Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
1   2   3   4   5   6   7   8   9   ...   23

Adı : 
Aqil Rəhimov
Vəzifəsi : 
Avtotəlimçi
Bu nömrədə nə edib:
«Yolar nənim üçün 
dərs meydançasıdır.
Daim tələbələrlə dərs 
zamanı ilk olaraq yolları 
öyrənməyi  qarşımıza 
məqsəd qoyuruq. Çünki 
yolu bilməsən yolda sağ 
qala bilməzsən. Ən çətin 
yollar isə tıxaclı yollardır. 
Bu nömrədə mən tıxacda 
avtomobillə qəzadan 
yan qaçmağı, yollarda 
sağ qalmağın yollarını 
öyrədəcəm. Öyrənmək 
istəyənlər üçün 
bu dərgi çox faydalı olacaq. 
Siz öyrənin . Biz öyrətməyə 
hazırıq ».
Adı : 
Aynur Hüseynzadə
Vəzifəsi : 
Yazar
Bu nömrədə nə edib:
«Sürücülük heç də asan 
peşə deyil. Bəziləri üçün 
avtomobil sənət əsəri, 
bəziləri üçün isə sadəcə 
nəqliyyat vasitəsidir. Bu 
nömrədə söhbət açacağım 
mövzular yuxarıda 
sadaladığım nüanslara 
həsr olunub. Sizə ən 
qəribə avtomobillər, 
traktor istehsal edib 
sonradan acığa düşərək 
superkar yaradan 
Lamborgini və həyatımızı 
etibar etdiyimiz biganə 
sürücülərdən danışacam. 
Jurnalımız artıq hazırdır. 
Oxuyun və münasibətinizi 
bildirin.».
Adı : 
 Pərviz Abubəkirov
Vəzifəsi : 
Test-driver
Bu nömrədə nə edib:
«Artıq avtomobil test etmək 
mənim üçün bir hobbiyə 
çevrilib. Gecə-gündüz 
avtomobil testlərinə baxır, 
bilmədiklərimi öyrənirəm.
Mən özüm üçün yeni 
avtomobillər kəşf edirəm. Bu 
nömrədə sizə «Mitsubishi 
Lancer» , «BMW X5» - i 
yaxından tanıdacam Bui 
avtomobillər haqqında 
təəssüratlarımla bölüşəcəm. 
Ümid edirəm sizin üçün 
faydalı olacaq. Çünki 
avtomobil seçimi dünyada ən 
ağır seçimlərdən biridir».
Avto
Stop
7


Ə
vvəllər immobilayzerlər 
çox primitiv olub. 
Mexaniki olan bu qurğu 
yalnız bir hissədən ibarət 
olub və avtomobilin işəsalma 
mexanizminə birləşdirilib. 1990-
cı illərdə sığorta şirkətləri bir 
çox istehsalçıları qaçırılma 
əleyhinə sistemin istifadəyə 
verilməsinə məcbur ediblər.
   Müasir dövrdə isə zavod 
istehsalı olan immobilayzerlər 
mürəkkəb və bir neçə sistemi 
özündə birləşdirən cihazdır. 
Avtomobil qaçırılan zaman bu 
cihaz bir neçə iş görür - starter 
, yanacaqvurma, mühərriki 
işəsalma sistemini bloklayır.
   
   İstənilən immobilayzer 
avtomobili xüsusi mikroçipli 
açarla işə salmağa icazə 
verir. Məntiqlə bu metrodakı 
turniketə bənzəyir. Siz xüsusi 
açarla avtomobilə daxil olub 
yola düşürsünüz, avtomobili 
söndürdükdə isə immobilayzer 
işə düşür.
   
    İlk olaraq immobilayzer 
funksiyasını yerinə yetirən 
ayrıca modullu sistem yaranıb. 
Eyni sistemlə işləyən bu 
cihaz açardan, antenadan, 
immobilayzer idaredici 
modulundan və mühərrik 
idarəetmə modulundan 
ibarətdir. Bəzilərində alətlər 
panelində işıq, bəzilərində isə 
açarda ötürücü siqnal və işıq 
var.
  
    Açarın plastik hissəsinə 
ötürücü quraşdırılıb. Bu ötürücü 
xüsusi mikroçipdən ibarətdir 
ki, onun öz daimi kodu (İD) və 
daim dəyişən xüsusi kodu var. 
Ötürücüyə batareya lazım deyil. 
O öz enerjisini açarın silindrik 
koğuşunda yerləşdirilən rama 
antenasından alır.
Antena poladdandır, içərisində 
elektrik enerjisi yaradan xüsusi 
sistem quraşdırılıb ki, o həm 
enerji verir, həm də açarla əlaqə 
yaradır.
  İmmobilayzerin əsas hissəsi 
əlçatmaz yerdə yerləşir. 
İdarəetmə moduluna daimi 
kod (İD) yazılıb. Açar söz 
və kod həmçinin mühərrik 
idarəetmə moduluna da yazılıb. 
İmmobilayzer modulu starteri 
idarə edir. Onun razılığından 
sonra mühərrik işə düşür və 
yanacaq ötürülür. Kod və açar 
sözlər üst-üstə düşməlidir.
    
İMMOBİLAYZER
 
  
    nədir?
B
u məsələyə diqqət edin. Bəzi şəxslər diaqnostika adı 
ilə  avtomobilin  immobilayzerini  aldadırlar.  İlk  olaraq 
immobilayzerin  antenasını  çıxardırlar,  kəsilməmiş  açarı 
avtomobilə daxil edib digər açarla avtomobili xüsusi qutudan 
işə salırlar. Bu cür ustaların xüsusi rama antenalı qutusu və 
orada açar yeri olur. Sanki avtomobilin açarıymış kimi onu 
mühərrikə qoşub avtomobili işə salırlar. Bu asan yollardan 
biridir, lakin immobilayzerin söndürülməsi avtomobilinizin 
qaçırılma riskinin 100-də 100 artması deməkdir.
Avto
Stop
8


   Açarda ötürücünün olması 
bütün avtomobillərdə yoxdur. 
Sistem bu cür işləyir. Açarı 
silindrik koğuşa daxil edirsiniz. 
Fırlatdığınız anda ötürücü açara  
təsadüfi açar söz göndərir. Açar 
isə öz növbəsində öz kodunu 
(İD) və açar sözə cavab kəliməni 
göndərir. Avtomobilin beyninə 
yazılmış açar söz və İD düzgün 
gələrsə proses başlayır və 
avtomobil işə düşür. Və bütün 
bu proses bir neçə saniyə 
ərzində baş verir. Əgər kod düz 
gəlməsə avtomobilin mühərriki 
bloklanır və daimi olaraq 
alətlər panelində işıq yanmağa 
başlayır. Lakin bu sistemin 
mükəmməlləşdirilməsi xeyli vaxt 
aparıb. Məsələn 1995-ci ilin 
immobilayzerlərində avtomobil 
işə düşürdü, lakin kod düz 
gəlmədikdə bir neçə dəqiqədən 
sonra mühərrik sönürdü.1997-
ci ilin immobilayzerlərində isə üç 
cəhddə kod oxunmasa mühərrik 
blok edilirdi, lakin starter 
işləyirdi. 2000-ci ildən bu yana 
isə avtomobildə hər şey blok 
olunur.
   İmmobilayzerin diaqnostikası 
və təmiri çox çətin işdir. 
Çünki müəyyən nasazlıqlar 
meydana gəldikdə immobilayzer 
proqramlaşdırılmalıdır. Bir 
çox ustalar bunu əl ilə etmək 
istəyir, amma bu proses çox 
vaxt aparır. Başqa avtomobildə 
olan işlək immobilayzerin digər 
bir avtomobilə keçirilməsi isə 
hər iki avtomobili hərəkətsiz 
hala gətirə bilər. İmmobilayzerin 
modulu nəinki bir- biri ilə, hətta 
avtomobillə sinxronlaşdırılmış 
olur. Kompüterlə diaqnostika 
çox məhdud imkana malikdir və 
bütün siqnalları yoxlamaq üçün 
osiloqraf lazımdır.
   Lakin bəzən istehsalçılar 
çox sadə immobilayzerlər 
tətbiq edirlər. Antena, blok 
və mikroçipli açar. Bu isə 
nə qədər sadə immobilayzer 
deməkdirsə o qədər tez 
qaçırılmış avtomobil deməkdir. 
Məsələn, xüsusi açarlar yazılmış 
blok vasitəsi ilə mühərriki işə 
salıb onu qaçırtmaq asan işdir. 
İmmobilayzerin diaqnostikası 
və təmirini rəsmi servislərdə 
etməyiniz məsləhətdir. Bilmək 
olmaz, bəlkə də təsadüfi bir usta 
avtomobilinizə uyğun bir neçə 
açar yaza bilər. Və daha sonra 
sizin avtomobilinizi qaçırmaq çox 
sadə bir iş olacaq.
   Müasir immobilayzerlər iki 
modulludur. Bir modul hər 
zaman əsas olur. Bu modul 
avtomobilin alətlər panelində 
yerləşir və onu söndürmək 
üçün avtomobilə daxil olan 
şəxs mütləq alətlər panelini 
sökməlidir. Avtomobil qaçıranın 
isə buna vaxtı yoxdur.
   
  Premium klass avtomobillərdə 
isə bu modulların sayı çoxdur 
və yerləri dəyişikdir. Həmçinin 
açarsız daxil olma sistemi 
mövcuddur ki, açar-kart 
vasitəsi ilə daxilolma sizdən 
başqa kimsənin avtomobilə daxil 
olmasının qarşısını alır.
Avtomobil üçün yazılmış açarların sayı immobilayzerin yaddaşında 
mövcuddur. Adətən bunların sayı ikidir. Açarlarla çox ehtiyyatlı olmaq 
lazımdır. Yerə düşmə, zədələnmə mikroçipi məhv etsə siz avtomobili işə 
sala bilməyəcəksiniz.
şifrə alıcı
şifrə
şifrə
yanacaq nasosu
alışma sistemi
mühərrik
çip verici
İmmobilayzer sisteminin ümumi işləmə prinsipi.
Avto
Stop
9
        Müəllif:
Tural Yusifov


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə