Qaydalar Samitlərin tələffüzü ilə bağlı qaydalar 5, Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar



Yüklə 423,01 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix24.04.2023
ölçüsü423,01 Kb.
#106791
növüQaydalar
  1   2   3   4
ƏDƏBİ DİLİN NORMALARI



ƏDƏBİ DİLİN NORMALARI
Plan: 
 
1. Fonetik norma 
2. Orfoepik normalar 
3. Saitlərin tələffüzü ilə bağlı qaydalar 
4. Samitlərin tələffüzü ilə bağlı qaydalar 
5, Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar
Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən bir da ədəbi dilin normalarıdır. Dil 
və norma bir-biri ilə bağlıdır. Ədəbi dilimizin normalarını hamı tərəfindən vahid şəkildə 
qəbul edilməsinin nəticəsində də nitq mədəniyyətinin formalaşıb yaranması mərhələsi 
başa çatmışdır. 
Norma

latın dilindən alınmış termindir, mənası qayda deməkdir. Dilimizin fonetik, 
leksik, qrammatik normaları olmadan ədəbi dilimizdən, nitq mədəniyyətindən danışa 
bilməzdik. Ümumxalq danışıq dilində, dialekt və şivələrdə normalar sabit qalmır. 
Ədəbi dilimizdə isə hamının qəbul etdiyi nümunəvi normalar vardır. Norma qanuna 
salınmış, hamı tərəfindən qəbul edilmiş məcburi qaydalardır. Ədəbi dil normaları öz 
tətbiqini yazılı ədəbiyyatda tapır. Görkəmli yazıçılar, şairlər, alimlər (1.Nəsimi, 
M.Füzuli, F.Köçərli, C.Məmmədquluzadə və b.) ana dilimizə böyük qayğı ilə bu 
normaların inkişafında əvəzolunmaz xidmət göstərmişlər. Dilin daxili quruluşunu onun 
fonetikası, leksikası (lügət tərkibi) və qrammatikası təşkil edir. Azərbaycan ədəbi 
dilinin normaları da dili bütün səviyyələrdə əhatə edir. 
Fonetik norma
-
“Fonetika “ yunan sözü olub, səs haqqında elm deməkdir. Ədəbi dilin 
səs sistemi müəyyən normalar əsasında formalaşır, Səslər ümumxalq dilində müxtəlif 
şəkildə deyilsə də, ədəbi dildə ancaq bir variartda tələffüz edilir və yazılır. Sözün 
ədəbi dildəki tələffüz qaydası orfoepik norma , yazılış qaydası isə orfoqrafik 
norma adlanır. Orfoepik və orfoqrafik qaydalar birlikdə dilin fonetik quruluşu ilə 
müəyyənləşir və fonetik normanı təşkil edir. Deməli, sözün düzgün tələffüzü və 
düzgün yazılışı fonetik norma daxilindədir. Bir sözlə, fonetik norma iki formada özünü 
göstərir: sözün düzgün tələffüz forması (orfoepiyası) və düzgün yazılış 
forması(orfoqrafiyası) . 

Yüklə 423,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə