Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi



Yüklə 79,27 Kb.
səhifə1/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
  1   2   3   4   5   6   7   8   9   ...   28
Dilçiliyə giriş cavablar


Dilçilik ( Cavablar).

  1. Dilçiliyin başqa elmlərlə əlaqəsi.

Elmlərarası əlaqə dedikdə, müxtəlif elmlərin bir-birinin elmi və əməli nəticələrindən istifadə etmələri təsəvvür olunur. Bütün elmlər arasında dialektik şəkildə əlaqə mövcuddur. Dünya elmləri sırasında elə bir elmə təsadüf etmək olmaz ki, o, başqa elmlərlə bu və ya digər formada əlaqəyə girməsin. Dilçilik çoxcəhətli əlaqəyə malik elmlərdəndir. Ümumi və geniş mənada bu elm bütün dünya elmləri ilə bağlıdır.
Dilçiliyin başqa elmlərlə əlaqəsi problemində, əsasən, aşağıdakı məsələlər həll edilir:
1) dilçiliyin başqa elmlərlə konkret əlaqələrini müəyyənləşdirmək və bunun dilçilik üçün əhəmiyyətini göstərmək;
2) dilçiliyin başqa elmlərlə əlaqəsi əsasında yaranan elm sahələrinin xarakteristikasını vermək.
Başqa elmlərlə dilçiliyin əlaqəsini dəqiqliyi ilə təsəvvür etmək üçün dilçiliklə əlaqəli elmləri aşağıdakı kimi qruplaşdırmaq lazım gəlir:
1) dilçiliyin ictimai elmlərlə əlaqəsi;
2) dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi.
Hazırda dilçilik ictimai elmlərdən, əsasən, ədəbiyyatşünaslıq, mətnşünaslıq, fəlsəfə, məntiq, psixologiya, pedaqogika, tarix, sosiologiya və estetika ilə daha sıx əlaqədardır.
Dilçilik və ədəbiyyatşünaslıq
Ədəbiyyatşünaslıq – ədəbiyyat haqqında elmdir. Bu elm üç şöbədən ibarətdir: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid. Dilçilik ədəbiyyatşünaslığın hər üç şöbəsi ilə sıx əlaqədədir. Dil haqqında elmin ədəbiyyatşünaslıqla daha yaxın və möhkəm əlaqəli olması ilk növbədə bu elmlərin qohumluğu ilə bağlıdır. Məlumdur ki, ədəbiyyatşünaslığın obyekti olan söz sənəti – bədii ədəbiyyat dilsiz qeyri-mümkündür. Bununla bərabər bədii ədəbiyyat vaxtilə dildə baş verən və hazırda mövcud olan hadisələri mühafizə edən vasitədir. Buna görə də bədii ədəbiyyat dilçilik tədqiqatı üçün başlıca mənbədir.
Dilçilik və fəlsəfə:
Fəlsəfə – təbiət və cəmiyyət hadisələrinin ümumi inkişaf qanunauyğunluqlarını öyrənən ən qədim elmdir. Fəlsəfə1 öz-özlüyündə müəyyən dünyagörüşü yaradır, ətraf aləm haqqında insanlarda ümumi baxış əmələ gətirir, kainatda insanın yerini müəyyənləşdirir, materiya və şüurun hansının əvvəl olduğunu bizə aydınlaşdırır. Fəlsəfənin əsas məsələsi kimi məlum olan bu problem bütün elmlərin, o cümlədən dilçiliyin əsasını təşkil edir. Fəlsəfi dialektikanın qanunları bütün elmlərə, o cümlədən dilçiliyin düzgün inkişafına istiqamət verir.
Dilçiliyin müasir elmi-nəzəri zirvəyə çatmasında dilçiliklə fəlsəfi biliklərin vəhdəti çox mühüm rol oynamışdır. Dilçilikdə dilin mahiyyəti, inkişafı, ictimai rolu və s. problemlər fəlsəfəyə əsaslanılmadan düzgün şərh edilə bilməz və s.
Dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi:
Dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi geniş mənada XIX əsrin ikinci yarısından başlamışdır. Lakin müsbət mənada əlaqə XX əsrə təsadüf edir. Son illərdə təbiət elmləri və eləcə də texnika ilə yaranmış əlaqə nəticəsində dilçiliyin mühüm problemlərinin bir çoxunun ətraflı və daha dəqiq aydınlaşdırılmasına şərait yaradılmışdır.
Müasir dövrdə dilçilik aşağıdakı elm sahələri ilə əlaqədardır: antropologiya, fiziologiya, fizika, semiotika, coğrafiya, riyaziyyat, kibernetika, texnika və s.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə