Baş redaktordan insan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin



Yüklə 424 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix21.06.2018
ölçüsü424 Kb.
#50876
  1   2   3   4   5   6   7   8   9   ...   23
50876



BAŞ  REDAKTORDAN
İnsan çalışdığı, üzərində zəhmət çəkdiyi ilk işin 
nəticəsini, effektini  həmişə çox səbirsizliklə, həyəcanla  
gözləyir. Və adama elə gəlir ki, sonrakı uğurlar məhz 
bu mərhələdən asılıdır. Açığını deyim ki, həyatımın 30 
ildən çox bir müddətini jurnalistikaya həsr etsəm də
bu yolda  böyük təcrübə qazansam da «Avtostop press» 
jurnalının ilk sayını oxucuların ixtiyarına təqdim 
etdikdən sonra mən də, elə redaksiyada çalışanlar da 
 
inanılmaz həyəcanlı günlər yaşadıq. Nəyi, necə etdiyimiz 
gözlərimiz önündən getmədi…  
Və bu gün həmin gərginliklər arxada qalıb. Ona görə ki, 
gördüyümüz işin bəhrəsi bizi sözün əsl mənasında sevindirdi. Doğrusu əks-sədanı 
özümüz də belə yüksək  gözləmirdik.  Jurnalla maraqlananları, onu əldə etmək 
istəyənləri, israrla axtaranları gördükcə necə fərəhlənməyəsən ki? Tanışlıqdan 
sonra vaxtlarından ayırıb jurnaldan ötrü redaksiyaya zəng vuran oxucularımızın 
söylədikləri səmimi, xoş sözlər bütün kollektivə inanılmaz duyğular yaşatdı. Demək, 
çəkdiyimiz əziyyətlər, əsəblərimizi gərginləşdirən yaradıcılıq mübahisələri, qarşıya 
çıxan ən müxtəlif maneələrlə çarpışmaq… boşuna getməmişdi. 
Bu həm də ərsəyə gətirilmiş bir ilk işin yolunda yanmağa başlayan yaşıl işıq idi. Bu 
yenicə atmağa başladığımız addımların davamı üçün stimul idi…      
İndi növbəti sayımızın işıq üzü görməsi üçün çalışırıq. Və maraqlıdır ki, bu dəfə  fərqli 
bir həyəcanı –  ilk uğurun davamını  gətirə bilməyin həyəcanını keçirməkdəyik. Yəqin 
belə də davam edəcək. Biz isə hər şeyə rəğmən bundan sonrakı  nəşrləri  də  oxuculara  
bəyəndirə biləcəyimizə inanırıq. 
Zəhmət və inam olan yerdə uğur həmişə var…     
 
BABƏK  YUSİFOĞLU
Avto
Stop
3


«994 Prodakşn» MMC
BAŞ REDAKTOR
Babək Yusifoğlu
REDAKTORLAR
KORREKTOR
Yaqut Abiyeva
DİZAYNER
Aydın Rəhimov
TƏSİSÇİ
Səma Abiyeva
Fatimə Alxaz 
REKLAM MENECERİ
Zəhra İsgəndərova
zehra.isgenderova@avtostop.tv
FOTOQRAF
Orxan Əli
JURNAL ƏDLİYYƏ NAZİRLİYİNDƏ QEYDİYYATDAN KEÇİB :
27 aprel 2015-ci il. Qeydiyyat nömrəsi 3967
Ünvan: Bakı şəh. Suraxanı ray. Hövsan qəs.
E.Məmmədov küç. ev 4. TEL: (050/070)65155
   SMS:8155. e-mail:avtostop@avtostop.tv
Abunə yazılmaq üçün 
«App Store»
 və 
«
Play Market
»
dən
 «AvtoStop Press» mobil 
əlavəsini yükləyə bilərsiniz. Reklam və müəllif 
yazılarına görə redaksiya məsuliyyət daşımır, 
redaksiyanın icazəsi olmadan jurnaldakı 
materiallardan istifadə etmək qadağandır.
Aylıq abunə haqqı: 1.57 manat (1.50 USD)
«AvtoStop Press» jurnalının 
redaksiyasında çapa hazırlanıb.
Səhifə sayı: 124
Çapa imzalanıb:
11 iyun 2015
Çap edilib:
12 iyun 2015
MÜNDƏRİCAT
Rubrikalar
110
AvtoTexnika
İmmobilayzer nədir?
AvtoFayda
Avtomobilin təkrar qeydiyyatı
Avtoxəbər
Avtomobil yenilikləri
«Xalqın uşaqları»
«Havalı BMW»
«Kim»lərin maşını
«Şəhər uşağı»
«Vespa» skuteri haqqında hər şey
«Alman maşını»
X5-in sınaq yürüşü
  8
12
16
18
25
36
40
44
səh.
Avto
Stop
4


MÜNDƏRİCAT
«Yol ver» nişanının izahı
 
Veloqrafika
Velosiped sürənlər üçün qaydalar
Traktordan sportkara
Feruççi Lamborgini
Sığorta nə zaman pul ödəmir ?
«Necə edim vurulmayım?»
Aqil Rəhimovdan məsləhətlər
Avtoimtahan
Əziz Talıbov
Ən çox verilən suallar
Avtogeymer
Təkəri tanı
Səma Abiyeva
Biz nələri itiririk
Təmizkar Meri
Şüşəsilgəclərinin kəşfi
Biganə sürücü
Aynur Hüseynzadə
«Avropa oyunları»
Yarış cədvəli və bağlı yolların xəritəsi
57
62
70
76
80
84
88
92
98
100
106
118
114
28
32
58
96
50
səh.
səh.
səh.
səh.
səh.
Avto
Stop
5


Adı : 
Tural Yusifov
Vəzifəsi : 
Təsisçi
Bu nömrədə nə edib:
«Bu nömrədə birincidən 
fərqli yanaşma göstərmişəm.
Artıq qanunların izahından 
savayı burada test etdiyim 
avtomobil,yanacaq seçimi, 
Formula 1 yarışlarının 
ayrılmaz hissəsi olan Pit-
Stop haqqında yazmışam. 
«Avtostop» mənə övlad 
kimidir. Onun gözəl 
«geyinməsi» , «intellektual» 
olması valideyn üçün 
əsasdır. Mən bu jurnala 
övladım kimi yanaşmışam».
Adı :
 
Səma Abiyeva
Vəzifəsi: 
Redaktor
Bu nömrədə nə edib:
«Ilk nömrədən sonsuz həvəs 
ehtiyatı toplayıb, yolumuza 
davam edirik. Jurnalın ikinci 
nömrəsində xanımlar üçün 
çox gözlənilməz sayılan bir 
mövzuya toxunmuşam. Daha 
dəqiq desəm, «Avtomobil 
qadından nələri alıb?» adlı 
köşə yazımda sürücülüyün 
qadınlarda formalaşdırdığı 
mənfi xüsusiyyətləri 
araşdırıb ortaya qoymuşam. 
Ənənəni davam etdirərək, 
yeni sayımızda qadının 
avtomobil istehsalı tarixinə 
verdiyi töhfədən bəhs edən 
faktları, sürücü xanımlara 
uşaqlarla avtomobildə 
yol gedərkən lazım olan 
praktik məsləhətləri 
oxucularla bölüşürəm. 
Bütün bunlarla yanaşı 
bu nömrəmizdə moped 
sürücüsü və Avtomonitor 
realiti şousunun qalibi Səlmi 
Cənnətova ilə hazırladığım 
müsahibəni diqqətinizə 
təqdim edəcəm.».
Adı : 
Fatimə Alxaz
Vəzifəsi : 
Redaktor
Bu nömrədə nə edib:
«Və «Avtostop»un ikinci 
sayı artıq hazırdır.  Bu 
nömrədə mən vəzifəmə 
sadiq qalaraq məqalələr 
üzərində redaktə və 
korrektə işlərini gördüm.  
Hər bir məqaləyə həm 
redaktor, həm də oxucu 
gözü ilə baxıram. Mən 
də, əziz oxucularımız, elə 
sizinlə birlikdə avtomobil 
dünyası haqqında 
öyrənirəm. Bu sayımızda 
ən çox bəyəndiyim yazı  isə 
«Avtomobil qadınlardan 
nələri alıb?»  məqaləsidir. 
Məncə qadın sürücü 
olmanın həm müsbət, həm 
də mənfi tərəflərini ətraflı 
bilmək hər bir xanım üçün 
önəmlidir.
Hər ötən ay oxucu 
dostlarımızın artması 
diləyilə...»
Avto
Stop
6


Yüklə 424 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə