3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

58 
 
əlaqə, qarşılıqlı təsir və daxili vəhdət vardır. Belə ki, əgər 
elmin  predmeti  onun  məzmunu,  problemləri,  əhatə  etdiyi 
məsələlər  haqqında  bizə  məlumat  verirsə,  elmin  metodu 
həmin araşdırmaların dərk olunması yollarını, vasitələrini, 
üsullarını göstərir. 
«Metod»  anlayışı,  yunanca  «methodos»  sözündən 
götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu 
baxımdan  metod,  iqtisad  elminin  müxtəlif  məsələlərinin 
öyrənilməsinin açarıdır. Təsadüfi deyildir ki, məşhur ingi-
lis  alimi  F.Bekon  metodu  -  tədqiqat  yolunu  işıqlandıran 
fanara bənzətmişdi. 
Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzə-
riyyə  elminin  predmetinin  xüsusiyyəti  elədir  ki,  onun 
problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək 
mümkün  deyildir.  İqtisadi  nəzəriyyənin  araşdırıb,  təhlil 
etdiyi  problemləri  ilk  növbədə  elmi-nəzəri  təfəkkür  tərzi 
və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmərəli 
surətdə həll etmək olar. 
İqtisadi nəzəriyyənin metodları aşağıdakılardır: 
Elmi  abstraksiya  metodu.  Bu  metod  vasitəsilə  cə-
miyyətin iqtisadi həyatında və insanların münasibətlərində 
müşahidə  olunan  hadisələrin  mühüm  cəhətləri  aşkara 
çıxarılaraq ümumiləşdirilir. Eyni zamanda, bu proseslərdə 
təsadüfi  xarakter  daşıyan  və  ikinci  dərəcəli  əhəmiyyət 
kəsb  edən  cəhətlər  nəzərə  alınmır.  Əsas  diqqət,  iqtisadi 
hadisə  və  proseslərə  xas  olan  ümumi,  habelə  mühüm  cə-
hətlərin aşkara çıxarılmasına verilir. Məsələn, çoxsaylı və 
təyinatlı  məhsullar,  xidmətlər  –  “əmtəə”,  yaxud  “iş  qüv-
vəsi” adı altında ümumiləşdirilir. 
Qeyd  etmək  lazımdır  ki,  abstrakt  (mücərrəd)  metod 
vasitəsilə  hər  hansı  bir  cəmiyyətin,  yaxud  iqtisadi  hadisə-


59 
 
nin mahiyyəti üzə çıxarılır. Lakin aydındır ki, iqtisadi pro-
seslərin  tam  dərk  edilməsi  yalnız  bununla  başa  çata  bil-
məz.  Abstrakt  təfəkkür  metodu,  konkret  iqtisadi  pro-
seslərin mahiyyətini açmağa kömək etməlidir. 
Alman  filosofu  Hegelin  dediyi  kimi  «canlı  müşahi-
dədən (seyrdən) abstrakt təfəkkürə və oradan da praktika-
ya (təcrübəyə) - həqiqəti dərk etməyin yolu belədir». Doğ-
rudan  da,  abstrakt  ümumiləşdirmələr  o  zaman  qiymətlidir 
ki, onun qanunauyğunluq və prinsipləri real həyatda tətbiq 
olunaraq,  həm  cəmiyyətə,  həm  də  onun  üzvlərinə  fayda 
gətirsin. 
Analiz  və  sintez  metodu.  Analiz  metodu  vasitəsilə 
tam  halda  götürülən  iqtisadi  hadisələr,  proseslər,  müna-
sibətlər  sistemi  ayrı-ayrı  hissələrə,  müəyyən  cəhətlərə, 
müxtəlif  parçalara  bölünərək  təhlil  edilir.  Məsələn,  vahid 
bir kompleks kimi fəaliyyət göstərən xalq təsərrüfatı səna-
ye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, xidmət dairələrinə 
bölünərək öyrənilir. Öz növbəsində sənaye müxtəlif sahə-
lərə, aqrar-sənaye kompleksi müxtəlif istehsal bölmələrinə 
ayrılaraq, öyrənilə bilər. 
Sintez metodu ayrı-ayrı hissələrin və müxtəlif cəhət-
lərin  birləşərək,  tam  vahid  halında,  yaxud  ümumi  şəkildə 
təhlilinə xidmət edir.  Məsələn,  kənd təsərrüfatının əkinçi-
lik, heyvandarlıq, meyvə-tərəvəzçilik kimi sahələrinin təh-
lili əsasında ölkənin aqrar bölməsi haqqında ümumi təsəv-
vür əldə etmək mümkündür. 
Tarixi  müqayisəlik  metodu.  İqtisadi  hadisə  və  pro-
seslər müəyyən zaman və məkan daxilində baş verdiyindən, 
bunları  əvvəlki  dövrlə  müqayisə  edərək,  daha  düzgün  qə-
rarlar  qəbul  etmək  vacibdir.  İqtisadi  nəzəriyyə  bu  metodla 
iqtisadi proseslərin törəməsi, dəyişməsi və inkişafı prosesini 


60 
 
obyektiv qiymətləndirə bilər. Məsələn, başqa ölkələrin tarixi 
nümunəsi  əsasında  sənaye  və  kənd  təsərrüfatının  inkişaf 
yolunu  izləməklə,  yaxud  ekologiya  problemlərinə  diqqət 
yetirməklə, bir sıra mənfi meyllərin qarşısını almaq müm-
kündür.  Çünki  tarixi  müqayisələr  təkcə  xatırlamaq  üçün 
deyil,  həm  də  bu  proseslərdən  lazımi  nəticələr  çıxarmaq 
üçündür. 
Məntiqi  ardıcıllıq  metodu.  Bu  metod  tələb  edir  ki, 
tarixi ardıcıllıq prinsipi ilə nəzərdən keçirilən iqtisadi pro-
seslər,  məntiqi  təfəkkürlə  təhlil  olunsun  və  həmin  hadi-
sələrin baş verdiyi konkret şərait nəzərə alınsın. 
İqtisadi nəzəriyyənin irəli sürdüyü ümumi müddəalar 
ardıcıl  məntiqi  mərhələlərlə  həyata  keçirilməlidir.  Məsə-
lən, ümumi daxili məhsulun (ÜDM) optimal artım templə-
rini  təmin  etmək  üçün  uyğun  maddi-texniki  baza,  kifayət 
qədər  hazırlıqlı  kadrlar  yetişməlidir.  Yaxud,  əhalinin  iqti-
sadi-sosial  vəziyyətini  yaxşılaşdırmaq,  işsizlik  problemini 
həll  etmək  üçün  nəzərdə  tutulan  tədbirlər  sistemi  məntiqi 
bir  ardıcıllıqla  həyata  keçirilməlidir.  Bu  mənada,  tarixi 
metodla  məntiqi  metod  bir-birini  tamamlayaraq,  vəhdət 
təşkil edir. 
İnduksiya və deduksiya metodu. Bu metodun tətbi-
qi vasitəsilə müxtəlif səpgili iqtisadi problem və məsələlə-
rə  dair  faktlar  toplanılır,  seçilir,  ümumiləşdirilir.  Həmin 
materiallar əsasında meydana çıxan elmi-nəzəri müddəalar 
bazasında,  əməli  fəaliyyət  üçün  konkret  tövsiyələr  hazır-
lanır. Deməli induksiya metodu ayrı-ayrı iqtisadi faktların 
toplanaraq ümumiləşdirilməsini nəzərdə tutur. 
Deduksiya  metodu  isə  ümumi  nəzəri  müddəaların 
konkret  əməli  tətbiqini  şərtləndirir.  Bu  metod  ümumi  nə-
zəri  baxışlardan,  konkret  əməli  fəaliyyətə  gedən  yolu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə