3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

29 
 
bilavasitə yaxud dolayı yollarla bağlıdır. Təsadüfi deyildir 
ki, müxtəlif ölkələrin  keçdikləri iqtisadi-sosial inkişaf  yo-
lunun nəticəsi sayılan əhalinin həyat səviyyəsi göstəriciləri 
biri-birindən  kəskin  surətdə  fərqlənir.  Planetin  əhalisinin 
hər  nəfərinə  hazırda  orta  hesabla  təxminən  10.000  dollar 
həcmində  məhsullar  istehsal  olunur  və  müxtəlif  təyinatlı 
xidmətlər  göstərilirsə,  bu  rəqəm  ayrı-ayrı  ölkələrdə  bir 
neçə  yüz  dollardan  50-60  min  dollara  qədər  fərqlənir. 
Azərbaycan Respublikasında isə bu ümumiləşdirici göstə-
rici 6.000 dollardır. 
Ölkə  əhalisinin  real  həyat  səviyyəsinin  tədricən  və 
davamlı surətdə yüksəldilməsinin ən sınanmış yolu - əmək 
məhsuldarlığını,  yəni  hər  bir  işçinin  müəyyən  vaxt  (saat, 
gün)  ərzində  məhsul-xidmətlər  istehsalını  artırmasından, 
yaxud  həmin  məhsul-xidmətlər  istehsalına  sərf  olunmuş 
vaxtın (başqa şərtlər dəyişməz qalmaqla) azaldılmasından 
ibarətdir.  Əmək  məhsuldarlığının  yüksəldilməsi  ilə  əhali-
nin həyat səviyyəsi arasındakı qarşılıqlı əlaqə, hər bir döv-
lətin daxili və xarici, xüsusilə də sosial siyasəti üçün  mü-
hüm rol oynadığından, elm və texnikanın, qabaqcıl texno-
logiyaların  istehsal-xidmət sferalarında  tətbiqinə, işçilərin 
peşə-ixtisaslarının  təkmilləşdirilməsinə,  yeni  yaradılacaq 
elmtutumlu sahələrin hazırlıqlı gənc kadrlarla təmin olun-
masına ciddi diqqət yetirilməsi zəruridir. 
Doqquzuncu prinsip izah edir ki, dövlət həddən ar-
tıq  pul  çap  edib  dövriyəyə  buraxdıqda  ölkədə  qiymətlər 
qalxır və  inflyasiya baş verir.  Ölkədə  qiymətlərin ümumi 
səviyyəsinin artımı ilə bağlı olan inflyasiya hadisəsi kağız 
pulların öz qızıl tərkibindən ayrılması, bank-kredit şəbəkə-
sinin  çoxşaxəli  fəaliyyəti,  ölkələr  arasındakı  iqtisadi-tica-


30 
 
rət  əlaqələrinin  durmadan  genişlənməsi,  beynəlxalq  turiz-
min  sürətlə  inkişafı  və  dövlətlərin  iqtisadi-sosial  siyasət 
xəttindəki obyektiv-subyektiv əyintilərlə bağlıdır. Ötən əs-
rin  əvvəllərindən  başlayaraq  dünyanın  Almaniya,  Meksi-
ka,  Fransa,  ABŞ,  Italiya,  Cənubi  Amerika  ölkələri  vaxt-
aşırı  olaraq  bu  problemlərlə  rastlaşmışlar.  Keçmiş  Sovet 
İttifaqı  dağıldıqdan  sonra  onun  ərazisində  formalaşmış 
müstəqil dövlətlərdə, o cümlədən Azərbaycan Respublika-
sında  da  inflyasiya,  habelə  onun  tənzimlənməsi  məsələsi 
aktual bir əhəmiyyət kəsb edir. 
Mütəxəssislərin və iqtisadçıların fikrincə, ölkə iqtisa-
diyyatında illik inflyasiya səviyyəsinin 3-5% hüdudlarında 
olması  mümkün,  hətta  təsərrüfat  həyatının  canlanmasına 
bir təkan amili kimi lazımdır. Bəzi hallarda ölkənin iqtisa-
di-sosial inkişaf xüsusiyyətləri və həll etdiyi problemlərin 
xarakterindən asılı olaraq, inflyasiyanın təkrəqəmli (8-9%) 
səviyyədə saxlanmasına haqq  qazandırılır. Lakin tədricən 
bu  səviyyənin  artması  iqtisadiyyatın  strukturunda,  onun 
sahələrdaxili  və  sahələrarası  nisbətlərində,  xarici  ticarətin 
quruluşunda,  dövlət  büdcəsinin  formalaşmasında,  tədiyyə 
balansında, nəhayət ölkənin iqtisadi siyasətinin strategiya-
sı, habelə taktikasındakı müəyyən nöqsanlar, düzgün nəzə-
rə  alınmamış  cəhətlərlə  əlaqədardır.  Ona  görə  də  müasir 
mərhələdə  dünyanın  müxtəlif  ölkələrinin  iqtisadi  siyasə-
tində,  inflyasiya  prosesinin  tənzimlənməsi  tədbirlərinə 
ciddi diqqət yetirilir. 
Onuncu  prinsip  cəmiyyət  həyatında  inflyasiya  ilə 
işsizlik  (əhalinin  məşğulluq  səviyyəsi)  arasındakı  qısa 
müddətli  və  uzunmüddətli  dövrdə  (perspektivdə)  olan  se-
çim  əlaqəsini  özündə  əks  etdirir.  İnflyasiya  ilə  işsizlik 


31 
 
səviyyəsi arasındakı qarşılıqlı əlaqəni 1958-ci ildə iqtisad-
çı Artur Fillips tədqiq edərək, Fillips əyrisi adlanan qrafik 
sxemdə əks etdirmişdir. Həmin sxemə görə inflyasiya art-
dıqda, işsizlik azalmağa doğru meyl edir və əksinə, inflya-
siya azaldıqda isə cəmiyyətdə iş qüvvəsinə olan tələb aşa-
ğı düşdüyündən, əhalinin məşğulluq səviyyəsi azalır, işsiz-
lərin sayı çoxalır. Bu mənada inflyasiya və işsizlik təsərrü-
fat həyatının əks prosesləri kimi fəaliyyət göstərir. 
Lakin  ötən  əsrin  70-ci  illərindən  başlayaraq  dünya 
ölkələrində və xüsusilə keçid mərhələsində olan dövlətlər-
də  baş  verən  proseslər  göstərdi  ki,  inflyasiya  ilə  işsizlik 
arasındakı  qarşılıqlı  təsir  əlaqəsi  nisbətən  “qısamüddətli” 
dövr  üçün  düzgün  sayılsa  da,  lakin  “uzunmüddətli”  dövr 
üçün  özünü  doğrultmur.  Müxtəlif  ölkələrin  təsərrüfat  hə-
yatında staqflyasiya dövrü həm inflyasiya, həm də işsizlik 
hadisələrinin eyni bir  vaxtda baş verməsi ilə səciyyələnir. 
Deməli, Fillips əyrisi qısa müddətdə inflyasiya ilə işsizlik 
arasındakı əlaqəni düzgün əks etdirdiyindən, dövlət öz iq-
tisadi  siyasətində,  büdcə  xərclərində,  vergilərdə,  bank 
faizlərində,  gömrük  rüsumlarında  müəyyən  dəyişiklər  et-
məklə, həmin prosesləri tənzimləyə bilər. 
Şübhəsiz, yuxarıda qeyd etdiyimiz 10 prinsipin kon-
kret şəraitdən asılı olaraq, seçilib təsərrüfat həyatında isti-
fadə  olunması  ilk  mərhələdə  müsbət  nəticələr  versə  də, 
lakin  onların  son  səmərəliliyi  birgə,  kompleksli  surətdə 
hərtərəfli  düşünülüb  tətbiq  edilməsi  ilə  bağlıdır.  Unudul-
mamalıdır  ki,  cəmiyyət  həyatının  ən  mürəkkəb  iqtisadi--
sosial  problemlərinin  təhlili  və  onların  optimal  həlli  yol-
ları, məhz bu prinsiplərə əsaslanır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə