3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

39 
 
Böyük coğrafi kəşflər, ictimai əmək bölgüsünün də-
rinləşməsi,  əmtəə-pul  münasibətlərinin  inkişafı,  iqtisadi--
ticarət  əlaqələrinin  genişlənməsi,  müstəmləkə  sisteminin 
yaranması,  ilkin  kapital  yığımı  prosesinin  sürətlənməsi, 
dünya  (beynəlxalq)  bazarın  formalaşması,  elm  və  texniki 
fikrin  nailiyyətlərinin  istehsala  tədricən  tətbiqi,  bu  yeni 
dövrün əlamətdar cəhətləri idi. Cəmiyyətin ictimai-iqtisadi 
həyatında  baş  verən  bu  kəmiyyət  və  keyfiyyət  dəyisiklik-
ləri nəticəsində, xüsusi mülkiyyətin müxtəlif növləri geniş 
yayılmağa başlamış sərbəst sahibkarlıq fəaliyyəti üçün əl-
verişli  imkanlar  açılmış,  daxili-xarici  bazarlarda  rəqabət 
mübarizəsi  gündəlik  təsərrüfat  münasibətlərinə  daxil  ol-
muşdu. 
Yeni  və  daha  mürəkkəb  bir  iqtisadi  sistemin  forma-
laşması  əlamətləri, özünün  ilk növbədə  Qərbi Avropa  öl-
kələrinin ictimai-iqtisadi həyatında göstərmişdir. Mütərəq-
qi  cəhətləri  ilə  səciyyələnən  və  inkişaf  etməkdə  olan  bu 
iqtisadi münasibətlər sistemi, onun mahiyyəti və fəaliyyə-
tini araşdırıb təhlil edən xüsusi bir elm sahəsinin formalaş-
masını irəli sürürdü. Ona görə də XVII əsrə qədər ümumi 
şəkildə  müxtəlif  elmlərin  (fəlsəfə,  tarix,  politologiya,  hü-
quq)  daxilində  inkişaf  edən  iqtisadi  biliklər  (fikirlər,  ide-
yalar,  təlimlər),  artıq  müstəqil  bir  elm  sahəsi  kimi  forma-
laşmağa  başladı.  Sərbəst  bazar  (kapitalist)  münasibətləri-
nin  meydana  çıxıb  təşəkkül  tapması,  onun  mahiyyəti, 
məqsədi,  vəzifələri  haqqında  sistemləşdirilmiş  biliklər  ki-
mi  iqtisadi  nəzəriyyənin  məhz  XVI-XVII  əsrlərdə  yaran-
masını şərtləndirmiş və onun ilk məktəbi merkantilizm ol-
muşdur. 
Merkantilizm iqtisadi məktəbin Q.Skaruffi (İtaliya), 
T.Man  (İngiltərə),  A.Monkretyen  (Fransa),  V.Staffor  (İn-


40 
 
giltərə),  A.Serra  (İtaliya)  kimi  müxtəlif  ölkələrin  nüma-
yəndələri,  ticarətin  rolunun  artdığı  ilkin  kapital  yığımı 
dövrünün iqtisadi-nəzəri baxışlarının təkamülündə mühüm 
rol  oynamışlar.  Müxtəlif  ölkələrdə  yaşayıb  fəaliyyət  gös-
tərdiklərindən, konkret şəraitlə bağlı onların mövqe və fi-
kirlərində,  şübhəsiz  müəyyən  fərqlər  olmuşdur.  Lakin 
merkantilistlərin bir sıra mühüm məsələlərdə birliyi, onları 
bu məktəbin nümayəndələri kimi səciyyələndirir.  
Merkantilizm  anlayışı,  pul  və  ticarət,  yaxud  alverçi 
mənasını verir. Merkantilistlər tacirlər təbəqəsinin mənafe 
və  maraqlarının  müdafiəçisi  kimi  çıxış  edərək,  sərvətin 
mənbəyini  ticarətdə  görmüş,  eyni  zamanda  sərvətlə  pulu 
eyniləşdirmişdilər. Onların fikrincə, “sərvət puldur, pul isə 
qızıl və gümüşdür”. Pulu, qızılı ölkədə qoruyub sazlamaq, 
ixracı artırmaq, idxalı isə məhdudlaşdırmaq yolu ilə “aktiv 
ticarət  balansı”  ideyasını  irəli  sürən  merkantilistlər,  milli 
iqtisadiyyatın, habelə daxili bazarın dövlət himayəsinə eh-
tiyacı olduğunu göstərirdilər. 
Maraqlıdır ki, iqtisad elminə və nəzəriyyəsinə “siyasi 
iqtisad”  anlayışı  (məfhumu)  fransalı  merkantilist  Antuan 
Monkretyen tərəfindən gətirilmişdir. O qədim yunan söz-
ləri  olan  “siyasət”  və  “iqtisadiyyat”  anlayışlarını  birləşdi-
rərək, milli iqtisadiyyatın dirçəlişinə çağırış xarakterli əsə-
rini “Siyasi iqtisad traktatı” (1615) adlandırmışdı. “Pul hə-
yatın  və  müharibələrin  nəbzidir”,  yaxud  “qızıl  olduqca 
güclü  dəmirdir”  kimi  fikirlərin  müəllifi,  eyni  zamanda 
yazırdı ki, dövləti varlı edən qızıl və gümüş deyil, yaşayış 
üçün  zəruri  sayılan  əşyaların  (ərzaq,  paltar)  olmasıdır. 
Onun “insanların xoşbəxtliyi sərvətdə, sərvət isə əməkdə-
dir” fikri, həmişə aktual olmaqla yanaşı, şübhəsiz merkan-
tilist düşüncə tərzindən uzaqdır. 


41 
 
Ümumiyyətlə merkantilistlər ölkə iqtisadiyyatını (tə-
sərrüfat  həyatını)  vahid  sistem  halında  deyil,  onun  yalnız 
bir sahəsini - əmtəə tədavülü, mübadilə, alqı-satqı dairəsi-
ni  tədqiq  və  təhlil  etməklə,  yaşadıqları  dövrün  konkret 
tələb,  habelə  sosial  sifarişinə  cavab  axtarmaqla  məhdud-
laşmışlar.  
Fiziokratlar  iqtisadi  məktəbinin  adı,  fransızca  “fi-
zis” (təbiət) və “kratos” (hakimiyyət) sözlərinin birləşmə-
sindən əmələ gəlib, “təbiətin, yaxud torpağın hökmranlığı, 
ağalığı” mənasını verir. Fransada yaranmış və əsasən ora-
da inkişaf edərək başqa ölkələrdə də  yayılmış fiziokratlar  
ideyaların  banisi  Fransua  Kene  (1694-1781),  görkəmli 
nümayəndələri isə J.Türqo, V.Mirabo, Q.Letron olmuşlar. 
Bu  məktəbin  nümayəndələri  merkatilistlərdən  fərqli 
olaraq, təkcə tədavül dairəsini və ticarəti öyrənməklə məh-
dudlaşmamış, bilavasitə təbiətlə sıx bağlı olan kənd təsər-
rüfatı istehsalını, oradakı iqtisadi münasibətləri öyrənməyi 
qarşılarına məqsəd qoymuşlar. Onların əsas xidməti öz iq-
tisadi  tədqiqatlarını  tədavül  dairəsindən  istehsala,  konkret 
olaraq kənd təsərrüfatına, aqrar bölməyə yönəltmələridir. 
F.Kenenin “Taxıl”, “Fermer”, “İqtisadi cədvəl”, J.Tür-
qonun  “Sərvətin  yaranması  və  bölgüsü  haqqında  düşün-
cələr”  əsərlərində  əsas  diqqət  sərvətin  yaranması  prosesi, 
onun  mənbələri  və  bölgüsü  məsələlərinin  təhlilinə  yönəl-
dilmişdir. Onlar sərvətin başlıca mənbəyini təbiətin və tor-
pağın  birgə  iştirak  etdiyi  kənd  təsərrüfatında  görmüş,  bu 
sahədə  çalışanların  əməyini  “ən  məhsuldar  əmək”,  əkin-
çiliklə  məşğul  olanları  isə  “məhsuldar  təbəqə”  kimi  qiy-
mətləndirmişlər. Fiziokratların fikrincə, əkinçilikdən kənar 
istehsal sahələrində xammal kimi, o cümlədən də sənaye-
də,  sənətkarlıqda  istifadə  olunan  məhsulların  da  ilk  mən-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə