Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

Sürücünün etibarlılığını təyin edən əsas amillər onun peşəkar yararlılığı, hazırlığı və 
işgüzarlığıdır. Sürücünün yararlılığı onun sağlamlığı (tibbi müayinədə təyin olunmuş) 
və  psixofizioloji  keyfiyyətləri  ilə  təyin  olunur.  Psixofizioloji  yararlılıq  –  sürücünün 
psixofizioloji  və  şəxsi  keyfiyyətlərinin  onun  fəaliyyətinə  olan  tələblərə  müvafiq 
olmasıdır.  Sürücünün  bu  keyfiyyətlərindən  olan  iradə,  təmkinlik,  cəsarət,  cəldlik, 
sürətli qavrama və reaksiya vermə, təfəkkür və s. xüsusiyyətləri əksər hallarda qəza 
şəraitinin  sonluğunu  həll  edir.  Sürücünün  etibarlı  fəaliyyətini  təmin  edən  bu  kimi 
keyfiyyətlərin əsasında onun psixi proseslərinin aktivliyi durur. Sürücünün yüksək 
peşəkarlığı  və  psixoloji  hazırlığından  asılı  olmayaraq,  onlar  iş  prosessində  güclü 
psixoloji sarsıntılara məruz qalırlar. Bu psixoloji sarsıntılar illərlə yığılaraq sürücünün 
psixi proseslərinin fəaliyyətində öz əksini tapır.
   Sürücülərin hazırlığı onların sürücülük məktəblərində təhsil aldıqları və sonrakı 
praktiki  fəaliyyətləri  zamanı  topladıqları  peşəkar  bilik  və  bacarıqlarının  səviyyəsi 
ilə təyin edilir. Bu keyfiyyət həm də istənilən şəraitdə işin və hərəkətin etibarlılığını 
təmin edən sürücülərin psixoloji hazırlığı ilə xarakterizə olunur.
      Sürücülərin  psixoloji  etibarlılığı  –  onların  psixoloji  keyfiyyətlərinin  sürücülük 
fəaliyyətinə  qoyulan  tələblərə  uyğun  olmasıdır.  Psixoloji  etibarlılıq  duyğu  və 
qavrama, sürətli və dəqiq reaksiya, diqqət, fikirləşmə və yaddaş, emosiya və iradə 
kimi   keyfiyyətlərin, temperament və xarakter, bacarıq, maraq və əxlaqi keyfiyyətlər 
kimi  şəxsiyyətə  xas  olan  xüsusiyyətlərin  üstünlüklərindən  asılıdır.  Psixoloji 
etibarlılığa nail olmaq bu keyfiyyətlərin sürücülərin təhsil aldıqları və onların sonrakı 
praktiki fəaliyyətində məqsədyönlü şəkildə məşq etdirilməsi yolu ilə mümkündür. 
Belə  məşqlərdə  yüksək  nailiyyətin  əldə  edilməsi  öyrənənlərin  şəxsi  və  psixoloji 
keyfiyyətlərindən,  usta-təlimatçıların  hazırlıq  səviyyəsindən  və  öyrənənlərin 
individuallığını nəzərə alaraq tədris metodunun düzgün seçimindən asılıdır.
      Sürücü  “Sürücü–avtomobil–yol–mühit”  (SAYM)  sisteminin  bir  operatoru  kimi 
məlumatın böyük hissəsini yoldan, yəni yolda hərəkətsiz və hərəkətdə olan obyektlər, 
yol  nişanları,  svetaforlar,  yolun  örtüyünün  vəziyyəti  və  ətraf  mühitdən  alır.  Yolda 
vəziyyət  və  şərait  dayanmadan  dəyişir.  Yolda  qəfildən  dəyişən,  yaranması  güman 
edilməyən və gözlənilməyən, mürəkkəb, cəld və bir neçə tədbirin görülməsini tələb 
edən şəraitdə sürücünün hərəkətləri onun cavab reaksiyasının məhsulundan asılı olur. 
Belə bir şəraitdə sürücünün işi ona görə çətinləşir ki, o, özünün cavab reaksiyasında 
təkcə yolda baş verən hadisələri deyil, həm də avtomobilin idarəetmə orqanlarının və 
nəzarət-ölçü cihazlarının vəziyyətini nəzərə almalıdır. Sürücü daxil olan məlumatları 
rəhbər tutaraq yaranmış konkret vəziyyət üçün ən optimal və təhlükəsiz hərəkətini 
seçir və yerinə yetirdiyi hərəkətin nəticəsinə daima nəzarət etməklə onu başa çatdırır.
Sürücünün SAYM sisteminin operatoru kimi etibarlılığı onun daxil olan məlumatları 
düzgün qavraması və işləməsi qabiliyyətindən asılıdır.  
                                                                                                      
                                                                                                        (Davamı iyul buraxılışında)
Avto
Stop
87


IMTAHAN 
Qanundan 
çıxarış
ÇALIŞMALAR
 
 

 
“İkitərəfli hərəkət” yol nişanı hansıdır? 
 
1. 5. 
2. 4.  
3. 3. 
4. 2. 
5. 1. 
 

 
 
Əgər  şəkildəki  avtomobillərin  duracaq  tormoz  sistemi  onların 
tərpənməzliyini göstərilmiş hədlərə kimi təmin edirsə, bu avtomobillərdən 
hansının istismarına icazə verilir?
 
1. Hər birinin.
 
2. 1-ci avtomobilin. 
3. 2-
ci və 3
-
cü avtomobillərin.
 
 

 
 
Hansı trayektoriya üzrə hərəkəti davam etdirməyə icazə verilir?
 
1. Yalnız C və B.
 
2. E və D.
 
3. C, B, və A.
 
4. A, C və E.
 
5. D-
dən başqa hər biri üzrə.
 
 
Avto
Stop
88


ÇALIŞMALAR
 
 

 
“İkitərəfli hərəkət” yol nişanı hansıdır? 
 
1. 5. 
2. 4.  
3. 3. 
4. 2. 
5. 1. 
 

 
 
Əgər  şəkildəki  avtomobillərin  duracaq  tormoz  sistemi  onların 
tərpənməzliyini göstərilmiş hədlərə kimi təmin edirsə, bu avtomobillərdən 
hansının istismarına icazə verilir?
 
1. Hər birinin.
 
2. 1-ci avtomobilin. 
3. 2-
ci və 3
-
cü avtomobillərin.
 
 

 
 
Hansı trayektoriya üzrə hərəkəti davam etdirməyə icazə verilir?
 
1. Yalnız C və B.
 
2. E və D.
 
3. C, B, və A.
 
4. A, C və E.
 
5. D-
dən başqa hər biri üzrə.
 
 
4
Qarşınızda gördüyünüz  hansı  nizamlayıcının  verdiyi  siqnal  Sizə  hərəkəti 
davam etdirməyi qadağan edir?
1. Hər birinin.
2. 2-
ci və 3
-cü.
3. 3-
cü və 4
-cü.
4. 4-cü.
5. 1-
ci cə 2
-ci.
5
Birgə  quraşdırılmış  bu  yol  nişanlarının  mənası  nədən 
ibarətdir? 
1. Yolayrıcını keçməkdə üstünlük verir.
2.  Yalnız  baş  yolla  yaxınlaşan  nəqliyyat  vasitələrinə  yol 
verməyinizi tələb edir.
3.  Baş  yolla  və  həmçinin  sağdan  yaxınlaşan  nəqliyyat 
vasitələrinə yol verməyinizi tələb edir.
6
Şəkildə  göstərilənlərdən  hansı  biri  olmadıqda  belə 
minik avtomobilinin 
istismarı qadağan edilmir?
1. 4-cü.
                                  
2. 3-cü. 
3. 2-ci.                                    4. 1-ci.
7
Aşağıda  sadalanan  hansı  cavab  “Nəqliyyat  vasitəsinin  dayanması” 
termininə aiddir?
1.  Açılmış  yükü  bərkitmək  məqsədilə  avtomobilin  5  dəqiqəyədək  müddətə 
hərəkətsiz vəziyyətə gətirilməsi. 
2.  Yüklərin  boşaldılması  üçün  zəruri  olan  vaxt  ərzində  avtomobilin  hərəkətsiz 
vəziyyətə gətirilməsi.
3.  Telefonla  danışmaq  məqsədilə  mühərriki  söndürmədən  avtomobilin  5 
dəqiqəyədək müddətə hərəkətsiz vəziyyətə gətirilməsi.
4. Üstünlüyə malik olan nəqliyyat vasitəsinə yol vermək məqsədilə avtomobilin 
hərəkətsiz vəziyyətə gətirilməsi.
5. Sadalanan cavabların hər biri.
Avto
Stop
89


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə