3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   79

42 
 
bəyi elə təbiət və torpaqdır.  Belə bir mövqedən çıxaraq, 
onlar  əsaslandırmağa  çalışmışlar  ki,  təsərrüfatın  digər  sa-
hələrində  təbiətin  verdiyi  məhsulların  yalnız  forması  də-
yişdirildiyindən, yeni bir məhsul yaradıla bilməz. Ona gö-
rə də hakimiyyətin bütün diqqəti və qayğısı torpağa, əkin-
çiliyə, orada çalışan insanlara yönəldilməlidir. 
Xüsusi qeyd etmək lazımdır ki, iqtisad elmi tarixində 
təkrar istehsal nəzəriyyəsinin təhlilinə dair fikirlər F.Kene-
nin  “İqtisadi  cədvəl”  (1758)  əsərində  verilmiş  və  orada 
ictimai  məhsulun  natural-dəyər  tərkibi  arasında  müəyyən 
balans nisbətlərini araşdırmağa cəhd göstərilmişdir. 
Fizokratlar  məktəbinin  sərvətin  yeganə  mənbəyinin 
əkinçilikdəki  əməyi  hesab  etməsi  ideyası,  o  dövrün  kon-
kret  şəraitindən  irəli  gələn  təbii  elmi-nəzəri  məhdudluq 
olduğundan, bu problemi klassik iqtisadi məktəbin nüma-
yəndələri uğurla həll etdilər. 
Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687), 
A.Smit  (1723-1790),  D.Rikardonun  (1772-1823)  adları 
ilə bağlıdır. Bu iqtisadi məktəb İngiltərədə meydana çıxıb 
formalaşmış və  davamçıları tərəfindən inkişaf etdirilərək, 
Qərbi  Avropa,  habelə  dünyanın  bir  sıra  ölkələrində  geniş 
yayılmışdır.  Klassik  siyasi  iqtisad  məktəbinin  İngiltərədə 
yaranması  təsadüfü  deyildi,  çünki  XVII-XIX  əsrlərdə  o, 
Avropanın  və  dünyanın  ən  yüksək  inkişaf  etmiş  sənaye 
ölkəsi  sayıldığından,  “dünya  emalatxanası”  rolunu  oyna-
yırdı.  XVIII  əsrin  ikinci  yarısından  başlanmış  “sənaye 
çevrilişi”  və  bu  inqilabi  prosesin  elm-texnika,  mütərəqqi 
texnologiya, istehsalın daha mükəmməl maddi-texniki ba-
zası,  ölkədə  əl  əməyinə  əsaslanan  manufaktura  tipli  is-
tehsaldan iri maşınlı zavod-fabrik sənaye mərhələsinə keç-
məyə imkan yaratmışdı. Şübhəsiz, belə bir yeni tarixi iqti-


43 
 
sadi inkişaf dövründə, ölkənin təsərrüfat həyatını bir-birin-
dən tədric olunmuş, yaxud əlaqəsiz (merkantilistlərin tica-
rəti,  fiziokratların  isə  əkinçiliyi)  tədqiq  edib,  öyrənmələri 
özünü  doğrulda  bilməzdi.  Cəmiyyətdə  və  iqtisadiyyatda 
getdikcə güclənən meyllər, istehsalın ayrı-ayrı sahələrində 
baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri,  ölkənin 
təsərrüfat həyatını bütöv sistem, yaxud tam halında öyrən-
məyi irəli sürürdü.  
Sərbəst bazar (kapitalist) iqtisadi münasibətləri sis-
teminin elmi nəzəriyyəsini formalaşdıran klassik məktəbin 
nümayəndələri, əmək - dəyər nəzəriyyəsi əsasında, insanın 
iqtisadi  azadlığı,  onun  sərbəst  surətdə  öz  qabiliyyətini 
reallaşdırılması,  iqtisadi  fəaliyyətin  şəxsi  maraq  əsasında 
aparılması,  rəqabət  mübarizəsinə  real  şərait  yaradılması 
məsələlərinə ciddi diqqət  yetirmişdilər. U.Pettinin “sərvə-
tin atası əmək, anası isə torpaqdır” obrazlı sözləri, klassik 
siyasi iqtisad məktəbinin ən mühüm xidməti sayılan əmək 
dəyər nəzəriyyəsinin yığcam ifadəsidir. 
A.Smit  “Xalqlar  sərvətinin  təbiəti  və  səbəbləri  haq-
qında tədqiqat” (1776) əsərində insanların iqtisadi marağı, 
onların  sərbəstliyi,  bazarda  rəqabətə  geniş  yol  verilməsi 
prinsiplərini irəli sürərək yazırdı ki, bazarı “görünməz əl” 
(tələb, təklif, qiymət, rəqabət mənasında) idarə edir. Çünki 
insan öz ətrafındakıların daimi yardımına ehtiyac duyduğu 
halda, bu yardımı yalnız onların xeyirxahlığında axtarması 
əbəsdir. A.Smitin fikrincə, bizim naharımız qəssabın və ya 
çörəkçinin  xeyirxahlığından  deyil,  onların  öz  maraqlarına 
uyğun  peşə-sənət  məşğuliyyətləri  (əmək  fəaliyyətləri)  ilə 
bağlıdır.  Doğrudur,  “hər  bir  fərd  ictimai  mənafeyi  qoru-
maq niyyətində olmadığı kimi, onu nə dərəcədə güddüyü-
nü  də  bilmir.  O  yalnız  öz  mənfəətini  düşünür  və  bunu 


44 
 
edərkən,  arzulamadığı  (nəzərdə  tutmadığı)  məqsədlərə 
doğru  bazarın  “gözəgörünməz  əli”  tərəfindən  idarə  olu-
nur”. Ona görə də dövlətin vəzifəsi bazarın işinə qarışmaq 
yoxonun normal təsərrüfat fəaliyyəti üçün əlverişli şərait 
yaratmaqölkə vətəndaşlarının həyatını, azadlığını və iqti-
sadi  sərbəstliyini  qorumaqdır.  A.Smit  ölkənin  sərvətinin 
və milli gəlirinin artırılmasını, istehsalda çalışmaların sayı, 
habelə  onların  əmək  məhsuldarlığı,  peşə-sənət  bacarığı 
qabiliyyəti kimi iki əsas amillə əlaqələndirmişdi. 
D.Rikardonun  “Siyasi  iqtisadın  və  vergi  qoyulması-
nın  əsasları”  (1817)  əsərində  A.Smitin  insanların  şəxsi 
maraq, fayda əldə etmək, bazarda sərbəst rəqabət haqqın-
da fikirləri daha da genişləndirilib inkişaf etdirilmişdir. O, 
iqtisadi  nəzəriyyənin  pul,  onun  tədavülü,  kredit  münasi-
bətləri, vergi məsələlərinə dair elmi-nəzəri, habelə konkret 
əməli fikirlər söyləmiş, beynəlxalq əmək bölgüsü və dün-
ya  ticarət  əlaqələrinə,  xüsusilə  bu  münasibətlərdə  A.Smi-
tin “mütləq üstünlüklər” nəzəriyyəsinin davamı kimi özü-
nün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazır-
lamışdır.
 
Marksist məktəb K.Marks (1818-1883) və F.Engel-
sin  adı,  habelə  dünyanın  müxtəlif  ölkələrində  bu  təlimin 
davamçılarının inqilabı fəaliyyətləri ilə bağlıdır. Ümumiy-
yətlə  marksizm  nəzəriyyəsinin  və  onun  iqtisadi  ideyaları-
nın  yaranması,  XIX  əsrin  30-40-ci  illərindən  başlayaraq 
Qərbi  Avropa  ölkələrində,  ilk  növbədə  isə  İngiltərədə  iri 
maşınlı  sənayenin  inkişafı,  cəmiyyətin  kapitalistlərə  və 
proletariata  (fəhlələrə)  bölünməsi,  bu  siniflər  arasında  iq-
tisadı-siyasi mübarizəsinin kəskinləşməsi, gələcəkdə daha 
ədalətli  bir  quruluş  (sosializm  -  kommunizm  cəmiyyəti) 
formalaşması zəruriliyinə əsaslanmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə