialarını 
burada gerçəkləşdirə bilərdi. Buna görə 
də Ferruçço Lamborgini avtomobil 
hazırlamaq qərarına gəldi. Amma daha 
etibarlı olsun deyə, o öz layihəsinə 
istedadlı mühəndis Cotto Bidzainini də 
cəlb etdi. 
   Maşınını V12 mühərriklə təchiz edən 
Lamborgini ilk avtomobili –  350 GTV 
birinci dəfə 1963-cü ilin oktyabrında 
Turində nümayişə çıxardı. 1964-cü 
ilin martında isə ilk seriyalaşdırılmış 
«Lamborghini» 350 GT təqdim 
olundu. Qeyd edək ki, seriyalaşdırılmış 
avtomobilin satışları gözləndiyindən də 
uğurla keçdi.  
   Buğa bürcündən olan Ferruçço 
Lamborgini avtomobilin loqotipində öküz 
təsviri yerləşdirmişdi. Bir məqamı da 
unutmayaq ki, Lamborgini avtomobilləri 
«LamboGini» adlandırılmasını tələb 
edirdi (əslində bir çoxları avtomobili  elə 
«LamborCini» adlandırır).
   “Lamborghini”nin növbəti modeli 
400 GT oldu. Məhz bu model şirkətin 
“mirvarisinin” yaranmasına yol açdı. 
Belə ki, “Lamborghini” şirkəti uğurlu 
satışlardan sonra Miura modelini 
hazırlamaq imkanı qazanmışdı. 1965-ci 
ildə Turində nümayiş etdirilən «Miura»nın  
1967-ci ildə 111 ədədi satılaraq maşına 
dünya şöhrəti qazandırdı.
Markanın ən sürətli avtomobili «Murcielago» R-GT 
sürəti saatda 370 km-dir.
“Lamborghini” 
tək traktor və 
avtomobillər 
istehsal etmir. 
Marka həmçinin 
ətir, qadın 
ayaqqabıları, 
kompüter və 
digər məhsulların 
istehsalı ilə də 
məşğuldur. 
Avto
Stop
77


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə