Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

nəqliyyat 
vasitəsi spirtli 
içki və narkotik 
maddə qəbul 
etmiş şəxs 
tərəfindən idarə 
olunan zaman 
dəyən zərərlər 
və s.
  Sığorta ödənişinin verilməsindən imtinanın əsaslarının tam siyahısı sığorta 
şirkəti ilə bağlanan sığorta müqaviləsinə əlavə edilmiş “Nəqliyyat vasitələrinin 
kasko sığortasının qaydaları”nda göstərilir. Və siz müqavilə bağlarkən həmin 
qaydalarla  dəqiq  tanış olmalısınız. 
 
   Əgər siz bilməli olduğunuz qaydalara laqeyd yanaşırsınızsa, sonra sığorta 
şirkətinin sizə ödəniş etməməsini “bizdə sığortanın olmaması” ilə bağlamayın. 
Bəlkə, özünüz qanunlarımızın və müqavilənin şərtlərini pozursunuz? Oxuyun 
və yolda diqqətli olun!
Avto
Stop
82
        Müəllif:
Tural Yusifov



Necə edim 
vurulmayım?
Bu gün sizinlə  tıxaclar barədə danışmaq 
istəyirəm.  Daha dəqiq desəm, birtərəfli 
tıxaclar  haqqında.
   Bu o deməkdir ki, ikitərəfli yolda  tıxac 1 
hərəkət  istiqamətində yaranıb. Əgər siz 
tıxac olmayan tərəfdə gedirsinizsə,  sizin 
üçün  təhlükə nədədir?
      
   Bu halda sizin üçün birinci  təhlükə ondan 
ibarətdir ki, qarşıdan gələn  maşın  hər 
an  yol hərəkəti qaydalarını kobud şəkildə 
pozaraq  sizin yolunuza çıxa bilər. Bu ya 
«krutoy oğlan»dı, ya da əsəbləri daha tab 
gətirə bilməyən sadə sürücüdür. Bəzən 
siz bu avtomobili düz qabağınızda peyda 
olan anda görə bilirsiniz. Çünki buna qədər 
o, böyükölçülü nəqliyyat vasitələrinin 
arxasında qalaraq görünmürdü. Bu halda 
sizin yalnız bir çıxış yolunuz var - əyləci 
sona qədər sıxmaq. Lakin bu nadir hallarda 
kömək edir. 
       
   İkinci təhlükə ondan ibarətdir ki, bu cür 
situasiyalarda, yəni  qarşı yolda tıxac olub, 
bizim yolumuz açıq olanda, biz çox vaxt 
normal sürətlə hərəkət etməyə davam 
edirik. Nəzərə almırıq ki, tıxac tərəfdə 
böyükölçülü nəqliyyat vasitələrinin 
arxasından hər an  bizim yolumuza piyada 
da sıçraya  bilər. Bu zaman, əgər siz tıxaca 
daha yaxın olan sol tərəfdəsinizsə, sizin 
həmin piyadanı əzməmək kimi bir şansınız 
demək olar ki, yoxdur.
Avto
Stop
84


Necə edim 
vurulmayım?
                                                    
                                                       Aqil Rəhimov
                                                          
www.profi-s.com
Bəs birtərəfli tıxaclar zamanı bu təhlükələrdən qorunmaq üçün nə etmək lazımdır?
  
1
. Sürəti 40 km\saat -dan çox artırmaq olmaz.
  
2
. Sol deyil, orta zolaqda getməlisiniz (ikizolaqlı yolda qırıq xətlərin üstündə getmək yol hərəkəti 
qaydasına zidd olsa da), çünki sağ zolaqda hərəkət etsəniz dayanmış avtomobillərin ucbatından görmə 
məhdudiyyəti yaranacaq.
  
3
. Çalışın ki, sağ tərəfdə sizinlə paralel hərərkət edən avtomobil olmasın. Bununla  siz, təhlükə anında 
«qaça» biləcəyiniz təhlükəsiz bir yer saxlamış olarsınız.
Özünüzü qoruyun! Və unutmayın ki, sürücü həmişə günahkardır, hətta günahkar olmasa 
belə!
Avto
Stop
85


SÜRÜCÜLƏRİN PSİXOLOJİ DURUMUNUN 
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ
Texnika üzrə fəlsəfə doktoru, dosent, polkovnik Əziz Talıbov
   Məqalədə sürücünün psixoloji durumunun yol hərəkəti təhlükəsizliyinə təsirinin, onun 
“sürücü-avtomobil-yol-mühit”  sistemində  etibarlı  operator  kimi  rolunun,  bu  etibarlılığı 
təyin edən faktorların və onu zəiflədən səbəblərin təhlilindən alınan nəticələr, sürücülərin 
hazırlığı və sonrakı peşəkarlığı mərhələsində onların etibarlılığını təmin edə bilən tövsiyələr 
verilmişdir. 
      Avtomobil  nəqliyyatının  sərnişinlərin,  müxtəlif  tipli  və  təyinatlı  yüklərin  istənilən 
məsafədə və marşrutlarla daşınması, fərdi istifadədə yararlılığı və digər geniş, əhəmiyyətli, 
praktiki imkanlara malik olması bu tip nəqliyyatın ölkəmizin iqtisadi inkişafında xüsusi 
yer  tutması  ilə  yanaşı,  sayının  da  artmasına  səbəb  olmuşdur.  Dünyanın  inkişaf  etmiş 
ölkələrində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı son illər sürətlə artmış 
və bu say bir milyona yaxınlaşmışdır. Avtomobilləşmə prosesinin ölkəninin inkişafında 
mühim rol oynaması kimi müsbət xüsusiyyətlərə malik olması ilə yanaşı, bir sıra mənfi 
cəhətlərlə də xarakterizə olunur. Buraya aid edilənlərdən ən vacibi YNH və bu hadisələrin 
nəticələridir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə, planetimizin 
avtomobil yollarında YNH nəticəsində hər il ölən və xəsarət alanların sayı 20 milyondan, 
ümumi iqtisadi itkinin məbləği isə 500 milyard dollardan çoxdur.  
      Son  10  ildə  Azərbaycan  Respublikasında  24000-dən  artıq  yol-nəqliyyat  hadisəsi 
(YNH) qeydə alınmış, onların nəticəsində 8000-dən artıq insan həlak olmuş və 28000-ə 
qədər fiziki şəxs bədən xəsarəti almışdır. Rusiya Federasiyasında müvafiq dövr üçün bu 
göstəricilər belədir: YNH-nin sayı - 2 milyona yaxın, həlak olanların sayı - 300 mindən 
artıq, xəsarət alanlar – 2,2 milyondur.
   YNH-nin əsas hissəsi sürücülərin təqsiri üzündən baş verir. Belə ki, bu səbəb baş vermiş 
YNH-nin Rusiyada - 85%, ABŞ-da - 80-90%, Polşada - 96%, İtaliyada – 52%, İspaniyada 
- 47,5%, Braziliyada - 75%, Macarıstanda - 86,8%-ni təşkil edir. Nəqliyyat vasitələrinin 
yüksək etibarlılığına, avtomobil yollarının müasirliliyinə, YHQ-nın və hərəkətin təşkilinin 
mükəmməlliliyinə  baxmayaraq  yaranmış  qəza  şəraitinin  son  nəticəsi  əksər  hallarda 
sürücülərin davranışından asılıdır. 
   Avtomobil parkının dayanmadan artması yollarda nəqliyyat axınlarının intensivliyini 
artırır və bu da öz növbəsində sürücülərə qarşı irəli sürülən tələbləri daha da gücləndirir. 
Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  səviyyəsinin  yüksəldilməsi  və  YNH-nin 
sayının  azaldılması  istiqamətində  mühüm  nailiyyətləri  əldə  etmək  üçün  sürücülərin 
etibarlılığının artırılması məsələsi aktual bir problem kimi gündəmə gəlmişdir. 
Sürücünün etibarlılığı onun sükan arxasında olduğu müddətdə istənilən yol şərairtində 
avtomobili səhvsiz idarəetmək qabiliyyəti ilə təyin edilir. 
Avto
Stop
86


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə