3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

270 
 
sxemlərə  sığışmayan  bəşəriyyətin  real  təsərrüfatçılıq  təc-
rübəsinin  yüksələn  tərəqqisi,  bu  fikirləri  kənara  atdı.  Əl-
bəttə, şəxsi maraq və mənfəət prinsipləri üzərində qurulub, 
"sosial  ədələt"  meyarları  ilə  deyil,  "iqtisadi  səmərəlilik" 
çağırışları  və  qayğıları  əsasında  idarə  olunan  ictimai-iqti-
sadi sistemin "kamilliyinə" zəmanət vermək, habelə bəşə-
riyyətin  qədimlərdən  arzuladığı  "işıqlı  ümidlərinə"  uyğun 
olduğunu söyləmək çətindir. Hələlik isə nə qədər ki, daha 
mükəmməl  və  insanları  hərtərəfli  qane  edə  biləcək  ic-
timai-iqtisadi  bir  quruluş,  sistem  forması  tapılmamışdır, 
deməli  yaşadığımız  cəmiyyət,  onun  təsərrüfatçılıq  qayda-
qanunları,  idarəçilik  prinsipləri,  mədəni-mənəvi  əxlaq 
normaları  kiminsə  bəyənib-bəyənməməsindən  asılı  olma-
yaraq, fəaliyyətdədir. 
Bazar  münasibətlərinin  kəskin  rəqabət  bazarında 
fəaliyyət  göstərən  hər  bir  sahibkarın,  işgüzar  biznes  ada-
mının, şirkətin, birliyin, transmilli korporasiyanın (TMK) 
son  məqsədi  gəlir  və  mənfəətdir.  İstehsal  prosesində  işti-
rak edən iqtisadi və maliyyə resurslarının səmərəli istifadə 
olunmasının son yekunu özünü mənfəətdə göstərir. Bəzən 
mənfəəti,  bazar  münasibətləri  sisteminin  "hərəkətvericisi" 
və "dirijoru" kimi də səciyyələndirirlər. 
Hər hansı bir şirkətin gəlirindən onun xərclərini çıx-
dıqdan sonra əldə olunan mənfəət, istehsalın səmərəliyinin 
əsas göstəricisidir. Onun mənbəyi isə insan  əməyi ilə  ya-
naşı, müasir elmi-texniki tərəqqi, beynəlxalq əmək bölgü-
sü  və  daxili-xarici  bazarlardakı  rəqabət  mübarizəsi  şə-
raitində - sahibkarın yaradıcı, novator (yenilikçi) fəaliy-
yəti, yüksək təşkilatçılıq istedadıdır. 
İqtisadi nəzəriyyədə mühasibat mənfəəti, iqtisadi xa-
lis  mənfəət,  normal  mənfəət  anlayışları  vardır.  Mühasibat 


271 
 
mənfəəti, satışdan əldə olunmuş məbləğdən şirkətin görü-
nən xərclərini) çıxmaqla hesablanır. İqtisadi xalis mənfəət 
şirkətin həm görünən (xarici), həm də görünməyən (daxili) 
xərclərinin  satışdan  əldə  edilmiş  məbləğdən  silinməsi 
(çıxılması)  yolu  ilə  hesablanır.  Nəhayət  normal  mənfəət 
isə  sahibkarın  öz  vəzifəsini  yerinə  yetirdiyinə  görə  aldığı 
haqq, yaxud mükafatdır. 
Sahibkarın kapitalının və istehsal-xidmət dairəsi ob-
yektınin  işini  rəqabət  bazarı  şəraitində  səmərəli  təşkil 
etməsinin  konkret  məbləğdə  ifadəsi  olan  mənfəət,  onun 
halal haqqıdır. Bu mənfəətin həcmi, başqa şərtlərlə yanaşı 
istehsalın genişləndirilməsinə imkan yaradır, yeni texnika-
texnologiyaların tətbiqinə yol açır, məhsul və xidmətlərin 
bolluğunu  təmin  edir,  əlavə  iş  yerləri  açılmasını  şərtlən-
dirir, son nəticə etibarilə milli iqtisadiyyatın inkişafına öz 
töhfəsini  verir.  Ümumi  daxili  məhsulun  (ÜDM)  artımına 
xidmət  edən  sahibkarlıq  bölməsinin  mənfəətdən  səmərəli 
faydalanmasına yönəldilmiş məqsədyönlü fəaliyyəti, bazar 
rəqabəti  şəraitində  alternativ  istehsal  sahələrinin  forma-
laşmasına əlverişli imkanlar açır. 
Şirkətin  və  sahənin  sabit  mənfəəti,  habelə  tədricən 
artması  meyli, alıcıların və  bütövlükdə  cəmiyyətin həmin 
sahəyə  diqqət  yetirməsi,  habelə  onun  daha  da  genişlən-
dirilməsi  arzusunun  ictimai  ifadəsidir.  Eyni  zamanda,  hər 
hansı  bir  sahənin  (şirkətin)  məhsul  və  xidmətlərinə  alıcı 
tələbinin  aşağı  düşməsi,  ictimai  rəyin  onları  dəstəkləmə-
məsi  kimi  qiymətləndirilə  bilər.  Birinci  halda  həmin  şir-
kət  və  sahələrin  mənfəəti  artacaq,  ikinci  halda  isə  mən-
fəətin  azalması  şirkətin  ziyanla  işləməsinə,  habelə  lazımı 
tədbirlər  həyata  keçirilmədikdə,  tez-gec  müflisləşməsinə 
səbəb olacaqdır. 


272 
 
Qeyd etmək zəruridir ki, müxtəlif ölkələrin milli gə-
lirlərinin  yarıdan çoxu  əhali araşında əmək haqqı, renta, 
faiz və mənfəət kimi bölüşdürülür. Yüksək inkişaf  etmiş 
ölkələrdə  bu  rəqəm  daha  sanballıdır.  Maraqlıdır  ki, 
əhalinin  ümumi  gəlirlərinin  quruluşunda,  əmək  haqqının 
və mülkiyyətdən alınan gəlirin payı, tədricən artır. Əksinə, 
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanların  müxtəlif  mən-
bələr hesabına formalaşan gəlirləri mütləq rəqəmlərlə artsa 
da,  lakin  əhalinin  ümumi  gəlirlərində  faiz  etibarilə  onun 
xüsusi çəkisi azalmağa doğru  meyl edir. Birləşmiş Ştatlar 
tipik  sahibkarlar  və  kapitalistlər  ölkəsi  olmasına  baxma-
yaraq, bu ictimai qrupun milli gəlirdən aldığı pay - 20 faizə 
yaxındır. Bu fakt, ABŞ-ın və dünya iqtisadiyyatının ümumi 
mənzərəsində,  xüsusilə  gəlirlərin  quruluşunda,  bölgüsündə 
gedən kəmiyyət-keyfiyyət dəyişikliklərini göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


273 
 
 
 
ƏDƏBİYYAT  
 
1.
 
İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2001. 
2.
 
İqtisadi nəzəriyyə. Dərs vəsaiti. Bakı, 2003. 
3.
 
İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat – 1,2. Dərslik. 
Bakı, 2009. 
4.
 
S.İbadov.  İqtisadiyyat  (İqtisadi  nəzəriyyə).Dərslik. 
Bakı, 2008. 
5.
 
M.Q.Mənkyü. Ekonomiksin əsasları. Bakı, 2007. 
6.
 
Р.Самуельсон, И.Нордхаус. Экономика. М.2005. 
7.
 
К.Р.Макконнел, С.М.Брю. Экономикс. М.2007. 
8.
 
С.Н.Ивашковский. Микроэкономика. М.2002. 
9.
 
Экономика. Учебник. Под редакцией А.С.Була-
това. М.2008. 
10.
 
 Экономическая теория. Под редакцией 
 В.Д.Видяпина, Г.П.Журавлевой. М.,2007. 
 
 
 
 
 
 
 
 
 
 


274 
 
 
 
İqtisadi nəzəriyyə kursundan “Mikroiqtisadiyyat” 
bölməsi üzrə imtahan sualları 
 
1.
 
Klassik iqtisadi nəzəriyyənin formalaşması 
2.
 
Əmtəə-iqtisadi kateqoriya kimi 
3.
 
Natural təsərrüfat və onun xüsusiyyətləri 
4.
 
İqtisadi nəzəriyyənin başqa elmlərlə əlaqəsi 
5.
 
Pulun vəzifələri (funksiyaları) 
6.
 
Əmək kooperasiyası anlayışını izah edin 
7.
 
Sərbəst sahibkarlıq - biznes fəaliyyəti nə deməkdir 
8.
 
İqtisad elminin metodları 
9.
 
İstehsal amillərinin əvəz təsnifatı 
10.
 
Məhsuldar qüvvələr anlayışını izah edin 
11.
 
İqtisadi nəzəriyyənin öyrənilməsinin məqsəd və 
     vəzifələri 
12. Analiz və sintez metodunu izah edin 
13. İqtisadi biliklərin formalaşması mərhələləri 
14. Mezoiqtisadiyyat nəyi öyrənir 
15. Makroiqtisadiyyat nəyi öyrənir 
16. İstehsal münasibətləri anlayışı və onun formaşması 
17. Natural təsərrüfat formasını və onun xüsusiyyətlərini 
      izah edin 
18. Mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi 
      proseslərinin fərqli cəhətləri  
19. İqtisadi sistem anlayışı və onun mahiyyəti  
20. Sosialist təsərrüfat sisteminin xüsusiyyətləri 
21. İqtisadi sistemin formalaşması prosesi 
22. Klassik iqtisadi məktəb və onun nümayəndələri 
23. İstehsal amilləri və onların əvəzlənməsi prosesi 


275 
 
24. İnduksiya və deduksiya metodunu izah edin  
25. Elmi abştraksiya metodunu izah edin 
26. Təbii və ictimai əmək bölgüsü 
27. İstehsal amillərinin əvəz olunması prinsipləri 
28. Mülkiyyətin subyektləri  
29. İstehsal xərclərinin mahiyyəti və məzmunu  
30. Planlı (sosialist) əmtəə təsərrüfatı və onun dağılması 
31. Kapitalist əmtəə təsərrüfatı və onun xüsusiyyətləri 
32. Qarışıq iqtisadiyyat anlayışını izah edin 
33. İstehsal amilləri ilə məhsulun həcmi arasında asılılıq 
34. İqtisadi biliklərin tarixi inkişaf yolu  
35. Neoklassik istiqamət və onun nümayəndələri 
36. Mülkiyyətin mahiyyəti və tarixi tipləri 
37. Sadə əmtəə istehsalı və onun xüsusiyyətləri 
38. İqtisadi sistemin mahiyyətini izah edin 
39. Əmək bölgüsünü izah edin 
40. N.Gəncəvinin iqtisadi görüşləri 
41. Sadə əmtəə istehsalının meydana çıxması səbəbləri 
42. İqtisadı sistemlərin təsnifatı 
43. İqtisadi nəzəriyyənin elmin başqa sahələri ilə əlaqəsi 
44. Mülkiyyətin tarixi tipləri 
45. Fiziokratlar məktəbi və onun nümayəndələri 
46. Mənfəət anlayışı və onun formaları 
47. Dövlət mülkiyyəti və onun xüsusiyyətləri 
48. İqtisadi sistem və onun formaları 
49. Kapitalist əmtəə istehsalı və onun xarakterik cəhətləri 
50. İstehsalın maddi və şəxsi amilləri 
51. İstehsal xərclərinin quruluşu 
52. Cəmiyyətin məhsuldar qüvvələri və istehsal  
      münasibətləri 
53. İqtisadi nəzəriyyənin (ekonomiksin) 10 prinsipi 


276 
 
54. Mənfəətin yüksəldilməsinə təsir edən amillər 
55. Aqrar münasibətlərin mahiyyəti 
56. İqtisadi nəzəriyyənin elm sistemində yeri və rolu 
57. Azərbaycanda iqtisadi fikrin inkişafı 
58. Əmtəənin dəyəri və istehlak dəyərini izah edin 
59. Mikroiqtisadiyyat nəyi öyrənir 
60. Pulun meydana çıxmasının səbəbləri 
61. Pul tədavülü və onun tənzimlənməsi 
62. İstehsal amillərinin və iqtisadi resursların fərqli  
     cəhətləri 
63. Azərbaycan Respublikasında özəlləşdirmə prosesi və  
     onun nəticələri 
64. N.Tusinin iqtisadi görüşləri 
65. Mülkiyyətin obyektləri və subyektləri 
66. Pul haqqında rasional və təkamül nəzəriyyələri 
67. Pul tədavülü qanununun formulunu yazıb  
      aydınlaşdırın 
68. Renta və onun tarixi formaları 
69. Torpaq sahələrinin qiymətlərinin müəyyənləşdirilməsi 
70. İqtisadi sistem və onun quruluşu  
71. İqtisadi biliklərin meydana çıxması və sonrakı inkişafı 
72. Aqrar bölmədə iqtisadi islahatlar 
73. İqtisadi nəzəriyyənin predmeti haqqında müxtəlif  
     fikirlər 
74. Sahibkarlıq fəaliyyəti və onun xüsusiyyətləri 
75. İqtisadi nəzəriyyəni öyrənmək üçün mənbələr 
76. Bazar anlayışını izah  edin  
77. Bazarın meydana çıxması və mahiyyəti 
78. Bazarın sosial-iqtisadi mahiyyəti 
79. Bazarın vəzifələri hansılardır 
80. Bazarın obyektlərinə nələr daxildir 


277 
 
81. Bazarın subyektləri kimlərdir 
82. Bazarın müxtəlif formalarını izah edin 
83. Sərbəst rəqabət bazarı və onun xüsusiyyətləri 
84. İnkişaf etməmiş bazar haqqında məlumat verin 
85. İnhisarçı bazar  nə deməkdir 
86.Tənzimlənən bazar nə deməkdir 
87. Əmrlə idarə olunan bazarın əsas xüsusiyyətləri 
88. Qarışıq bazar və onun başlıca cəhətləri 
89. Bazar iqtisadi sisteminin üstün cəhətləri 
90. Bazar iqtisadi sisteminin nöqsan cəhətləri 
91. Bazar mexanizminin fəaliyyətini izah edin 
92. Tələbin mahiyyəti və tələb qanunu 
93. Təklifin mahiyyəti və təklif qanunu 
94. Tələblə təklifin qarşılıqlı əlaqəsi 
95. Tələbin formalaşmasına təsir göstərən amillər 
96. Təklifin formalaşmasına təsir göstərən amillər 
97. Tələbin qiymətlə bağlı elastikliyini izah edin və    
      formulunu yazın 
98. Təklifın qiymətlə bağlı elastikliyini izah edin və 
      formulunu yazın 
99. Bazarda qiymətin yaranması 
100. Bazarda tarazlıq qiymətini izah edin və onun 
        sxemini çəkin 
101. Xalis inhisar nə deməkdir 
102. Kartel və sindikat anlayışını izah edin 
103. İnhisarların müxtəlif formaları 
104. C.Şerman qanunu - ilk antiinhisar qanunu kimi 
105. Antiinhisar qanunları və onların fəaliyyəti 
106. İnhisarçılığın sosial-iqtisadi nəticələri 
107. Xalis rəqabət       
:
 
108. Oliqopoliya rəqabəti 


278 
 
109. İnhisarçı rəqabət 
110. Mükəmməl (kamil, sərbəst, halal) rəqabət 
111. Bazar rəqabətinin tiplərini izah edin 
112. İqtisadi modellərin gələcək perspektivləri 
113. Bazar rəqabətinin mahiyyəti 
114. Cənubi Koreya modelinin üstün cəhətləri 
115. Çin modelinin xüsusiyyətləri 
116. Yapon modeli nə deməkdir 
117. Bazar infrasrukturu və onun quruluşu 
118. Ənənəvi bazar və onun xüsusiyyətləri 
119. Avstriya modelinin oxşar və fərqli cəhətləri 
120. Alman modelini izah edin 
121. İsveç modelinin fərqli cəhətləri 
122. Amerika modelinin xüsusiyyətləri 
123. İqtisadi model anlayışını izah edin 
124. Sosial iştiqamətin əsas cəhətləri 
125. Liberal istiqamətin xüsusiyyətləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


279 
 
 
 
“İqtisadi nəzəriyyə” kursunun “Mikroiqtisadiyyat” 
bölməsi üzrə dərs saatlarının bölgüsü 
 
Sıra 
№ 
Mövzuların adı 
Saatların 
miqdarı 
Müha-
zirə 
Məş-
ğələ 
Cəmi 
1.
 
  “İqtisadi nəzəriyyə” kursuna giriş 



2.
 
 
İqtisadi nəzəriyyənin predmeti və 
metodları 



3.
 
 
İqtisadi fikrin meydana çıxması və 
formalaşması mərhələləri 



4.
 
 
İqtisadi nəzəriyyənin müasir əsas 
istiqamətləri 



5.
 
 
Təsərrüfat fəaliyyətinin ictimai tipləri 
və onun təşkili 



6.
 
  Cəmiyyətin iqtisadi sistemi 



7.
 
 
Mülkiyyət münasibətləri və onun 
tarixi təkamülü 



8.
 
  Əmtəə, dəyər və pul nəzəriyyələri 



9.
 
  İctimai istehsal və onun əsas amilləri 



10.
 
 
Bazar anlayışı, onun mahiyyəti, 
vəzifələri və formaları 



11.
 
  Bazar mexanizmi və onun fəaliyyəti 



12.
 
 
Bazar rəqabəti və iqtisadiyyatda 
inhisarçılıq 



13.
 
 
Bazar münasibətləri iqtisadi 
sisteminin istiqamətləri və modelləri 



14.
 
 
İstehsal xərcləri və fərdi təkrar 
istehsal 



15.
 
  Əmək haqqı, renta, faiz və mənfəət 



Cəmi 
60 
30 
90 
 


280 
 
 
 
MÜNDƏRİCAT 
 
Ön söz...................................................................................... 

1. 
“İqtisadi nəzəriyyə” kursuna giriş.................................. 

2. 
İqtisadi fikrin meydana çıxması və formalaşması 
mərhələləri..................................................................... 
33 
3. 
İqtisadi nəzəriyyənin predmeti və metodları................. 
53 
4. 
İqtisadi nəzəriyyənin müasir əsas istiqamətləri.............. 
64 
5. 
Təsərrüfat fəaliyyətinin ictimai tipləri və onun təşkili... 
86 
6. 
Cəmiyyətin iqtisadi sistemi........................................... 
102 
7. 
Mülkiyyət münasibətləri və onun tarixi təkamülü.......... 
111 
8. 
Əmtəə, dəyər və pul nəzəriyyələri................................. 
124 
9. 
İctimai istehsal və onun əsas amilləri............................ 
146 
10. 
Bazar anlayışı, onun mahiyyəti, vəzifələri və formaları ..  155 
11. 
Bazar mexanizmi və onun fəaliyyəti.............................. 
166 
12. 
Bazar rəqabəti və iqtisadiyyatda inhisarçılıq.................. 
182 
13. 
Bazar münasibətləri iqtisadi sisteminin istiqamətləri və 
modelləri......................................................................... 
215 
14. 
İstehsal xərcləri və fərdi təkrar istehsal......................... 
225 
15. 
Əmək haqqı, renta, faiz və mənfəət............................... 
239 
Ədəbiyyat................................................................................. 
271 
İmtahan test sualları................................................................. 
272 
Dərs saatlarının bölgüsü.......................................................... 
277 
 


281 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə