Úàâèäè õàòûðëàðêÿí
2
Görkəmli alim, qeyrətli vətəndaş, Naxçıvanın
Ermənistana birləşdirilməsinə qarşı çıxan və
buna görə də kommunist partiyası sıraların-
dan xaric edilən müəllimim Abbas Zamano-
vun əziz xatirəsinə və anadan olmasının 100
illiyinə ithaf edilir.
Tərtib edən:
İSGƏNDƏR ORUCƏLİYEV (ATİLLA)
Redaktorlar:
Abbas Zamanov, Həmid Məmmədzadə.
Qeydlərin müəllifləri:
Abbas Zamanov və İsgəndər Orucəliyev.
Lüğətin tərtibçisi:
Həmid Məmmədzadə.
Cavidi xatırlarkən (Hüseyn Cavid haqqında məqalə və
xatirələr toplusu). “Zərdabi”, Bakı. 2012, 592 səh.
Kitaba XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli
simalarının, tənqidçi və ədəbiyyatşünaslarının, maarif, mədəniyyət
və teatr xadimlərinin məqalə və xatirələri salınmışdır. Giriş məqa-
ləsi, bir neçə xatirə və tərtibçinin Cavid haqqında yazdığı və uzun
illər şəxsi arxivində saxladığı yazısı ilk dəfədir ki, bu kitabda işıq üzü
görür.
O
2012
0103
3338730014
−
E
qrifli nəşr
© İ.Orucəliyev, 2012
Úàâèäè õàòûðëàðêÿí
3
Áèð íå÷ÿ ñþç êèòàáûí ÿðñÿéÿ ýÿëìÿñè,
÷àïà ùàçûðëàíìàñû âÿ íÿøðè
áàðÿñèíäÿ
1
ənim, Hüseyn Cavidin minlərcə pərəstişkarlarından
birinin böyük sənətkarın yüz illiyinə hazırlığı 1976-cı
ildən başlanır. Bu ildə qarşıma belə bir məqsəd qoydum: unudul-
maz şair və dramaturqumuzun yubileyinə əliboş gəlməyim, gör-
kəmli maarif və mədəniyyət xadimlərimizin Hüseyn Cavid haq-
qında xatirələrini toplayım. Fikrimi şairin qızı Turan Cavidə bil-
dirdim. O, fikrimi nəinki bəyəndi, eyni zamanda, mənə bu işdə
yaxından kömək elədi. Yeni topladığım xatirələri bir-bir oxudu,
bir sıra fakt, məlumat, fikir və mülahizələrə düzəliş verdi. Buna
görə ona minnətdaram.
Beləliklə, böyük və unudulmaz sənətkarımız haqqında vaxtilə
ayrı-ayrı qəzet və jurnallarda Rza Təhmasib, Mişkinaz Cavid,
Əziz Şərif, Mirmehdi Seyidzadə, Camo Cəbrayılbəyli, Vəhram
Alazan və başqalarının çap edilmiş xatirələrinə yeni xatirələr əla-
və olundu: Adil İsgəndərovun, Rəsul Rzanın, Mirzə İbrahimovun,
Qulam Məmmədlinin, Mehdi Məmmədovun, Kövkəb Səfərəliye-
vanın, görkəmli maarif xadimi Pənah Qasımovun qızı Adilə Qası-
movanın (dramaturqun ailəsi ilə onların ailəsi indiki Əlyazmalar
İnstitutunun yerləşdiyi binada səkkiz il qonşu olmuşdur)
1
... Qüd-
rətli sənətkarımız haqqında xatirə toplamağım mənim Adil İsgən-
dərov, Rəsul Rza, Mirzə İbrahimov, Qulam Məmmədli və başqa
görkəmli şair, yazıçı, alimlərimizlə şəxsən tanış olmağıma imkan
verdi. Mən xatirə yazanlardan Cavidin şeir bağçasının gül-çiçəyi-
nin ətirini duydum, şairin şəxsiyyəti, ölməz sənəti, parlaq zəkası,
1
Hazırda həmin binada Əlyazmalar İnstitutu və Cavidin ev muzeyi yerləşir.
M
Úàâèäè õàòûðëàðêÿí
4
istedadı, acılı-şirinli günləri, incikləri barəsində onlardan çox şey
öyrəndim...
2
Əgər rəhmətlik Qulam Məmmədli olmasaydı, bəlkə də mə-
nim gördüyüm iş başqasına tapşırılacaqdı...
Bir gün Mərkəzi Komitədə yubiley komissiyası üzvlərinin
iclası keçirilirdi. Müzakirə zamanı kimsə təklif edir ki, Hüseyn
Cavid haqqında xatirə və məqalələr toplansın və ayrıca kitab
şəklində çap edilsin. Qulam müəllim həmən dillənir: “İsgəndər
adlı bir nəfər xatirələri toplayıb. Məndən də alıb...”
“Kimdir İsgəndər?” sualına heç kim, o cümlədən Qulam
müəllim də əsaslı cavab verə bilmir. Həmin müzakirədən sonra
Qulam müəllim mənə zəng vurdu və dedi: “Mərkəzi Komitədə
belə bir təklif oldu, mən sənin adını çəkdim. Xatirələri topla...”
Mən bu xəbərdən çox sevindim və işə daha ciddi girişdim. Bir
gün Mirzə İbrahimovdan xatirə alarkən, o, məndən soruşdu: “Bu
işi sənə kim tapşırıb?” Qısa cavab verdim: “Heç kim.” O, mənə
baxdı və təəccübləndi...
Turan Cavid yubiley komissiyasının üzvü idi. O, məni yaxşı
tanıyırdı. Mərkəzi Komitədə növbəti müzakirələr keçirilərkən o,
yubiley komissiyasının üzvlərinə haqqımda ətraflı məlumat ver-
mişdi. Beləliklə, məqalə və xatirələrin toplanması və çapa hazır-
lanması rəsmi olaraq mənə tapşırıldı. Bu zaman artıq Mərkəzi Ko-
mitənin Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərar qəbul
edilmişdi. Mənim tərtib etdiyim kitab yubiley nəşrlərindən biri
olacaqdı.
3
Kitaba redaktor Abbas Zamanov təyin edildi. Mən Hənəfi
Zeynallı və Abdulla Şaiqin sovet hakimiyyətinin ilk illərində
“Peyğəmbər”, “Şeyx Sənan” və “İblis” faciələri haqqında mülahi-
zələrinin mətnini oxuyarkən o, duruxdu və soruşdu: