Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   15   16   17   18   19   20   21   22   23

   Bakının indiki nəqliyyatı üçün 
ən sərfəli variant skuterdi. Təmiz 
hava, yolu daha geniş görmə imkanı, 
sərinlik və daha bir çox üstünlüklər 
var. Yanacaqdoldurma vaxtı da hamı 
skuterimə yol verir və mənim çox 
gözləməyimə ehtiyac qalmır.
Skuterlə hansı çətinlikləri yaşayırsınız?
   Yaşadığım çətinliklərdən biri mənası 
olmayan sualların verilməsidir. “Bunu 
hardan almısız, neçəyə almısız, bunu 
almaqdansa, maşın alardım, motoru 
neçədi?” Əslində, bu məlumatlar 
bir çoxlarına elə də maraqlı deyil. 
Sadəcə söz olsun deyə verilən 
suallardır. Yəni əsl skuter həvəskarı 
bu sualları ünvanlasa, məmnuniyyətlə  
cavablandıraram.  Bundan başqa 
bəzi vaxtlar yolun sağ kənarı ilə 
hərəkət etmək mümkün olmur. Yolların 
qırağındakı yaşıllıqları suvarmaq 
üçün nəzərdə tutulmuş fantanlar 
skuterlə gedərkən tez-tez məni isladır.  
Çətinliklərdən biri də  Bakının küləkli 
olmasıdır. Külək hərəkətimə təsir edir 
və skuterin istiqamətini dəyişir.  Yoldakı 
toz-torpaq isə kaskanın şüşəsinin bağlı 
olmasına baxmayaraq,  yolu görməkdə 
mənə çətinlik yaradır. İndiyədək yolda 
2 dəfə ağcaqanad yemişəm (gülür 
red.) 3-4 dəfə isə ağcaqanad kaskanın 
şüşəsinə çırpılaraq yapışıb.
Motosikletə keçmək niyyəti doğmayıb 
ki?
   Hələki yox. Məncə, o mənə uyğun 
deyil. Motosikletləri bəyənirəm, amma 
özüm heç vaxt sürmərəm. Bir də ki, 
gələcəyi öncədən bilmək olmaz.
 
Skuterinizi evə gedəndə harda park 
edirsiniz?
   Mərkəzdəki maşın parklarında. Amma 
tezliklə öz həyətimizdə park edəcəm.
İstəkli avtomobillərinizin zirvəsində 
hansı marka durur?
Peugeot RCZ
Avto
Stop
111


X
aricə tez-tez səyahət edirsiniz? 
Yerli nəqliyyatımızla əcnəbi 
yollardakı hal-vəziyyət nə ilə 
fərqlənir?
   1 ildə minimum 3 ölkə, 5-6 şəhər. 
Yarışmadan öncə Hindistanda 
olmuşdum. Bizim nəqliyyatla oranın 
yollarını, sürücülərini müqayisə 
eləsək, bizdə hər şey əladı.
Q
arşıda yeni Avtomonitor realiti 
şouları var. Nələrin olmasını 
istəyərdiniz?
 
  Mən istərdim ki, parketmə üzrə 
yarışmalar olsun. Bir də həftənin 
sonunda cərimə balları eyni olan 
iştirakçılar canlı yayımda yarışsınlar. 
Bu məncə, çox həyəcanlı olar.
Avto
Stop
112
Müsahibəni apardı:
Səma Abiyeva



Sürücü
 
biganəliyi
                      
Aynur Hüseynzadə
B
iz ümumiyyətlə biganə millət
 deyilik. Necə deyərlər, ağlayanla ağlayırıq, 
gülənlə gülürük. Amma təəss
üf ki, sürücülərin əksəriyyətinə bu xüsusiyyəti 
aid etmək mümkün deyil. Onla
rda biganəlik hissi qabarmış vəziyyətdədir. 
Və qorxunc olanı da  budur ki,
 belələri tək özlərinin deyil, digərlərinin, hətta 
bəzən  toplu halda olan insanl
arın (avtobus sürücüləri nəzərdə tutulur) 
həyatını təhlükə altına atır.
  
   Təkcə statistik mlumatlara 
nəzər salanda təhlükənin böyüklüyünü 
görmək mümkündü. 2015-
ci ilin ilk dörd ayı ərzində 368 min sürücü qayda 
pozuntusuna yol verib. Bu
 sırada xırda qanun pozuntularından tutmuş 
sərxoş halda avtomobilin 
idarə edilməsi, qırmızı işıqda yolu keçmə, 
avtoxuliqanlığadək ciddi 
qayda pozuntuları vardır.  
   Protokolların təxminən 
6 minə yaxını sərxoş sürücülər üçün tərtib edilib. Bu 
da o deməkdir ki, bəhs e
tdiyimiz dörd ay ərzində 6.000 min sürücü həm öz, 
həm də başqalarının həy
atına biganə yanaşaraq sərxoş halda avtomobilin 
sükanı arxasında əyləşib. 
   Yaxud, indi çoxlarına kiçik, elem
entar görünən riskli hərəkətlər var ki, onlar 
da nəticədə faciələrə səbəb ola b
ilir. Məsələn, bir sıra sürücülərimiz var 
ki, 10 manat xərc çəkib  “bluetoot
h” almağı özünə rəva görmür və maşını 
idarə edərkən telefonla  danışırla
r. Mütəxəssilərsə  çoxdan sübut ediblər ki, 
sürücünün hərəkət zamanı  telefo
nla danışması qəza üçün hazırlıq mərhələsi 
sayıla bilər. 
   Gəlin etiraf edək ki, texniki bax
ışdan da təhlükəsizliyimiz naminə deyil, 
yol polisi tərəfindən saxlanılmay
aq deyə keçirik. Halbuki, bu özümüzün 
sağlamlığımız üçün vacib olan b
ir prosedurdur. 
Avto
Stop
114


   Radarın olması haqqında danışan robotun  və ya sürücülərin bir-birinə işarə 
edərək “qardaşlıq” yaratmasını və bundan yararlanmasını da əslində  qanun 
pozuntusu hesab  etmək olar. Belə çıxır ki, radar varsa, sürəti  nizamlayırıq, 
yoxdursa sürət həddinin aşmaq olar.  Hələ mən müasir avtomobillərdəki 
texnikanı “aldadan” sürücüləri demirəm. Yəni, bir çoxları kəmərin bağlanıb-
bağlamamasını müəyyən edən qurğunu aldatmaq məqsədiylə onu arxadan 
bağlayırlar. Sürücünün  yanındakı sərnişinin kəmər bağlaması isə Azərbaycanda  
ümumiyyətlə dəb deyil. Hətta bunu özünə yaraşdırmayanlar da var. 
   Maraqlıdır, heç  bilirsiz sürücü kimə deyilir? Sürücü rəhbərə, liderə himayədara 
deyilir. Avtomobil idarə edən hər bir şəxs əslində bu sözə sahib çıxmağı 
bacarmalıdır. Çalışın Avropanın ən səliqəsiz sürücüləri sayılan italyanlara deyil,  
ən mədəni sürücüləri fransız və almanlara bənzəyin!
Avto
Stop
115


İlkin 
tibbi
 yardım
İlk tibbi yardım
 – qəfldən xəstələnən və ya qəza zamanı xəsarət 
alan şəxslərə peşəkar tibbi müdaxiləyədək göstərilən ilkin 
yardımdır.
İ
lk tibbi yardımı göstərən şəxs unutmamalıdır ki, gördüyü iş müalicə deyil, 
adından da bəlli olduğu kimi, ilk tibbi yardımdır. Bu zaman məqsəd, yaralının 
vəziyyətini nəzarət altında saxlamaq, daha da ağırlaşmasının qarşısını almaqdır.
1.
 Təhlükəsizlik tədbirlərinə riayət 
etmək lazımdır.
 Qəzaya uğrayan avtomobilin arxasına 
150 m. aralıda reflektor qoyulmalıdır. 
Döngələrdə reflektor ön tərəfə də 
qoyula bilər (Daş, təkər, ağac budağı 
və s. qoymaq təhlükəlidir. Bütün 
bunların yaddan çıxıb yolda qalması 
başqa qəzalara da yol açar);
 
2.
 Yaralı təhlükəli yerdən  etibarlı 
məkana aparılmalıdır;
 
3.
 Yaralının vəziyyətinə uyğun olaraq,  
necə kömək göstəriləcəyinə  qərar 
verilməlidir;
 
4.
 İlk  növbədə, vaxt itirmədən təcili 
tibbi yardıma xəbər verilməlidir. Bəzən 
yol qəzası ilə qarşılaşan şəxslər 
əvvəlcə polisə zəng edirlər;
 
5.
 Əgər yaraılılar bir nəfərdən 
çoxdursa onlar aldığı xəsarətlərə 
uyğun  quruplaşdırılmalı, kimlərin birinci 
növbədə daşınmalı olduğuna qərar 
verilməlidir; 
6.
 Yaralılar  qəza yerinə ən yaxındkı 
xəstəxanalara çatdırılmalıdır.
 Qəza yerində təhlükəsizliyi təmin 
etdikdən sonra onurğası zədələnmiş 
şəxs varsa mütləq boyunluq bağlamaq, 
onun tam şəkildə hərəkətsiz 
uzanmasına nəzarət nəzarət etmək 
lazımdır. Təcili tibbi yardım maşını 
gələnədək xəsarət alan şəxsi digər yerə 
daşımamaq ən doğru qərardır. Lakin 
qəza yerində yanğın təhlükəsi varsa, 
yaralı təcili avtomobildən çıxarılaraq 
təhlkəsiz məkanda yerləşdirilməlidir. 
 Bundan sonra yaralıya sadə suallar 
verərək, şüurunun yerində olub-
olmadığını öyrənə bilərsiniz. Əgər 
yaralı suallara məntiqli cavablar 
verirsə, deməli şüurunu itirməyib. Eyni 
zamanda xəstənin həyat göstəriciləri 
də qiymətləndirilməlidir. Yəni yaralının 
nəfəs almasına, ürək döyüntülərinə, 
nəbz atışlarına, çox qan itirməsindən 
şoka girməsinə səbəb ola biləcək bir 
qanaxmanın olub-olmadığına diqqət 
yetirilməlidir.
İlk tibbi yardım zamanı nələrə diqqət edilməlidir:
Avto
Stop
116


   Nəfəs alarkən tənəffüs səsi eşidilməsinə, döş qəfəsinin rahat şəkildə qalxıb-
enməsinə, dodaqlarda göyərmənin olub-olmamasına nəzarət etmək vacibdir. 
Unutmayın, qəzaya uğrayan şəxsin tənəffüs yolları (ağız, qırtlaq və nəfəs borusu) 
açıq deyilsə, göstərilən tibbi yardımın bir köməyi olmayacaq. Ona görə də ilk 
növbədə  yaralının tənəffüsünə hər hansı bir maneənin olub-olmadığına baxmaq 
lazımdır. Yaralı əgər yerdə uzanmış vəziyyətdədirsə dilinin arxaya gedib  nəfəs 
almasına maneə yaratmasın deyə başını geriyə yatırıb yana doğru çevrin (boyuna 
mütləq diqqət yetirin). 
  Nəfəs yolları açıq olduğu halda beyindəki tənəffüs mərkəzi, sinir sistemi və 
ya tənəffüs əzələləri zədələnmiş də ola bilər. Belə halda nəfəsalmada problemi 
yaranan adama süni nəfəs vermək lazımdır.
   Ürək döyüntülərinə və nəbzə mütləq fikir verilməlidir. Nəbz yoxlanarkən yaralının 
təzyiqi aşağı ola bilər və nəbzin qoldan yoxlanılması çətinləşər. Buna görə də 
nəbzin boyundan yoxlanılması ən doğ
rusudur.
 
Q
əza zamanı əgər ürək dayanıbsa, 
yaralını vəziyyətdən çıxarmaq üçün 
ürək masajı
 etmək lazımdır. Amma bu çox 
çətin iş olduğu üçün bunu bacara
n
 
adamlar,həki
mlər və ya ilkin tibbi yardım 
haqqında dərs alan şəxslər etməl
idirlər.
 
Avto
Stop
117
        Müəllif:
Tural Yusifov


Təmizkar Meri
1903
-cü ilə qədər atmosfer 
şıltaqlıqları sürücülərə çoxlu sayda 
narahatlıqlar yaşadırdı. Təssəvvür 
etmək belə əziyyətdir.  Avtomobilin  alın 
şüşəsindən yolu görməyi yaxşılaşdırmaq 
üçün biçarə sürücülər maşından düşüb, 
alın şüşəsinin qarını, yağışını silməyə 
çalışırdılar. Ən yaxşı halda bunu maşında 
saxladıqları dəsmalla edirdilər. Belə əzablı 
vəziyyət nə qədər davam edə bilərdi? 
    Təmizlikdən söhbət düşmüşdüsə, bu o 
demək idi ki,  situasiyanın həll olması üçün 
məsələyə qadın əli dəyməli idi.
    Tarixin 1903-cü ili idi. Soyuq və 
çovğunlu qış günlərinin birində Meri 
Anderson isimli fermer qadın Alabamadan 
Nyu-Yorka trolleybusla yol gedirdi. Yol 
boyu Meri diqqət edir ki, kəsici soyuq 
küləyə baxmayaraq trolleybus şüşələri 
açıq halda idarə olunur. Avtomobil yolu 
ilə hərəkət edən sürücülər isə maşınlarını 
arabir saxlayaraq alın şüşəsini silməyə, 
daha sonra yenidən yola davam etməyə 
məcbur qalırlar. 
    Məsələ gülməli, ancaq gülməli 
olduğu qədər də acınacaqlı idi. Axı, 
belə yol getmək nəinki zülüm idi, həm 
də avtombillə bu şəkildə irəliləmək 
çox zaman alırdı. Problemin həllini 
beynində ölçüb-biçən Meri Anderson 
evə döndükdən sonra ideyası üzərində 
çalışmağa başlayır. O, avtomobil üçün 
şüşəsilgəci hazırlamaq niyyətində idi. Bu 
ixtira üzərində Meri düz bir il işləməli 
olur. Həmin müddət ərzində o, çertyojlar 
hazırlayır, konstruksiyalar qurur, daha 
sonra hazırladığını təcrübədən keçirirdi. 
İstədiyi nəticəni əldə edənə qədər hər 
şeyi yenidən təkrarlayırdı. Qadın iradəsi 
və məntiqi hesabına nəhayət ki, tarixdə 
ilk dəfə olaraq avtomobil üçün şüşəsilgəc 
hazırlanır. Ancaq Merinin hazırladığı bu 
şüşəsilgəcin bəzi özəllikləri var idi. 
Avto
Stop
118
        Müəllif:
Səma Abiyeva


Təmizkar Meri
 İlk şüşəsilgəc mexaniki formalı, əl 
tutacağından və rezin vərdənədən ibarət 
idi. İlk şüşəsilgəc iki yox, bir ədəd idi 
və avtomobilin alın şüşəsinin yuxarı 
orta hissəsində  yerləşirdi. O mexaniki 
olduğu üçün əllə idarə olunurdu.  Ancaq 
əsas o idi ki, bu silgəc işləyirdi. Yəni 
avtomobilin alın şüşəsinin təmizlənməsi 
işini rahatlaşdırırdı. Qəribədir ki, 
bundan öncəki digər şəxslərin şüşəsilgəc 
hazırlamaq cəhdləri hamısı uğursuzuqla 
nəticələnmişdi. 
 İndi qalırdı bu ixtiraya görə patent almaq. 
Meri Anderson ixtirasının  patentini 38 
yaşında (1903-cü il) ala bildi. Patent 17 
illik müddətə verilmişdi. Ancaq kəşfi üçün 
patent alanda o artıq təcrübəli sahibkar 
idi. O, daşınmaz əmlak satışı ilə məşğul 
olurdu və şərabhazırlama müəssisəsinə 
sahib idi. Ancaq təəssüf ki, ömrünün 
sonuna qədər şüşəsilgəclərindən gəlir 
əldə edə bilməmişdi. Çünki şirkətlər 
onun ixtirasını tətbiq etmək niyyətində 
deyildilər. Bu səbəbdən də ilk vaxtlar 
o, öz ixtirasının hüquqlarını Kanada 
şirkətlərinin birinə satmağa cəhd etdi. Bu 
cəhdi də müvəfəqiyyətlə yekunlaşmadı.
       Maraqlıdı, həmin vaxtlar bu ixtira 
ətrafında çox qəribə hadisələr baş verirdi. 
Avtomobil istehsalçıları da hazırladıqları 
maşınlara Merinin şüşəsilgəclərini 
quraşdırmağa tələsmirdilər. Ancaq 1920-
ci ildə Meri Andersonun şüşəsilgəclər 
üçün aldığı patentin müddəti bitdikdən 
sonra avtomobil şirkətləri məhz bu 
xanımın çertyojlarına uyğun şüşəsilgəcləri 
hazırlayıb, avtomobillərə quraşdırmağa 
başladılar. Məqsəd bu xanıma bir qəpik 
belə ödəməmək idi. Əslində, isə çox qısa 
müddətdə bu yenilik avtomobillərin 
hamısına tətbiq edildi. Və beləcə avtomobil 
istehsaalı tarixində irəliləyiş yaşanmış, 
amma bu ixtiranın müəllifinə qarşı 
haqsızlıq edilmişdi. Etiraf olunmalıdır  ki, 
Meri Andersonun adı heç kimə tanış deyip, 
amma sürücülərin hamısı hər gün onun 
ixtirasından istifadə edir.
       Meri 1953 - cü ildə dünyasını dəyişdi. 
Deyilənlərə görə, o öldüyü günədək bu 
kəşfindən pul qazana bilmədiyi üçün o 
qədər də təəssüflənməmişdir…
Avto
Stop
119


A
vtomobildə yol getmək azyaşlılar 
üçün əyləncəli olsa da, bəzən böyük 
bir işgəncəyə çevrilir. Belə baxanda 
həqiqətən də yol boyu hərəkətsiz 
oturmaq  balaca sərnişin “dostunuz” 
üçün üzücü və darıxdırcı ola bilər. Belə 
şərait yarandısa sürücü daim balacanı 
sakitləşdirmək üçün yola ayırdığı diqqəti 
azaltmaq məcburiyyətində qalacaq. 
Ancaq yola çıxmamışdan görülən bəzi 
tədbirlər azyaşlı ilə gedilən yolları 
əyləncəli, hətta öyrədici edə bilər. 
O
nu da etiraf edək ki, azyaşlılarla 
maraqlı səfərin  təşkili isə biz 
qadınların öhdəsinə düşür.  Çünki 
ana qayğısı və həssaslığı ilə qurulan 
marşrut  gözlənilməz situasiyaları da 
önləmək  imkanına malikdir. Özümüzü 
öydükdən sonra konkret məsləhətləri 
sadalamağa keçə bilərik. 
   
S
əfər uşaq üçün maraqlı olsun 
deyə nə etmək olar? Uşağın başını 
qatmaq üçün münasib bir çantanın 
içərisinə kiçik həcmli və  ələ taxıla bilən 
oyuncaqlar qoymaq olar. Təbii ki, yol 
çıxanadək bunların heç birini uşağa 
göstərmək olmaz. Çünki əks halda 
oyuncaq balaca sərnişinə maraqlı 
gəlməyəcək, sürpriz öz «təravətini» 
itirəcək. Bundan başqa, audionağıl 
və uşaq musiqiləri yazılmış disklər  
götürməklə də işi asanlaşdırmaq 
mümkündür.
    
D
adlı nüans. Əgər balaca dəcəlimizi 
ürəkbulanma narahat etmirsə
onda  onun üçün nuş edə biləcəyi 
nələrsə götürə bilərik. Misal üçün, 
üzərində pendir əridilmiş çörək, 
yumurtalı çörək, qızardılmış çörək, 
üzüm-çörək və ya kreker.
   
Y
ola çıxdıqdan sonra isə əsas sınaq 
mərhələsinə keçmiş oluruq. Bu 
zaman  balacaya ətrafda gördüklərimiz 
barədə məsələn, quşlar, buludlar, 
kölgələrin uzunluğu,ağaclar, haqqında 
danışa bilərik. Əlbəttə, onun bizə 
sualları çox olacaq. Biz isə səbrimizlə 
həmsöhbətimizin maraqlı şəkildə 
yol getməsini təmin edəcəyik. Bu 
marağını azaltdıqda mövqeyimizi  dəyişə 
də bilərik. Misal üçün,  gördükləri 
barədə bizə dəqiqliklə, ətraflı şəkildə 
danışmasını istəyərik. Axı, balacalar 
böyüklər kimi izah etməyi çox 
xoşlayırlar. 
Y
olda rastlaşdığımız adamlar 
haqqında bir-birimizə hekayələr  
Sərnişin 
 balaca 
 olanda
Sərnişin 
 balaca 
 olanda
Avto
Stop
120


danışmaq da pis olmaz. Hətta imkan 
olsa, yolda uydurduğu hekayəni 
diktafona yazıb  sonradan birlikdə 
dinləmək maraqlı gələcək.  
  
Y
olda hərfləri öyrənmək, öyrəndiklərni 
təkrarlamaq, onlardan sözlər 
düzəltmək balacaya maraqlı gələcək. 
Yük yerində podnos saxlasanız, işə 
çox yarayacaq. Yollar imkan versə, bu, 
balanıza şəkil çəkməyə münasib stol 
olacaq.  Əslində  özümüzlə balaca yazı 
lövhəsi də götürə bilərik.
  
B
alacanın başını qatacaq 
məşğuliyyətlər bununla bitmir. 
Çantaya balaca bir güzgü də 
qoymaq olar ki, övladınız onunla sizin 
tapşırdığınız  müxtəlif üz hərəkətləri 
edə, günəş dovşanları yarada bilsin. 
Əgər yolu gecə gedirsinizsə və 
sadəcə sözlə yuxulamaq istəməyən 
cırtdanınız üçün fənər götürsəniz, əla 
olar. Bu avtomobildə onun “kəşfiyyat” 
aparmasına, salonda işıq oyunları 
oynamasına çox yarayacaq. Bir az 
yuxarı yaşlı uşaqlara isə məntiqi 
tapşırıqlar, şifahi oyunlar verilə 
bilər. Marşrutunu səmərəli etmək 
üçün səbirli analar, uşağa yaşına 
uyğun  olaraq yolda qarşılaşdığı sadə 
yol nişanlarını izah etsə maraqlı bir  
məşğuliyyət  alınacaq.  
Ən vacib əşyaların siyahısı:
Sevimli mahnılar yazılmış disklər
Audionağıllar 
Kiçik oyuncaqlar
Zınqırovlu oyuncaqlar
Portativ DVD pleyer
Cizgi filmləri üçün planşet
  
   Əslində, evdən çıxmamış tədbirli 
davranmaq uzun və darıxdırıcı yolları 
övladımıza maraqlı, biz sürücü xanımlar 
üçün isə problemsiz, həyəcansız edə 
bilər.
  
   Bu mövzuda yazılarımızın davamını 
gözləyin……

Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə