3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   79

23 
 
mərəliliyə  nail  olmaq  üçün  iqtisadi  nəzəriyyənin  (ekono-
micsin)  10  prinsipinə  əməl  olunması  ideyası  irəli  sürülür. 
Qruplaşdırılmış həmin prinsiplər aşağıdakılardır: 
a) İnsanların qərarlarını necə qəbul edirlər: 
1.
 
İnsanlar seçimlərlə üzləşirlər. 
2.
 
Bir  şeyin  dəyəri,  onu  əldə  etmək  üçün  imtina 
olunanlarla ölçülür. 
3.
 
Rasional insanlar marjinal faydalarını düşünürlər. 
4.
 
İnsanlar stimullara cavab verirlər. 
b) İnsanlar arasındakı münasibətlər: 
5. Ticarət hər kəs üçün faydalı ola bilər. 
6.  Bazarlar  iqtisadi  fəaliyyətin  təşkili  üçün  yaxşı 
vasitədir. 
7.  Dövlətlər  bazar  fəaliyyətinin  nəticələrini  yaxşı-
laşdıra bilərlər. 
c) Bütövlükdə iqtisadiyyat necə fəaliyyət göstərir: 
8. Ölkə əhalisinin həyat səviyyəsi, hər nəfərə düşən 
əmtəə və xidmətlər istehsal etmək qabiliyyətindən asılıdır. 
9.  Dövlət  həddən  artıq  pul  çap  edib  dövriyəyə 
buraxdıqda, ölkədə inflyasiya baş verir. 
10.  Cəmiyyətin  inflyasiya  ilə  işsizlik  arasındakı 
qısa müddətli seçimlə üzləşməsi prosesi müşahidə olunur. 
Bu  10  prinsipin  mahiyyətini  qısa  belə  izah  etmək 
olar: 
Birinci prinsip, insanların həyatda və gündəlik əmək 
fəaliyyətlərində  müxtəlif  iqtisadi  seçimlərlə  rastlaşmaları 
ilə bağlıdır. Biz daha çox xoşlayıb bəyəndiyimiz hər hansı 
bir  şeyi  (məhsulu-xidməti)  əldə  etmək  üçün,  əvəzində 
konkret  halda  başqa  şeylərdən  (maddi-mənəvi  nemətlər-
dən)  istər-istəməz  imtina  etməli  oluruq.  Necə  deyərlər, 
pulsuz  nahar  olmur,  xərcsiz  və  itkisiz  nə  isə  əldə  etmək 


24 
 
çətindir,  nəhayət  eyni  vaxtda  bir  əldə  iki  qarpız  tutmaq 
mümkün  deyildir.  Məsələn,  tələbənin  öz  vaxtını  dərslərə 
hazırlaşmaq və əyləncə (idman məşqləri), ailənin gəlirləri-
ni  ərzaq  və  paltar  (təmir  işləri),  cəmiyyətin  resursların 
əhalinin rifahı və hərbi-müdafiə xərcləri arasında bölüşdü-
rülməsi, onları həmişə müəyyən seçim etmək məcburiyyə-
ti qarşısında qoyur. Ayrı-ayrı fərdlərin, ailənin, bütövlük-
də  cəmiyyətin  səmərəliliklə  ədalətlilik  arasındakı  seçimi 
nə  qədər  çətin  və  riskli  olsa  da,  hökmən  baş  verməlidir. 
Ona  görə  də  həm  insanlar,  həm  ailə  təsərrüfatları,  həm 
korporasiyalar  (şirkətlər),  həm  də  cəmiyyət  belə  bir  seçi-
min zəruriliyini dərk edərək, həmin variantlar arasında ən 
optimalını  seçərək,  uyğun  qərarlar  qəbul  etmək  məsuliy-
yətinə hazır olmalıdırlar. 
İkinci prinsip, bir şeyin (əmtəənin-xidmətin) dəyəri-
nin,  onu  əldə  etmək  üçün  imtina  olunan  başqa  şeylərin 
(maddi-mənəvi  nemətlərin)  dəyəri  ilə  ölçülməsini  aydın-
laşdırır. İnsanlar əvəzləyici seçimlərlə rastlaşdıqları halda, 
son söz demək üçün bir necə alternativ (əks) qərarın gətirə 
biləcəyi  fayda  və  xərclərin  müqayisəsini  aparmağa  məc-
burdurlar.  Hər  hansı  bir  nəticənin,  yaxud  məhsul  və  xid-
mətin  alternativ  dəyəri,  onu  əldə  etmək  üçün  imtina  olu-
nan digər şeylərin (əşyaların, xidmətlərin) dəyəri ilə ölçü-
lür.  Məsələn,  hər  bir  gənc  ali  təhsil  almaq,  yaxud  peşə- 
sənət sahibi olmaq, yaxud da tanınmış idmançı kimi yetiş-
mək şanslarını intellektual, iş imkanları, şöhrət, ad-san qa-
zanmaq imkanlarını, xərc və gəlirlərini müqayisəli sürətdə 
hesablayaraq,  şübhəsiz  öz  gələcəyi  üçün  daha  əlverişli 
saydığı alternativ variant haqqında qərar qəbul edəcəkdir. 
Üçüncü  prinsip,  rasional  insanların  marjinal,  yəni 
son faydanı düşünərək öz fəaliyyətlərində  müəyyən dəyi-


25 
 
şikliklər, kiçik düzəlişlər aparmasını nəzərdə tutur. Həyat-
da insanlar və şirkətlər elə konkret vəziyyətlərlə rastlaşır-
lar ki, onlar qərar verərkən öz marjinal faydaları ilə marji-
nal  xərclərini  müqayisə  edərək,  daha  rasional  (səmərəli) 
varianta  üstünlük  verirlər.  Məsələn  uçuşa  hazırlaşan  200 
yerlik və hər biletin qiymətinin 500 dollara (avroya, mana-
ta) olan sərnişin təyyarəsində yerlərin bir neçəsi boşdursa, 
həmin reys üçün 300 dollar ödəyib səyahətə çıxan adama 
imkan  yaratmaq,  güzəştə  getmək  (orjinal  dəyişikliklər  et-
mək,  kiçik  düzəlişlər  aparmaq)  mümkündür.  İmtahanlara 
hazırlaşan  tələbənin  bu  işə  istirahəti  hesabına  bir-iki  saat 
əlavə  vaxt  ayırmasına,  fermerin  müəyyən  səbəblər  üzün-
dən  məhsulunun  bir  hissəsini  nisbətən  aşağı  qiymətə  sat-
masına  haqq  qazandırıla  bilər.  Şübhəsiz,  ağıllı,  rasional 
qərar  verən  şəxs  və  şirkət  rəhbərliyi  konkret  halda  öz  iq-
tisadi  hərəkətini  (fəaliyyətini,  davranışını,  əməliyyatını) 
bu işin marjinal (son) faydalılığının, yalnız onun xərclərini 
(maya dəyərini) üstələdiyi halda həyata keçirəcəkdir. 
Dördüncü  prinsip,  ondan  ibarətdir  ki,  insanların 
gündəlik yaşayış tərzi və iqtisadi fəaliyyəti ilə bağlı müəy-
yən stimullar, həvəsləndirici amillər, bir sıra şərtlər dəyiş-
dikdə onların davranışları, düşüncə tərzləri, yaranmış yeni 
vəziyyətlə  bağlı  qəbul  etdikləri  qərarlar  da  hökmən  dəyi-
şəcəkdir.  Əlbəttə,  bu  hal  təkcə  iqtisadi  tədbirlərdə  deyil, 
eyni zamanda hakimiyyətin siyasi iradəsi ilə məcburi qay-
dalarda  həyata  keçirilən  rəsmi  tədbirlərdə  də  özünü  gös-
tərir. Məsələn, vergi dərəcələrinin dəyişdirilməsi və benzi-
nin qiymətinin artırılması, avtomobil sürücülərinin və sər-
nişinlərin  təhlükəsizlik  kəmərlərindən  istifadə  olunması 
zəruriliyi, bazar qiymətlərinin vaxtaşırı enib-qalxması pro-
sesi,  bank  faizlərinin  əmlak  və  mülkiyyətin  sığortalanma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə