Qaydalar təsdiq edildi Vergilər Nazirliyi 27 yanvar 2017-ci il tarixində keçirilmiş kollegiyasında Transfer



Yüklə 195,76 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü195,76 Kb.
#70274
növüQaydalar


 

 

 



 

Azərbaycan  |  Vergi və Hüquq   |  29 mart 2017 

 

Azərbaycan Vergi Xəbərləri 

Transfer qiymətinə dair qaydalar təsdiq edildi

 

 

Vergilər Nazirliyi 27 yanvar 2017-ci il tarixində keçirilmiş kollegiyasında “Transfer 



qiymətlərinin  müəyyən  edilməsi  və  tətbiqi  qaydalarını”   (“Qaydalar”)  təsdiq 

edib.  Qaydalar 8 fevral 2017-ci il tarixindən qüvvəyə minmişdir.  

Transfer qiymətinin tətbiq edilməsinin əsas məqsədi vergi ödəyicisi tərəfindən 

nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların 

(işlərin, xidmətlərin) qiymətlərinin müqayisə edilən nəzarət olunmayan 

əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, həmin əməliyyatdan verginin 

vergi ödəyicisi və vergi orqanı tərəfindən transfer qiymətləri əsas götürülməklə 

yenidən hesablanmasıdır.  Transfer qiyməti ümumi dəyəri 500,000 manatdan 

artıq olan əməliyyatlara münasibətdə tətbiq edilir.  

 

 




Qaydalara  əsasən  nəzarət  olunan  əməliyyatlara  aşağıda  qeyd  olunan 

tərəflər arasında aparılan əməliyyatlar aiddir: 

 



Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan 

qeyri-rezident arasında; 

 



 



qeyri-rezidentin  Azərbaycan  Respublikasındakı  daimi  nümayəndəliyi  ilə 

həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı 

nümayəndəliyi, filialı və digər bölməsi arasında; 

 



 

Azərbaycan  Respublikasının  rezidenti  və  (və  ya)  qeyri-rezidentin 

Azərbaycan  Respublikasındakı  daimi  nümayəndəliyi  ilə  güzəştli  vergi 

tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında. 

 

Transfer  qiymətinin  müəyyən  olunması  məqsədilə  müqayisə  edilən 

əməliyyatlar seçilərkən: 

 



nəzarət  olunan  əməliyyatla  müqayisə  edilən  nəzarət  olunmayan 

əməliyyatların seçilməsi müqayisəli təhlil əsasında aparılır; 

 

müqayisə  edilən  nəzarət  olunmayan  əməliyyat  qismində  həm  nəzarət 



olunan  əməliyyatın  tərəfi  olan  şəxsin  özünün  müstəqil  şəxslərlə  apardığı 

oxşar  əməliyyatlar,  həm  də  müstəqil  şəxslər  arasında  aparılan  oxşar 

əməliyyatlar istifadə edilə bilər.  

Müqayisə  edilən  oxşar  əməliyyatların  seçilməsi  zamanı  onların  nəzarət  olunan 

əməliyyatla eyni dövrdə həyata keçirilməsi və aşağıdakı göstəricilərin eyni və ya 

oxşar olması prinsipi əsas meyar kimi nəzərə alınmalıdır: 

 

malların  (işlərin,  xidmətlərin)  növü,  mənşə  ölkəsi,  keyfiyyəti  və  digər 



istehlak göstəriciləri və s.; 

 



müqavilə  şərtləri,  o  cümlədən  təqdim  edilən  malların  miqdarı,  işlərin, 

xidmətlərin  həcmi,  müqavilə  üzrə  öhdəliklərin  icra  olunması  müddətləri, 

çatdırılma şərtləri, ödəniş şərtləri; 

 



əməliyyatın  tərəfləri  olan  şəxslərin  hər  birinin  əməliyyatla  bağlı  həyata 

keçirdikləri funksiyalar və daşıdığı risklər; 

 

vergi ödəyicisinin əməliyyat zamanı istifadə etdiyi mülkiyyətində olan və ya 



cəlb edilmiş maddi və qeyri-maddi aktivlər və hüquqlar;  


 

əməliyyatın tərəfləri olan şəxslərin fəaliyyət göstərdikləri iqtisadi şərait, o 



cümlədən,  bazarların  coğrafi  yerləşməsi,  bazarda  eynicinsli  və  ya  oxşar 

malların (işlərin, xidmətlərin) mövcudluğu; 

 

marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq yeni malların (işlərin, 



xidmətlərin) bazara çıxarılması, mövcud malların (işlərin, xidmətlərin) yeni 

bazarlara çıxarılması, mövcud mal növlərinin təkmilləşdirilmiş versiyalarının 

bazara çıxarılması və digər bu kimi hallar.  

Nəzarət olunan əməliyyat qeyri-maddi aktivlərin ötürülməsi və qrupdaxili 

maliyyələşdirmə ilə bağlı olduqda, onunla müqayisə edilə bilən əməliyyatın 

seçilməsi üçün müqayisəli təhlil həyata keçirilən zaman yuxarıda qeyd 

olunanlarla yanaşı, qeyri-maddi aktivlərə və qrupdaxili maliyyələşməyə xas olan 

spesifik digər göstəricilər də müqayisə edilir. 



 

 

Transfer  qiymətləndirmənin  müəyyən  edilməsində  aşağıdakı  üsullar 



tətbiq ediləcəkdir: 

 



Qiymətlərin müqayisəsi üsulu; 

 



Sonrakı satış qiyməti üsulu; 

 



Dəyərin toplanması üsulu; 

 



Rentabellik üsulu; 

 



Mənfəətin bölgüsü üsulu. 

Qaydalara əsasən, qiymətlərin müqayisəsi üsulunun tətbiqinə mümkün olan 

bütün hallarda üstünlük verilməli və yalnız bu üsulun tətbiqi mümkün olmadıqda 

sadalanan digər üsullardan istifadə edilə bilər. 

Qaydalarda nəzarət olunan hər bir şəxs üzrə illik ümumi dəyəri 500,000 

manatdan çox olan əməliyyatlar üçün transfer qiymətləndirmənin 

sənədləşməsinə dair tələb nəzərdə tutulmuşdur. Hesabat ilindən sonrakı mart 

ayının 31-nədək nəzarət olunan əməliyyatlar barədə arayış (“Arayış”) vergi 

orqanına təqdim edilməlidir. Qeyd olunan tələbi yerinə yetirməyən vergi 

ödəyicilərinə 500 manat miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi 

nəzərdə tutulmuşdur. 



Xüsusilə qeyd etmək lazımdır ki, müəyyən edilmiş həddən artıq olmaması 

səbəbindən Arayışın təqdim edilməməsi, vergi ödəyicisini ümumi dəyəri 500,000 

manatdan az olan digər nəzarət olunan əməliyyatlara münasibətdə transfer 

qiymətin müəyyən edilməsinə dair qaydalara əməl etmək öhdəliyindən azad 

etmir.  

Müqayisə  edilə  bilən  əməliyyatların  tapılması  üçün  aşağıdakı  məlumat 

bazalarından istifadə edilə bilər: 

 



yerli və beynəlxalq birja kotirovkaları; 

 



gömrük orqanlarının xarici ticarət statistikası; 

 



mənbəyi  bəlli  olan  məlumat  mənbələrində  yerləşdirilmiş  hesabat 

məlumatları; 

 

vergi orqanının qoşulduğu ixtisaslaşmış agentliklərin məlumat bazaları və s. 



Qaydalara  əsasən  vergi  ödəyiciləri  nəzarət  olunan  əməliyyatlarla  bağlı  transfer 

qiymətlərinin  müəyyənləşdirilməsi  üsulunun  öncədən  seçilməsi  məqsədilə  vergi 

orqanına müraciət edə bilər.  

Qaydalarda  o  cümlədən,  transfer  qiymətinin  müəyyənləşdirilməsində  vergi 

ödəyicisi  və  vergi  orqanları  arasında  yarana  biləcək  mübahisələrin  həlli 

prosedurları,  ikiqat  vergitutmanın  aradan  qaldırılması  dair  müddəalar  öz  əksini 

tapmışdır.   

 

 

 



 

 

 



 

 

 



deloitte.az 

 

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by 



guarantee (“DTTL”), its network of member firms, and their related entities. DTTL and each of its member 

firms are legally separate and independent entities. DTTL (also referred to as “Deloitte Global”) does not 

provide services to clients. Please see 

www.deloitte.com/about

 for a more detailed description of DTTL and 

its member firms. 

 

Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public 



and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500

 ®

 



companies through a globally connected network of member firms in more than 150 countries bringing 

world-class capabilities, insights, and high-quality service to address clients’ most complex business 




challenges. To learn more about how Deloitte’s approximately 225,000 professionals make an impact that 

matters, please connect with us on 

Facebook

LinkedIn



, or 

Twitter


 

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its 



member firms, or their related entities (collectively, the “Deloitte Network”) is, by means of this 

communication, rendering professional advice or services. Before making any decision or taking any action 

that may affect your finances or your business, you should consult a qualified professional adviser. No 

entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who 

relies on this communication. 

 

96 Nizami St. 



Baku, AZ1010, Azerbaijan 

 

© 2017 Deloitte & Touche LLC. All rights reserved. 



 

To no longer receive emails about this topic please send a return email to the sender with the word 

“Unsubscribe” in the subject line.

 

 



 

 

Yüklə 195,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə