Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Mopedin çəkisi 100 kq-a 
yaxındır. 
1946-cı ildə kasıbların 
nəqliyyat vasitəsi kimi 
istehsal olunan “Vespa”-dan 
artıq 69 ilə 17 mln satılıb. 
«Piaggio» şirkəti daim olaraq 
mühərrik üzərində çalışır. 3 
at gücündə olan «Vespa»-lar 
artıq 10 at gücündən dəm 
vurur. Mühərrikləri artıq 3 
klapanlıdır və müasirdir.
«Vespa» dedikdə ilk ağıla 
“Roma Tətilləri” filmi düşür. 
Siz 100 kub sm və ya 150 kub 
sm-ik «Vespa» sürürsünüzsə 
hər hansı bir şəhəri tanımaq 
üçün üçün filmə baxmağa 
ehtiyac yoxdur. Şəhər 
sıxlıqlarında bu dinamik 
yoldaşınız sizə rahat hərəkət 
etmək imkanı verəcək. Yeri 
gəlmişkən 90 kq-a qədər 
ağırlığı olan şəxsi bu «kiçik 
uşaq» rahatlıqla daşıya bilər. 
Və mühərrikə buna görə güc 
düşməyəcək. Dənizkənarı və 
ya şəhər içi gəzintilərinizdə 
ikinci şəxsin mopedinizə 
əyləşdirməyi düşünə bilərsiniz. 
Çünki moped iki nəfərlikdir. 
Lakin Azərbaycan qanunlarına 
görə mopedlərdə sərnişin 
daşımaq qadağandır. Ona 
görə hərəyə bir skuter alıb 
yola düzəlin. Oturacaq yüksək 
keyfiyyətli  dəridən hazırlanıb. 
Genişdir və rahatdır. Alətlər 
paneli müasirdir. Orada 
80 km saat qeyd olunsa da, 
dediyimiz kimi bizə gətirilən 
bu skuterlərdə sürət 50 km-
dən artıq deyildir.Oturacağın 
altı isə açarla açılır. Orada isə 
şlemiinizi, çantanızı saxlaya 
bilərsiniz. “Vespa” gənc 
qadınlar üçün yaxşıdır. Əl 
çantasını oturacağın altına 
yerləşdirirsiniz və siz dəbli
müasir skuterlə şəhər yollarını 
ram edirsiniz.  
Amma avtomobili sizin 
mopeddən baha olan , 
mühərriki sizin mopedin 
mühərrikindən böyük olan 
sürücülər tıxacda əziyyət çəkir 
və yanacaq sərf edirlər. Yeri 
gəlmişkən sadəlik və zövqün 
birləşməsi nəticəsində İtalyan 
sənət əsəri ilk yaradıcısının 
fəlsəfəsini unutmayıb. Söhbət 
aviasiya fəlsəfısindən gedir. 
Kürə şəkili detallar ,xrom 
işləmələr bu skuterin sahibinin 
göylərə uçmaq istəməsinə işarə 
edir.
10 və 11 düyməlik təkərlərin 
protektorlarındakı dərinliklər 
yağışlı havada belə yolu sabit 
tutmağa yardımçı olur. Ön 
asqısı silindrik purjin və bir 
tərəfli amma iki tədbiqli 
amartozatordan ibarətdir. 
Arxa asqıda isə çəkidən 
asılı olaraq idarə olunan 
amartizatorlar quraşdırılıb. 
Zövqə uyğun olaraq təkər 
spirallarının rəngini də seçmək 
olar. Nahamarlıqları bu asqı 
ilə rahat keçəçək və heç bir 
narahatlıq yaşamayacaqsınız.
Avto
Stop
41


   «Vespa»-nın Çinli oxşarlarından fərqli olaraq korpusu plastikdən olmadığına görə siz yalnız 
motorun səsini eşidəcəksiniz. Əlavə olaraq plastik səsləri , titrəmə sizi narahat etməyəcək. 8.3 litr 
yanacaq çəninə malik olan bu «şəhər uşağı» stabil 50 km sürətlə hərəkət zamanı  65 km-ə 1 litr 
yanacaq sərf edir. Mopedin texniki qulluq km-i isə 10 000 km-dən birdir.
   «Vespa» artıq bir keyfiyyət nişanı olub. təkcə 2011-ci il ərzində itlayna şirkəti 115 min 
ədəd moped satıb. Bu isə artıq «Vespa»nın əsl moto həvəskarlar tərəfindən yüksək 
qiymətləndirilməsidir.
Bakıda “Vespa”-nın 
qiyməti 4200 manat -dır. 
Əlavə aksesuarların da  
öz qiyməti var. Şlem 120 
manat , eynək 110 manat .
 Onu da deyək ki , 
«Vespan»ı Avropadan da 
alıb gətirmək olar. Bu 
sizə bir qədər ucuz başa 
gələ bilər. Şəhərin uzun 
tıxacları sizi  narahat edir
işə və ya dərslərə hər 
zaman gecikirsinizsə, 
gəncsinizsə və müasir 
həyat yaşayırsınızsa bu 
“şəhər uşağı” daim sizə 
yardımçı olacaq.
Avto
Stop
Hazırladı : Tural Yusifov
42
        Müəllif:
Tural Yusifov


Moped : «Vespa» PX 150
Model : Səma Abiyeva
Avto
Stop
43


«KİM» l   rin
            
maşını.
e
Ölkə liderlərinin həm 
də öz “oyuncaqları” var. 
Birinin marağı avtomobilə, 
digərininki qatara, 
sonuncu Kim Çen İn-in 
marağı isə təyyarələrədir. 
Amma 
bununla yanaşı  Kim 
Çen İn avtomobillərə 
də  biganə deyil. 
Lap babası kimi. 
Onun  babası Kim 
İr Sen-ə Sovet lideri 
İosif Stalin “ZİS” 
110 avtomobili hədiyyə 
etmişdi. Bu maşın xüsusi 
olaraq Kim İr Sen üçün 
tək nüsxə hazırlanmışdı. 
Doğrudan da  «ZİS»-lərin 
özünəməxsusluğu vardı. 
1945-ci ildən 1958-ci ilə 
qədərsə “ZİS” 110 
avtomobilləri sovet 
hökumətinin 
siyasi və hərbi 
liderləri 
üçün 
istehsal 
edilib.  Koreya lideri üçün 
hazırlanan və Amerikanın 
“Packard 180 Touring 
Sedan”-ın bənzəri olan bu 
maşının 3 pilləli mexaniki 
sürətlər qutusu vardı. 
Avtomobilin kuzasının 
hazırlanmasına 16 ay 
vaxt gedib və bu SSRİ 
hökumətinə yarım 
millyon dollara başa 
gəlib. Maşın  tam 
zirehlidir və dövrünə 
görə içərisində 
sərnişinin rahatlığı 
üçün hər şey var. Hətta 
Şimali Koreya lideri bu 
avtomobilin içərisindən 
məxfi telefon zəngləri 
belə edə bilirdi.
 Şimali Koreya 
liderləri haqqında 
çoxlu əfsanələr gəzir. 
Dövlətin qapalı və 
dünyadan təcrid  
olunması nəticəsində 
bu əfsanələrin bir 
çoxu təsdiqini tapmır. 
Amma inandırıcı 
görünənləri də var.
   Bu ildən etibarən 
Şimali Koreya 
Xalq Demokratik 
Respublikasında 
ölkənin lideri Kim 
Çen İn haqqında 
orta məktəb 
proqramlarına yeni 
məlumatlar əlavə 
olunub. Sən demə
Kim Çen İn hələ 3 yaşı 
olarkən avtomobili 
peşəkar şəkildə idarə 
edirmiş. 9 yaşında 
isə Kim əcnəbi bir 
şirkət rəhbərini yaxta 
sürmə yarışında 
məğlubiyyətə uğradıb.  
Şimali Koreyalılar 
isə artıq  bu 
“əfsanələri” orta 
mətəb dərsliklərindən 
öyrənəcəklər.
Avto
Stop
44


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə