Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

   Daim axtarışda olan   “Lamborghini”  
1971-ci ildə inqilab edərək «Countach» 
modelinin nümunəsini ortaya çıxardı. 3 il 
sonra isə avtomobilin özünün istehsalına 
başlandı və bu illər ərzində “Lamborghini” 
bütün avtoşoularda diqqət mərkəzində 
qalmağı bacardı. «Countach» dəbdəbəli,  
şaquli açılan qapılara, 4 litr həcmli 
mühərriyə sahib idi. 
   1972-ci ildə şirkət maliyyə böhranı 
yaşadı. Nəticədə Ferruçço traktor 
istehsalının bir hissəsinin “Fiat” şirkətinə 
satdı. Bir müddət sonra isə traktor 
istehsalı bütünlüklə “Same deuts Fahr” 
Groupun tərkibinə keçdi. Xatırladaq ki, bu 
şirkət indiyədək “Lamborghini” traktorları 
istehsal edir. 
   1970-ci illərdə neft böhranı zamanı 
idman avtomobillərinə olan tələbat 
azalır, maddi çətinliklər yarandığından 
“Lamborghini” şirkəti 2 illik sifarişi olan 
avtomobiləri tez bir zamanda satır, digər 
alıcılar isə uzunmüddətlik fasilədən 
narazı qalırlar.  1978-ci ildə isə şirkət 
təmamilə müflisləşir. İtaliya məhkəməsi 
məcbur qalaraq şirkəti İsveçrəli Mimram 
qardaşlarına satır.
    1970-ci illərdə isə “Lamborghini” 
avtomobillərinin uğurlu satışları şirkətin 
fəaliyyətində sabitlik yaratdı. Lakin 
buna baxmayaraq bir müddət sonra 
Ferruçço şirkətdə olan hissələrini isveçrəli 
sərmayəçilər Jorj Anri Roseti və Rene 
Leymerə satdı. Və Ferruçço 1993-cü ildə 
76 yaşında  dünyasını dəyişdi. 
   Ferruçço Lamborgininin rəhbərliyi 
dövründə şirkət nə avtomobil 
yürüşlərinə qatılır, nə də yürüş 
bolidləri istehsal edirdi.
 
  “Lamborghini” avtomobil salonu 
paytaxt Bakıda da fəaliyyət göstərir. 
Diller 2014-cü ildə açılıb,  hazırda 
“Flame Towers”də yerləşir.  
Avto
Stop
78


   Şikrətin Chrysler tərəfindən əldə 
edilməsi isə növbəti süprizlərdən biri olur. 
Lakin eyni anda “Lamborghini Diablo” 
üzərində aparılan işlər markanı yenidən 
dünya bazarına qaytarır. 
   Ferruççonun ölümündən sonra 1994-
cü ildə Chrysler maliyyə problemləri 
üzündən “Lamborghini” şirkətini 
İndoneziyanın “M’tec (Megatech)” 
sərmaya qrupuna satır. Amma bu qrup 
da “Lamborghini”nin son sahibi olmur. 
1998-ci ildə markanı “Audi AG” əldə edir. 
“Lamborghini”nin yeni rəhbəri istehsal 
edilən superkarların dizaynına öz təsirini 
göstərir. “Audi”nin böyük texniki imkanları 
“Lamborghini”nin ən gözəl modellərindən 
birinin yaranmasına səbəb olur. Söhbət    
“Lamborghini Murciélago  modelindən 
gedir. 
   “Lamborghini” avtomobilləri bu 
günkü gündə ən güclü, ekslüziv orijinal 
seriyalaşdırılmış modelləri avtomobil 
bazarına çıxarır. Avtomobillərin qeyri-adi 
üslubu Franko Skalyone, Zaqato, Mario 
Maratsi, Bertone Design və Marçello 
Qandini tərəfindən hazırlanır. 
Avto
Stop
79
        Müəllif:
Aynur Hüseyinzadə


KİMDİR  HAQLI?
SIĞORTALI, YOXSA SIĞORTA EDƏN
   Bu gün sürücülərin bir çoxunu «hadisə 
baş verdikdə sığorta ödənişi olunmaya 
bilərmi?» sualı maraqlandırır. Çünki bəzi 
sığorta şirkətləri qəzadan sonra maşına 
dəyən ziyanı ödəməkdən  imtina edir və 
bu da məlum “sığorta bizim pulumuzu 
vermir” ittihamlarının yaranmasına 
səbəb olur. Və yeri gəlmişkən,  bu da öz 
növbəsində sığorta şirkətlərinə qarşı 
anti-reklam kompaniyasına belə çevirilə 
bilir. Əslində, belə problemlər səhv 
məlumatlandırmadan və imzalanmış 
sığorta müqaviləsini oxumamaqdan irəli 
gəlir.
   Belə hallarda avtomobilini sığortalamış 
şəxs qəza zamanı nə edəcəyini bilmir. 
Əslində, sığortalının bilməli olduğu çox 
şey var. İlk olaraq qəza baş verdikdə 
sürücünün vəzifələrinə diqqət edək. 
“Yol Hərəkəti Haqqında» Qanun. 37-ci 
maddə :
IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü
 
yol-nəqliyyat hadisəsi zamanı:
1) nəqliyyat vasitəsini yerindən 
tərpətməməli, qəza dayanma nişanını 
qurmalı, qəza işıq siqnalını yandırmalı, 
ya da yanıb-sönən qırmızı işıq fənərini 
qoymalı, hadisəyə aidiyyatı olan əşyaların 
yerini dəyişməməlidir;
2) zərər çəkənlərə ilk tibbi yardım 
göstərilməsi üçün mümkün olan tədbirləri 
görməli, «Təcili tibbi yardım» maşını 
çağırmalı, zərər çəkənləri həyat üçün 
təhlükəli xəsarət aldıqları hallarda isə, 
onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə 
yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, 
bu mümkün olmadıqda isə, özünün 
nəqliyyat vasitəsi ilə aparmalı, orada 
şəxsiyyətini təstiq edən sənəd və ya 
vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı 
sənədini təqdim etməklə özünün soyadını, 
nəqliyyat vasitəsinin qeydiyyat nömrə 
nişanını bildirməli, sonra hadisə yerinə 
qayıtmalıdır;
Avto
Stop
80


3) başqa nəqliyyat vasitələrinin hərəkəti 
qeyri-mümkün olduqda, yolun hərəkət 
hissəsini boşaltmalıdır. Yolun hərəkət 
hissəsini boşaltmaq və ya zərər çəkənləri 
öz nəqliyyatında müalicəxanaya aparmaq 
zərurəti olduqda, şahidlərin iştirakı ilə 
əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, 
izləri və hadisəyə aidiyyəti olan əşyaları 
qeyd etməli və onların qorunması, 
nəqliyyat vasitələrinin hadisə yerinin 
yanından keçməsini təşkil etmək üçün 
mümkün olan bütün tədbirləri görməlidir;
4) hadisə haqqında Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti 
orqanına xəbər verməli,hadisəni görmüş 
adamların soyadlarını, ünvanlarını yazmalı 
və Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı əməkdaşlarının 
gəlməsini gözləməlidir;
5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində 
heç kim xəsarət almamışdırsa, maddi 
zərər cüzidirsə, nəqliyyat vasitələrində 
onların hərəkət etməsinə mane ola 
biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat 
hadisəsini törədənlər hadisənin baş 
verdiyi şəraiti qiymətləndirməkdə razılığa 
gələrlərsə, hadisənin sxemini tərtib edib 
imzaladıqdan sonra, hadisəni müəyyən 
olunmuş qaydada sənədləşdirmək üçün 
Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına gəlməlidirlər.
Məlum 37-ci maddəyə əsasən qəza baş 
verirsə, avtomobilləri yerindən tərpətmək 
olmaz. Lakin, hərəkətin qarşısını alırsa, 
yolun hərəkət hissəsindən avtiomobil, 
mütləq, kənara çəkilməlidir. Bəzi sığorta 
şirkətləri yolun boşaldılması halına görə 
sığortalıya ödənişdən imtina edirlər. Bu 
kökündən yanlışdır. Bu zaman ilk növbədə 
yolun hərəkət hissəsinin boşaldılma 
səbəbi aydınlaşdırılmalı, daha sonra 
qərar verilməlidir. Hər şey 37-ci maddəyə 
uyğundursa, ödənişdən imtina edilə 
bilməz.
Sığorta hadisəsi baş verdikdə sığortalının 
aşağıdakılara  riayət etməsi vacibdir:
Qəza baş verdikdə dərhal avtomobilinizi 
sığorta etdirdiyiniz sığorta şirkətinin 
növbətçi telefon nömrələrinə zəng edərək 
hadisə barədə ətraflı məlumat verin. 
Bundan başqa, müvafiq hüquq-mühafizə 
orqanına (102 - polis xidməti)  hadisə 
barədə məlumat verməlisiniz. 
Əgər sığorta hadisəsi barədə məlumat 
sığortaçıya dərhal verilməzsə və sığortalı 
hadisə barədə dərhal məlumat vermək 
iqtidarında olmadığını sübut edə bilməzsə, 
sığortaçı sığorta ödənişindən imtina edə 
bilər. Sığorta şirkətinin qəza eksperti 
hadisə yerinə gələnədək sığortalı nəqliyyat 
vasitəsinin vəziyyətində və hadisə yerində 
heç bir dəyişiklik etməməlidir.  Sığorta 
hadisəsi baş verdikdə  qeyd olunanlardan 
hər hansı birinə riayət etməsəniz,sığorta 
şirkətiniz  sizə sığorta ödənişinin 
verilməsindən imtina edə bilər. 
Bu hallarda sığorta şirkətləri sığorta 
ödənişinin verilməsindən imtina edirlər: 
— Sığortalı nəqliyyat vasitəsi sığorta 
şəhadətnaməsinə və ya qanunvericiliyə 
əsasən səlahiyyəti olmayan şəxs 
tərəfindən idarə edildikdə; 
— Sığorta etdirənin (Sığortalının) və 
ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ olan şəxsin kobud ehtiyatsızlığı 
nəticəsində nəqliyyat vasitəsinə dəyən 
zərərlər.
Kobud ehtiyatsızlıq dedikdə aşağıdakı 
hallar nəzərdə tutulur: 
— svetoforun və ya nizamlayıcının 
qadağanedici işarəsində hərəkətin davam 
etdirilməsi; 
— hərəkət istiqamətlərinə aid olan 
tələblərin pozulması; 
— yolda müəyyən edilmiş hərəkət 
sürətinin yaşayış məntəqələrində 20 km/
saatdan, magistral yollarda 30 km/saatdan 
artıq aşılması; 
Avto
Stop
81


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə