3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

32 
 
d)  Çoxsahəli  bir  quruluşa  malik  olan  cəmiyyətin  tə-
sərrüfat  həyatını  və  inkişaf  qanunauyğunluqlarını  yalnız 
iqtisadi  nəzəriyyə  deyil,  eyni  zamanda  “xüsusi  vəzifələri, 
predmetləri və məntiqi üsulları olan bir sıra müstəqil kon-
kret iqtisadi elmlər də tədqiq edib öyrənir” (K.Menger). 
Həmin  konkret  iqtisadi  elmlər  ilk  növbədə  təcrübi 
fəaliyyət üçün zəruri sayılan praktik qaydalar, işgüzar dav-
ranışlar,  məsləhət  xarakterli  tövsiyələr  hazırlayırlar.  Bu 
mənada  bütövlükdə  iqtisad  elmini  şərti  olaraq  nəzəri  və 
tətbiqi  kimi  iki  hissəyə  bölmək  mümkündür.  Cəmiyyət 
həyatının  mürəkkəb  və  ziddiyyətli  iqtisadi  proseslərinin 
obyektiv qanunauyğunluqlar əsasında gedişi, inkişaf meyl-
ləri,  habelə  gələcək  perspektivləri  iqtisadi  nəzəriyyə  tərə-
findən  öyrənilir.  Tətbiqi  iqtisadiyyat  isə  konkret  təsərrü-
fatçılıq fəaliyyəti ilə sıx bağlı olub, real vəziyyətin göstəri-
cilərinin  hərtərəfli  təhlilinə  üstünlük  verir.  İqtisadi  nəzə-
riyyənin  praktik  əhəmiyyəti  ondadır  ki,  əgər  “bilik  irəlini 
görməyə  imkan  yaradırsa,  qabaqgörənlik  isə  fəaliyyət 
üçün meydan açır” (O.Kont). 
İqtisadi  nəzəriyyə  ictimai  (sosial)  elmlərin  ayrılmaz 
tərkib  hissəsi  olmaqla  yanaşı,  eyni  zamanda  bütöv  bir  iq-
tisadi elmlər kompleksinin, yəni sahə (sənaye, tikinti, nəq-
liyyat,  ticarət,  xidmət  və  sair);  funksional  (maliyyə,  kre-
dit, proqnozlaşdırma, marketinq, menecment və sair.); sa-
hələrarası  (statistika,  ekonometrika,  təsərrüfat  fəaliyyəti-
nin təhlili və sair) elmlərinin də metedoloji əsasıdır. 
Aşağıdakı  cədvəldə  iqtisadi  nəzəriyyənin  başqa 
iqtisadi elmlərlə qarşılıqlı əlaqəsi verilmişdir. 
 
 


33 
 
İqtisadi nəzəriyyənin başqa iqtisadi elmlərlə əlaqəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İqtisadi  nəzəriyyənin  tarix,  fəlsəfə,  hüquq,  sosio-
logiya, politologiya, psixologiya, estetika, riyaziyyat elm-
ləri  ilə  də  bilavasitə,  yaxud  dolayı  yollarla  əlaqələrinin 
müxtəlif aspektləri vardır. Bu qarşılıqlı təsir və zənginləş-
mə  əlaqələrinə  toxunan  C.M.Keyns  yazmışdır  ki,  “iqtisa-
diyyatın  öyrənilməsi  yüksək  səviyyəli  xüsusi  qabiliyyətin 
olmasını tələb etməsə  də, lakin çox  az  adam  bu sahədəki 
əla  biliyi  ilə  fərqlənə  bilər.  Buna  səbəb,  iqtisadçıda  bir 
neçə  qabiliyyətin  nadir  surətdə  birləşməsi  zəruriliyidir. 
İqtisadçı  müəyyən  qədər  riyaziyyatçı,  tarixçi,  filosof  və 
dövlət  adamı  olmalıdır.  O,  simvolları  başa  düşməli  və  öz 
fikirlərini sözlə ifadə etməyi bacarmalıdır. İqtisadçı detal-
lara ümumi cəhətdən yanaşmalı və eyni bir məsələyə həm 
abstrakt, həm də konkret tərəfdən toxunmalıdır. O, buğunu 
keçmişin işığında gələcək məqsədlər üçün öyrənməli, nə-
zərindən  heç  nəyi  qaçırmamalıdır.  İqtisadçı  məqsədyönlü 
Konkret iqtisadi elmlər
 
Sahələrin iqtisadiyyatı. 
Müəssisələrin iqtisadiyyatı. 
Ölkələrin iqtisadiyyatı və sair.
 
İnformativ – 
analitik elmlər 
İqtisadi nəzəriyyə 
(mikroiqtisadiyyat, 
makroiqtisadiyyat)
 
İqtisadi – riyazi metod-
lar, Statistika. Təsərrü-
fat fəaliyyətinin təhlili 
Xüsusi iqtisadi qurum 
və təşkilatların iqtisa-
diyyatı 
Maliyyə, Kredit, Mar-
ketinq, Təbiətdən isti-
fadənin iqtisadiyyatı  
və s.
 
Tarixi – iqtisadi elmlər
 
İqtisadi fikir tarixi.  
Xalq təsərrüfatı tarixi  
(iqtisadi tarix)
 


34 
 
olmalıdır  və  kimlərinsə  əhval-ruhiyyəsinə  uyğun  olaraq 
dəyişməməlidir. O, əsl sənətkar kimi yüksəkdə dayanmalı, 
təmiz olmalıdır. İqtisadçı cəmiyyətin problemlərini həll et-
dikdə alim kimi hərəkət etməli, həmin  məsələlərin həyata 
keçirilməsində isə siyasətçi olmalıdır”. 
Qeyd  etmək  zəruridir  ki,  dövlətin  həyata  keçirdiyi 
iqtisadi  siyasət  xətti  iqtisadi  nəzəriyyənin  obyektiv  elmi 
araşdırmalar nəticəsində gəldiyi nəticələrə əsaslanmalıdır. 
Eyni zamanda unudulmamalıdır ki, iqtisadi nəzəriyyə bü-
tün problemlərin hazır həllini vermir və real iqtisadi vəziy-
yəti  dərk  etmək  üçün  yalnız  bir  vasitədir.  Ona  görə  də 
müxtəlif peşə və sənət adamlarının bu elmin əsaslarına yi-
yələnməsi, rastlaşdıqları çətin həyat məsələlərinin həllində 
düzgün seçim etməyə kömək göstərəcəkdir.  
Qarşılıqlı əlaqə və təsir meyllərinə baxmayaraq, şüb-
həsiz  iqtisadi  nəzəriyyə  (elmi  yanaşma  və  təhlil  vasitəsi) 
ilə  iqtisadi  siyasəti  (dövlətin  tədbirlər  sistemi  və  əməli 
fəaliyyətini),  şübhəsiz  bir-birindən  fərqləndirmək  lazım-
dır. İqtisadi siyasət, cəmiyyətin iqtisadi resurslarının isteh-
salı,  bölgüsü,  mübadiləsi  və  istehlakı  dairəsində  dövlətin 
məqsədyönlü  tədbirlər  sistemi  olduğundan,  bu  siyasət  cə-
miyyətin  bütün  sosial  qruplarının  mənafelərinin  nəzərə 
alınmasına  yönəldilmişdir.  Tarixi  təcrübə  təsdiq  etmişdir 
ki, dövlətin həyata keçirdiyi düşünülmüş və tarazlı iqtisadi 
siyasət  xətti,  ictimai-iqtisadi  sistemin  yeniləşib  kamilləş-
məsinə xidmət etdiyi kimi, həm də yol verilmiş nöqsan və 
əyintilər nəticəsində onun dağılmasına gətirib çıxara bilər. 
 
 
 
 


35 
 
MÖVZU 2. 
 
İQTİSADİ FİKRİN MEYDANA ÇIXMASI VƏ 
FORMALAŞMASI MƏRHƏLƏLƏRİ 
 
a)
 
İqtisadi fikrin və biliklərin meydana çıxması. 
b)
 
İqtisad elminin formalaşması və müxtəlif məktəbləri. 
c)
 
Azərbaycanda  iqtisadi  fikrin  formalaşması  və  inkişaf 
mərhələləri. 
 
a)
 
İctimai elmlərin tərkib hissəsi sayılan iqtisad elmi-
nin tarixi minillikləri əhatə edərək, bəsit və ibtidai şəkildə 
olsa da, ilk ünsürləri qədim Babilistan, Misir, Çin, Hindis-
tan,  Yunanıstan  kimi  sivilizasiya  ocaqlarında  meydana 
çıxmışdır. 
Qədim  Hind  və  Çin  mənbələrində,  Misirin  papirus 
yazılarında, şumerlərin daş və kərpic üzərində həkk olun-
muş  kitabələrində,  Babilistan  hökmdarı  Xammurapinin 
qanunlarında, Şərq və Qərb müəlliflərinin, xüsusilə də Yu-
nanıstan, Roma müdrik filosoflarının, tarixçilərinin əsərlə-
rində,  natiqlərinin  çıxışlarında  o  dövrün  təsərrüfat  həyatı, 
əkinçilik,  sənətkarlıq  peşələri,  gəmiçilik,  sələmçilik,  tica-
rət  əlaqələri  haqqında  bir  sıra  qiymətli  məlumatlar  öz  ək-
sini tapmışdır. 
Elm  tarixində  iqtisadiyyat-oykonomiya  anlayışı  ilk 
dəfə  qədim  yunan  filosofu  Ksenofont  (e.ə.450-355)  tərə-
findən onun “Ev təsərrüfatı”, yaxud “Ev iqtisadiyyatı” adlı 
kitabında  işlədilmişdir.  Sonralar  yunan  filosofu  Aristotel 
(e.ə.384-322)  bu  sözü  daha  geniş  mənada  işlədərək,  şərh 
etmişdir. 
“Oykonomiya” sözü 2 hissədən ibarət olub, “oykos” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə